R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   12   13   14   15   16   17   18   19   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

V.l. Energetika 

 

Energetikaya 



yanacaq 

növlərinin, 

elektrik 

enerjisi 

mənbələrinin  axtarışı,  mənimsənilməsi,  onların  hasilatı,  emalı  və 

nəql edilməsi daxildir. Əsas enerji daşıyıcılarına neft, qaz, kömür, su 

və atom enerjisi xammalları aiddir. Digərlərinin - oduncağın, torfun, 

şistin,  kənd  təsərrüfatı  istehsah  tullantılarının,  günəşin,  küləyin, 

suların qabarmasının və yeraltı isti suların enerjisinin bir o qədər də 

rolu  yoxdur.  Lakin  bunların  bəziləri  ayrı-ayrı  ölkələrdə  (AFR-də, 

Danimarkada,  ABŞ-da,  Hindistanda,  Yaponiyada)  xeyli  əhəmiyyət 

kəsb  edirlər.  Məsələn,  Finlandiyada  odunun,  Đslandiyada  geotermal 

suların əhəmiyyəti ölçüyə gəlməz dərəcədədir. 

Dünyanın  inkişaf  etməkdə  olan  ölkələri  xammal  bazası 

rayonu,  inkişaf  etmiş  ölkələri  isə  xammal  istehlakı  rayonu  kimi 

tanınırlar. 

Kömür, qaz, uran filizinin istehsalında inkişaf etmiş ölkələr, 

neft istehsalında isə inkişaf etməkdə olan ölkələr seçilirlər. 

Neft,  qaz,  kömür,  elektroenergetika  çoğrafi  yerləşmələrinin, 

ehtiyatlarının,  kəmiyyət-keyfıyyət  göstəricilərinin  müxtəlifliyi  ilə 

xarakterizə  olunurlar.  Onların  yerləşməsinə,  mənimsənilməsinə, 

ehtiyatlarının müxtəlifliyinə təbii şərait, sosial-iqtisadi faktorlar çox 

təsir edir. 

Dünyanın  bəzi  ölkələri  yerli  energetika  ehtiyatları  ilə 

özlərinin istehlakını tam ödəyə bilirlər. Bunlara Rusiya Federasiyası 

və Çini misal göstərə bilərik. Onlar, hətta istehsal etdikləri  yanacaq 

və elektrik enerjisindən ixrac da edirlər. 

Yanacaq-energetikanın 

aparıcı 

sahələrindən 

biri 

neft 


sahəsidir. Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, ondan istifadə 

olunmasın. Çünki onun emalından 2500-dən artıq yeni-yeni qiymətli 

məhsullar  alınır.  Hələ  II  Dünya  müharibəsi  ərəfəsində  ABŞ  və 

Venesuela  dünyada  neft  istehsalının  çox  hissəsini  verirdilər.  Get-

gedə  bu  vəziyyət  xeyli  dəyişərək  yeni-  yeni  neft  istehsal  edən 

rayonlar əmələ gəlmişdir. Deyilənlərə Yaxın və Orta Şərq ölkələrini, 

Afrikanı, dünyanın bir çox şelf zonalarını misal göstərə bilərik. 

Neft istehsalında dəniz şelf zonaları xüsusi yer tutur. 200-500 

km  sahildən  dənizə  doğru  800  m  dərinlikdə  Şimal  dənizində,  128 

metr  dərinlikdə  Xəzərdə,  Ərəbistan  və  Kaliforniyanm  sahil 




zonalarında,  Đran və Meksika körfəzində, Afrikamn qərb və Cənubi 

Şərqi  Asiya  sahillərində  neft  hasil  olunmaqdadır.  Dünyada  1950-ci 

ildə  520  mln.  ton  hasil  olunan  neftin  kəmiyyət  göstəricisi  müasir 

dövrdə 3,8 mlrd. tonu keçmişdir. Bu vaxta qədər dünyada 121 mlrd. 

ton neft hasil olunduğu bildirilir. Yuxarıda adları çəkilən dövlətlərin 

ərazisində  neft  ehtiyatının  çoxu  dənizlərin  şelf  zonalarında  yerləşir. 

Hətta,  Böyük  Britaniyada  ehtiyatın  100%-i  Şimal  dənizinin  şelf 

zonasında yerləşdiyi məlum edilmişdir. 

Müəyyən  edilmişdir  ki,  dünyada  neftli-qazlı  sahə  -  77  mln. 

kv. km-dən az deyildir. Neftin ehtiyatı isə - 550 mlrd. tondur. Bunun 

66%-i Yaxın və Orta Şərq ölkələrinin payına düşür. Təkcə Səudiyyə 

Ərəbistanında  dünya  ehtiyatının  -  26%-nin  mövcudluğu  bəllidir. 

Ümumiyyətlə,  neft  ehtiyatının  çoxu  inkişaf  etməkdə  olan  ölkələr 

ərazisindədir.  Neft  ixrac  edən  OPEK  ölkələri  -  12-ölkə  dünyada 

istehsal  olunan  neftin  40%-ə  qədərini,  inkişaf  etmiş  ölkələr  -  (ĐEÖ) 

isə 45%-ni verməkdədir. Ən çox neft ixrac edən  ölkələr - Səudiyyə 

Ərəbistanı,  Đran,  Đraq,  BƏƏ,  Küveyt  və  digər  ölkələrdir.  Đllik  neft 

istehsalının  -  1,5  mlrd.  tona  qədəri  dünya  bazarına  çıxarılır. 

Dünyanın 102-dən çox ölkəsində neft hasil olunmaqdadır. Məsələn, 

Səudiyyə Ərəbistanı - 450 mln. ton, ABŞ - 404 mln.ton, Venesuela -

333  mln.ton,  RF  -  324  mln.  ton,  Đran  -  185  mln.ton,  Meksika  172 

mln.ton,  Çin  -  162  mln.ton,  Norveç  -  162  mln.ton,  Kanada  -  126 

mln.ton,  BƏƏ  -  120  mln.ton  illik  neft  hasilatına  malikdirlər.  Neft 

valyuta  gətirən  başlıca  mənbə  hesab  edilərək  ən  qiymətli  strateji 

məhsul  sayılır.  Məsələn,  RF  son  illərdə  istehsal  etdiyi  neftin  -  137 

mln. tonunu ixrac edərək xeyli miqdarda valyuta əldə etmişdir. 

 

Cədvəl 1  



Ən çox neft ehtiyatına və istehsalına malik olan ölkələr 

 

№ 



Olkələr 

Ehtiyat mlrd.t. 

Đstehsalı 

1  Səudiyyə Ərəbistanı 

46,0 

450 


2  Iraq 

17,0 


55 

3  Birləşmiş Ərəb Əmirlikləri 

16,2 

120 


4  Küveyt 

16,0 


105 

5  Iran 


15,0 

185 


6  Qazaxıstan 

14 


50,0 

7  Venesuela 

10,3 

333 



8  Azərbaycan 

8,7 


15,4 

9  Meksika 

8,5 

178 


10  Rusiya Federasiyası 

27,0 


324 

11  Çin 


20 

162 


12  ABŞ 

4,4 


404 

13  Liviya 

3,8 

70 


14  Nigeriya 

3,0 


115 

15  Norveç 

1,6 

162 


16  Əlcəzair 

1,5 


73 

17  Indoneziya 

1,2 

85 


18  Kanada 

1,5 


126 

19  Misir 

0,7 

45 


20  Hindistan 

0,6 


35 

21  Böyük Britaniya 

140,0 


22  Braziliya 

140,0 



 

Neft  və  neft  məhsullarının  su  nəqliyyatı  ilə,  kəmərlərlə 

daşınmasına  üstünlük  verilir.  Dünyada  700  min  km-dən  artıq 

uzunluğu  olan  neft  kəmərləri  çəkilmişdir.  Bunlar  nəinki  quruda, 

habelə su hövzələrində - Xəzərdə, Şimal, Aralıq dənizlərində həyata 

keçirilmişdir. 

Yanacağın  aparıcı  sahələrindən  biri  də  qaz  sənayesidir.  Qaz 

dünyada  yanacağın  ən  perspektivli  növü  hesab  edilir.  Başlıca 

kimyəvi  xammal  hesab  edilməklə  yanaşı  onun  emalından  neftdən 

fərqli  olaraq  1000-dən  artıq  çoxqiymətli  yeni  məhsul  almaq 

mümkündür.  YE  balansında  qazın  xüsusi  çəkisi  23%  təşkil  edir. 

Onun geoloji ehtiyatı 400 trln m3, müəyyən edilmiş ehtiyatı isə 145 

trln.  m3-dən  çoxdur.  RF-də  33%,  Yaxın  və  Orta  Şərq  ölkələrində 

30%,  Şimali  Amerika  ölkələrində  5%,  Qərbi  Avropada  4%  qaz 

ehtiyatı  müəyyən  edilmişdir.  Ölkələrdən  Đran,  Səudiyyə  Ərəbistanı, 

ABŞ,  Əlcəzair,  BƏƏ,  Niderland,  Norveç,  Kanada  daha  çox  qaz 

ehtiyatına malikdirlər. 

Đldən-ilə  qazın  istehsalı  artmaqdadır  (2,4  trln.m3).  Đllik  qaz 

hasilatının  40%-i  MDB-də  (təkcə  RF-24%),  25%-i  ABŞ-da  əldə 

olunur.  2002-ci  ildə  Yaxın  və  Orta  Şərq  ölkələri  -  33%,  RF  -  595 

mlrd.  kubmetr,  ABŞ  -  570  mlrd.kubmetr,  Kanada  -  186  mlrd. 



kubmetr,  Böyük  Britaniya  -  106  mlrd.kubmetr,  Đndoneziya  -  70 

mlrd. kubmetr, Niderland - 83 mlrd. kubmetr, Səudiyyə Ərəbistanı 

45  mlrd.  kubmetr,  Đran  -  61  mlrd.  kubmetr,  Özbəkistan  -  57  mlrd. 

kubmetr,  Əlcəzair  -  84,5  mlrd.  kubmetr,  Norveç  -  58  mlrd.  m3  qaz 

hasil etmişlər. RF - 37%, Kanada - 47%, Niderland - 49%, Əlcəzair 

62%, Norveç -87% qaz ixrac edirlər. 

Hasil  olunmuş  qazı  istehlakçıya  çatdırmaq  üçün  Kanadadan 

ABŞ-a,  Nıderlandın  Qroninqen  yatağından  Almaniyaya,  Đsveçrəyə, 

Đtaliyaya,  Şimal  dənizinin  Norveç  sektorundan  -  Almaniyaya, 

Belçikaya,  Fransaya,  Əlcəzairdən  1982-ci  ildən  fəaliyyətdə  olan 

Əlcəzair  -  Tunis  -  Aralıq  dənizi  -  Đtaliya  -  digər  Avropa  ölkələrinə 

2,5  min  km  uzunluğunda  istiqamətlənən  qaz  kəmərləri  və  RF-dən 

Şərqi  və  Qərbi  Avropa  ölkələrinə  (Almaniyaya,  Avstriyaya, 

Đtaliyaya, Fransaya, Yunanıstana, Finlandiyaya) uzanan «Soyuz» qaz 

kəməri fəaliyyət göstərir. 

Maye  qazı  daşımaq  üçün  gərək  olan  xüsusi  tankerlərlə 

Đndoneziya,  Əlcəzair,  Maiayziya,  Bruney  xarici  ölkələrə  -  o 

cümlədən Yaponiyaya yanacaq ixrac edirlər. 

 

 

 



 

 

 



Cədvəl 2 

Yanacaq-energetika balansı 

 

№ 

Enerji mənbəyi 



1970(%)  1990(%)  2002(%) 

2010(%) 


Kömür 


30,6 

28,0 


26,3 

24,0 


Neft 


48,3 

39,4 


38,8 

37,0 


Təbii qaz 

18,7 

22,8 


24,2 

25,0 


SES və AES 

2,5 

9,5 


9,7 

11,0 


Alternativ 

mənbələr 

0,01 


0,03 

1,0 


3,0 


Dünya üzrə 

100 

100 


100 

100 


 

Cədvəl 3 

Ən çox qaz ehtiyatına və hasilatına malik olan ölkələr 

 

№ 



Olkələr 

Ehtiyatı 

trln.m3 

2002-ci il ha-

silatı mlrd. m3 

Tutduğu yer 

(hasilata görə) 

1  Rusiya 

48,0 

595 


2  Iran 


23,0 

61 


3  Azərbaycan 

12-15 

6,0 


19 

4  Qətər 

8,5 

20,0 


18 

5  BƏƏ 


5,0 

40 


12 

6  ABŞ 


5,4 

570 


7  Nigeriya 

4,0 

5,0 


8  Əlcəzair 

4,0 

84,5 


9  Venesuela 

4,0 

30 


16 

10  Iraq 

1 1 

 



11  Kanada 

2,6 


186 

12  Đndoneziya 



2,5 

70 


13  Meksika 

2,1 

35 


15 

14  Malayziya 

2,3 

40 


13 

15  Çin 


13 

30 


17 

16  Niderland 

1,8 

83 





17  Norveç 

2,3 


58 

10 


18  Küveyt 

1,5 


19  Fransa 



20 



20  Böyük Britaniya 

0,8 


106 

21  Türkmənistan 



3,0 

35,2 


14 

22  OPEK 

63,0 

290 


23  Özbəkistan 

57,0 


11 

 

Əlbəttə,  yanacaq  sənayesini  kömürsüz  düşünmək  çətindir. 



Sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrin  yanacaq-energetika 

kompleksində ən qədim sahələrdən biri hesab edilir. O, həm yanacaq 

növü kimi, həm də kimya, metallurgiya sənayelərində tətbiq olunan 

bir varlıqdır (çuqunun, poladın əridilməsində istifadə olunur). Onun 

ehtiyatı  15  trln.t.-dan  çoxdur.  Çində,  ABŞ-da,  CAR-da,  Böyük 

Britaniyada, 

Avstriyada, 

Polşada, 

Kanadada, 

Hindistanda, 

Indoneziyada, 

Botsvanada, 

Zimbabvedə, 

Mozambikdə, 

Kolumbiyada, Venesuelada yanacaq sənayesinin aparıcı sahəsi kimi 

inkişaf etmişdir. Hasilatda bu sahədə seçilən dövlətlər isə Çin, ABŞ, 

Hindistandır.  Bunların  payına  ümumi  istehsalın  60%-dən  çoxu 

düşür.  Daha  doğrusu,  Çin  1,5  mlrd.t.,  ABŞ  -  1,1  mlrd.t.,  Hindistan 

300  mln.t.,  Almaniya  -  250  mln.t.,  RF  -  258  mln.t.,  Polşa  -  200 

mln.t. CAR - 220 mln.t. kömür istehsal edirlər. Dünyada illik kömür 

istehsalı  isə  6,2  mlrd.tondan  az  deyildir.  Başlıca  yataqları:  Tunqus, 

Lena,  Kanski-Açinski,  Kuznetsk,  Peçora  (hamısı  RF-də),  Rur 

(Almaniya),  Appalaç  və  Qərb  (ABŞ),  Donbas  (Ukraina)  və  sairdir. 

Kömür  Kanadada, 

Mozambikdə,  Venesuelada,  Hindistanda, 

Avstraliyada iqtisadi cəhətdən çox sərfəli olan açıq üsulla çıxarılır. 

Göründüyü  kimi  neft,  qaz,  kömür  dünya  energetikasının 

onurğa sütununu təşkil edirlər. 

Yanacaq  sənayesinin  2-ci  sahəsi  müxtəlif  məhsul  növlərinin 

alınması  ilə  nəticələnən  emaldır.  Ən  böyük  və  çox  neft  emalı 

zavodları  -  NEZ-lər  inkişaf  etmiş  ölkələrdə  yaradılmışdır  (70%). 



Dünyada  mövcud  NEZ-lərin  -  21,3%-i  ABŞ-da,  -  21,6%-i 

Avropada, 16,6% -i MDB-də, 6,2%-i Yaponiyada fəaliyyət göstərir. 

Meksika,  Tokio,  Đran  körfəzləri  sahilləri,  Nyu-York  rayonu, 

Rotterdam,  Cənubi  Đtaliya,  Volqaboyu  bu  sahədə  ən  çox  fərqlənən 

bölgələrdir.  Dünyada  benzin,  mazut,  ağ  neft,  dizel  yanacağı,  sürtgü 

yağları  və  s.əldə  edilməsinə  kömək  edən  NEZ-lər  1000-dən  artıq 

saya  malikdir.  Onlar  ildə  -  3,6  mlrd.  tondan  çox  neft  emal  edirlər. 

Hər il ABŞ - 780 mln. ton, Qərbi Avropa - 720 mln. ton, Yaponiya-

260  mln.ton,  Latın  Amerikası  -  300  mln.ton,  Yaxın  və  Orta  Şərq 

ölkələri  -  250  mln.ton,  Afrika  ölkələri  -  150  mln.ton  neft  emalına 

malikdirlər.  Göründüyü  kimi,  NEZ-lərin  coğrafı  yerləşməsi  çox 

qeyri-bərabərdir.  

 

 

 



 

 

Cədvəl 14 



Kömür istehsalında fərqlənən dövlətlər 

 

Hasilat 



№  Olkələr 

1990 (mln.t.)  2002 (mln.t.) 

Tutduğu 

yer 


Çin 


1080,0 

1400=1,5 



ABŞ 



863,0 

1,100 


MDB ölkələri (SSRI)  474,0 



420 

 



Hindistan 

225,0 


343,0 



CAR 

176,0 


222 



Avstraliya 

159,0 


270,0 



Polşa 

148,0 


202,0 



Böyük Britaniya 

95,0 


63,0 

10 


AFR 


77,0         

250 


10  KXDR 

68 

50,0 


11 

11  Ukrayna 

120 

70,0 


12  Qazaxıstan 

100 

75,0 


13  Rusiya Federasiyası 

280 

258,0 


14  Ispaniya 

23,0 

30 


12 

 



Belə ki, əgər Şimali Amerika və Qərbi Avropa dünyada illik 

neft haslatının - 31%-ni verirlərsə, emal məhsullarının - 43%-ni verə 

bilən NEZ-lərə malikdirlər. Eləcə də Asiya ölkələri neft istehsalının 

-  38%-ni  verdiyi  halda  29%-neft  emal  edən  zavodları  mövcuddur. 

Şərqi Avropa ölkələrində isə vəziyyət başqadır. Daha doğrusu, onlar 

dünya  neftinin  -  10%-ni  verməklə  -  17%  NEZ-lərlə  tammrlar. 

Regionlarda  avtomobilləşmo,  kimyalaşma,  xammal  hasilatınm 

artması,  eləcə  də  texniki  mənimsəmənin,  texnologiyanın  get-gedə 

daha  da  təkmilləşməsi  prosesi  göstərilən  kəmiyyət  göstəricilərinin 

dəyişməsinə  səbəb  olmuşdur.  Son  illər  dünyada  emaldan  800  mln. 

tondan artıq benzin, - 700 mln. tondan az olmayan mazut,- 900 mln. 

tona qədər dizel yanacağı əldə edilmişdir. 

Müasir  NEZ-ri  nəqliyyat  qovşaqları  yaranan  yerlərdə, 

magistral  nəqliyyatlar  boyu  uzunu  da  yerləşdirirlər.  Başlıca  dəniz 

yolları boyu uzununda da NEZ-ri yaradılır. Məsələn, Karib dənizinin 

Aruba,  Kyurasau  adalarında;  Sinqapurun  şəhərlərində,  Ədəndə;  

Baham  adalarımn  Friport  şəharində;  Virgin  adalarının  Santa-Krus 

şəhərində  də  tikilmişdir.  Eləcə  də  ĐEÖ-də  də  NEZ  çox 

yaradılmaqdadır.  Məsələn,  Yaponiyada  ildə  250  mln.  ton  neft  emal 

edə bilən zavodlar fəaliyyət göstərir. 

Đstehsalın,  məişətin,  digər  istehlak  sahələrinin  yüksək 

dərəcədə  elektrikləşdirilməsinin  səviyyəsi  hər  hansı  ölkədə 

elektroenergetikanın inkişafından xəbər verir. Ekoloji cəhətdən daha 

təmiz  olan  elektroenergetika  cəmiyyətin  formalaşması  və  daha  da 

möhkəmləndirilməsində, texnikanın, texnologiyanın müasir tələblərə 

uyğun  təkmilləşdirilməsində,  ictimai  istehsalın  bütün  sahələrinin 

təşkil 

olunmasında, 

ölkə 

iqtisadiyyatının 



texniki 

cəhətdən 

silahlanmasında,  ölkənin  bütün  regionlarında  məhsuldar  qüvvələrin 

bərabər  inkişafında  ölkənin  tam  elektrikləşdirilməsinin  əhəmiyyəti 

ölçüyə  gəlməzdir.  Onun  spesifık  xüsusiyyətlərindən  biri  başqa 

təsərrüfat  sahələrində  olduğu  kimi  hasil  olunmuş  məhsulun 

gələcəkdə  istifadəsi  üçün  yığılıb  anbarlarda  saxlanıla  bilməməsidir. 

Belə ki, hasil olunmuş məhsul birbaşa istehlaka istiqamətləndirilərək 

sərf  olunur.  Đldən-ilə  elektroenergetikanın  kəmiyyət-keyfıyyət 

göstəriciləri  artır.  Belə  ki,  elektrik  enerjisinin  illik  hasilatı  1990-cı 

ildə- 12,0 trln. kvt. saat, 1997-ci ildə - 14,0 trln.kvt.saat və nəhayət, 

2003-cü  ildə  -  16,4  trln.kvt.saatı  keçmişdir.  Bunun  70%-i  Şimal 

yarımkürəsi  ölkələrində,  30%-i  isə  Cənub  yarımkürəsi  ölkələrində 



hasil  olunmuşdur.  Beynəlxalq  energetika  agentliyinin  proqramına 

əsasən  2010-cu  ildə  elektrik  enerjisi  hasilatı  20  trln.kvt.saatdan  çox 

olacaqdır.  Eyni  zamanda,  yanacaq-enerji  balansında  neftin  xüsusi 

çəkisi  indiki  39%-dən  37%-ə  enəcək,  təbii  qazın  xüsusi  çəkisi  isə 

yüksələrək - 25% təşkil edəcəkdir. Atom enerjisinin xüsusi çəkisi az 

da  olsa  azalmaqla  hidroenerji  və  digər  bərpa  olunan  enerji 

mənbələrinin xüsusi çəkisi l%-dən çox artacaqdır. 

Dünyada  mövcud  elektrik  stansiyalarının  gücü  -  2,6  mlrd. 

kvt-dan  çoxdur.  Hasil  olunmuş  elektrik  enerjisinin  80%-ni  inkişaf 

etmiş  ölkələr,  20%-ni  inkişaf  etməkdə  olan  ölkələr  verir.  Đldə 

dünyada  adambaşma  -  2,7  min  kvt.saat  elektrik  enerjisi  hasil 

olunursa,  bu  ən  çox  Norveçdə  müşahidə  olunur.  Đldə  122 

mlrd.kvt.saat elektrik enerjisi hasil edən Norveçdə bu göstərici - 30 

min kvt.saatdan az deyildir. Əks qütbdə yerləşən tropik Çad, Mali və 

Somalidə  isə  ayrı-ayrılıqda  ən  az  -  11-14  kvt.saat  adambaşına 

elektrik  enerjisi  hasil  olunur.  Bu  göstərici  Çində  -  900  kvt.saat, 

Hindistanda - 450 kvt.saatdan çoxdur. 

Ümumiyyətlə,  son  illər  elektrik  enerjisi  hasilatında  10  ölkə 

daha  çox  seçilir.  Elektrik  enerjisi  hasilatında  ən  qabaqda  gedən  10 

ölkədən 


7-si 

Şimal 


yanmkürəsində, 

3-ü 


isə 

Cənub 


yarımkürəsindədir.  ABŞ  (4,0  trln.kvt.saat,  gücü  800  mln.kvt),  Çin 

(1,3 


trln.kvt.saat), 

Yaponiya 

(1036 

trln.kvt.saat), 



Rusiya 

Federasiyası  (878  mlrd.kvt.saat),  Kanada  (573  mlrd.kvt.saat),  AFR 

(570  mlrd.  kvt.saat),  Fransa  (520  mlrd.kvt.saat),  Hindistan  (450 

mlrd.kvt.saat),  Böyük  Britaniya  (350  mlrd.kvt.saat),  Braziliya  (300 

mlrd.kvt.saat)  buna  misal  ola  bilərlər.  Fransa,  Rusiya  Federasiyası, 

Paraqvay,  AFR,  Kanada,  Đsveçrə,  Ukrayna  elektrik  enerjisi  ixrac 

edən ölkələrdəndir. 

Elektroenergetikaınn  inkişafında  müxtəlif  növ  elektrik 

stansiyaları  fəaliyyət  göstərir.  Bunlara  əsas  və  alternativ  elektrik 

stansiyalarını  misal  göstərə  bilərik.  ĐES,  AES,  SES  əsas  mənbələr, 

KES, GES, QES, Geotermal ĐES-lər isə alternativ mənbələrdir. 

Elektrik enerjisi hasilatı strukturunda əksər ölkələrdə ĐES-lər 

üstünlük  təşkil  edir.  Onlar  kömürlə,  qazla,  mazutla,  odunla,  torfla, 

şistlə işləyərək enerji hasil edirlər. Göstərmək lazımdır ki, yanacağın 

hansı  növü  çoxdursa  həmin  ölkə  ĐES-lərin  işləməsini  ona 

əsaslandırırlar. 




Hər növ elektrik stansiyasının özünəməxsusluğu vardır. ĐES-

lərin  üstün  cəhətləri  çox  olduğundan  ona  geniş  yer  verilir.  O,  tez 

tikilir,  ucuz  başa  gəlir,  müxtəlif  növ  yanacağa  əsaslanır,  sabit 

elektrik  enerjisi  hasil  edir,  tikilməsi  üçün  çox  sahə  tələb  etmir  və 

sairə.  Deyilənlər  əsasında  dünyada  illik  elektrik  enerjisi  hasilatında 

ĐES-lərin 63% məhsul istehsalı vardır. Onlar, başlıca olaraq xammal 

və  istehlak  rayonlarında  yaradılırlar.  ĐES-lər  qarşılarına  qoyduqları 

məqsədlərinə  görə  biri-birindən  fərqlənirlər.  Onlar  Kondensasion 

(KES)  və  ĐEM-lərə  ayrılırlar.  Kondensasion  elektrik  stansiyaları 

elektrik  enerjisi  hasil  edirlərsə,  istilik  elektrik  mərkəzləri  istilik 

enerjisi  hasil  etməklə  bərabər  sənaye  müəssisələrini,  ictimai  və 

yaşayış  binalarını,  isti  ştillikləri  isti  su  və  buxarla  da  təmin  edirlər. 

Ən  böyük  gücə  malik  olan  ĐES-lər  100%o  kömürlə  işləməklə  -

Polşada,  CAR-da,  Rusiya  Federasıyasında,  ABŞ-da,  Çində, 

Avstraliyada, Almaniyada; 100%o mazutla işləməklə - Səudiyyə  

 

Cədvəl 5 



Elektrik enerjisi hasilatında seçilən ölkələr 

 

Hasilat 



№ 

Ölkələr 


Cəmi 

mlrd.kvt/s 

Hər nəfərə 

(min.kvt.s) 

ABŞ 


4,0 trln. 

14,5 


Çin 


1,3 trln. 

0,90 


Yaponiya 

1,036 

7,60 


Rusiya Federasiyası 

878 

7,70 


Kanada 


570 

18,40 


AFR 


550 

6,55 


Fransa 


520 

6,55 


Hindistan 

450 

0,45 


Böyük Britaniya 

350 

5,50 


10 

Braziliya 

300 

1,75 


 

Cədvəl 6 

Elektrik enerjisinin strukturu və hasilatı 

 

№  Elektrik stansiyalarının növü 



1990(%)  1995(%)  2002(%) 


Istilik elektrik stansiyası (ĐES)  63,3 

63,2 

63,0 


Su elektrik stansiyası (SES) 

19,9 

19,5 


19,0 

Atom     elektrik     stansiyası 



(AES) 

16,1 


17,3 

17,0 


Alternativ enerji mənbələri 

0,8 

0,9 


1,0 

 

 



 

 

Cədvəl 7 



Ölkələr üzrə elektrik stansiyalarının gücü 

 

№ 



Ölkələr 

Elektrik stansiyalarının gücü 

milyon kvt. 

ABŞ 



800 

Çin 



270 (80 min.kvt.SES) 

Yaponiya 



AFR 



Rusiya Federasiyası 



214,1 (43 mln.kvt.SES) 

(25 AES) 

Đtaliya 


72 

Fransa 



Böyük Britaniya 



Azərbaycan 



5,2 

10 


Hindistan 

85,0 


11 

Braziliya 

213(ancaqSES) 

12 


Ukrayna 

20 (AES) 

 

Ərəbistanında,  Küveytdə,  BƏƏ-də,  Meksikada,  Əlcəzairdə;  100% 



qazla  işləməklə  -  Rumıniyada,  Niderlandda;  100%  neftlə-qazla 

işləməklə  -  Azərbaycanda;  mazutla,  torfla  işləyənlər  -  RF-də 

(Đvanovo,  Şatura,  Yaroslavl),  Belorusiyada  (Smoleviç),  şistlə 

işləyənlər  -  Baltikayanı  ölkələrdə  (Koxtla-Yarve,  Pribaltika),  qazla 

işləyənlər  Rusiya  Federasiyasında  (Kostroma),  odunla  işləyənlər 

Rusiya  Federasiyasının  Avropa  hissəsində,  Latın  Amerikasında 

tikilmişdir.  ĐES-lər  təbii  şəraitdən  asılı  olaraq  2  tipdə  olurlar.  Sərt 

iqlim  şəraitinə  malik  olan  regionlarda  örtülü  şəraitdə,  isti-cənub 




rayonlarında isə açıq hava şəraitində fəaliyyət göstərirlər. Avropada 

ilk  dəfə  açıq  tipli  ĐES  1962-ci  ildə  Azərbaycanın  Əli-Bayramlı 

şəhərində  fəaliyyətə  başlamışdır.  Onun  gücü  1,2  mln.  kvt,  illik 

elektrik enerjisi hasilatı isə 1,0 mlrd. kvt. saatdan çoxdur. 

Nüvə  enerjisindən  istifadənin  müasir  istiqamətlərindən  biri 

AES-lərin  və  Atom  istilik  elektrik  mərkəzlərinin  (AĐEM) 

yaradılmasıdır.  Bunlar,  o  cümlədən  RF-nin  Voronej,  Nijnı  - 

Novqorod  şəhərlərində  fəaliyyət  göstərirlər.  Đri  ĐEM-lərin 

tikilməsinə  müasir  dövrdə  geniş  yer  verilir.  Çünki  ayrı-ayrı  sənaye 

sahələrini,  kommunal  təsərrüfatını,  məişəti,  ictimai  və  yaşayış 

binalarını, oranjereyaları vahid mərkəzdən idarə etməklə qızdırmaq 

onun  səmərəliliyini  daha  da  artırır.  ĐEM-lər  istehlak  rayonlarından 

10-12-km məsafədə yerləşdirilir. 

Elektroenergetikanın aparıcı mənbələrindən biri də su elektrik 

stansiyalarıdır  (SES).  Onlar  bir  qayda  olaraq  çox  sulu  və  iti  sürətə 

malik  olan  çaylar  üzərində  yaradılır.  Lakin  düzənlik  çayları 

üzərində  də  SES-lər  yaradılır.  Belə  halda  əlavə  xərclərin  çəkilməsi 

tələb  olunur.  SES-lərin  üstün  cəhətləri  çoxdur.  Onlardan  ən  ucuz 

elektrik  enerjisi  hasil  edilir.  Çünki  tükənməyən  təbii  sərvətə 

əsaslanırlar.  Eyni  zamanda,  onların  yaradılması  çaylarda  suyun 

axınını tənzimləyir, gəmiçiliyin, kənd təsərrüfatının inkişafını təmin 

edir,  eyni  hövzədə  bir  neçə  stansiyaların  yaradılmasına  şərait 

yaradır,  yaradılmış  stansiyalar  bir-birilə  birləşdirilərək  kaskadlar 

yaratmaq,  onları  ĐES-lərlə  birləşdirmək,  kompleks  hidrotexniki 

məsələlərin  həlli  mümkünləşir  və  sairə.  Bölgədə  elektrik  enerjisi 

artıqlıq etdiyi hər bir anda istənilən vaxtı onları dayandırmaq, eləcə 

də  necə  deyərlər  pik  saatlarında  qısa  vaxt  müddətində  iş  rejiminə 

qoşmaq  mümkündür.  Ona  görə  də  SES-lər  inkişaf  etmiş  ölkələrin 

çoxunda, necə deyərlər, pik rolunu oynayırlar. Bu funksiyanı HAES 

yerinə  yetirirlər.  HAES-lərə  misal  olaraq  Rusiya  Federasiyasmda 

Zaqorski  (Moskva  rayonunda),  Ukraynada  Kiyev,  Baltikyanı 

ölkələrdə Kayşador, Moldovada Dnestri göstərə bilərik. 

SES-lərin  çatışmayan  cəhətləri  də  mövcuddur.  Çaylarda 

suyun  artıb-azalması  ilə  əlaqədar  olaraq  il  boyu  sabit  elektrik 

enerjisi  əldə  edilmir,  gec  başa  gəlir,  işçi  qüvvəsini  daha  çox  tələb 

edir,  təbii  sərvətlərin  məhv  olması  baş  verir,  yaradılmış  bəndlər 

balıqların miqrasiyasına mane olur, kaskad rayonlarında gəmiçiliyin 

normal  həyata  keçirilməsində  şlyuzların,  gəmiburaxan  qurğuların-

tikintilərin  yaradılması  üçün  əlavə  xərclər  tələb  olunur.  Göstərmək 



yerinə  düşərdi  ki,  Rusiya  Federasıyasında  yerləşən  və  gücü  6,0 

mln.kvt  olan  Krasnoyarski  SES-i  (Yenisey  çayı  üzərində)  25  ilə 

(1943-1968) tikilib istifadəyə verilmişdir. 

Planetin  hidroenerji  ehtiyatı  49  trln.kvt.  saat  müəyyən  edilsə 

də  texnikanın  müasir  inkişaf  səviyyəsində  onun  20  trln.kvt. 

saatından  istifadə  etmək  mümkündür.  SES-lərdən  alınan  illik 

elektrik enerjisinin miqdarı 2,0 trln.kvt.saata çatır. 

 

Cədvəl 8  



SES-lərdən ən çox elektrik enerjisi hasil edən ölkələr 

 

1970 



1980 

1990 


2002 

№  Ölkələr 

Gücü 

mlrd.kvt.saat 



ABŞ 


 

251,2 


282,8 

295,8 


323,5 

Kanada 



 

156,7 


253,1 

294,0 


330,0 

SSRĐ 



 

124,0 


184,0 

231,0 


Yaponiya 



 

80,3 


93,2 

88,4 


80 

Fransa 



 

57,4 


69,6 

52,8 


71,4 

Norveç 



 

57,3 


84,0 

120,0 


121,0 

Đtaliya 



 

44,0 


50,2 

50,2 


50,2 

Đsveç 



 

41,5 


59,2 

72,0 


67,1 

Braziliya 



 

40,0 


129,0 

205,0 


245,0 

10  Isveçrə 

 

29,3 


30,0 

30,0 


35,0 

11  Çin 


75 

58,2 



125,1 

365,0 


12  Hindistan 

 



70,9 


71,0 

13  RF 


 



179 

185 


 

Cədvəl 9 

Dünyanın iri SES-ləri 

 

№ 



SES-lərin adı 

Gücü 


mln.kvt 

Çayın adı 

Ölkə 



Đtaypu 



12,6 

Parana 


Braziliya, 

Paraqvay 

Quri 


10,3 

Karono 


Venesuela 

Qrand-Kuli 



9,8 

Kolumbiya 

ABŞ 



Sayano-Şuşenski 

6,4 

Yenisey 


RF 

Krasnoyarski 



6,0 

Yenisey 


RF 

La-Qrand-2 



5,3 

La-Qrand 

Kanada 

Çerçil-Fors 



5,2 

Çerçil 


Kanada 

Bratski 



4,5 

Anqara 


RF 

Ust-Đlim 



4,3 

Anqara 


RF 

10  Tukurui 

4,0 

Tokant 


Braziliya 

 

Cədvəl 10 



Dünya regionlarının və ölkələrinin iqtisadi hidropotensialı və onun 

istifadəsi 

 

Cəmi 


№ 

Regionlar və ölkələr 

mlrd.kvt/s 

%-lə 


Istifadə 

olunmuş % 

MDB ölkələri 



1100 

11,2 


20 

Xarici Avropa 



710 

7,3 


70 

Xarici Asiya 



2670 

27,3 


14 

Afrika 



1600 

16,4 


Şimali Amerika 



1600 

16,4 


38 

Latın Amerikası 



1900 

19,4 


16 

Avstraliya və 



Okeaniya 

200 


2,0 

18 


Çin 


 

 

10 



Yaponiya 

 

 

70 



10 

Hindistan 

 

 

14 



11 

ABŞ 


 

 

70 



12 

Kanada 


 

 

61 



 

Lakin  hidroenerji  potensialı  resurslarının  mənimsənilməsi 

ayrı-ayrı 

regionlarda 

eyni 

deyildir. 



Belə 

ki, 


hidroenerji 

potensialından  Avropada  70%,  Şimali  Amerikada  38%,  MDB-də 

20%,  Afrikada  32%,  Latın  Amerikası  ölkələrində  16%,  ABŞ  və 

Kanadada  3/5  hissəsi,      Yaponiyada      2/3-si,      Avstraliya      və   

Okeaniyada        18%  mənimsənilmişdir.  Ümumiyyətlə,  dünya 

hidroenerji 

ehtiyatının 

(10 


trln.kvt/s) 

hələlik 


21%-zi 

mənimsənilmişdir. 




Çay  sularının  iti  axması  meyililliyin  çoxluğu  ilə  bağlıdır. 

Belə hal təbii olaraq şəlalələrlə, süni halda isə SES-lərin yaradılması 

ilə  özünü  büruzə  verir.  Məlumdur  ki,  SES-lərdə  suların  düşmə 

bucağının  böyüklüyü  elektrik  maşınının  rotorunu  hərəkətə  gətirərək 

elektrik  enerjisinin  alınmasına  səbəb  olur.  Buna  oxşar  hal  bizim 

tamdığımız 

dəyirmanlarda 

da 


mövcuddur. 

Daha 


doğrusu, 

dəyirmanlarda  meyilliliyə  malik  məsafədən  tökülən  su  rotorun 

pərlərini,  o  isə  öz  növbəsində  dəyirman  daşını  hərəkətə  gətirərək 

çanağa tökülən taxılın əzilərək un halına keçməsinə səbəb olur. 

Adətən SES-lər dağ çayları hövzələrində  yaradılsa da, bəzən 

düzənlik çayları üzərində daha  çox kapital xərcləməklə də tikilirlər. 

Məsələn,  MDB-də  Volqa,  Kama,  Dnepr  çaylarında  olduğu  kimi. 

SES-lər yaradılarkən böyük bir ərazidə süni su anbarı yaradılır və o 

xeyli vaxt müddətində su ilə doldurulur. Bunu nəzərə alaraq süni su 

anbarlarının  yaradılacağı  yer  çay  dərəsinin  ən  ensiz  və  kanyon 

hissələrinə  uyğun  gəlir.  SES-lərin  yaradılmasında  digər  şərtlərin  də 

olmasına üstünlük verilir. Bu, axının illik və dövri xarakter daşıması 

halına fikir verilməsidir. Ola bilir bənd tikilir, atmosfer yağıntıları il 

boyu az düşür və nəticədə, su anbarında su çatışmamazlığı müşahidə 

edilir  və  ya  SES  istehlak  rayonundan  çox  aralı  tikilir.  Çünki 

hidroenerji  potensialı,  bəzən  məskunlaşmanın  az  olduğu  bölgələrdə 

yerləşirlər. Göstərilən hallara daha çox təsadüf olunur. 

Qeyd  etmək  lazımdır  ki,  hidropotensial  məfhumuna  nəzəri, 

texniki və iqtisadi aspektlərdən yanaşmalar mövcuddur. Əgər, nəzəri 

hidropotensial  çay  sularının  orta  illik  axını  hesab  edilirsə,  bu  Yer 

kürəsində 47 min kv. km təşkil edir. Onun da elektrik enerji istehsalı 

37,6 


trln.kvt.saatdan 

çoxdur. 


Texniki 

aspekt 


isə 

nəzəri 


hidropotensialın  -  20  trln.kvt.saat  istifadə  oluna  bilən  hissəsidir. 

Nəhayət,  iqtisadi  hidropotensial  ehtiyatın  iqtisadi  cəhətdən  istifadə 

oluna bilən hissəsidir. Bu, dünya üzrə 10 trln.kvt.saatdan artıqdır. 

Ayrı-ayrı  regionlarda  hidropotensialın  qeyri-bərabər  istifadə 

olunmasının  bir  çox  səbəbləri  mövcuddur.  Bunların  hamısını  2 

qrupda:  iqtisadi  və  ekoloji  təsir  qruplarında  birləşdirmək 

mümkündür. Məlumdur ki, böyük gücə malik olan SES-in tikilməsi 

10-25  il  vaxt  tələb  edir.  Belə  ki,  Cənubi  Sibirdə  ümumi  gücü  6,4 

mln.kvt.  olan  Sayano-Şuşenski  SES-i  də  1964-1988-ci  illərdə 

tikilərək tam gücü ilə istifadəyə verilməsi 25 il vaxtın olmasını tələb 

etmişdir. 



SES-lərin qurulması bir çox ziyanların baş verməsinə də səbəb 

olur. Daha doğrusu, bunlar aşağıdakılardan ibarətdir: 

 



 



böyük  torpaq  sahələrinin,  otlaqların,  əkin  sahələrinin,  meşə 

örtüyünün,  mədəniyyət  abidələrinin,  su  anbarlarının  altında 

qalması,  arxeoloqlar  üçün  çox  gərək  olan  qədim  insan 

qalıqlarının  həmişəlik  itirilməsi,  əhalinin  su  altında 

qalmaması  xatirinə  yaşayış  məntəqələrindən  köçürmək  üçün 

xərclərin çəkilməsi, meşələrin vaxtından əvvəl qırılması; 

 

gəmiçilik  işlərinin  pozulması.  Ancaq  şlyüzlardan  keçməklə 



bəndlərdən yan keçməyin mümkünlüyü, su anbarlarının əyri-

üyrü,  girintili-çıxıntılı  sahillərə  malik  olması,  onların  da 

yaşayış məntəqələri ilə əlaqə yaradılmasını çətinləşdirməsi; 

 



məlumdur ki, bəzi balıq növləri kürü qoyma prosesini ancaq 

çayların  yuxarı axınlarında başa çatdırdıqlarından yaradılmış 

bəndlər  onların  yubanmasına  -  ləngiməsinə  səbəb  olur. 

Yaradılmış  xüsusi  balıq  yetişdirmə  sahələrinə  isə  onların 

getmək istəməməsi; 

 



hidrotexniklər  suyu  ancaq  turbinlərdən  buraxdıqlarından 

aşağı axınlarda su əvvəlki kimi çox olmur. Ona görə də aşağı 

axınlarda  balıq,  plankton,  quşlar,  ondatra  və  s.  yaşamaqda 

çətinlik  çəkirlər.  Digər  tərəfdən,  böyük  günəş  istiliyində  su 

azlığı və dayaz sahələrdə kürü quruyur; 

 



su hovuzları balıqçılığın inkişaf etdirilməsi üçün bir o qədər 

də əlverişli imkanlara malik olmur; 

 

süni 



su 

dəryaçalarının 

yaradılması 

qrunt 


sularının 

səviyyəsinin  qalxmasına,  bu  isə  ətraflarda  bataqlaşmanın 

əmələ gəlməsinə səbəb olur; 

 



həmin ərazinin iqlimində dəyişikliklər əmələ gəlir; 

 



əgər, su anbarının bəndi cavan dağlıq ərazilərdə 

yaradılmışdırsa, bu zəlzələlərə bir o qədər də davamlı 

olmurlar və sairə. 

 

SES-lərin  tikilməsi  və  onların  istifadəsi  xüsusi  zövq  yaradır. 



Onlar çox baha və gec başa gəldiyindən inkişaf etməkdə olan ölkələr 

elektrik enerjisi alınmasında onlara üstünlük vermirlər. Ona görə də 

bu ölkələrdə SES-lər azdır, olanları da güc etibarı ilə çox kiçikdirlər. 

Qeyd etdik ki, hidropotensial yer kürəsində qeyri-bərabərdir. Bu 

sahədə  Norveç,   Đsveçrə,   Braziliya, Qırğızıstan, ABŞ, Tacikistan, 



Rusiya Federasiyası, Kanada,  Đsveç və sair dünya ölkələri seçilsələr 

də Albaniyada, Qvatemalada, Qondurasda, Nepalda, Efıopiyada, Şri-

Lankada,  Paraqvayda,  Qabonda,  Avstriyada,  Kolumbiyada,  Peruda, 

Tanzaniyada,  Keniyada,  Madaqaskarda,  Yeni  Zelandiyada  mineral 

təbii  sərvətlərin  az  olması  hidroenerji  ehtiyatlarından  daha  çox 

istifadə etməyə səbəb olur. Göstərilən ölkələrin hamısında SES-lərin 

verdikləri  elektrik  enerjisininin  xüsusi  çəkisi  yüksəkdir.  Bildirmək 

lazımdır ki, hər birinin gücü 1 mln.kvt-dan artıq olan SES-lərin 50%-

dən  çoxu  inkişaf  etmiş  ölkələr  ərazisindədir.  Đllik  elektrik  enerjisi 

istehsalında SES-lərin xüsusi çəkisi Kanadada, ABŞ-da, Braziliyada, 

Rusiyada,  Çində,  Norveçdə,  eləcə  də  Tacikistanda,  Qırğızıstanda, 

Đsveçdə,  Đsveçrədə  (1200-ə  qədər  SES  fəaliyyət  göstərir), 

Qondurasda,  Albaniyada,  Nepalda,  Şri-Lankada,  Paraqvayda, 

Efıopiyada,  Qabonda,  Avstriyada,  Kolumbiyada,  Peruda,  Keniyada, 

Madaqaskarda,  Yeni  Zelandiyada  və  sair  ölkələrdə  SES-lərdən 

alınan  illik  elektrik  enerjisinin  xüsusi  çəkisi  70-99,5%  arasında 

dəyişir.  Əgər,  Braziliyada  bu  çəki  93%  təşkil  edirsə,  Norveçdə 

bunun kəmiyyət göstəricisi 99,5%-dən çoxdur. 

Çox  maraqlıdır  ki,  Norveçdə  mövcud  SES-lərin  (400)  hamısı 

iqtisadi və mühəndis-texniki baxımdan yerin altında quraşdırılmışlar. 

Onu  da  göstərməliyik  ki,  Kanada,  ABŞ,  Rusiya  Federasiyası, 

Braziliya  SES-lərdən  ən  çox  elektrik  enerjisi  əldə  edən  ölkələrdir. 

Elə bu ölkələrdə də ən böyük gücə malik olan SES-lər yaradılmışdır. 

Bunlardan,  gücü  12,6  mln.kvt,  Parana  çayı  üzərində  Braziliya  və 

Paraqvay  ölkələrinin  birlikdə  1983-cü  ildə  tikmiş  olduqları 

«Đtaypu»nu,  Venesuelanın  Karoni  çayı  üzərində  1968-ci  ildə  tikmiş 

olduğu,  gücü  10,3  mln.kvt  olan  Qurini,  ABŞ-da  -Kolumbiya  çayı 

üzərində,  1942-ci  ildə  tikilmiş,  gücü  9,8  mln.kvt-a  çatan  Qrand-

Kulini, Rusiya Federasiyasında, Yenisey çayı üzərində 1964-1988-ci 

illərdə  tikilmiş,  gücü  6,4  mln.kvt  olan  Sayano-Şuşenskini, 

Braziliyada  Takantis  çayı  üzərində  1984-cü  ildə  tikilmiş,  gücü  8,0 

mln.kvt olan Tukuruini göstərə bilərik. 

Çində  2003-cü  ildə  1-ci  bloku  istıfadəyə  verilmiş,  26-cı  bloku 

2009-cu  ildə  istifadə  verilməsi  nəzərdə  tutulan,  gücü  20  mln.  kvt.-a 

çata  bilən,  Yansızı  çayının  yuxarı  axınlarında  tikilən  SES-i  qeyd 

etmək  mütləqdir.  O,  hündürlüyü  180  m,  uzunluğu  2,5  km  bəndə  və 

700 km uzunluğunda su anbarına malikdir. Qeyd etmək lazımdır ki, 

Çin  hidroenerji  potensialına  görə  dünyada    1-ci  yeri  tutur.  Onun 

ehtiyatı  680  mln.kvt-dan  çox  olmaqla  illik  hasil  olunası  məhsulun 



miqdarı  5,9  trln.kvt  saat  təşkil  edir.  Hələlik  bu  ehtiyatın  9-10 

faizindən  istifadə  olunur.  Onu  da  göstərmək  yerinə  düşər  ki,  Çinin 

təkcə  Yansızı  çayı  üzərində  ümumi  gücü  200  mln.  kvt-a  çata  bilən 

SES-lər  tikmək  mümkündür  ki,  onlardan  da  hər  il  1,0  trilyon  kvt 

saatdan çox elektrik enerjisi əldə edilməlidir. 

Qeyd etmək lazımdır ki, Şimal yarımkürəsi çaylarının hidroener-

jisinin  iqtisadi  potensialı  demək  olar  ki,  istifadə  olunmuşdur.  Odur 

ki,  gələcəkdə,  əsas  məqsəd  Cənub  yarımkürəsi  çaylarının  iqtisadi 

hidroenerji potensiallarından istifadə etməyə üstünlük verilməlidir. 

Hidroenergetikanın başlıca xüsusiyyətlərindən biri də eyni hövzə 

boyunda  yerləşən  SES  kaskadlarının  yaradılmasıdır.  Yəni  eyni  çay 

boyu  mövcud  SES-lərin  biri-biri  ilə  birləşdirilməsi  prosesi  həyata 

keçirilir.  Kaskadların  yaradılması  çox  böyük  əhəmiyyət  kəsb  edir. 

Belə ki, nəticədə mövcud su resurslarından kompleks istifadə olunur, 

energetikanın  inkişafı  məsələləri  həll  olunur,  bir  sıra  əhəmiyyətli 

istehsal sahələrinin, kənd təsərrüfatının inkişafı təmin olunur, dəmir 

yolu 

nəqliyyatının 



elektrikləşdirilməsi 

sürətləndirilir, 

su 

təsərrüfatında  iş  şəraiti  kökündən  yaxşılaşdırılır,  ayrı-ayrı  sənaye 



mərkəzlərinin, şəhərlərin su ilə təchizatı təmin olunur və sairə. Belə 

kaskadlardan  ən  böyüklərindən  Volqa-Kama,  Dnepr,  Anqara-

Yenisey  və  habelə  Kolumbiya  çayı  üzərində  ümumi  gücü  20 

mln.kvt-dan  artıq  olan  SES  kaskadını  qeyd  edə  bilərik.  Eyni 

zamanda da gələcəkdə Qrenlandiyanın buzlarının əriməsi nəticəsində 

yaranan axarlar üzərində ümumi gücü 120 mln.kvt-a çata bilən SES 

yaratmaq proyektinin olması da çox maraq doğurur. 

Göstərmək  lazımdır  ki,  inkişaf  etmiş  ölkələrdə  hidroenerji 

ehtiyatları  demək  olar  ki,  tükənmişdir.  Ona  görə  də  inkişaf  etmiş 

ölkələrdə  əsasən  pik  saatlarının  istehlakını  ödəmək  məqsədinə 

xidmət  etmək  üçün  kiçik  hidro-akkumulyativ  elektrik  stansiyalarını 

inkişaf etdirmək məqsədəuyğundur. 

Elektroenergetikanın  inkişafında  əsas  mənbələrdən  biri  də  17% 

xüsusi çəkiyə, 50 ölkədə, 340-dan çox saya, 450 reaktora, gücü 450 

mln.  kvt-dan  artıq  olan  atom  elektrik  stansiyalarıdır  (AES). 

Tikilməkdə olan AES bloklarının sayı isə 150 olmaqla ümumi gücü 

70 mln.kvt-dan az olmaycaqdır. 

Cədvəl 11 

AES-lərdən ən çox elektrik enerjisi hasil edən ölkələr 

 

№ 



Ölkələr 

1980 


1990 

1995 


2002 


Mlrd.kvt/s 

ABŞ 



264 

571 


673 

900 


Yaponiya 

83 

196 


205 

280 


SSRI 


73 

290 




Fransa 

62 


316 

359 


359 

AFR 



44 

155 


160 

160 


Kanada 


38,4 

85 


100 

125 


Böyük Britaniya 

37 

63,5 


100 

120 


Isveç 


27 

65 


97 

110 


Isveçrə 


14 

24,2 


44 

80 


10 

Belçika 


13 

42,0 


85 

99 


11 

Đspaniya 

5,2 

54 


90 

100 


12 

Koreya Respublikası  -3,2 

45,0 

90,7 


110 

13 


Rusiya Federasiyası 

60 


80 

100 


110 

14 


Ukrayna 

50 



53 

80 


15 

Finlandiya 

7,2       |    19,0 

26,5 


35,0 

16 


Bolqarıstan 

6,2 


15,0 

22 


30,0 

17 


Macarıstan 

4,8 



10 


18 

Tayvan 


3,5 

30,0 


80,0 

75,0 


19 

Hindistan 

2,8 

3,5 


5,4 

10,0 


20 

CAR 


12,0 



25,0 

21 


Argentina 

2,2 


8,2 

15,5 


27,0 

22 


Çexoslovakiya 

4,5 


25,0 

35,0 


35,0 

23 


Niderland 

4,2 


4,0 

4,0 


6,0 

 

Dünya ölkələrinin birlikdə bir ildə hasil etdikləri elektrik enerjisinin 



miqdarına görə AES-lər 3-cü yeri tutur. Onlar başlıca olaraq ən çox 

yanacaqla  kasıb  və  ya  yanacağı  heç  olmayan  rayonlarda,  habelə 

istehlakın  çox  olduğu  bölgələrdə  yaradılırlar.  AES-lərin  üstün 

cəhətləri  çoxdur.  Daha  doğrusu,  onların  xammalları  çox  saxlanılma 

xüsusiyyətinə  malikdir,  çox  qaldıqda  belə  keyfıyyətlərini  itirmirlər, 

kəmiyyət  göstəricisinə  görə  çox  enerji  vermə  xüsusiyyəti  ilə 

seçilirlər.  Yer  kürəsində  müəyyən  edilmiş  xammallarının  enerji 

ekvivalenti  aşkar  edilmiş  bütün  enerji  mənbələrinin  (neft,  kömür, 

hidroenerji) enerji potensialından artıqdır, onlar istənilən relyefdə və 

istənilən  yerdə  tikilə  bilir,  nəqliyyat  faktorundan  çox  da  asılı 




deyillər,  il  boyu  sabit  enerji  verirlər,  yerləşdirilməsində  xammala 

meyl  olunmur,  ĐES-lərə  nısbətən  az  xammal  işlədirlər,  ekoloji 

cəhətdən  başqalarına  nisbətən  təmizdirlər  və  sairə.  Torpağı  az  olan 

ölkələrdə  ya  yerin  altında,  ya  da  Yaponiyada  olduğu  kimi  dəniz 

dambalarında tikilməyə üstünlük verilir. 

AES-lərin  tikilməsi  ĐES-lərə  nisbətən  baha  başa  gəlir.  Daha 

doğrusu,  uranın  hasilatı,  ondan  konsentratın  əldə  edilməsi, 

konsentratın  saflaşdırılması,  uran  4  oksidin  alınması,  ixtisaslı 

kadrların, avadanhqların, reaktorlar üçün istilik keçirən elementlərin 

hazırlanması, sonrakı mərhələ üçün işlənilmiş, istifadə edilmiş nüvə 

emalı,  tullantı  reaktorun  basdırılması  və  sairə  çox  kapitaltutumlu 

məsələlərdir.  Texniki  cəhətdən  ömrünü  başa  vurmuş  AES-lər 

bağlanümalı, təhlükəsizliyi təmin edilməli, konservasiya edilməlidir. 

Digər  tərəfdən  zəlzələlər,  tufanlar,  daşqın  və  yanğınlar  vaxtı,  eləcə 

də  terrora  məruz  qalan  zaman  çox  təhlükəlidirlər.  Göründüyü  kimi 

bunlar  hamısı  əlavə  kapital  tələb  edirlər,  baxmayaraq  ki  AES-lər 

iqtisadi baxımdan çox rentabellilidir. AES-in hər birinin tikilməsi 6-

13  ilə  başa  gəlir.  1  kq  uranın  verdiyi  elektrik  enerjisinin  miqdarı 

3000 ton kömürün verdiyi elektrik enerjisinin miqdarına bərabərdir. 

Göstərmək  lazımdır  ki,  ABŞ  AES-lərdən  1958-ci  ildən  bu  vaxta 

qədər 60 mlrd. dollar təmiz mənfəət əldə etmişdir. Rusiya isə hər il 

AES-lər  hesabına  ölkədə  90  mln.tondan  çox  yanacağa  qənaət  etmiş 

olur. Qeyd etmək lazımdır ki, AES-lərin hər bir bloku-reaktoru 30 il 

işləyə  bilir.  Bu  müddət  başa  çatdıqdan  sonra  o  söndürülərək 

sarkofaqınan bağlanılır. 

Onların fəaliyyəti dünyada müəyyən edilmiş ehtiyatı 15 mlrd. 

tondan çox olan urana əsaslanır ki, onun da 1 kq-nın verdiyi elektrik 

enerjisinin  miqdarı  3  min  ton  kömürün  verdiyi  istiliyin  miqdarına 

bərabərdir.  BMT-nın  verdiyi  məlumatlara  əsasən  son  illərdə  uranın 

illik  istehsalının  kəmiyyət  göstəricisi  39  min  tondan  çox  olmuşdur. 

Onun  da  ¼-i  Şimali  Amerikada  (ABŞ-da),  19%-i  Afrikada  (əsasən 

CAR  və  Nigerdə),  19%-ə  qədəri  Asiyada  (Qazaxıstan,  Özbəkistan), 

¼-i-də Rusiya Federasiyası, Ukrayna və Fransada hasil olunmuşdur. 

Atomdan  dinc  məqsədlər  üçün  istifadədə  keçmiş  SSRĐ 

fərqlənmişdir.  Belə ki, 1954-cü ilin 27 iyununda  Kaluqa vilayətinin 

Obninsk hissəsində gücü 5 mln.kvt, hal-hazırda isə 2,0 mln.kvt olan 

eyniadlı  AES  -  Obninski  istifadəyə  verilərək  dünyada  çox  böyük 

rezonans  doğurmuşdur.  Hal-hazırda  elektrik  enerjisi  istehsalında 

AES-lərdən  ən  çox  elektrik  enerjisi  hasil  edən  Ölkələr  Litva,  ABŞ, 



Fransa,  Yaponiya,  AFR,  Rusiya  Federasiyası,  Kanadadır.  Belə  ki, 

illik  elektrik  enerjisi  istehsalında  AES-in  xüsusi  çəkisi  Litvada 

85,1%,  Fransada  78,5%,  Belçikada  65,0%,  Đsveçdə  47,2%, 

Ukraynada  44,6%,  Macarıstanda  46%,  Yaponiyada  31,1%,  AFR-də 

31%,  Koreya  Respublikasında  31,2%,  Đspaniyada  30,1%,  ABŞda 

20%  (atom  enerji  bloklan  isə  111-dən  çoxdur),  Böyük  Britaniyada 

29,3%,  Kanadada  14,7%,  Rusiya  Federasiyasında  14%  (AES-9, 

bloklar -29, gücü 20 mln.kvt) təşkil edir. Enerji bloklarının sayma və 

atomdan  illik  elektrik  enerjisi  istehsalının  kəmiyyət  göstəricisinə 

görə (530 nilrd.kvt.saat) ABŞ dünyada lıderlıyı özündə saxlayır. 

Rusiya  Federasiyasının  Çukot  yarımadasında  fəaliyyət 

göstərən  Bilibino  AES-i  (50  kvt)  elektrik  enerjisi  hasil  etməklə 

bərabər  sənaye  müəssisələrinin,  ictimai  və  yaşayış  binalarının, 

oranjereyaların qızdırılması üçün isti su və buxar da hasil edir. 

Lakin Qazaxıstanın Manqışlaq yarımadasında yerləşən Aktau 

şəhərinin  Şevçenko  limanında  fəaliyyət  göstərən  eyniadlı  AES  isə 

istehlakı  nəinki  elektrik  enerjisi  ilə  təmin  edir,  habelə  Xəzər 

dənizinin şor sularını içməli hala salaraq onu istifadə üçün ayrı-ayrı 

təsərrüfat sahələrinə, həmçinin əhalinin tələbatma istiqamətləndirir. 

Yaxşı  məlumdur  ki,  AES-lər  həm  tikilməsi,  həm  də  istismar 

olunması üçün çox mürəkkəb qurğulardan hesab edilir. Özü də 1986-

cı  ildə  Ukraynanın  Çernobıl  fəlakətindən  sonra  AES-lər  üçün 

avadanlıqlara,  stansiyaların  tikintisinə,  onların  istismarına,  xüsusi 

kadrların  hazırlanmasına  tələbat  və  ən  əsas  məsuliyyət  daha  da 

artırılmışdır. 

AES-lərin istismarı vaxtı çoxlu miqdarda maye və bərk halda 

radioaktiv tullantılar meydana gəlir. Başlıca məsələ onların müxtəlif 

yollarla  məhv  edilməsidir.  Əgər  əldə  edilmiş  maye  halında  olan 

radioaktiv 

tullantıları 

elə 

yerindəcə 



müxtəlif 

təsirlərlə 

buxarlandırmağa  məruz  qoymaq  mümkün  olursa,  bərk  halda  alınan 

radioaktiv tullantıların məhv edilməsi məsələsi mürəkkəb problemlər 

yaradır. Hələlik  bir  üsul  vardır ki, onları xüsusi şüşə ilə örtülmüş  - 

qablaşdırılmış  konteynerlərdə  müəyyən  edilmiş  xüsusi  yerlərdə 

basdırırlar  və  ya  həmin  konteynerləri  Atlantik  okeanın  şimal 

dərinliklərinə atırlar. Bu sahədə böyük təcrübə toplamış və bu sahəyə 

liderlik  edən  dövlətlərdən  biri  Böyük  Britaniyadır.  MAQATE-nin 

məlumatına görə demək olar ki, dünya üzrə radioaktiv tullantıların ¾  

-dən  çoxunu  Böyük  Britaniya  Atlantik  okeanına,  La-Manşa,  Kanar 

adaları  yaxılığında  Biskay  körfəzinə  atır.  ABŞ  1949-cu  ildən  bu 




vaxta  qədər  radioaktiv  tullantı  maddələri  ilə  doldurulmuş  yüz 

minlərlə  konteyneri  Sakit  və  Atlantik  okeanının  dərinliklərinə 

atmışdır. MAQATE-nin siyahısında okeanlara daimi belə radioaktiv 

tullantıları  atan  20-yə  qədər  ölkənin  adı  hallanır.  Fransa,  Đsveçrə, 

Đsveç,  Yaponiya,  Belçika,  Almaniya,  Đtaliya,  Cənubi  Koreya  və 

başqaları bu tip dövlətlər siyahısına daxildir. AES-lər eyni zamanda 

işlədikləri 

vaxtı 


atmosferə 

ĐES-lərdən 

çox 

az 


miqdarda 

radionuklidlər  buraxırlar.  AES-lər  texnologiyasına  görə  istismar 

vaxtı  ĐES-lərə  nisbətən  daha  çox  su  işlədirlər.  Ona  görə  də  ĐES-

lərdən fərqli olaraq üzərində tikilmiş olduğu çayın suyuna daha çox 

isti  su  və  atmosferə  isə  isti  bııraxırlar.  Belə  hal,  ekoloji  tarazlığı 

pozaraq hətta çayın canlı aləminin məhv olması ilə nəticələnir. 

Son illər neftin, qazın dünya bazarlarında ucuzlaşması və  ya 

bahalaşması,  1986-cı  ildə  Ukraynanın  Çernobıl  və  1979-cu  ildə 

Amerikanın  «Tri-Maykl-Aylend»  (Pensilvaniya  ştatının  Harrisberq 

şəhərində)  AES-lərində  baş  verən  qəzaların  psixoloji  təsiri,  nüvə 

enerjisi  hasilatı  tərəfdarlarının  azalması,  stansiyaların  daha  çox 

kapital  tutumlu  olmaları,  tikilməsinə  və  istifadəyə  verilməsinə 

lisenziyaların alınması vaxtının uzadılması, tikilmə layihələrinin çox 

uzun müddətə götür-qoy edilməsi, təhlükəsizliyin təmin edilməsində 

iri  texniki  aspektlərin  çətin  həll  olunması  və  radioaktiv  tullantılara 

münasibət  AES-lərin  saylarının,  habelə  elektrik  enerjisi  əldə 

edilməsində  xüsusi  çəkilərinin  azlığa  doğru  alçalması  müşahidə 

edilir.  Ona  görə  də  bir  çox  ölkələrdə,  o  cümlədən  Avstriyada, 

Đtaliyada  (4),  Polşada,  Đsveçrədə,  Niderlandda,  Đsveçdə  (12  AES-in 

hamısı)  AES-lərin  bir  çoxunun  fəaliyyətləri  dayandırılmışdır.  Lakin 

elə  ölkələr  vardır  ki,  AES-lərin  sayı  nəinki  azaldılmışdır,  əksinə, 

hətta artırılmış və gələcəkdə də artırılması nəzərdə tutulmuşdur. Belə 

ölkələrdən  Rusiya  Federasiyasını  (Balakov,  Cənubi  Ural,  Beloyar, 

Kursk,  Voronej  AES-lərində  blokların  sayının  artırılması,  Uzaq 

Şərqə  3  stansiyanın  tikilməsi  nəzərdə  tutulur),  ABŞ-ı,  Fransanı, 

Yaponiyanı  (yaxın  20  ildə  40  AES  tikilməlidir),  Koreya 

Respublikasını,  AFR-i  göstərə  bilərik.  Qeyd  etmək  lazımdır  ki, 

Yaponiya  dünyada  ən  böyük  gücü  olan  AES-ə  malikdir.  Bu,  Sakit 

okean  sənaye  qurşağında  yerləşərək  80-ci  illərin  ortalarından 

fəaliyyətdə 

olan 

və 


ümumi 

gücü 


10,5 

mln.kvt-a 

çatan 

«Fukusima»AES-idir.  Tokio  şəhərindən  200  km  şimalda  yerləşən 



«Fukusima»nın  1998-ci  ildə  7-ci  bloku  istifadəyə  verilərək  hələlik 

8,2 mln.kvt-lıq gücü elektrik enerjisi hasil edir. 




Alternativ  enerji  mənbələri  dünyada  illik  enerji  istehsalında 

1,0 % xüsusi çəkiyə malikdir. Müasir dünyanın inkişaf etməkdə olan 

ölkələrinin çoxunda illik elektrik enerjisi hasilatının 10 faizə qədərini 

alternativ enerji mənbələri verir. Söhbət, hər şeydən əvvəl geotermal, 

dəniz  və  okean  sularının  qabarına-çəkilməsi,  günəş,  külək  və  sair 

enerji  mənbələrindən  gedir.  Qeyri-ənənəvi  və  ya  alternativ  enerji 

ehtiyatları  çox  olsa  da  onlardan  hələ  maksimum  istifadə  etməyin 

effektli metodları tapılmamışdır. Bu əsasdan da hələlik onlar coğrafı 

baxımdan qiymətləndirilərək yerli əhəmiyyət kəsb edirlər. 

Geotermal  enerjinin  formalaşması  yerin  daxilində  baş  verən 

radioaktiv  parçalanmaların,  kimyəvi  reaksiyaların  və  digər 

proseslərin  gedişi  ilə  bağlıdır.  Məlumdur  ki,  yerin  2000-3000  m 

dərinliklərində  temperatur  100°S-dən  çox  olur.  Qızmış  su  tektonik 

çatlarla,  habelə  buruqlar  vasitəsi  ilə  yerin  səthinə  çıxır. 

Temperaturun  yüksək olması bəzən suların tektonik çatlar vasitəsilə 

buxar halında yerin səthində görülməsinə də imkan verir. Geotermal 

mənbələr  temperatur  şəraitinə  görə  aşağı,  orta  və  yüksək 

temperaturlu  olurlar.  Birinci  ikisi  adətən  qızdıncı  və  istilik 

təminatçısı kimi gərəklidirlər. Belə mənbələr Đslandiyada özünü daha 

qabarıq  şəkildə  büruzə  verir.  Belə  ki,  Đslandiya  dünyada  ilk  dəfə 

yeraltı isti sulardan binaların qızdırılmasında və isti suya olan digər 

tələbatın ödənilməsində geniş miqyasda istifadə edən yeganə ölkədir. 

Bu məqsədlə hələ XX əsrin 30-cü illərindən başlayaraq Reykyavikdə 

mərkəzdən  idarə  olunmaqla  xüsusi  təmizləyicisi  olan  geniş  boru-

kəmər  şəbəkəsi  sistemi  yaradılmışdır.  Onun  əsasında  da  geotermal 

sistemlər  daha  da  genişləndirilərək  alma,  pomidor,  yemiş,  eləcə  də 

banan  yetişdirilərək  onların  məhsullarına  olan  illik  tələbatı  ödəmək 

mümkün  olur.  Belə  təbii  isti  su  ehtiyatından  istifadə  Đtaliyada, 

Fransada, Macarıstanda, Yaponiyada, ABŞ-da, Mərkəzi Amerikanın 

bir  çox  ölkələrində,  Yeni  Zelandiyada,  Filippində  və  Rusiyada  da 

həyata keçirilir. 

Yüksək  temperaturlu  mənbələrdən  quru  buxar  halında  isə 

GeoĐES-lərin  yaradılması  üçün  istifadə  edilməsi  daha  sərfəlidir.  Bu 

məqsədlə  ilk  GeoĐES  1827-ci  ildə  Đtaliyanın  Toskana  əyalətinin 

Larderello  yaşayış  məntaqəsində  yaradılmışdır.  Bunu  əslən  fransalı 

olan  qraf  F.de  Larderello  öz  kimya  müəssisəsinin  təminatı  üçün 

həyata  keçirmişdir.  Belə  ki,  hələ  30-cu  illərdən  başlayaraq 

Reykyavikin ictimai və yaşayış binaları, sənaye müəssisələri, habelə 

oranjereyaları 

xüsusi 


tənzimləyiciləri 

olan 


boru 

xətti 


ilə 


qızdırılmaqdadır.  Deyilənlərlə  yanaşı  vulkan  hadisələri  ilə  əlaqədar 

yaranmış  istı  bulaqların  suyu  əsasında  fəaliyyət  göstərən  dünya 

əhəmiyyətli bir çox balneoloji kurort sahələri də yaradılmışdır. Digər 

tərəfdən,  elektrik  enerjisi  alınması  üçün  su  anbarına  toplanan  sudan 

vulkan  mənşəli  torpaqlarda  -  xüsusilə  üzümçülüyün  inkişafında  da 

geniş istifadə olunur. Sonralar bir neçə belə GeoĐES tikilib istifadəyə 

verildiyindən  Đtaliya  uzun  müddət  bu  sahədə  liderliyi  özündə 

saxlamışdır.  Nəhayət,  1955-1960-cı  illərdə  ABŞ-ın  Kaliforniya 

ştatında,  Meksikada,  Yeni  Zelandiyada,  habelə  60-cı  illərin 

axırlarında Yaponiyada ilk GeoĐES-lər quraşdınlmışdır. 1967-ci ildə 

isə  Rusiyanın  uzaq  Kamçatka  ərazisinin  Paujetski  çayı  hövzəsində 

eyniadlı  GeoĐES  tikilmişdir.  Bir  az  sonra  həmin  yerin  Mutnovski 

vulkanı  yanında  eyniadlı  GeoĐES  də  istifadəyə  verilərək  istehlakın 

ödənilməsində öz əhəmiyyətini göstərmşidir. Onun gücü 50 min.kvt-

dan  çoxdur.  Hal-hazırda  dünyada  14  ölkədə  (ABŞ,  Filippin, 

Meksika,  Đtaliya,  Yaponiya,  Yeni  Zelandiya,  Đndoneziya,  Salvador, 

Keniya, Đslandiya, Nikaraqua, Türkiyə, Çin, Rusiya Federasiyası) 5,3 

mln.kvt.gücündə  11  minə  qədər  GeoĐES  fəaliyyət  göstərir.  Burada 

ABŞ - 3700 saya, Filippin -3 minə qədər, Đtaliya və Meksika hər biri 

1000  dən  çox  GeoĐES-lərə  malik  olmaqla  fərqlənirlər.  Alternativ 

mənbələrdən  biri  də  Ayın  cazibə  qüvvəsi  nəticəsində  mövcudlaşan 

dəniz  sularınm  qabarma-çəkilməsi  zamanı  baş  verən  enerjiyə 

əsaslanaraq yaradılan elektrik stansiyalarıdır (QÇES). 

Đlk  dəfə  dəniz  və  okean  sularının  qabarma-çəkilməsi  zamanı 

yaranan  enerjiyə  əsaslanan  qurğunun  (QÇES)  tikilməsinə  1966-cı 

ildə  Fransada  başlanmışdır.  Belə  ki,  həmin  qurğu  Rans  çayının  La-

Manş 

körfəzinə 



töküldüyü 

ərazinin 

Sen-Maro 

şəhərində 

yaradılmışdır.  O,  350  metr  uzunluğlu  bənddən,  hər  birində  diametri 

5,25  m  olan  deşiklə  səciyyələnən  24  şlyuzdan  ibarətdir.  Şlyüzlərin 

hər  birinə  üfüqi  vəziyyətdə  hidroturbinlər  quraşdırılmışdır. 

Hündürlyü  14  metrə  çatan  dalğanın  suyu  mövcud  diametrə  malik 

olan deşiklərlə bəndin arxasında yaradılmış su anbarına daxil olur və 

qabarmanın  geri  çəkildiyi  anında  sular  turbinlərin  işlək  çarxlarını 

hərəkətə  gətirərək  enerji  alınmasına  şərait  yaratmış  olurlar. 

Göstərilən turbinlərin ümumi gücü 240 min.kvt olmaqla illik elektrik 

enerjisinin istehsalı 540 mln.kvt saatdan artığa çatır. Rusiyada bu tip 

elektrik stansiya 1968-ci ildə Barents dənizi sahillərində - Murmansk 

şəhərinin  Kisloquba  hissəsində  istifadəyə  verilmişdir.  Onun  gücü 

400  kvt-dan  çoxdur.  Sonralar,  yəni  1985-ci  ildə  Çində  gücü  3.000 




kvt  olan  «Tzyasan»  qabarma-çəkilmə  elektrik  stansiyası  istifadəyə 

verilmişdir. Hal-hazırda ABŞ Kanada ilə birlikdə dünyada suların ən 

böyük  qabarma  hadisəsi  (18  metr)  qeyd  olunan  Fandi  körfəzində 

gücü  4,0  mln.kvt-dan  çox  olan  qabarma-çəkilmə  elektrik 

stansiyasının  layihəsini  həyata  keçirir.  Bu  məqsədlə  Fandi 

körfəzində  128  turbinin  yerləşdirilməsi  nəzərdə  tutulmuşdur.  Digər 

belə layihələri ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Rusiya, Çin, 

Koreya  Respublikası,  Hindistan,  Argentina,  Avstraliya  həyata 

keçirməyə başlamışlar. 

80-ci  illərin  başlanğıcında  Yaponiya,  Norveç  mayakların, 

gəmilərin  hərəkət  etməyə  başlanmasını  və  onların  lövbər  saldıqları 

yerlərin  işıqlandırılmasını  təmin  etmək  üçün  dalğa  (qabarma) 

elektrik stansiyalarının yaradılmasını təmin etmişlər. 

Okean istilik elektrik stansiyaları (OĐES) son illərin məhsulu 

hesab  edilir.  Bu  növ  elektrik  stansiyalarının  yaradılması  üçün  ABŞ 

Havay  adalarını,  Yaponiya  Nauru  adasını,  Fransa  Taiti  adasını, 

Niderland  Bali  adasını  (Đndoneziya),  Hindistan  isə  öz  ölkəsinin 

cənubunu məqbul saymışlar. 

Günəş  elektrik  stansiyaları  dünyanın  30-dan  artıq  ölkəsində 

enerji  verməkdədir.  Yer  səthinə  çatan  Günəş  enerjisi  çox  böyük 

miqdara malikdir. Ondan tropik qurşqağın səhra ölkələrində istifadə 

etmək  daha  çox  məqsədəuyğundur.  Bunlar  ABŞ,  Đsrail,  Kipr,  Çin, 

Hindistan, Afrika və Latm Amerikasının bir çox ölkələrində; MDB-

nin  cənub  ölkələrində;  Fransa,  Đspaniya,  Đtaliya,  Yaponiya 

ərazilərində  fəaliyyət  göstərirlər.  GES-lər  1985-ci  ildən  Ukraynanın 

Krım  hissəsində,  1973-cü  ildən  isə  ABŞ-m  Kaliforniya  və  digər 

ştatlarında istehlaka xidmət edirlər. GES-in enerjisindən binaların və 

şitilliklərin  qızdırılmasında,  dəniz  və  okean  sularının  məişətdə, 

sənaye  sahələrində  işlədilməsi  üçün  yararlı  hala  salınmasında  geniş 

istifadə olunur. Yaxın və Orta Şərq ölkələrinin, Şimali Afrikanın aid 

ərazilərində bu işlər geniş həyata keçirilir. 

Külək  elektrik  stansiyaları  (KES)  son  illərə  qədər  2,0  mln. 

kvt.  gücə  malik  olmuşdur.  KES-lər  dünyanın  ABŞ,  Danimarka, 

Đsveç,  AFR,  Böyük  Britaniya,  Niderland,  Đspaniya,  Yunanıstan, 

Kanada,  Çin,  Azərbaycan,  Hindistan  ölkələrində  istehlaka  xidmət 

edirlər.  Çox  maraqlı  haldır  ki,  Kaliforniyanın  yüksək  dağ 

aşınmlarında  quraşdırılmış  KES-lərdən  milyondan  artıq  insan 

istifadə  edir.  Diqqətəlayiq  haldır  ki,  külək  enerjisindən  istifadənin 

pioneri hesab edilən AFR Şimal dənizinin sahillərində Avropada ən 



böyük KES parkı yaratmışdır. Bununla yanaşı ən güclü (2 Mvt) KES 

Đsveçdə də fəaliyyət göstərir. Gələcəkdə ölkədə hər birinin gücü 3-5 

mvt  olan  KES-lər  yaradılması  planlaşdırır  ki,  onlardan  da  ildə  15 

mlrd.kvt  saat  elektrik  enerjisi  alınması  nəzərdə  tutulur.  Çünki  digər 

elektrik stansiyalarını yaratmaq üçün Đsveçin yanacaq-enerji ehtiyatı 

kifayət qədər deyildir. 

Danimarkada  4  mindən  artıq  KES  illik  elektrik  enerjisi 

istehsalının  5%-ə  qədərini  hasil  edir.  Nəzərdə  tutulmuşdur  ki, 

Danimarkada  2005-ci  ildə  KES-lərin  elektrik  enerjisi  istehsalında 

xüsusi çəkisi 30%-ə çatdırılsın. Bu da, digər elektrik stansiyalarından 

fərqli  olaraq  atmosferə  atılan  karbon  qazının  ən  azı  2  dəfə  və  digər 

tullantıların  xeyli  azalmasına  imkan  verəcəkdir.  Belə  hal,  eyni 

zamanda təbii ekoloji tarazlığı saxlamaq deməkdir. MDB ölkələrinin 

Şimal,  Azov-Qara  dəniz,  Aşağı  Volqa,  Qazaxıstan,  Türkmənistan 

ərazilərində  daha  çox  KES  quraşdırmaq  üçün  əlverişli  imkanlar 

vardır.  Bu  imkanlardan  lazımi  səviyyədə  istifadə  edilsə  milyard 

kilovat gücə çatan KES-lər quraşdırmaq nəticəsində ümumilikdə ildə 

elektrik  enerjisi  istehsalını  18trln.kvt.saata  çatdırmaq  mümkün 

olacaqdır. Əsasən mülayim qurşaqda yerləşən ölkələrdə xeyli qədim 

inkişaf  tarixinə  malik  olan  KES-lərin  iqtisadi  səmərəliliyinin  aşağı, 

az  olması  onların  daima  işləməsi  ilə  -  yəni  küləyin  baş  verdiyi 

anlarda işləmələri ilə izah olunur. 

Qeyd  etmək  lazımdır  ki,  alternativ  enerji  mənbələrinə 

üstünlük verilməsi həmin rayonlarda  əsas  enerji  mənbələrinin az və 

ya  hec  yoxluğuna,    digər    tərəfdən    isə    təbii  ekoloji    tarazhğın  

saxlamlma mümkünlüyünə əsaslanır. 

Alternativ  enerji  mənbələrinə  eyni  zamanda,  sintetik 

yanacaqları,  bitiumlaşmış  qumları,  biokütləni,  bioqazı,  spirti  və 

başqalarını  da  aid  etmək  mümkündür.  Sintetik  yanacağın  alınması 

üçün kömürdən, yanar şistdən, bitiumlaşmış qumlardan, biokütlədən 

istifadə  olunur.  Kömürün  hidrogenerasiya  edilməsi  nəticəsində  süni 

neftin əldə edilməsi Almaniyada hələ 30-cu illərdə məlum idi. Enerji 

böhranı  başlandıqdan  sonra  Qərb  ölkələri  bu  üsuldan  geniş  istifadə 

edərək  sintetik  yanacaq  alma  proqramını  əsaslı  surətdə  həyata 

keçirməyə  başlamışlar.  ABŞ-ın  enerji  proqramına  əsasən  kömürdən 

qaz alınması üçün 40 yeni zavodun tikilməsi planlaşdırılmışdır. Hal-

hazırda bu üsulla qaz alınması CAR-da da həyata keçirilir. 

Bitiumlaşmış  şistin  əldə  edilməsində  MDB,  Estoniya,  ABŞ, 

Braziliya,  Çin  seçilirlər.  Müəyyən  edirlmişdir  ki,  aşkarlanmış 



bitiumlaşan  şist  ehtiyatından  50  mlrd.tondan  çox  neft  əldə  etmək 

mümkündür. 

Bitiumlaşmış 

qumların 

ən 

çox 


ehtiyatı 

Kanadada, 

Venesuelada, Kolumbiyada aşkar edilmişdir. Kanadada bitiumlaşmış 

qum,  habelə  əkinçilik  və  heyvandarlıq  sahəsinin  tullantıları 

istifadədə  böyük  əhəmiyyət  kəsb  edirlər.  Bitiumlaşmış  neft 

ehtiyatının  sahəsi  75  min  kv.km-dir  ki,  o  da  Atabaska  çayı 

hövzəsində  aşkar  edilmişdir.  Onun  ümumi  ehtiyatı  130  mlrd.ton 

təşkil  etsə  də  40  mlrd.tonu  istifadəyə  gərəklidir.  Venesuelada 

bitiumlaşmış  neftin  geoloji  ehtiyatı  185  mlrd.  tona  catır.  Onun  40 

mlrd. tonundan istifadə etmək gələcəkdə mümkün olacaqdır. 

Biokütlənin  başlıca  mənbələrini  yandırmaqla,  eləcə  də  emal 

etməklə əldə edilən xammaldan bioqaz və spirt alınmasında istifadə 

etmək  mümkündür.  Bu  məqsəd  üçün  şəkər  qamışı,  çəltik  qabığı, 

qarğıdalı  şaxı  və  gövdəsi,  pambıq  şaxı,  kokos  və  qoz  qabığı,  yer 

qozu, peyin xammalı yanacaq kimi istifadədə gərəklidir. 

Bioqaz  ən  çox  Çində,  Hindistanda,  Cənubi-Şərqi  Asiya 

ölkələrin-də,  Mərkəzi  Amerika  və  MDB  ölkələrində  istehsal  edilir. 

Heyvandarlığın,  meşə  və  ağac  emalı  təsərrüfatının,  məişət 

tullantılarının  iqtisadi  potensial  həcmi  ümumiyyətlə  dünyada,  eləcə 

də  ayrı-ayrı  ölkələrdə  müxtəlifdir.  Bu,  təkcə  RF-də  ildə  50  mln.ton 

şərti  yanacaq  həcminə  bərabərdir.  Elə  ona  görə  də  Moskva 

vilayətində  fəaliyyət  göstərən  heyvandarlıq  fermalarmdan  birində 

üzvi  tullantıların  biokütləsindən  istifadə  edərək  yaradılmış  qurğu 

hesabına  əldə  olunan  tərkibi  təbii  yanar  qaza  müvafıq  gələn  yanar 

qaz əsasında ferma binaları qızdırılır və adi qaz plitlərində də istifadə 

edilərək  məişətdə  gərəkli  olur.  Eləcə  də  həmin  bioqazdan  daxili 

yanma mühərriklərinin işləməsində, süni benzin alınmasında istifadə 

olunur. 


Ümumiyyətlə, bütün dünyada alternativ enerji mənbələrindən 

və eksperiment kimi istifadə olunur, ya da ki, onlar yerli və ya lokal 

əhəmiyyət kəsb edirlər. Bu ilk növbədə, külək enerjisinə aiddir. Elə 

ölkələr vardır ki, onların təbii enerji mənbələri ehtiyatı ilə zənginliyi 

alternativ enerji mənbələrindən istifadə olunmamasına şərait yaradır. 

Məsələn,  Rusiya  Federasiyasında  əsas  enerji  mənbələrinin  çoxluğu 

alternativ  enerji  mənbələrindən  elektrik  enerjisinin  alınması 

eksperiment  xarakteri  daşıyır.  Lakin  ərazinin  uzaqlığı,  keçilmə 

çətinliyinin  mövcudluğu,  əsas  elektrik  stansiyalarının  tikilməsinə 

ehtiyacın olmaması, istehlakın azlığı belə rayonlarda alternativ enerji 




mənbələrindən  istifadə  olunmasını  zəruriləşdirir.  Çünki  bu  həmin 

rayonlarda  elektrik  enerjisinə  olan  istehlakın  ödənilməsi  üçün 

alternativi olmayan bir varlıqdır. 

Dünyada  şəkər  qamışından  ən  çox  etil  spirti  alan  ölkə 

Braziliyadır.  Ona  görə  də  ölkədə  -  kənd  yerlərində  şəkər  qamışıın 

distillə  edə  bilən  280-dən  çox  zavod  fəaliyyət  göstərir.  Nəticədə, 

ölkə  avtoparklarının  çox  hissəsi  ya  təmiz  etanol  əsasında,  ya  da  ki, 

spirtli-benzinli yanacaq əsasında işləyirlər. 

Son  vaxtlar  dəniz  və  okean  cərəyanlarının  enerjisindən  də 

istifadə  olunur.  Bu,  ancaq  Yaponiyada  eksperiment  formasında 

mövcud olmaqdadır. 

Müasir 


dünya 

elektroenergetikasının 

inkişaf 

xüsusiyyətlərindən  biri  ayrı-ayrı  ölkələrin,  regionların  daxili  enerji 

sistemlərinin  yaradılması,  onların  biri-biri  ilə  yüksək  gərginlikli 

elektrik  xətləri  vasitəsi  ilə  birləşdirilməsi,  hasil  olunmuş  elektrik 

enerjisini  yüksək  gərginlikli  beynəlxalq  elektrik  xətlərlə  ötürülməsi 

hesab edilir. Yüksək gərginlikli elektrik xətləri vasitəsilə biri-biri ilə 

birləşdirilmiş  beynəlxalq  enerji  sistemləri  mövcudlaşdıqda  bütün 

ərazilərin 

elektrik 

enerjisi 

ilə 

təmin 


olnuma 

imkanları 

möhkəmlənmiş olur, sutkalıq, aylıq və illik elektrik enerjisi ilə təmin 

olunma  qrafikinə  əməl  olunur,  hər  növ  və  hər  bir  elektrik 

stansiyasının  iqtisadi  göstəricisi  yaxşılaşır,  ərazinin  hər  bir  yerinin 

tam  elektrikləşdirilməsi  üçün  şərait  yaradılır,  heç  bir  bölgənin 

elektrik enerjisinə ehtiyacı qalmır, hər bir bölgə il boyu tələb olunan 

miqdarda elektrik enerjisi ala bilir, elektrik enerjisi ilə təmin olunma 

il  boyu  sabitləşir,  ayrı-ayrı  növ  elektrik  stansiyalarının  çatışmayan 

cəhətləri  elektrik  təminatında  hiss  edilmir,  ekoloji  tarazlıq  olduğu 

kimi saxlanılır. 

Vaxtı ilə SSRĐ-də 11 birləşmiş enerji sistemi ilə yanaşı Vahid 

enerji  sistemi  yaradılmaqla  Avropaya  istiqamətlənən  «Sülh»enerji 

sistemi də fəaliyyət göstərirdi. 

Hal-hazırda  hasil  olunmuş  elektrik  enerjisinin  yüksək 

gərginlikli beynəlxalq elektrik xətləri vasitəsi ilə nəql edilməsi xarici 

Avropa ölkələri, ABŞ və Kanada üçün daha çox xarakterdir. 

Elektroenergetikanın inkişaf xüsusiyyətlərindən biri dünyanın qlobal 

problemlərindən hesab edilən ekoloji tarazlığı qoruyub saxlamaqdır. 

Kimya,  metallurgiya,  nəqliyyat,  dağ-mədən  və  sairəyə  nisbətən 

strateji  əhəmiyyət  kəsb  edən  elektroenergetika  ətraf  aləmin  təbii 

halının olduğu kimi qalmasında israrlıdır. 




 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə