R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   13   14   15   16   17   18   19   20   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

V.2. Metallurgiya 

 

Đstehsal  vasitələri  istehsah  sahəsinə  daxil  olan  metallurgiya 



ağır  və  yüngül  metallar  istehsalını  özündə  birləşdirir.  Dövlətin 

iqtisadi  və  hərbi  qüdrətini  əridilmiş  metalın  kəmiyyət  və  keyfiyyət 

göstəricisi müəyyən edir. O, bəşəriyyəti konstruksiya materialları ilə 

-  qara  və  əlvan  metallarla  təmin  edərək  maşınqayırmanın,  tikintinin 

inkişafnın  və  digər  təsərrüfat  sahələrinin  texniki  təchizatının 

təminatçısı rolunu oynayır. 

Metallurgiya  iki  sahəyə  ayrılır.  Bunlar  qara  və  əlvan 

metallurgiyadan ibarətdir. Əhəmiyyət baxımında məhsul istehsalının 

ölçüsünə görə qara metallurgiya üstünlük təşkil edir. 

Qara  metallurgiya  dünya  sənayesinin  qədim  və  aparıcı 

sahələrindən biri olub filiz və qeyri-filiz xammallarının hasilatından, 

onların  saflaşdırılmasından,  çuqun,  polad,  prokat,  ferroərintilər, 

habelə bir sıra digər son məhsullar əldə edilməsindən ibarətdir. 

Maşmqayırmanın  və  tikintinin  inkişafı  bilavasitə  qara 

metallurgiyaya  çox  ehtiyaclıdır.  Xalq  təsərrüfatınm  bir  çox  sahələri 

texniki təchizatda qara metallurgiyaya borcludur. 

Qara metallurgiyanın inkişafı üçün xammal kimi filizin bu və 

ya  digər  növlərindən,  dəmir  qırıntılarından,  ferroərintilərdən, 

müxtəlif  qatışıqlardan  geniş  istifadə  olunursa,  kokslaşan  kömür  və 

elektrik  enerjisi  yanacaq  kimi  çox  gərəklidir.  Onun  məhsulları 

çuqun, polad, prokat, müxtəlif ölçülü borular və s.-dən ibarətdir. 

Müasir  metallurgiya  üçün  xarakterik  olan  cəhət  metalın  əsas 

hissəsinin  metallurgiya  kombinatlarında  istehsal  olunmasıdır. 

Kombinat  dedikdə,  müxtəlif  sənaye  sahələrinə  aid,  texnoloji  proses 

cəhətdən  biri-biri  ilə  qarşılıqlı  surətdə  əlaqədə  olan  bir  neçə 

istehsalın 

bir 

müəssisədə 



birləşdirilməsi 

başa 


düşülür. 

Metallurgiyada  xammalı  ardıcıl  surətdə  emal  edən  kombinatlar 

üstünlük  təşkil  edir.  Həmin  kombinatlarda  domna  peçlərində  dəmir 

filizindən  çuqun  istehsal  olunur,  maye  halında  olan  çuqundan  və 

metal  qırıntılarından  isə  poladəridən  konvertorlarda,  martenlərdə, 

elektrik  peçlənndə  polad  əridilir  və  bundan  da  hazır  son  məhsul  -

prokat  əldə  edilir.  Metallurgiyada  elmi-texniki  tərəqqi  metal 

əridilməsinin  getdikcə  daha  çox  məhsuldar  üsullarının  tətbiq 

edilməsinə  səbəb  olur.  Nəticədə,  poladın  keyfiyyəti  yüksəlmiş  olur. 

Yüksək  keyfıyyətli  polad  əldə  etmək  üçün  legirləyici  (metalların 




keyfiyyətini  yaxşılaşdıran)  metalların  -  xromun,  nikelin,  titanın, 

vanadiumun,  volframın  dərnirlə  ərintisi  şəklində  olan  ferroərintilər 

tətbiq  olunur.  Bunların  əridilməsi  isə  çoxlu  miqdarda  elektrik 

enerjisi tələb edir. Metal istehsalının ən yeni üsulu - domnasız metal 

əldə  etmək  üsuludur.  Deyilənlərlə  yanaşı  qara  metallurgiyada 

istehsalın  təmər-küzləşməsi  arası  kəsilmədən  artır.  Belə  ki,  hazırda 

iri bir domna xeyli sayda olan xırda müəssisələrin verdiyi məhsuldan 

artıq çuqun verir. 

Metallurgiya  bir  qrup  istehsalların,  o  cümlədən  koks-kimya 

və maşmqayırma istehsallarının inkişafı üçün baza rolunu oynayır. 

Metallurgiya  müəssisələri  bütün  məhsul  növlərinı  verə  biiən 

tam  dövriyyəli  –  silsiləli  və  ya  bir  neçə  məhsul  istehsaletmə 

qüvvəsinə malik olan natamam-yarım dövriyyəli növlərə ayrılırlar. 

Müasir  metallurgiya  kombinatlan  xammal  və  yanacaq  bazalarında, 

xammalla  yanacaq  bazaları  arasında,  istehlaka  yaxın,  iri  dəniz 

limanlarında, nəqliyyat növlərinin yaxşı inkişaf edərək qovşaq təşkil 

etdiyi  rayonlarda 

yeriəşdirilmişlər.  Deyılənlər  tam  silsiləri  

metallurgıya    müəssisələrınin    yerləşdırilməsi    üçün    başlıca 

prinsiplərdir. Belə müəssisələri yerləşdirərkən, onların su ilə, elektrik 

enerjisi  ilə,  təbii  qazla  təmin  olunmasını,  hətta  təbiətin  qorunması 

zəruriliyini də nəzərə alırlar. 

Müasir dünyada qara metallurgiya xammallarla və yanacaqla 

tam  təmin  olunsa  da  onların  coğrafi  yerləşməsində  çox  qeyri-

bərabərlik hökm sürür. Bunların əksəriyyəti demək olar ki, inkişafda 

olan  ölkələr  ərazisi  üçün  xarakterikdir.  Deməli,  xammalla  yanacaq 

arasında, istehsalla istehlak arasında da qeyri-bərabərlik mövcuddur. 

Belə  hal,  bəzi  problemlərin  -  xüsusi  ilə  də  uzaq  məsafələrə 

daşımaların mövcudlaşmasını zəruriləşdirir. 

Qara  metallurgiyanın  əsas  xammalı  sayılan  dəmir  filizi 

ehtiyatı  dünyada  800  mlrd.  ton  olmaqla  Rusiyada,  Braziliyada, 

Avstraliyada,  Kanadada,  Hindistanda,  Çində,  CAR-da,  ABŞ-da, 

Liberii-yada,  Venesuelada,  Đsveçdə  zəngin  ehtiyata  malik  olan 

yataqlar  aşkarlanmışdır.  Đldə  dünyada  1,06  mlrd.  tondan  çox  dəmir 

filizi  hasilatında  Çin,  Braziliya,  Avstraliya,  Rusiya,  Ukrayna,  ABŞ, 

Hindistan, Kanada, CAR və s. ölkələr seçilirlər. Son illər Avstraliya, 

CAR,  Braziliya  və  Liberiyanın  zəngin  filizlərindən  geniş  istifadə 

olunması  ABŞ  və  Qərbi  Avropada  bir  sıra  hasilat  rayonlarının 

tənəzzülünə səbəb olmuşdur. 



Dəmir  filizinin  başlıca  ixracatçıları  Braziliya,  Avstraliya, 

Hindistan,  RF,  Ukrayna  sayılırsa,  əsas  idxalatçılar  Yaponiya,  ABŞ 

və Avropa ölkələridir. 

Qara 


metallurgiyanın 

böyük 


əhəmiyyət 

kəsb 


edən 

məhsullarından  biri  dünyanın  80-dan  artıq  ölkəsində  mövcud  olan 

polad  istehsalıdır.  Onun  inkişaf  dinamikasını  izləsək  aşağıdakıların 

şahidi  olarıq:  1950-ci  ildə  200  mln.  t,  1958-ci  ildə  300  mln.  ton, 

1970-ci  ildə  600  mln.  ton,  2000-ci  ildə  850  mln.  ton,  XXI  əsrin 

başlanğıcında isə 1060 mln. ton polad istehsalı müşahidə edilmişdir. 

Müasir  dünyada  qara  metal  məhsulu  istehsalında  Şimalla 

Cənub  arasında  kəmiyyət  göstəriciləri  xeyli  dəyişmişdir.  Belə  ki, 

hal-hazırda  Çin  də  daxil  olmaqla  Cənub  dünyada  istehsal  olunan 

poladın  2/5-ni  verməkdədir.  Qara  metallurgiyanın  inkişafda  olan 

ölkələrə  belə  "miqrasiya"  etməsi  hər  şeydən  əvvəl  həmin  ölkələrin 

sənayeləşməsi, habelə "çirkli" təsərrüfat sahələrinin ABŞ, Yaponiya 

və  Qərbi  Avropa  ölkələrindən  ĐOÖ-rə  doğru  istiqamətləndirmə 

siyasətinin özünə yer tapması iiə bağlıdır. 

Polad  istehsalında  Xarici  Asiya  regionu  ölkələri  aparıcı  yer 

tuturlar. Burada Çin dünyada liderlik edərək ildə 182 mln. ton polad 

istehsal  edir.  Çində  Xalq  Respublikası  elan  olunan  -  1949-cu  ildə 

qara metallurgiyadan əsər-əlamət belə yox idi. Hal-hazırda Yaponiya 

- 110 mln. ton, Koreya Respublikası - 50 mln. tondan çox, Hindistan 

40 mln. tondan artıq illik polad məhsulu istehsalı ilə fərqlənirlər. 

Regionlar arasında polad istehsalında xarici Avropanın AFR, 

Đtaliya,  Fransa,  Böyük  Britaniya  dövlətləri  də  tanınırlar.  Daha 

doğrusu,  polad  istehsalı  AFR-də  -  50  mln.  ton,  Đtaliyada  -  30  mln. 

tondan çox, Fransada - 20 mln. tona  yaxın, Böyük Britaniyada - 20 

mln.  tona  qədər  təşkil  edir.  Lakin  Şimali  Amerikanm  ABŞ-ı  və 

Kanadası  bu  sahədə  özünəməxsusluğu  ilə  tanınırlar.  ABŞ  ildə  101 

mln.  ton  polad  verərək  dünyada  Çin  və  Yaponiyadan  sonrakı  yerə 

malikdir.  Kanadada  isə  bu  məhsulun  illik  istehsalının  kəmiyyət 

göstəricisi bir o qədər də yüksək deyildir. 

Əlbəttə,  qara  metallurgiya  məhsulları  istehsalında  MDB 

ölkələrinin  adlarını  çəkməmək  olmaz.  Burada  RF,  Ukrayna, 

Qazaxıstan  fərqlənirlər.  Đllik  polad  istehsalında  RF-nin  xüsusi 

göstəricisi  -60  mln.  tona  yaxın,  Ukraynanınkı  isə  -  3-  mln.  tondan 

çoxdur.  Qazaxıstanda  -  5,0  mln.  ton  polad,  4,0  mln.  ton  prokat 

istehsal  olunmaqdadır.  MDB-də  Cənub,  Ural,  Mərkəz,  Sibir, 

Qazaxıstan  əsas  metallurgiya  bazaları  vardır.  Ümumi  filiz  və  ya 




yanacaq ehtiyatlarından istifadə edib, xalq təsərrüfatının metala olan 

başlıca  tələbatını  təmin  edən  metallurgiya  zavodları  qrupuna  əsas 

metallurgiya bazası deyilir. 

Regionların  illik  polad  istehsalında  xüsusi  çəkiləri  -  Xarici 

Asiya  -  42,4%,  Xarici  Avropa  -  22,9%,  Şimali  Amerika  -  14,1%, 

MDB  -  11,8%,  Latın  Amerikası  ölkələri  -  6,5%,  Afrika  -  1,0%, 

Avstraliya və Okeaniya - 0,9% təşkil edir. 

Dünya  bazarına  hər  il  250-300  mln.  tondan  çox  qara  metal 

prokatı daxil olur. Başlıca məhsul ixrac edən ölkələrdən Yaponiyanı, 

Almaniyanı,  Fransanı,  Đtaliyanı,  Koreya  Respublikasını,  Böyük 

Britaniyanı,  Benilüks  ölkələrini,  idxalatda  isə  ABŞ-ı,  Çini  göstərə 

bilərik.  Qeyd  etmək  lazımdır  ki,  Yaponiya  qara  metal  məhsulları 

ixracatında  dünyada  qabaqcıl  yer  tutaraq  ildə  35,0  mln.  xüsusi 

çəkiyə  malikdir.  Göstərmək  yerinə  düşərdi  ki,  Bakı-Tbilisi-Ceyhan 

neft  kəmərinin  çəkilişində  istifadə  olunan  borular  Yaponiya  qara 

metallurgiya müəssisələrinin məhsullarındandır. 

Əlvan  metallurgiya,  çuqun  və  polad  əridilməsi  kimi  dünya 

sənayesinin  qədim  sahələrindən  hesab  edilir.  O,  əlvan  metal 

filizlərinin  və  ərintilərinin  hasilatını,  saflaşdırılmasını,  eləcə  də 

onların  əridilməsini  özündə  birləşdirir.  Elmi-texniki  inqilab 

dövründə  hər  bir  ölkənin  elektrikləşdirilməsi  onun  müdafıə 

qabiliyyətinin daha da möhkəmləndirilməsi üçün atom texnikasının, 

aviasiyanın, raketqayırmanın, habelə qara metallurgiya və kimyanın 

inkişafı  üçün  əlvan  metallurgiyanın  əhəmiyyəti  danılmaz  olaraq 

qalır. Bunlardan qalay, qurğuşun korroziyaya qarşı davamlı, bəziləri 

-titan 


odadavamını, 

alüminium, 

mis, 

gümüş 


isə 

yüksək 


elektrikkeçirmə qabiliyyətinə malikdirlər. 

Əlvan  metallar  əsas  və  qeyri-əsas  qruplara  ayrılırlar. 

Bunlarda  da  ağır  -  mis,  qalay,  qurğuşun,  sink,  nikel;  yüngül  - 

alüminium,  maqnezium,  titan;  qiymətli  -  qızıl,  gümüş,  platin;  çətin 

əriyən  -volfram,  molibden;  nadir  -  uran,  germanium  və  sairləri 

mövcuddur. Göstərilən qruplaşdırma əsasında da yüngül metallar və 

ağır metallar metallurgiyası fərqləndirilir. 

Dünyada 70-dən artıq əlvan metal növü istehsal olunur. 

Yüngül,  yaxşı  elektrikkeçirmə  qabiliyyətinə  malik  olan  və 

"qanadlı" metal adlanan alüminium fılizləri dünyada ən çox yayılmış 

xammallara  malikdir.  Belə  ki,  alüminium  əldə  edilməsi  üçün 

boksitdən,  alünitdən,  nifelindən,  sienitdən,  kaolindən  xammal  kimi 

istifadə  olunur.  Belə  fılizlərdən  ilk  əvvəl  alüminium  oksidini  -  gil-



torpağı ayırırlar. 1 ton alüminium metalı almaq üçün 14 min kvt saat 

elektrik  enerjisi  işlədilir,  1  ton  mis  metalı  əldə  etmək  üçün  100  ton 

mis  fılizi,  1  ton  qalay  əldə  etmək  üçün  isə  -  300  ton xammal  gərək 

olur.  Əlvan  metallurgiya  məhsullarının  əksəriyyəti  elektrik  tutumlu 

olduqlarından, o cümlədən alüminium alınması müəssisələri ucuz və 

çox  elektrik  enerjisi  hasil  edən  SES,  ĐES,  AES  yaxınlıqlarında 

yerləşdirilirlər.  Hal-hazırda  dünyanın  50-dən  artıq  ölkəsində 

alüminium  istehsal  olunur.  Son  illərdə  dünyada  40  mln.  tona  qədər 

alüminium  istehsal  olunmaqdadır.  Alüminium  sənayesi  ərazi 

cəhətdən  biri-birindən  ayrı  düşmüş  3  istehsal  mərhələsi  ilə  təmsil 

olunur.  Birinci  mərhələdə  xammal-alüminium  filizi,  ikinci 

mərhələdə  alüminium  oksidi  əldə  edilir.  Enerji  tutumlu  üçüncü 

mərhələ,  yəni  alüminium  istehsalı  ucuz  elektrik  enerjisi  ilə  zəngin 

olan yerlərə istiqamətlənir. 

Müasir  dünyada  ABŞ  -  3,7  mln.  t,  RF  -  3,2  mln.t,  Çin  -  2,6 

mln.t,  Kanada  -  2,4  mln.t,  Avstraliya  -  1,8  mln.t,  CAR  -  0,7  mln.  t 

alüminium istehsal edirlər. 

Dünyada  ilk  dəfə  alüminium  alınması  üçün  boksit  hasilatına 

XIX  əsrin  əvvəllərində  Fransanın  Boks  yaşayış  məntəqəsində 

başlanılmışdır.  Boksit  istehsalında  birinci  onluğa  daxil  olan  ölkələr 

bunlardır: Avstraliya - 50 mln.t, Qvineya - 20 mln. ton, Braziliya-15 

mln. t, Yamayka - 10 mln. tondan çox, Çin - 10 mln. t, Hindistan- 6 

mln. t, Venesuela - 5,0 mln. t, RF - 4,0 mln. t, Surinam -4,0 mln. t, 

Qazaxıstan  -  3,0  mln.  t.  Hal-hazırda  ĐOÖ  dünyada  istehsal  olunan 

boksitin 50%-ni. yarım fabrikat hesab olunan gil-torpağın - 25%-ni, 

alüminiumun 20%-ni verirlər. 

Dünyada  mis  alınmasına  gərəkli  hesab  edilən  mis  filizi 

ehtiyatı  ĐEÖ-lə  ĐOÖ  arasında  -  30:70  nisbətindədir.  Mis  konsentratı 

istehsalında  bu  sistem  ölkələri  arasında  -  40:60  nisbəti,  qara  mis 

hasilatında  -  60:40,  saflaşdırılmış  mis  hasilatında  isə  75:25  nisbəti 

mövcuddur. 

Mis konsentratı istehsalında Çili - 3,7 mln. t, ABŞ - 1,9 mln.t, 

Kanada  -  0,7  mln.t,  Çin  -  0,5  mln.t,  Peru  -  0,5  mln.  t  məhsul 

verməklə tanmırlar. 

Beynəlxalq 

valyuta 


metalı 

sayılan 


qızılın 

rolu 


ölçüyəgəlməzdir.  XX  əsrdə  qızıl  hasilatı  çox  sürətlə  artmışdır.  Belə 

ki, 


1913-cü 

ildə 


onun  illik  hasilatı  650  t  olmuşdursa,  son  illərdə  bu  2300  tonu 

keçmişdir.  




Müasir  dövrdə  dünyanın  100-dən  çox  ölkəsində  qızıl  hasil 

olunur. Bunlardan - CAR - 450 ton, ABŞ - 350 t, Avstraliya - 310 t, 

Kanada  - 170 t, Çin - 160 t, Rusiya - 130 t, Peru - 130 t. illik qızıl 

hasilatına malikdirlər. Son illərdə Avstraliyada, Çində Đndoneziyada 

qızılın illik hasilatı görünməmiş şəkildə artmaqdadır. 

 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə