R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   8   9   10   11   12   13   14   15   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

Roma sivilizasiyası

 - təməli e.ə. V-III əsrlərdə Orta Asiyada 

və  Tibr  vadisində  yaşayan  latınlar  tərəfindən  qoyulmuşdur. 

Romalılar Yunan demokratiyasını daha da inkişaf etdirərək dünyada 

ilk dəfə olaraq parlamentli mərkəzləşdirilmiş respublika yaratmışlar. 



Bu  dövrdə  Qərbi  Avropa  sivilizasiyasının  yaranmasında  və 

inkişafında  böyük  rol  oynayan  çoxlu  Roma  imperiya  şəhərləri 

yaranmışdır. Venesiya, Köln, London buna misal ola bilər. Lakin e.ə 

254-cü ildə əsası qoyulmuş Roma şəhərini tutmuş və qarət etmişlər. 

Bu  dövrdəki  dövlətlər  öz  ərazilərini  genişləndirmək  üçün 

daha  çox  müharibə  aparırdılar.  Yəni  bu  dövr  müharibələr  ilə 

səciyyələnir.  Bu  dövlətlərin  apardıqları  müharibələr,  şəhərsalma 

işləri,  yeni  dəniz  yollarının  kəşfı,  uzaq  ölkələrlə  ticarət  əlaqələrinin 

yaradılması  və  sairə  bilik  tələb  edirdi.  Buna  görə  də  Şimali 

Hindistan, Qədim Çin.  Misir, Finikiya müstəmləkəsi olan Karfagen 

sakinləri  arasında  dəniz  və  quru  yollannı  öyrənən,  başqa  ölkələrin 

sərvətləri  haqqında  coğrafi  biliklər  toplayan  səyyahlar  meydana 

gəlmişdir. 

Bu  dövrdə  dövlət  quruluşunun  iki  əsas  forması-monarxiya 

(Misir,  Babilistan,  Assuriya,  Đran  və  Roma  imperiyaları)  və 

respublika  (Finikiya  və  Yunanıstan  şəhər-dövlətləri  )  mövcud 

olmuşlar.  Yəni  bu  dövr  iri  dövlət  və  imperiyaların  yaranması  və 

dağılması ilə səciyyələnir. 

Orta  əsrlər  dövrü  V-XV  əsrləri  əhatə  edir.  Orta  əsrlər  dövrü 

siyasi xəritənin formalaşması feodalizm quruluşu ilə əlaqədardır. Bu 

dövrdə  formalaşan  feodalizm  cəmiyyətində  siyasi  vəziyyət  daha 

dərin  və  qarışıq  olmuşdur.  Erkən  orta  əsrlərdə  Avropada  elm  və 

mədəniyyət  dinin  təsiri  altında  durğunluğa  uğramışdır.  Quldarlıq 

dövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür proseslərin 

və hadisələrin baş verməsi, maddi varlıqların  yaranması haqqındakı 

fikirlər 

Allahın 

iradəsi 


ilə 

bağlanır, 

dini 

əfsanələr 



ilə 

əlaqələndirilirdi.  Cənubi  Asiya  regionunun  formalaşmasında  və 

Hindistan  yarımadasında  yaşayan  müxtəlif  etnik  qrupların 

birləşməsində  isə  brahmanizm  və  hinduizm  dinləri  mühüm  rol 

oynamışdır.  Burada  digər  regionlardan  fərqli  olaraq  əsir  qullara 

ehtiyac  olmamışdır.  Bunun  iki  səbəbi  var  idi.  Burada  yerli  işçi 

qüvvəsi  kifayət  qədər  idi.  Bu  brahmanizm  tərəfindən  yaranan  irsi 

kastalar cəmiyyəti ayrı-ayrı qruplara ayırırdı. 

Şərqi 

Asiya 


regionunun 

formalaşmasında 

isə 

Çin 


imperiyalarının böyük xidməti olmuşdur. Bu imperiyalara daxil olan 

digər  xalqlar  Çin  xalqına  öz  sivilizasiyalarını  qəbul  etdirə 

bilməmişlər.  O  dövrdə  heç  Çin  imperiyaları  da  regiondan  kənar 

işğalçı  müharibələrə  meyl  etməmişlər.  Ümumiyyətlə,  yaradılmış 




Böyük Çin Səddi çin xalqının təfəkküründə dərin iz buraxmışdır. Bu 

cür  möhtəşəm  səddi  yaradan  xalq  digər  dövlət  və  xalqların  əldə 

etdiyi nailiyyətləri onların əlindən almaq fikrinə düşməmişdir. 

Cənub  -  Şərqi  Asiya  regionunun  formalaşmasının  da  özünə 

məxsus  xüsusiyyətləri  olmuşdur.  Bu  regionda  nə  quldarlıq,  nə  də 

feodalizm dövründə regionun bütün hissələrinə təsir edə bilən güclü 

bir imperıya yaranmamışdır. Ona görə də yerli sivilizasiya mənbələri 

regional xarakter ala bilməmişdir. Bu region uzun müddət Hindistan 

və Çin sivilizasiyasından asılı vəziyyətdə olmuşdur. 

Siyasi  xəritənin  formalaşmasında  Yeni  dövr  -  XV-XVI 

əsrlərdən  Birinci  Dünya  müharibəsinin  qurtarmasına  qədər  olan 

dövrə  uyğun  gəlir.  Yeni  dövrün  XVI-XVII  əsrləri  Avropa 

sənayesinin  və  ticarətinin  inkişafı,  elmin  və  mədəniyyətin  sürətli 

yüksəlişi  ilə  xarakterizə  olunur.  Đlk  manufaktura  müəssələri  yaranır 

və  əmtəə  istehsalı  genişlənirdi,  istehsal  edilmiş  məhsulları  satmaq 

üçün  daxili  bazarlar  artıq  azlıq  edirdi,  yeni  bazarlara  ehtiyac 

duyulurdu. Qiymətli metallar-qızıl, gümüş çatmırdı. Avropaya qızıl, 

gümüş, ipək, qiymətli xəz-dərilər gətirilməsi  tələb olunurdu. 

Bundan  başqa,  Şərq  ölkələrinin  tükənməz  var-dövləti 

haqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürünü 

coşdururdu.  Bu  tükənməz  sərvətləri  əldə  etmək  ümidi  ilə  yeni 

torpaqların  axtarıb  tapılmasına  can  atılırdı.  Beləliklə,  yuxarıda 

göstərilən  amillərin  təsiri  altında  Böyük  Coğrafi  Kəşflər  dövrü 

başlanır.  Bu  coğrafi  kəşflər  dövrü  XV  əsrin  ortalarından  XVI  əsrin 

ortalarına  qədər  olan  dövrü  əhatə  edir.  Baş  verən  coğrafi  kəşflər 

dünyanın siyasi xəritəsini əsaslı sürətdə dəyişdirmişdir. 

Deyilənlərlə  yanaşı,  bu  dövrdə  xristian  dini  parçalanmış,  iri 

imperiyalar  yaranmış,  bəşəriyyətin,  xüsusilə  demokratiyanın 

inkişafına səbəb olan bir neçə inqilab baş vermişdir. 

Avropada  baş  verən  Ingilis  burjua  inqilabı  (1642-  1660) 

kapitalizm  dövrünün  başlanmasından  xəbər  verirdi.  Ingiltərə 

sənayenin  inkişafına  ciddi  fikir  verir,  əvvəlcə  Hollandiyanı  və 

sonralar  isə  müəyyən  müddətdə  Fransanı  satış  bazarlarından 

sıxışdırıb  çıxarırdı.  Ingiltərə  iri  müstəmləkəçi  dövlətə  çevrilirdi. 

Lakin  buna  baxmayaraq  məhz  Fransa  bu  dövrdə  coğrafiya  və 

xəritəşünaslıq  sahəsində  görkəmli  işlər  görürdü.  Elə  bu  dövrdə 

burjua  inqilabları  nəticəsində  Đngiltərə  orta  əsrlərin  feodal 

monarxiyasından  burjua monarxiyasına keçmişdir. 




Avrora ölkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər 

lazım idi. Dəniz yollarını idarə etmək, ticarəti nizama salmaq, fabrik, 

zavod  müəssisələrini  yaratmaq  və  onları  xammalla  təmin  etmək  və 

sairə üçün coğrafi məlumatlar tələb olunurdu. 

Böyük  coğrafı  kəşflərin  sürəti  XVII  əsrin  ortalarında 

zəifləməyə  başlayır.  Bu  müddətdən  sonra  materiklərin  daxili 

hissələri və onların təbii sərvətlərinin öyrənilməsinə daha çox diqqət 

yetirilirdi. 

O  dövrdə,  yəni  XVI  əsrdə  Đspaniya  böyük  müstəmləkə 

dövləti sayılırdı. Onun müstəmləkələri Yer kürəsinin 1\4-ni tuturdu. 

Artıq  iki  əsr  idi  ki,  Latın  Amerikası  ölkələri  onun  müstəmləkəsinə 

çevrilmişlər.  Ispaniya  həmin  ölkələri  istismar  edirdi.  Amma,  oraya 

şəkər  qamışı,  qəhvə,  çay  kimi  məhsullar  göndərilməsi  baş  verirdi. 

Oradan  da  Avropanın  digər  ölkələrinə  qarğıdalı,  kartof,  pomidor, 

kakao,  tütün  gətirilirdi.  Bu  dövrdə  Đspaniya  Avropada  ən  varlı  və 

güclü  dövlətə  çevrilmişdi.  Lakin  bu  uzun  çəkmir.  Fransa  ilə 

müharibədə  o  zəifləyir.  Latın  Amerikası  üzərində  nəzarəti  itirir, 

müstəmləkə  xalqları  bir-birinin  ardınca  müstəqillik  uğrunda 

müharibələrə başlayırlar. 

Müstəmləkələrin  sayına  görə  Portuqaliya  da  qabaqcıl 

yerlərdən birini tuturdu. Onun müstəmləkələrinin böyük əksəriyyəti 

Afrika  qitəsində  idi.  Coğrafi  kəşflərdə  portagiz  səyyahlarının  rolu 

böyük  olmuşdur.  Lakin  bu  kəşflərdə  məqsəd  özgə  əraziləri  talan 

etmək,  qul  alveri  və  müstəmləkə  imperıyası  yaratmaq  idi.  Nəticədə 

Portuqaliya  güclü  imperiya  yaratsa  da  bunu  uzun  müddət  saxlaya 

bilmədi.  Müstəmləkələr  azadlıq  uğrunda  mübarizəyə  qalxırdılar  və 

Portuqaliya tədricən müstəmləkələrini itırirdi. 

Beləliklə,  Đspaniya  və  Portuqaliya  tədricən  zəifləyirlər. 

Đngiltərə,  Fransa  isə  əksinə,  dünya  hökmranlığı  uğrunda  özlərinin 

mövqelərini getdikcə möhkəmləndirirdilər. 

XVII  əsrdə  Fransa  müstəmləkə  imperiyasının  yaranmasının 

ilk mərhələsi baslayır. O, Hindistanın 1/2 hissəsini, Kanadanın Şərq 

hissəsini  nəzarət  altına  almışdır.  Lakin  bu  vəziyyət  uzun  çəkmədi. 

Đngiltərənin güclənməsi fransız müstəmləkəçiliyinin böhranına səbəb 

olmuşdur.  Fransada  böyük  inqilab  baş  verir.  Bu  inqilab  Fransada 

respublika  quruluşunu  möhkəmləndirə  bilməsə  də  onun  ideyaları 

dünyanın  hər  yerinə  yayılır,  bir  çox  ölkə  və  xalqların  taleyində 



mühüm  rol  oynayır  və  əbədi  olaraq  dünya  sivilizasiyası 

nailiyyətlərinin qızıl fonduna daxil edilirdi. 

Kapitalizmin  inkişafının  bu  dövründə  Almaniya  da  ağalığa, 

hökmranlığa,  əsasən  də  Böyük  Britaniyanın  yerinə  iddia  edirdi.Bu 

məqsədlə o, hətta dünyada tayı-bərabəri olmayan sualtı donanma da 

yaratmışdır.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  isə  artıq  sənaye 

istehsalına görə Avropada birinci yerə çıxmışdır. Bu nailiyyətlərdən 

sonra Almaniya hökuməti müstəmləkə əldə etmək məqsədini qarşıya 

qoymuşdur.  Lakin  artıq  demək  olar  ki,  gec  idi.  O,  ancaq  Böyük 

Brıtaniya,  Fransa  kimi  ölkələrin  işğalından  kənarda  qalan  əraziləri 

ələ keçirə bilmişdi. Bu ərazilərdə isə təbii sərvətlər digər torpaqlarla 

müqayisədə yox dərəcəsində idi və dünyanın bu cür bölüşdürülməsi 

ilə  Almaniya  razılaşa  bilmirdi.  Almaniya  dünyanın  yenidən 

bölüşdürülməsini istəyirdi. 

Artıq  XX  əsrin  başlanğıcında  müstəmləkəçi  dövlətlər 

tərəfindən  dünya  ərazisinin  bölüşdürülməsi  başa  çatmışdı.  Belə  ki, 

1876-cı  ildə  Afrikanın  yalnız  10  %-i  Qərbi  Avropa  ölkələrinin 

əsarəti altında idisə, artıq 1900-cü ildə bu 90 % ərazini təşkil edirdi. 

Bu cür bölüşdürmədən bir çox ölkələr razı qalmamışdı. Formalaşmış 

siyasi  xaritənin  bu  sabitliyi  uzun  çəkməmişdir.  Artıq  bölünmüş 

dünyanın  yenidən  bölüşdürülməsi  prosesinin  izləri  özünü  büruzə 

verməyə başlayırdı. Bu isə yalnız silah gücü ilə ola bılərdi. Beləliklə, 

əvvəlcə  bir  neçə  kiçik  müharibələr,  daha  sonra  böyük  müharibə  - 

Birinci Dünya müharibəsi baş vermişdir. 

Siyasi  xəritənin  formalaşmasının  ən  yeni  dövrü  Birinci 

Dünya  müharibəsinin  (BDM)  qurtarması  və  Rusiyada  Oktyabr 

inqilabının  qələbə  çalmasından  sonra  başlamışdır.  Bu  dövr  ikı 

mərhələyə  ayrılır.  Bu  Đkinci  Dünya  müharibəsinin  (ĐDM)  tam  başa 

çatması və ondan sonrakı mərhələdən ibarətdir. 

Birinci mərhələdə siyasi xəritədə mühüm siyasi  hadisələr öz 

izini  qoymuşdur.  Bu  izlərə  sosialist  dövlətlərinin  yaranması  və 

artması,  kaloniya  sisteminin  süqutu,  müstəmləkə  zülmündən  azad 

olmuş yeni müstəqil dövlətlərin yaranması aid edilir. Bu dövrün əsas 

xarakterik  cəhətini  Şərqlə  Qərb  arasında  gedən  "soyuq  müharibə" 

təşkil  edirdi.  Bu  dövrdə  həmçinin  yeni  hərbi  qurum  -  NATO 

yaranmışdır. 

Dünyanın  siyasi  xəritəsində  yeni-yeni  "qaynar,"  "konfliktli" 

nöqtələr  yaranırdı.  Bu,  «qaynar»  nöqtəyə  əsasən  Yaxın  Şərq  aid 




edilirdi.  Ən  əsas  hadisə  kimi  dünyanm  siyasi  xəritəsində  SSRĐ-nin 

yaranmasını göstərə bilərik. 

Birinci  Dünya  müharibəsindən  sonra  "Versal"  müqaviləsi 

imzalanmışdır.  Bu  müqaviləyə  əsasən  məğlub  olmuş  Almaniya 

Avropadakı  torpaqlarının  bir  hissəsini  və  bütün  müstəmləkələrini 

itirmiş oldu. Eyni zamanda onun müttəfiqi olan Avstriya-Macarıstan 

imperiyası da parçalanmışdır. O dövrdə dağılan imperiyalar sırasına 

Böyük Osmanlı imperiyası da daxil idi. Böyük Britaniya, Yaponiya, 

Fransa  dövlətləri  isə  müstəmləkəçilik  siyasətlərini  daha  da 

genişləndirdilər. 1919-cu ildə dünya  ərazisinin və əhalisinin 80 %-i 

müstəmləkə və yarım müstəmləkələrin payına düşürdü. Dünyanın bu 

cür  bölüşdürülməsindən  Almaniya  yenə  razı  qalmır  və  yenidən 

müharibəyə  hazırlaşırdı.  Müharibə  1939-cu  ildə  başlayır.  1945-ci 

ildə  Almaniya  yenidən  məğlub  olur.  Məğlubiyyət  nəticəsində 

Yaponiya  da  darmadağın  edilmişdir.  Bu  müharibə  bəşəriyyətin  80 

%-ni, 60-dan artıq dövlətini əhatə etmişdir. 

Ən yeni dövrün ikinci mərhələsində siyasi xəritə dəyişikliklər 

çoxluğu ilə səciyyələnir. Formalaşmanın bu dövründə,  yəni 1945-ci 

il - XX əsrin 80-ci illərinin sonunda sosialist dövlətləri sistem halını 

alaraq  onların  sayı  15-ə  çatmışdır.  Bununla  da  dünyada  iki  əks 

ictimai-iqtisadi  sistem-kapitalizm,  sosializm  sistemləri  yaranmış 

olur.  Bu  dünya  təsərrüfatmda  iqtisadi,  siyasi  inkişafda  sosializmin 

xeyrinə dəyişikliklər dövrü adlanır. 

Lakin XX əsrin 90-cı illərində dünyanın ikinci dövləti hesab 

edilən  SSRĐ-nin  daxilındə  milli  azadlıq  hərəkatı  baş  qaldırır  və 

nəticədə  bu  hegemon  dövlət  dünyanın  siyasi  xəritəsindən  silinmiş 

olur.  Deməli,  SSRĐ  adlı  dövlət  1991-ci  ilin  dekabrın  8-indən 

dünyanın müasir siyasi xəritəsindən yox olur. 

Bu  dövrdə  dünyanm  siyasi  xəritəsində  ən  çox  dəyişiklik 

Avropada  baş  vermişdir.  Bu  dəyişikliklərdən  birincisi  1990-cı  ildə 

Çexoslovakiyamn  tərkibində  federativ  qurumlar  -  Çexiya  və  Slova-

kıyanın  yaranmasıdır.  Bu  iki  federasiya  1993-cü  il  yanvarın  1-ində 

müstəqil dövlət kimı siyasi xəritədə öz  yerlərini tapmışlar. Bununla 

yanaşı,  1945-ci  ilə  qədər  siyasi  xəritədə  mövcud  olan  vahid  Al-

maniya iki  yerə  - ADR  və AFR-ə parçalansa da, 1990-cı il oktyab-

rın  3-də  onlar  paytaxtı  Berlin  olmaqla  birləşərək  vahid  Almaniya 

Federativ Respublikasını yenidən bərpa etmişlər. 



Bu  dövr  müstəmləkə  imperiyalarının  dağılması  ilə  də 

xarakterizə  edilir.  Onların  yerində  yeni-yeni  müstəqil  dövlətlər 

yaranır.  Bunlara  1990-cı  ildə  Namibiya,  1991-ci  ildə  ABŞ-ın 

himayəsində  olan  Mikroneziya  federasiyası  və  Marşall  adaları, 

1993-cü  ildə  Şimali  Marian  adaları,  2002-ci  ildə  Timor-Leşti  misal 

ola bilər. 

SSRĐ-nin  dağılmasından  sonra  isə  yeni-yeni  müstəqil 

dövlətlər  yaranmışdır.  Đlk  olaraq  1990-cı  ildə  Baltikyanı 

respııblikalar 

SSRĐ-nin 

tərkibindən 

çıxıb 


1940-cı 

ildəki 


səviyyələrinə  qayıtmış  oldular.  Yəni  dünyanın  siyasi  xəritəsində 

yeni  müstəqil  3  dövlət  yaranmış  oldu.  Sonralar  sosialist  sisteminə 

daxil oian Yuqoslaviyada sosıalizm sistemi dagılmış və beş müstəqil 

respublika öz əksini siyasi xəritədə tapmışdır. 1991-ci il dekabrın 8-

də  SSRĐ-nin  ləğvini  irəli  sürən  üç  slavyan  dövləti  Belarusiyadakı 

Belovej şəhərində yeni tipli slavyan qrupunun yaradılması haqqında 

deklarasiya  imzaladılar.  Buraya  Rusiya  Federasiyası,  Ukrayina  və 

Belarusıya daxil idi. 1991-ci il dekabırın 21-də Alma-Ata şəhərində 

yeni  yaranmış  müstəqil  dövlət  başçılarının  Sammiti  keçirilməklə 

dünya  tarixində  yeni  qurum  hesab  edilən  Müstəqil  Dövlətlər 

Birliyinin  (MDB)  yaradılması  haqqında  deklarasiya  qəbul  etdilər. 

Burada  11  dövlət  iştirak  etmişdir.  Lakin  1993-cü  il  29  dekabırda 

Gürcüstan da buraya daxil olmuşdur. 

Bu  dövrdə  dünyanın  siyasi  xəritəsində  baş  verən  mühüm 

dəyişikliklərə  1990-cı  ildə  iki  ərəb  dövlətinin  -  Yəmən  Ərəb 

Respublikası  və  Yəmən  Xalq  Demokratik  Respublikasının  paytaxtı 

Sana olmaqla Yəmən Respublikası adı altından birləşməsi də aiddir. 

Keçmiş  Đspaniyanın  müstəmləkəsi  olan  Qərbi  Səhranın 

müstəqillik məsələsi həll olunmaq ərəfəsindədir. 

Bu  dövr  həm  də  80-ci  illərin  ortalarına  qədər  gedən  "soyuq 

müharibə" ilə də səciyyalənir. Silahlanma, müxtəlif sahələrdə gedən 

mübarizə bəşəriyyəti bürümüşdü. 

Bu  vəziyyətdə  Çernobl  stansiyasında  baş  verən  qəza 

bəşəriyyətə xatırlatdı ki, biz insanıq, bu cür silahlanma, qarşıdurma 

aradan  qaldırılmalıdır.  Sosializmin  böhranından  sonra  bu  belə  də 

oldu. "Soyuq müharibəyə" son qoyuldu, yenidən sabitlik yarandı. 

Siyasi xəritə əsrlər boyu dəyişərək dövlətlərin yaranmasını və 

iflasa  uğramasını,  sərhədlərin  dəyişməsini,  yeni  torpaqların  kəşf 

edilməsini  və  sairəni  özündə  əks  etdirmişdir.  Siyasi  xəritə  daim 



inkişaf  edərək  bəşər  cəmiyyətinin  tərəqqisinə  əsasən  dəyişir.  Bu 

dəyişikliklər  müxtəlifdir.  Onlardan  biri  ərazi  dəyişiklikləri  ilə 

səciyyələnən  kəmiyyət  dəyişiklikləri,  digəri  isə  ərazi  dəyişiklikləri 

ilə əlaqədar olmayan keyfıyyət dəyişiklikləridir. 

Dünyanın  siyasi  xəritəsində  kəmiyyət  irəliləyişlərinə  yeni 

kaşf  edilmiş  torpaqların  birləşdirilməsi,  müharibələr  yolu  ilə  torpaq 

əldə  edilməsi  və  ya  itirilməsi,  dövlətlərin  birləşdirlməsi  və  ya 

parçalanması,  ölkələrin  könüllü  olaraq  ərazi  güzəştləri,  dəniz 

dayazlıqlarının qurudulması yolu ilə əldə edilən ərazilər aiddir. 

Keyfiyyət irəliləyişlərinə isə - ictimai-iqtisadi formasiyaların 

tarixən  əvəz  olunması,  dövlət  quruluşunun  yeni  formalarının 

yaranmasını,  dövlətlərarası  təşkilatların  yaranması,  beynəlxalq 

münaqişələrə səbəb ola bilən qaynar nöqtələrin aradan qaldırılması, 

soyuq 


müharibə 

prosesinin 

sonu, 

mədəni 


mübadilənin 

genişləndirilməsi aid edilir. 

Asılı  ərazibrə  könüllü  olaraq  müstəqillik  verilməsi  və 

ölkələrin müstəqillik əldə etməsi isə həm keyfıyyət həm də kəmiyyət 

irəliləyişlərinə aid edilir. 

Hal-hazırda dünyanın müasir siyasi xəritəsində 237 dövlət və 

ərazi  mövcuddur.  Ərazi  dedikdə  heç  kim  tərəfindən  tanınmayan, 

qondarma,  səlahiyyəti  olmayan  «dövlətlər»  nəzərdə  tutulur.  Buna 

misal  olaraq  Dağlıq  Qarabağı,  Çeçen  Đçkeriyanı,  Kəşmin,  Kipri 

göstərə bilərik. 

Siyasi  xəritədəki  mövcud  dövlətlər  müxtəlif  təsnifatlara 

malikdirlər.  Onun  da  əsasında  dövlətlərin  qruplaşdırılması  həyata 

keçirilir.  Siyasi  xəritədəki  dövlətlər  ərazilərinin  böyük  və 

kiçikliyinə,  əhalinin  az  və  ya  çoxluğuna,  coğrafi  mövqelərinə, 

idarəetmə 

formalarına, 

inzibati 

ərazi 



bölgülərinə 

görə 


qruplaşdırılmışlar. 

Müasir  dünyada  idarəetmənin  respublika  və  monarxiya 

forması mövcuddur. 

Dünya  dövlətlərinin  %  hissəsi  respublika  idarəetmə 

formasma  malikdirlər.  Onların  sayı  160-dan  az  deyil.  Respublika 

idarə  formasmda  ali  qanunverici  hakimiyyət  seçkili  parlamentə, 

icraedici  orqan  hökumətə  məxsusdur.  Belə  idarəetmə  daha 

mütərəqqi və demokratik sayılır. Müstəmləkə əsarətindən azad olub 

müstəqillik  əldə  edən  dövlətlərin  əksəriyyəti  respublika  idarəetmə 

formasını qəbul etmişlər. Hətta min illərlə monarxiya şəklində idarə 




olunan Efiopiya, Misir, Đran və s. ölkələr də özlərini respublika elan 

etmişlər.  Respublika  idarəetmə  forması  özü  də  iki  yerə-Prezidentli 

respublikaya  və  Parlamentli  respublikaya  bölünür.  Prezidentli 

respublikaların  sayı  100-dür.  Bunlardan  45-i  Afrikada  (Məs:  Misir, 

CAR),  22-si  Latın  Amerikasında  (Argentina,  Braziliya  və  s.),  12-si 

isə  MDB-də  yerləşir.  Asiyada  onlann  sayı  az,  Avropada  isə  daha 

azdır.  Bunlardan  başqa,  12  Superprezident  respublikaları  da 

mövcuddur.  Bu  ölkələrdə  konstitusiya  əsasında  prezidentə  daha 

geniş səlahiyyətlər verilir. 

Monarxiyalann sayı isə getdikcə azalır. Hal-hazırda dünyada 

30  monarxiya  dövləti  mövcuddur.  Asiyada  14,  Avropada  12, 

Afrikada  3,  Okeaniyada  1  monarxiya  quruluşlu  dövlət  vardır. 

Həmçinin  Birlik  ölkələrindən  15-i  (Amerikada  10,  Avstraliya  və 

Okeaniyada  5)  rəsmi  cəhətdən  yalnız  kağız  üzərındə  konstitusiyah 

monarxiyadır. Monarxiyalarda dövlətin başçısı imperator, kral, əmir 

və  s.  sayılır.  Indi  dünyada  yeganə  imperator  Yaponiyadadır.  Ali 

hakimiyyət irsən keçir. Monarxiyaların 3 forması mövcuddur. 

Konstitusiyalı  monarxiyalar  onlar  arasında  üstünlük  təşkil 

edir.  Bu  ölkələrdə  qanunverici  hakimiyyyət  parlamentə,  icraedici 

hakimiyyət  isə  hökumətə  məxsusdur.  Konstitusiyalı  monarxiyada 

monarx  ancaq  şahlıq  edir,  idarə  etmir.  Bu  ölkələrdə  monarxiya 

quruluşu  "taxt-tacın"  keçmiş  əzəmətini,  ölkənin  tarixini  əyani 

xatırladaraq  döviət  hakimiyyətinin  formal  əlaməti  kımi  saxlanıhr. 

Idarəetmənin  konstitusiyalı  monarxiya  forması  Yaponiya,  Böyük 

Britaniya,  Niderland,  Belçika,  Danimarka,  Isveç,  Tayıland, 

Kamboca, Malayziya, Đordaniya, Mərakeş üçün səciyyəvidir. 

Mütləq  monarxiyada  isə  monarxm  təkbaşma  hakimiyyəti 

hələ də güclüdür. Bu cür idarə forması Iran körfəzi ölkələri, Küveyt, 

Oman, BƏƏ, Qətər üçün səciyyəvidir. 

Teokratik 

monarxiyanın 

forması 


əslində 

mütləq 


monarxiyanın  tərkib  hissəsi  kimi  səciyyəiənir.  Burada  siyasi 

hakimiyyət  ruhanilərə  məxsusdur.  Bu  idarə  forması  Vatikan  və 

Səudiyyə Ərəbistanı dövlətləri üçün xarakterdir. 

Dünyanm bütün ölkələri inzibati-əıazi quruluşuna görə unitar 

və federativ dövlətlərə bölünürlər. 

Unitar  dövlətlərdə  vahid  konstitusiya,  qanunverici  və 

icraedici  hakimiyyət  mövcuddur.  Bu  ölkələrin  inzibati-ərazı 



bölgülərində  yalnız  icraedici  hakimiyyət  mövcuddur.  Yeni 

müstəqillik qazanmış ölkələrin əksəriyyəti unitardır. 

Federativ  dövlətlərdə  isə  vahid  qanunverici  və  icraedici 

hakimiyyətlə  yanaşı  ölkələrin  ayrı-ayn  inzibati-ərazi  bölgülərində  -

respublika,  əyalət,  ştat  və  s.-də  özlərinin  xüsusi  konstitusiyası, 

qanunverici,  icraedici  və  sairə  hakimiyyət  orqanları  fəaliyyət 

göstərir.  Dünya  ölkələri  arasmda  federativ  dövlətlərin  sayı  azlıq 

təşkıl edir. Bu tip 24 ölkədən 7-si Amerikada (Argentina, Braziliya. 

Venesuela,  Kanada,  Meksika,  ABŞ  və  Federativ  Sent-Kits-Nevis), 

5-i  Avropada  (Avstriya,  Belçika,  AFR,  Đsveçrə,  Serbiya-Çerno-

qoriya),  5-i  Asiyada  (Hindistan,  Malayziya,  Myanma,  Birləşmiş 

Ərəb  Əmirliyi,  Pakistan),  4-ü  Afrıkada  (Nigeriya,  Efiopiya. 

Federativ  Đslam  Respublikası  -  Kamor  adalan  və  CAR),  2-si 

Avstrallya  və  Qkeaniyadadır  (Avstraliya  Ittifaqı  və  Mikroneziya). 

Bunların bəzilərində, məsələn, Rusiyada, Hindistanda, Nigeriyada və 

sairədə  federativ  quruluşu  milli-etnik  əlamətlərə,  bəzilərində  isə, 

məsələn,  Almaniya  Federativ  Respublikası,  Braziliya,  Meksika  və 

sairədə tarixi-coğrafi xüsusiyyətlərə görə mövcuddur. 

Dünyanın  siyasi  xəritəsində  iki  konfederasiya  dövləti 

mövcuddur.  Bu,  müstəqilliyini  saxlayan  və  müxtəlif  məsələlər 

(təhlükəsizlik,  xarici  siyasət  və  sairə)  üzrə  öz  fəaliyyətlərini 

uzlaşdırmaq  məqsədilə  birləşən  dövlətlərin  daimi  ittifaqıdır.  Bu  iki 

dövlət Isveçrə və Serbiya- Çernoqoriyadır. 

Dünyanın  müasir  siyasi  xəritəsində  yalnız  dörd  federativ 

monarxiya  var.  Buniar  Malayziya,  Ispaniya,  Belçika  və  BƏƏ-dən 

ibarətdir. 

Dediyimiz  kimi  müasir  dünya  ölkələri  müxtəlif  meyarlara 

(idarəetmə, inzibati - ərazi quruluşunun formaları, ĐCM-yə, əhalinin 

çox və azlığına və sairə ) görə qruplaşdırılmışlar. Bunlardan biri də 

ərazilərinin ölçüsünə görə qruplaşdırmadır. Burada onlar ərazilərinin 

ölçülərinə  görə  böyük,  orta,  kiçik  və  cırtdan  (mikro)  dövlətlərə 

ayrılırlar.  Müasir  siyasi  xəritədə  orta  və  kiçik  dövlətlər  üstünlük 

təşkil  edir.  Ərazisi  2,5  milyon  kv.  km-dən  artıq  olanı  böyük  dövlət 

sayılır.  Siyasi  xəritədə  onların  sayı  10-dur.  Bunlar  Rusiya 

Federasiyası  (17.1  mln  kv.  km),  Kanada  (10  mln  kv.  km),  Çin  (9,6 

mln  kv  km),  ABŞ  (9,3  mln.  kv.km),  Braziliya  (8,5  mln.  kv.km.), 

Avstraliya (7,7 mln. kv.km), Hindistan (3,3 mln kv. km), Qazaxıstan 

(2,8 mln kv. km ), Argentina (2,7 mln kv. km ) və Sudandır (2,5 mln 




kv. km ). Bu ölkələrdən hər birisinin ərazisi 3 milyon kv. km - dən 

artıq olan 7 ölkə - Rusiya. Kanada, Çin, ABŞ, Braziliya, Avstraliya 

Đttifaqı və Hindistan dünyanın quru hissəsinin yarıya qədərini tutur. 

Cırtdan  dövlətlər  Avropada,  Asiyada,  Afrikada,  Latın 

Amerikasında  və  Okeaniyada  yerləşirlər.  Bunlardan  5-i  -  Andorra, 

Lıxtenşteyn,  San-Marino,  Monako  və  sahəsi  44  ha  olan  Vatikan 

Avropada  yerləşir.  Afrikada  yerləşən  Seyşel  adaları  və  Mavriti, 

Amerikada  Barbados  və  Qrenada,  Okeaniyada  Tonqa  və  Nauru 

mikro dövlətlərdir. 

Ölkələr  əhalisinin  sayına  görə  də  qruplaşdırılırlar.  Dünyada 

11  dövlətin  hər  birisinin  100  milyondan  artıq  əhalisi  vardır.  Bunlar 

Çin  Xalq  Respullikası,  Hindistan,  ABŞ,  Indoneziya,  Braziliya, 

Pakistan,  Rusiya  Federasiyası,  Banqladeş,  Yaponiya,  Nigeriya, 

Meksikadır.  Əhalisi  100  milyon  nəfərdən  cox  olan  ölkələr  dünya 

əhalisinin  3\5  hissəsindən,  əhalisi  50  milyon  nəfərdən  çox  olan  24 

ölkə  isə  dünya  əhalisinin  4\5  hissəsindən  artığını  özündə 

cəmləşdirmışlər. 

Müasir  siyasi  xəritədə  özünə  yer  tapmış  dünya  ölkələri 

coğrafi 

mövqelərinə 

görə 

də 


qruplaşdırılırlar. 

Bunlardan 

materikdaxili,  dənizkənarı,  yanmada,  ada,  arxipelaq  ölkələrini 

göstərə  bilərik.  Bu  qruplara  aid  olan  bəzi  ölkələrin  adlarını  çəkə 

bilərik.  Məsələn,  yarımada  dövlətlərinə  Italiya,  Ispaniya,  Türkiyə, 

Hindistan, Səudiyyə Ərəbistanı, ada dövlətlərinə - Böyük Britaniya, 

Đrlandiya,  Madaqaskar,  arxipelaq  dövlətlərinə  -  Yaponiya, 

Đndoneziya (13000 ada), Filippin (7000 ada) aid edilirlər. 

Yer  kürəsində  birbaşa  okeana  çıxışı  olmayan  42  dövlət 

mövcuddur.  Bunlardan  9-u  MDB  məkanında  (Azərbaycan, 

Ermənistan,  Belarusiya,  Qazaxıstan,  Qırğızıstan,  Moldaviya, 

Tacikıstan,  Özbəkistan,  Türkmənistan),  11-i  Avropada  (Avstriya, 

Andorra, 

Vatikan, 

Macarıstan, 

Lixtenşteyn, 

Lüksemburq, 

Makedoniya,  San-Marino,  Çexiya,  Slovakiya,  Isveçrə),  5-i  Asiyada 

(Əfqanıstan,  Butan,  Laos,  Monqolustan,  Nepal),  15-i  Afrikada  - 

Zambiya,  Burkino-Faso,  Niger,  Ruanda,  Svazilend,  Uqanda, 

Mərkəzi  Afrika  Respublikası,  Çad,  Botsvano,  Burundi,  Zimbabve, 

Lesoto,  Mali,  Malavi,  Efıopiya  və  2-si  -  Boliviya  və  Paraqvay 

Amerikada yerləşir. 

Dünyanın  müasir  siyasi  xəritəsində  mövcud  olan  dövlətlər 

hazırda  daha  çox  iqtisadi  -  sosial  inkişaf  səviyyəsinə,  yəni  əhalinin 



adambaşına  düşən  ərzaq  və  sənaye  məhsulları,  sakinlərin  təhsil 

səviyyəsi,  nəqliyyat  xidməti  ilə  təminat,  tibbi  xidmətin  keyfıyyəti, 

uzunömürlülük  və  sairə  göstəricilərə  görə  olan  qrupa  aid  edilir.  Bu 

göstəricilərin  səviyyəsindəki  fərqlərə  görə  ölkələri  bir  çox  qruplara 

bölmək  mümkündür.  Adətən  dünya  ölkələrini  ıki:  Đnkişaf  Etmiş 

Ölkələr  (ĐEÖ)  və  Đnkişaf  Etməkdə  Olan  Ölkələr  (ĐEOÖ)  qruplarına 

ayrılırlar.  Lakin  bəzi  ĐEOÖ-  in  təsərrüfatının  sürətli  artımı  bu 

göstəriciyə əsaslanan tipologiyanın şərti olduğunu göstərir. 

Đnkişaf  etmiş  ölkələr  qrupuna  yer  kürəsinin  quru  hissəsinin 

l\5-ə  qədərini  tutan  və  2004-cü  ildə  dünya  əhalisinin  l\6-ni  özündə 

cəmləşdirən  60-a  qədər  ölkə  daxıldir.  Buraya  ABŞ,  Kanada,  Qərbi 

Avropa  ölkələri,  Yaponiya,  Avstraliya  Đttifaqı,  Yeni  Zellandiya, 

CAR,  Koreya  Respublikası,  Sinqapur,  Israil  və  s.  ölkələr  daxildir. 

Dünya siyasətində və iqtisadiyyatındakı mövqelərinə görə bu ölkələr 

iki  yerə  ayrılırlar.  Birincilərə  «böyük  yeddi»lər  -  ABŞ,  Yaponiya, 

AFR.  Fransa,  Böyük  Britaniya,  Italiya  və  Kanada  aid  edilir.  Bu 

ölkələrin liderliyi təkcə onların ərazilərinin böyüklüyü və əhalisinin 

çoxluğu  ilə  deyil,  eləcə  də  dünya  siyasətində  və  iqtisadiyyatındakı 

rolu  (iqtisadi  potensialı,  elm  və  texnıkanın  inkişafındakı 

nailiyyətləri) ilə də müəyyən edilir. 

Đkinciləri  yüksək  sosial-iqtisadi  inkişaf  səviyyəsinə  çatmış 

kiçik  ölkələr-Đsveçrə,  Avstriya,  Belçika,  Niderland,  Lüksemburq, 

Norveç,  Đsveç,  Danimarka,  Đslandiya,  Đspaniya,  Portuqaliya, 

Yunanıstan,  Finlandiya,  Đrlandiya,  Malta,  Avstraliya  Đttffaqı  və 

başqa ĐEÖ-lər təşkıl edirlər. Bu ölkələr eləcə də dünya ticarətində və 

siyasətində mühüm rol oynayırlar. 

Đqtisadi inkişaf durumuna görə, yəni hər nəfərə düşən ümumi 

daxili  məhsulun  ABŞ  dolları  ilə  dəyərinə  görə  dövlətləri 

qruplaşdırarkən Lüksemburq (50000 dollar), Đsveçrə (35,200 dollar), 

Norveç  (35000  dollar),  Yaponiya,  Danimarka  (30700  dollar), 

Sinqapur  (29100  dollar),  ABŞ,  Đsveç  (27500  dollar),  Almaniya  və 

Avstraliya fərqlənirlər. 

Bu  ölkələr  arasında  «yeni  sənayeləşmiş»  ölkələr  də 

mövcuddur:  hansılarının  ki,  iqtisadiyyatları  inkişaf  etmiş  ölkələr 

səviyyəsinə  çatmışdır.  Bu  ölkələrə  Braziliya,  Argentina,  Koreya  və 

sairə aiddir. 

Adətən  keçmiş  SSRĐ  «ölkələri»  və  Şərqi  Avropa  ölkələrinin 

əksəriyyəti  ĐEÖ  qrupuna  aid  edilir.  Lakin  uzun  müddət  silahlanma, 




Elmi-Texniki Tərəqqinin (ETT) zəif inkişafı bu tip ölkələrin iqtisadi 

artım  sürətini  xeyli  ləngitmişdir.  Nəticədə  də  təsərrüfatın  sahəvi  və 

ərazi  strukturunda  kəskin  uyğunsuzluqlar  yaranmış,  inflyasiya 

sürətlənmişdir.  Bu  böhran  geniş  xalq  kütləsinin  həyat  səviyyəsinin 

aşağı  düşməsinə  və  əhali  arasında  narazılıqlara  səbəb  olmuşdur. 

Nəticədə,  əhalidə  sosializmə  olan  ümidlər  itmiş  və  XX  əsrin  90-cı 

illərinin  sonlarında  keçmiş  SSRl  ərazisində  yaranmış  dövlətlərin  və 

Şərqi  Avropa  ölkələrinin  hamısının  təsərrüfatında  ağır  vəziyyət 

formalaşmış, 

köhnə 


iqtisadi 

əlaqələrin 

pozulması, 

bazar 


iqtisadiyyatına  keçid  prosesinin  olduqca  ağır  keçməsi  və  sairə  baş 

vermişdir.  Odur  ki,  onlar  hal-hazırda  ĐEÖO  sırasına  aid  edilirlər. 

Yalnız 

qəti 


islahatlar 

və 


sosial-iqtisadi 

dəyişikliklərin 

sürətləndirilməsi dövlətləri keçmiş səviyyələrinə qaytara bilər. 

Đnkişaf  etməkdə  olan  ölkələrin  (ĐEOÖ)  əksəriyyətini  əsasən 

Asiya,  Afrika,  Latın  Amerikası  (LA)  və  Okeaniyada  olan  keçmiş 

müstəmləkə  ölkələri  təşkil  edir.  Bu  qrupa  daxil  olan  ölkələrin  sayı 

160-a qədərdir. Bunları son vaxtlar Đnkişafda Olan Ölkələr (ĐOÖ) də 

adlandırırlar.  ĐOÖ  bir  çox  ortaq  xüsusiyyətlərə  malikdirlər.  Bu  da 

onların  müstəmləkə  keçmişindən  irəli  gəlir.  Bunlara  iqtisadi  və 

sosial inkişafda ümumi gerilik, Inkişaf etmiş ölkələrə (ĐEÖ) olduqca 

böyük  borclar  və  sairə  xasdır.  Bütün  bunlar  zəif  inkişaf  etmiş 

ölkələri  bir  tipoloji  qrupda  birləşdirməyə  imkan  verir.  Bu  qrup 

arasında Đkinci Dünya müharibəsindən (ĐDM) sonra müstəqillik əldə 

edənləri  -adətən  gənc  milli  dövlətlər  adlandırırlar.  Müasir  dövrdə 

ĐOÖ  keçid  mərhələsindədirlər.  Bu  ölkələrdə  həmçinin  adambaşına 

düşən  Ümumi  Daxili  Məhsulun  dəyəri  də  aşağıdır.  Dünyada  bu 

dəyərin ən aşağı səviyyəsi Konqo və Sudanda - 50 dollar müşahidə 

olunur. 


Onların,  ĐOÖ-in  əksəriyyəti  iqtisadiyyatlarının  geriliyini  aradan 

qaldırmaq üçün fəal mübarizə aparırlar. 

 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə