Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   2   3   4   5   6   7   8   9   ...   62

də davam etdiyini və hər fəsil  üzrə çıxarılan nəticələrin bizdə gedən  proseslərlə əlaqələndirildiyini 
nəzərə alaraq, tədqiqatın sonunda yalnız bir  fəsilin  Azərbaycana ayrılması məqsədəuyğun hesab 
edilmişdir.
* * *


Fəsil 1. Özəlləşdirmənin nəzəri və metodoloji əsasları
1.1.Özəlləşdirmə nəzəriyyələri
Qərb iqtisadi ədəbiyyatında özəlləşdirmə probleminə meto-doloji yanaşma bir çox hallarda keçid 
iqtisadiyyatı şəraitində mülkiyyət münasibətləri və dövlət tənzimlənməsi konsepsiyaları ilə bağlı 
olmuşdur. Hər şeydən əvvəl söhbət iqtisadiyyatda məşhur "yeni iqtisadi institutsionalizm" və ya 
"transaksion iqtisadiyyat" məktəbinə bağlı olan mülkiyyət hüququ nəzəriyyələrindən (A.Alçyan, 
O.Vilyamson, Q.Demsets, R.Kouz, D.Nort, A.Onore, S.Peyoviç, R.Pozner, C.Uollis və başqaları) 
gedir. İqtisadi nəzəriyyənin bu istiqamətinin başlıca vəzifəsi bir qayda olaraq iqtisadi agentlərin 
fərdi davranışları ilə reallaşdırılan  iqtisadi və hüquqi sisteimin qarşılıqlı fəaliyyətinin təhlili ilə
bağlıdır. Burda başlıca məqsəd agentləri fəaliyyətlərinin nəticələrinə görə elə haqlarla və
mükafatlarla qiymətləndirməkdən ibarətdir ki, mülkiyyətin yenidən restruktrizasiyası  iqtisadi 
stimullar sistemini hərəkətə gətirib çıxara bilsin. Bu hərəkətlərə reaksiya iqtisadi agentlərin 
davranışının dəyişməsi ilə nəticələnir. Mikroiqtisadi səviyyədə mülkiyyət hüququnun 
bölüşdürülməsi firmanın modifikasiyasının və menecerin davranışının dəyişilməsini  şərtləndirır.*
Təzadlı olsa da keçid iqtisadiyyatı şəraitində bütövlükdə iqtisadi nəzəriyyənin perspektivdə
inkişafının əsasını mülkiyyət hüququnun xususiləşdirilmiş sistemi  təşkil edir. Məsələ burasın-dadır 
ki, transaksion nəzəriyyənin təsviri və bu istiqamətli tədqiqat üçün vacib şərt sabit və dayanıqlı 
cəmiyyətdə mülkiyyət hüququ sistemi hesab olunur. Lakin iqtisadi sistemi transformasiya 
proseslərini yaşayan cəmiyyətlər üçün  qeyri-sabitlik, özəlləşdirmənin ilk və sonrakı mərhələsində
mülkiyyət hüquqlarının yenidən bölgüsü dövründə mülkiyyət münasibətlərində dinamik qeyri-
müəyyənlik hökm sürür. Bu mülkiyyət hüququnun ümumi strukturuna, eləcə də onun hər bir 
elementinin mahiyyətinə aid edilir.
Mülkiyyət huququ nəzəriyyəsi kontraktlar və bazarlar probleminə əsaslansa da, başlıca olaraq 
mülkiyyətin hüquqi interpretasiyası və iqtisadi inkişafını şərtləndirən bir çox aspektlərlə əhatə
olunmur. Buna baxmayaraq özəlləşdirmənin gedişində mülkiyyətin alternativ sistemi və
transaksion xərclərin təhlili xususilə  maraqlı tədqiqat sahəsi kimi mühüm əhəmiyyət kəsb edir. 
"Prinsipal (sahib)-agent" nəzəriyyəsində əsas diqqət resursların sahibinin imkanlarının aşkara 
çıxarılmasına yönəldilir. Prinsipal və agent qeyri-müəyyənlik və risk şəraitində  fəaliyyət 
göstərdiyindən prinsipal agentin xidmətinin keyfiyyəti haqqında tam informasiya əldə edə bilmir. 
Bu isə riskin agentlə böluşdürülməsindən irəli gələn müdafiə elementlərinin effektini  aşağı salır.
Situasiyaya uyğun olaraq prinsipal özünün maksimum məqsədlərini təmin etmək üçün ilk növbədə
agentin stimullaşdırılmasına çalışır. Bu zaman özəl (özəl-korporativ)  mülkiyyətdə olan firmaların 
(səhmdarların) və dövlət bolməsində fəaliyyət göstərən müvafiq nazirliklərin (departamentlərin) 
menecerləri agent keyfiyyətində təqdim edilir.*
Özəlləşdirmə öz növbəsində həm prinsipalın vəzifəsindən və həm də agent-menecerin iqtisadi 
motivləşdirilməsindən (stimullaşdırılmasından) asılı olaraq dəyişikliklərə məruz qalır. Bu 
nəzəriyyənin tərəfdarları (E.Bodman, Y.Vulf, R.Milvord, R.Prayk, K.Xartli, C.Yarrou və başqaları) 
hesab edirlər ki, menecerin fəaliyyətinin stimullaşdırılması səviyyəsi müəssisədə iqtisadi cəhətdən 
yenidənqurmadan, o cümlədən mülkiyyət mənsubiy-yətindən, rəqabət dərəcəsindən asılıdır. Bu 
baxımdan özəlləşdirmə bu cür əlavə təsirlər nəzərə alınmadan səmərəli təşkil oluna bilməz. 
Özəlləşdirmənin zəruriliyinin əsaslandırılmasına gəlincə, bunu səciyyələndirən arqumentləri üç 
istiqamətdə qruplaşdırmaq olar:


birincisi, dövlət müəssisələrinin effektivlik göstəricilərinin özəl şirkətlərlə müqayisəsi
ikincisi, agentlərin fəaliyyətində getdikcə kəskinləşən problemlərin mövcudluğu səbəbindən 
dövlətin prinsipal (sahibkar) kimi dayanıqsızlığı;
üçüncüsü, dövlət müəssisələrində çalışan agent-menecerlər üçün zəif  stimulların  tətbiq olunması.
Korporasiya səviyyəsində də özəlləşdirmənin zəruriliyinin əsaslandırılması nöqteyi nəzərdən, hər 
üç arqument üzrə  tədqiqat üçün faydalı hesab olunan rasional elementləri inkişaf etdirmək 
mümkündür. Yeri gəlmişkən, belə yanaşma bəzi iqtisadi ədəbiyyatlarda özəlləşdirmənin 
mikroiqtisadi nəzəriyyəsi kimi də xarakterizə olunur.*
İctimai seçim nəzəriyyəsində (C.Byukenen, T.Borçerdinq, A.Breton, R.Kao-Qarsia, D.Miller və
başqaları)  özəlləşdirməyə makroiqtisadi səviyyəli problem  kimi yanaşılır. Bu kontekstdə
özəlləşdirmənin subyektlər üzrə problemləri 4 qrupda təsnifləşdirilir: bütövlükdə ictimai, seçilmiş 
siyasilər, seçilməmiş bürokratlar (məmurlar), dövlət firmasına mənsub olan menecerlər. Hər bir 
qrup özünəməxsus faydalı funksiyalar və digərindən fərqli xüsusyyətlərə malikdir.
Keçid iqtisadiyyatlı dövlətlərdə özəlləşdirmənin təhlili metodologiyası nöqteyi-nəzərdən maraqlı 
yanaşma mülkiyyət hüququ və ictimai seçim nəzəriyyələrinin kombinələşdirilmiş variantı olan və
iqtisadi ədəbiyyatlarda "siyasətsizləşdirmə" (yaradıcıları A.Şleyfer, M.Boyko, R.Vişni və başqaları 
hesab olunur) adını alan nəzəriyyədir. Bu nəzəriyyəyə görə, keçid iqtisadiyyatında özəlləşdirmə
dedikdə iki mərhələli dəyişiklik nəzərdə tutulur: 
- birinci mərhələdə, korporasiyalaşdırma deyilən üsulla səhmlərə nəzarət siyasətçilərdən 
menecerlərə keçir,
- ikinci mərhələdə isə dövlət mülkiyyəti menecerlərin, kənar səhmdarların xeyrinə ixtisar  olunur.  *
Bir çox empirik tədqiqatların nəticəsi olaraq özəlləşdirmənin zəruriliyini önə çəkən və bunu dövlət 
və özəl müəssisələrin effektivliyinin komparativ (müqayisəli) təhlilinə əsaslanmaqla əks etdirən 
"dövlətin dayanıqsızlığı" konsepsiyası bu təmayüllü nəzəriyyələrin aparıcı xəttini təşkil edir. 
Bununla yanaşı dövlətin (dövlət korporasiyalarının) dayanıqsızlıq dərəcəsi müxtəlif cür 
ölçüldüyündən bu istiqamətdə özəlləşdirmənin "ləğvetmə", "kommersiyalaşdırılma" nəzəriyyələri 
də meydana çıxmışdir. Ləğvetmənin tərəfdarları dövlət müəssisəsinin dayanıqsızlığını, 
kommersiyalaşdırmanın tərəfdarları isə idarəetmə heyətinin qeyri-effektivliyini əsas gətirirlər. 
Birincilər özəlləşdirmənin ləğvetmə üsuluna, ikincilər isə yalnız idarəetmə prinsiplərinin 
dəyişdirilməsinə üstünlük verirlər. *
Dövlət müəssisələrinin  özəl müəssisələrlə müqaysədə nəyə görə qeyri-effektiv olması ilə bağlı 
müxtəlif yanaşmalar mövcuddur. Onları aşağıdakı kimi qruplaşdırmaq olar.
Sosial yanaşma. Şapiro və Villinq (Shapiro, Willig, 1990) dövlət müəssisələrinə sosial marjinal 
qiymətlər nəzərə alınmaqla yeridilən tarif siyasətinin köməyi ilə bazarın "xəstəlik"lərinın müalicə
mexanizmi kimi baxırlar. Yeri gəlmişkən qeyd edək ki,  keçmiş sosialist ölkələrində ictimai 
əmtəələrin buraxılışında və xidmətlərin göstərilməsində dövlət müəssisələri əhəmiyyətli rol 
oynamış və  istehsalçı keyfiyyətində mümkün sosial sifarişləri yerinə yetirmişdir. Belə sifarişlər 
əsasən qeyri-rəqabət şəraitində inhisarçı timsalında yerinə yetirildiyindən son nəticədə dövlət 
müəssisələrinin fəaliyyətinin effektivliyinə mənfi təsir göstərmişdir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə