Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə182/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   178   179   180   181   182   183   184   185   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

586 



10. (Ya Peyğəmbər!) Onların (Məkkə müşriklərinin) sənə deyəcəklərinə (batil söz və 

iftiralarına) səbr et. Onlardan gözəl tərzdə ayrıl!  

11. (Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət 

ver! (Tezliklə cəzalarına yetişərlər).  

12. Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm;  

13. Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!  

14. O gün (qiyamət qopandan) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) 

yumşaq qum təpəsinə dönəcəkdir.  

15. Həqiqətən, Biz - Fir’ona peyğəmbər göndərdiyimiz kimi - sizə də (qiyamət günü 

Allahın hüzurunda) şahidlik edəcək peyğəmbər göndərdik.  

16. Fir’on o peyğəmbərə (Musaya) asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq (həm 

özünün, həm də onunla birlikdə olanları suda boğduq).  

17. Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən 

(qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?!  

18. (O gün) göy parçalanaraq, (Allahın) və’di yerinə yetəcəkdir.  

19. Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir 

yol tutar! (İbadət və itaətlə Allaha yaxınlaşar!)  

20. (Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bə’zən gecənin 

təqribən üçdə ikisini, bə’zən yarısını, bə’zən də üçdə birini namaz qılırsan. Səninlə 

birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən 

ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi 

(yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi 

(sizə rüsxət verdi). Qur’andan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə 

xəstələr də olacaq, bə’ziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) 

yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada 

gedəcəkdir). Elə isə ondan (Qur’andan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat 

verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə 

(dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük 

mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah 

bağışlayandır, rəhm edəndir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

587 



 

 

 



.

74

.  


əl-Muddəssir

  

(Bürünüb sarınan) surəsi  

(Məkkədə nazil olmuşdur, 56 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)!  

2. Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!  

3. Öz Rəbbini uca tut!  

4. Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)  

5. (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)  

6. (Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!)  

7. Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün 

çətinliklərə) səbr et!  

8. Elə ki, sur çalındı,  

9. O gün çox ağır bir gün olacaqdır;  

10. (O gün) kafirlər üçün asan olmayacaqdır!  

11. (Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi 

kafirin cəzasını yalnız Mənə tapşır!)  

12. Mən ona bollu mal-dövlət əta etdim;  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

588 



13. Yanında hazır duran oğullar (verdim);  

14. Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına 

döşədim).  

15. (Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.  

16. Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.  

17. Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!  

18. O (Qur’an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.  

19. Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi).  

20. Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!  

21. Sonra (qövmünün üzünə) baxdı.  

22. Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü.  

23. Sonra da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.  

24. Və dedi: "Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir!  

25. Bu yalnız bəşər sözüdür!"  

26. Biz onu Səqərə atacağıq (orada yandıracağıq).  

27. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər!  

28. O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz!  

29. İnsanı yandırıb-yaxar!  

30. Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır.  

31. Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq 

kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların 

kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da 

artması, kitab əhlinin və mö’minlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam 

barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi) 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

589 



olanların və kafirlərin: "Allah bu misalla nə demək istəyir?" - demələri üçün (on 

doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru 

yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar 

üçün ancaq bir öyüd-nəsihətdir!  

32. Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya;  

33. Dönüb-qayıdan (yaxud gündüzün dalınca gələn) gecəyə  

34. Və sökülməkdə olan dan yerinə ki,  

35. (Cəhənnəm) böyük bəlalardan biridir!  

36. (O, Allahın əzabı ilə) qorxudur insanları -  

37. Sizdən (yaxşı işlərdə) irəli düşmək, yaxud geri qalmaq istəyənləri!  

38. Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)  

39. Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!  

40. Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar;  

41. Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə 

deyəcəklər):  

42. "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?"  

43. Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;  

44. Yoxsulu da yedirtməzdik;  

45. Batilə dalanlarla birlikdə biz də dalardıq;  

46. Haqq-hesab gününü yalan sayardıq.  

47. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)".  

48. Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!  

49. Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar).  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə