müəssisələr bir
çox hallarda sosial məsələlərə, yuxarı təşkilatın maraqlarının təmininə, regional və
digər problemlərin həllinə üstünlük verirlər. Eyni zamanda dövlət müəssisələri hakimiyyət
orqanlarının daimi himayəsindən istifadə etdiklərinə görə, rəqabətdən az əziyyət çəkirlər. Lakin,
özəl firmaların işçiləri (baxmayaraq ki, onlar iqtisadi tənəzzül və böhran dövründə işdən qovulma
təhlükəsi ilə daha tez üzləşirlər) istehsalın yüksək səviyyədə təşkilində daha çox maraqlıdırlar.*
Özlərinin işlədikləri modeldən istifadə edən müəlliflər özəlləşdirilmiş 17 Britaniya firmasının
məlumatları əsasında onların maliyyə-təsərrüfat fəaliyyətinin yekunları üzrə təhlil aparmışdılar. Bu
tədqiqat zamanı başlıca məqsəd firmaların özəlləşdirmədən əvvəl (1979-1982-ci illərdə) və
özəlləşdirmədən sonra (1982-1989-cu illərdə) maliyyə-təsərrüfat fəaliyyətini xarakterizə edən
başlıca göstəricilərinin müqayisəsi əsasında inkişaf dinamikasını və tendensiyasını
müəyyənləşdirməkdən ibarət olmuşdur. Aparılan hesablamaların
nəticəsi göstərmişdir ki, firmalar
dövlət mülkiyyətində olanda nisbətən çox məhsul istehsal etmiş və xidmət göstərmiş və bunun
müqabilində də izafi sayda işçilərə malik olmuş, eləcə də həmkarlar təşkilatının təzyiqi və sosial
proqramların yerinə yetirilməsi məqsədilə işçilərə daha çox vəsait ödəmişdir. Özəl bölməni təmsil
edən firmalar isə kommersiya məqsədini əsas götürərək, adətən məhdud
həcmdə məhsul istehsal
etmiş, xidmət göstərmiş (əgər onların rəqabət qabiliyyətində əhəmiyyətli artım, yeni satış bazarı və
ya əlverişli perspektiv yoxdursa), az sayda işçi və əmək haqqı xərcləri müqabilində daha yüksək
mənfəət və rentabellik göstəricilərinə nail olmuş, nəticədə burda dövlət bölməsi ilə müqayisədə
məhsulların rəqabət qabiliyyəti də yüksəlmişdir. Aparılmış tədqiqatlar nəticəsində o da aşkar
olunmuşdur ki, 17 iri firmanını özəlləşdirilməsi prosesi Britaniyanın əmək bazarında əhəmiyyətli
dəyişikliyə gətirib çıxarmamışdır.
Digər Qərb iqtisadçıları A.M.Mansoor və R.Xemminq qeyd edir ki, praktiki
olaraq eyni mənbədən
təhlil aparan başqa ingilis mütəxəssisləri R.Millourd və C. Yarou dövlət və xüsusi bölmənin
effektliyinin müqayisəsi zamanı zidiyyətli və əks nəticələr çıxarmışdır.*
Bu sırada aparılmış emprik tədqiqatlara sonradan postsosialist ölkələri də cəlb edilmişdir. Fridman
və başqaları (Frydman et al., 1997) qeyd edir ki, postkommunist ölkələrində keçid "şokları" və
qeyri-bərabər şərait korporativ davranışda mülkiyyətin rolu haqqında fərziyələrin yoxlanılması
üçün unikal əsaslar yaratmışdır.
Qrosfeld və Nivet tərəfindən Polşada aparılmış tədqiqatlar (Grosfeld, Nivet, 1997) onu göstərir ki,
özəlləşdirilmiş müəssisələr daha çox investisiya qoyur və bunun müqabilində də məhsul
buraxılışının yüksək artımını təmin edir. Fridmen və başqaları (Frydman et al., 1997) Çexiya
Respublikası, Polşa və Macarıstanda apardığı tədqiqatlar nəticəsində
onu aşkar etmişdir ki, özəl
mülkiyyət korporasiya gəlirlərini artırsa da, xərclərin aşağı salınmasına ciddi təsir göstərmir.
Anderson və başqaları tərəfindən Sloveniya, Slovak Respublikası, Polşa, Macarıstan, Çexiya
Respublikası və Bolqarıstanın 6000-dən çox sənaye müəssisələrində özəlləşdirmə və
restrukturizasiya üzrə aparılmış hərtərəfli tədqiqatlar (Anderson et al., 1997) göstərmişdir ki,
özəlləşdirilmiş müəssisələr dövlət firmaları ilə müqayisədə bütün istehsalat faktorları üzrə daha
yüksək effektivliyə və əmək məhsuldarlığına nail olmuşlar. Eyni zamanda Anderson və
başqalarından fərqli olaraq Koninqs (Konings, 1997) təsdiq etmişdir ki, Sloveniya, Rumıniya və
Macarıstanda özəlləşdirilmiş və dövlət müəssisələri arasında
ya ümumiyyətlə, ya da çox az fərq
olmuşdur.
Erl və Estrin (Earle, Estrin, 1996) tədqiqat nəticəsində aşkar etmişdir ki, özəlləşdirmənin Rusiyada
budcə məhdudiyyətlərinin sərtləşdirilməsinə, bazar strukturlarının səmərəli fəaliyyətinə və
iqtisadiyyatın effektivliyinin artırılmasına təsiri zəif olmuşdur.
Moskvalı və Sankt-Peterburqlu ekspertlər tərəfindən 2000-dən çox dövlət və özəlləşdirilmiş
müəssisədə onların fəaliyyətinin iqtisadi nəticələri üzrə aparılmış müqayisəli
təhlil göstərmişdir ki,
özəl firmalar dövlət müəssisələrini əsas göstəricilər üzrə üstələmiş və bu fərq istehsalın
effektivliyində yüksək, maliyyə nəticlərində isə nisbətən aşağı olmuşdur (Kox i dr., 1997 q.).
Perevalov və başqalarının (Perevalov i dr., 1998 q.) keçmiş Sverdlovsk (indiki Ekaterinburq)
vilayətinin sənaye müəssisəsi üzrə apardığı təhlilin nəticələrinə görə, özəlləşdirmə müəssisələrin
təsərrüfat fəaliyyətinə müsbət təsir göstərmiş, lakin buna baxmayaraq keçid prosesində gizli surətdə
mənfi istiqamət də müşahidə olunmuşdur.
Eyni zamanda Dünya Bankının Rusiyanın özəlləşdirilmiş müəssisələrinin başlıca göstəriciləri üzrə
apardığı iri həcmli tədqiqat proqramının yekununda göstərilir ki, mülkiyyət formasının
dəyişdirilməsi satışın həcmi, əmək haqqı və məşğulluq da daxil olmaqla əksər göstəricilərlə sıx
bağlı olmamışdır (Commander et al., 1996). Nəhayət, Nellis uzunmüddətli tədqiqatların
nəticəsi
olaraq bu qənaətə gəlmişdir ki, (Nellis, 1999) özəlləşdirmənin istiqamətini Şərqə doğru nə qədər
dəyişirsənsə, onun bir o qədər də yaxşı nəticələri ilə rastlaşırsan və bu nəticə Rusiya
özəlləşdirilməsinın timsalında daha asan sübut olunur.
Beləliklə, yuxarıdı təqdim olunmuş tədqiqatla tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, nəticələr
kifayət qədər müxtəlif və ziddiyyətlidir. Bu emprik tədqiqatlar zamanı subyektiv seçimlərlə izah
oluna bilər. Belə ki, bu məsələyə münasibətdə Meqqinson və başqaları (Megginson, et al., 1994),
Deventer və Malatesta (Dewenter, Mlatesta, 1998)
qeyd edirdilər ki, dövlət və özəl firmaların
müqayisəsinə həsr olunmuş çoxlu emprik tədqiqatlarda azsaylı və spesifik müəssisələrdən istifadə
olunmuşdur. Doğurdan da Keyvz və Kristensen yalnız Kanadanın dəmir yollarını (Caves,
Christensen, 1980), Atkinson və Xalvorsen kommunal elektrik müəssisələrini (Atkinson,
Halvorsen, 1986), Ekel, Ekel, və Sinqal Britaniyanın hava yollarını tədqiqat predmetinə cəlb
etmişdilər (Eckel, Eckel, Singal, 1997). Martin və Parker tərəfindən təqdim olunmuş müqayisəli
təhlil 11 firmanı (Martin, Parker, 1995), Koul və Malxerin tərəfindən 5 müəssisəni (Kole,
Mulherin, 1997), Perevalov və başqaları tərəfindən 24 müəssisəni əhatə etmişdir (Perevalov i dr.,
1998 q.).
Nəhayət, özəlləşdirmənin nəzəri və metodoloji əsasları ilə bağlı əsasən Qərb tədqiqatçılarına
məxsus fikirləri yekunlaşdırarkən, müxtəlif yanaşmaları iki qrupda təsnifləşdirə bilərik: "sinxron"
və "tarixi".
"Sinxron" yanaşma dövlət və özəl firmaların fəaliyyətinin müqayisəsinə əsaslanır. Belə
yanaşmadan Bordmen və Vininq (Boardman, Vining, 1989), La Porta və Lopez-de- Silanes (La
Porta, Lopez-de-Silanes, 1997), Dünya Bankı (Commander et al., 1996), Moskva və Sankt -
Peterburqlu ekspertlər (Kox i dr., 1997 q.), Anderson və başqaları (Anderson et al., 1997),
Perevalov və başqaları (Perevalov i dr., 1998 q.), Erl və Estrin (Earle, Estrin, 1997), Deventer və
Malatesta (Dewenter, Malatesta, 1998) həmçinin bir çox başqaları istifadə etmişdir.
"Sinxron" yanaşmada mülkiyyət mənsubiyyətindən asılı olmayaraq müəssisələrin
fəaliyyəti eyni
bazar şəraitində və oxşar xarici mühitdə işlədiyi əsas götürülərək müqayisə olunur. Lakin praktiki
olaraq, tamamilə identik olan iki müəssisə tapmaq mümkün deyildir. Məsələn, metallurgiya