Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   2   3   4   5   6   7   8   9   ...   62

sahəsində biri özəlləşdirilmiş, digəri isə dövlət müəssisəsi olan iki eyni müəssisə tapmaq. Onların 
həmişə ya istehsal guclərində, ya  avadanlıq, texnologiya təminatında, ya da digər istiqamətlərində
fərqlər mövcuddur.Eyni zamanda hər bir müəssisənin özünün  əhatə olunduğu fərqli iqtisadi, siyasi 
və sosial mühit vardır.
Bu baxımdan "Tarixi" yanaşmanı daha üstün hesab etmək mümkündür.Çünki, belə yanaşmada 
müqayisənin əsasını müəssisənin özəlləşdirmədən əvvəlki və sonrakı dövrdəki fəaliyyəti təşkil edir. 
Bu yanaşmaya  Meqqinson və  başqalarının (Megginson et al., 1994), Erl və Estrinin (Earle, Estrin, 
1997),  Perevalov və başqalarının (Perevalov i dr., 1998 q.), Deventor və  Malatestanın (Dewenter, 
Malatesta, 1998) və digər tədqiqat-çıların əsərlərində rast gəlmək mümkündür.   
Təəssüflər olsun ki, bu yanaşmanın da özünəməxsus çatışmazlığı vardır. Belə ki, bu yanaşma 
həddindən çox düzxətlidir. Bu yanaşma ilə müəssisənin işinin özəlləşdirmədən sonra necə
dəyişdiyini qiymətləndirmək mümkün olsa da bu zaman digər faktorların özəlləşdirməyə təsirinin 
ayrıca effektini aşkara çıxarmaq çətinlik törədir.
Nəticə
Fikrimizcə, müəssisələrin effektivliyindən danışılarkən bir sıra hallarda dövlət və özəl bölmənin 
müqayisəsi qeyri korrrekt nəticələrə gətirib çıxara bilər. Qeyd olunan hallara aşağıdakıları aid 
etmək olar.
Birincisi, bir çox ölkələrdə dövlət müəssisələri ictimai əmtəə və xidmətlər üzrə ixtisaslaşmış 
tələbatları ödəməyə, sosial və o cümlədən ümumtəsərrüfat öhdəliklərini reallaşdırmağa xidmət 
etdiyindən, onların azgəlirli və qeyri-rentabelli olması təbii qəbul olunmalıdır. Axı, cəmiyyətin 
təlabatın ödəmək üçün zəruri olan elə sahələr var ki, (məsələn, kollektiv istifadədə olan məhsul və
xidmətlər, konkret olaraq yollar, onların işıqlandırılması, svetofor, mayak, təhsil, səhiyyə və s.) 
bunlarda yaxşı qazanc üçün stimullar mövcud deyildir.  
İkincisi, dövlət müəssisələri bir çox ölkələrdə, xüsusilə də inkişaf etmiş sənaye dövlətlərində
inhisarçı təşkilatlar sayılır. Təbii ki, rəqabətin mövcud olmaması şəraitində hökumətin maliyyə
dəstəyi ilə haqsız rəqabət mühitində fəaliyyət göstərən dövlət təşkilatlarında  bürokratiya, qeyri-
effektiv fəaliyyət dairəsi labüddür. 
Üçüncü bir tərəfdən, dövlət müəssisələrində idarəetmə heyətinin əmək haqlarının özəl bölmə ilə
müqayisədə aşağı olması, sözsüz ki, bacarıqlı menecerlərin bu sahədəki fəaliyyətinə stimul 
yaratmadığından, onlar daha çox xüsusi bölmədə yüksək əmək haqqı təminatı ilə çalışmağa 
üstünlük verirlər.
Yekun olaraq onu qeyd etmək istərdim ki, bazar münasibətləri şəraitində yalnız xüsusi 
mülkiyyətçilik  şəraitində bütün insanlara məxsus olan resursları tənzimləmək, tələbatları isə
ödəmək mümkün deyildir. Digər bir tərəfdən, tədqiqatın subyektində müəssisələrin hansı şəraitdə, 
xüsusilə də özəlləşdirilmədən əvvəl və sonra səmərəli fəaliyyəti dursa da nəticələri  milli 
iqtisadiyyatın bütün bölmələrinə şamil etmək də düzgün mənzərə yaratmır. Ola bilər ki, elə sahələr 
var ki, onlar dövlətin milli, siyasi və iqtisadi təhlükəsizlik məsələləri ilə əlaqəlidir və yaxud  da 
başqa bir fəaliyyət cahəsində gəlirin  çox olmasını şərtləndirən amillərin mövcudluğu dövləti yalnız 


özünəməxsus müəssisələrin bu fəaliyyətlə məşğul olmağa icazə verməyə sövq edir. Bu hər bir 
ölkənin prioritet istiqamətlərinə də şamil oluna bilər.
Bütün  bu  müzakirələrin nəticələrinə görə  özəlləşdirmənin  məhz ideoloji motivlərlə diktə
olunması barədə iqtisadi ədəbiyyatlarda özünə yer tapmış fikirlər öz xeyrinə  arqument qazansa da, 
bizim fikrimizcə, özəlləşdirmənin zəruriliyini istinasız olaraq belə əsaslandırmaq düzgün deyildir. 
Özəlləşdirmə hər  şeydən əvvəl makro və mikroiqtisadi  səviyyələrdə ortalığa çıxmış praqmatik 
düşüncələrlə bağlı surətdə  real həyata vəsiqə alıb. Birinci halda özəlləşdirmə iqtisadiyyatda bazar 
mexanizmlərinin tətbiqini genişləndirmək və möhkəmləndirmək, mərkəzsizləşdirməyə, 
inhisarsızlaş-dırmaya şərait yaratmaq, bütün təsərrüfat sistemlərində effektliyi artırmaq üçün 
dövlətin sahibkarlıq fəaliyyətinin miqyaslarını azaltmaq məqsədi güdür. Mikroiqtisadi səviyyədə
isə müəssisələrin fəaliyyətini  xarakterizə edən texniki-iqtisadi göstəriciləri yaxşılaşdırmağa, onlara 
əlavə vəsait qoyuluşunu müxtəlif vasitələrlə genişləndirməyə, izafi xərclərini ixtisara  salmağa 
xidmət edir.
1.2. Mülkiyyət hüquqları və korporativ idarəetmə
 Ötən əsrin 80-cı illərində Qərb dünyasını bürüyən özəlləşdirmə dalğası, sonradan inkişaf etməkdə
olan ölkələrdə də geniş yayıldı. Çox keçmədən özəlləşdirmə keçid iqtisadiyyatlı dövlətlərin 
iqtisadiyyatında iqtisadi dəyişikliklərin ayrılmaz elementinə çevrildi. Bu prosesin nəticələri 
birmənalı olmadığı kimi, onun nəzəri və metodoloji əsasldarına münasibətdə də müxtəlif prizmadan 
yanaşmalar üstünlük təşkil edir. Bir çox hallarda bəzi tədqiqatçılar bu iqtisadi fonomeni yalnız 
dövlət tənzimlənməsində rəsmi kurs dəyişikliyi kimi izah etməyə çalışırlar ki, burdan da dövlət 
bölməsinin qeyri-effektiv fəaliyyətinin lehinə və əlehinə olan müxtəlif  konsepsiyalar meydana  
çıxır. Lakin belə yanaşma əlavə tədqiqat və təhlilə ehtiyac yaradır. Belə ki, dünya təcrübəsinin 
kifayət qədər öyrənilməsi özəlləşdirməyə münasibətdə ziddiyyətli nəticələrin aşkara çıxarılmasına 
şərait yaradır. Belə ziddiyyətləri mülkiyyət münasibətlərinin nəzəri əsaslarına münasibətdə də
müşahidə etmək mümkündür.
Hələ qədim Misir cəmiyyətində hökmran mövqedə olan dövlət mülkiyyətinin əksinə olaraq 
mülkiyyətə sahiblik və ondan şəxsi istifadə ənənəsi mövcud idi. Belə ki, dövlət aparatında xidmət 
göstərən misirlilər öz funksiyasına uyğun olaraq rəhbərlik etdikləri əmlakdan şəxsi mülkiyyət kimi 
istifadə edirdilər. Bu zaman tədqiqatçılar dövlət mülkiyyət formasının mərkəzi hakimiyyətin 
zəifləməsindən (güclənməsindən) asılı olaraq şəxsi mülkiyyətin xeyrinə ixtisarının (artımının) 
labüdlüyünü sübut etməyə çalışırdılar.*
Adam Smit iki əsr bundan əvvəl dövlət torpaqlarının özəlləşdirilməsinin üstünlüyünü təhlil edərək 
yazmışdır: Avropada hər bir böyük monarxiya onlara məxsus torpaq ərazilərinin satışından 
əhəmiyyətli dərəcədə vəsait qazana bilər. Bu satışdan daxil olan vəsait girov əməliyyatları ilə
müqayisədə daha çox olar və dövlətin borclarının örtülməsində mühüm rol oynaya bilər. Nə vaxt 
ki, bu torpaqlar özəl mülkiyyətin obyektinə çevrilə biləcək, onda bir neçə il ərzində orda 
məhsuldarlıq artacaq və həmin ərazilərdə əkinlər daha yaxşı becəriləcəkdir"*.
Müasir Qərb iqtisadi ədəbiyyatında mülkiyyət münasibətlərinə baxışlardakı fikir ayrılığı özünü 
daha çox mülkiyyət hüququna yanaşmada büruzə verir. İqtisadi nəzəriyyə çərçivəsində mülkiyyət 
hüquqları dedikdə sahibkara məxsus olan mülkiyətə münasibətdə ondan istifadə və onun üzərində


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə