Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə30/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   26   27   28   29   30   31   32   33   ...   243

                                          

Bunlardan əlavə, ikinci nəşrdə «

Atası getdiyi yolu oğlu da 

gedəcək, tayna

» - cümləsindən ədat atılmış, bir sıra sözlərdəki 

səsartımı,   səsdüşümü,   səslərin   əvəzlənməsi   kimi   hallar   ədəbi 

dildə   olduğu   şəkildə   səlisləşdirilmiş,   klassik   bədii   dildən   gələn 

yensin – ensin, yürək – ürək, urmaq – vurmaq  

formalarından 

ikincisi əsas götürülmüşdür.

                           

SÖZ VƏ İFADƏLƏRİN YERİNİN

DƏQİQLƏŞDİRİLMƏSİ

Cümlə   üzvlərinin   və   ümumiyyətlə,   sözlərin,   ifadələrin 

cümlədə   yerinin   dəqiqləşdirilməsi,   şübhəsiz,   ədibin   inqilabdan 

əvvəlki  iş üsulları  sırasına  da  daxil  idi.  Lakin  inqilabdan əvvəl 

yazıçının bu sahədə apardığı əməliyyat bir növ təsadüfi xarakter 

daşıyırsa, yaradıcılığının  III dövründə bir  sistem təşkil edir  və 

daha   çox,   daha   müxtəlif   dil   vahidlərini   əhatə   edir.   Hətta   elə 

faktlara   təsadüf   edilir   ki,   sözlərin   yerinin   dəyişdirilməsi   ədəbi 

dilin   xeyrinədirsə,   bədiiliyə   müəyyən   dərəcə   xələl   gətirmiş, 

emosionallığı azaltmışdır. Ədib yazıçı duyğusu ilə bu faktların bir 

çoxuna   toxunmaya   bilərdi.   Görünür,   dilimizin   elmi-nəzəri   məsə-

lələrindən əlavə, Azərbaycan dilinin praktik şəkildə tədrisi ilə məşğul 

olması, mətnlər tərtib etməsi, sadə cümlələrdə dilin ilk elementləri 

haqqında məlumat verməsi və s. cümlə üzvü ola bilən və cümlə 

üzvü kimi çıxış edə bilməyən dil vahidləri, onların dildə əhəmiyyəti, 

cümlədə   mövqeyi,   əlaqəsi   və   yeri   haqqında   ədibdə   daha   aydın 

təsəvvür yaratmış və o öz əsərlərinə yenidən nəzər salarkən bir çox 

sözlərin və birləşmələrin ümumi ədəbi normalara uyğun işlənmədi-

yini müşahidə etmiş, onların yerini dəqiqləşdirməyə çalışmışdır.

Söz və ifadələrin sırası ilə əlaqədar düzəlişlərin aşağıdakı tipləri 

vardır:

      Tamamlıq xəbərdən əvvələ keçirilmişdir:



…yazıb g ə t i r i b  b a n a.(9)       …yazıb b a n a  g ə t i r i 

b. (14)


89


Əgər   ikinci   nəşrdəki  

bana


  sözü   üzərinə   düşən   məntiqi 

vurğunu nəzərə almasaq, əvvəlki forma canlı danışıq dili və bədii 

dil üçün daha səciyyəvi və daha səlisdir.

Həm   feli   bağlamaya,   həm   də   əsas  felə  aid   olan   obyekt 

bildirən söz feli bağlamanın əvvəlinə keçirilmişdir:

Cavad gətirib ç a x ı r ı verir.(7)       Cavad ç a x ı r ı gətirib 

verir.(12)

Təyinedici sözlər təyinlənənin əvvəlinə gətirilmişdir:

… etibar eləyib b i r  q ə p i k…          etibar eyləyib g i r o v s u z  b 

i r  


    g i r o v s u z  verməyir.  (34)     q ə p i k  borc verməyir. 

(49


    

 M ə ş ə d i  C ə f ə r  s ö v d a         S ö v d a g ə r  M ə ş ə d i  C 

ə f ə r               g ə r  girir   (14)                                      daxil olub… 

(21)


«Onda gördüm bir dənə dolu, çox böyük, qəflətən düşdü 

həmən ağacın təpəsindən…»

 - cümləsindəki 

«çox böyük»

 sözləri 

bu   məqamda   daha   çox   rus   dili   sintaktik   qaydalarına   uyğun 

gəldiyindən ədib həmin sözləri sonrakı nəşrdə təyin kimi vermiş 

və   cümləni   belə   səlisləşdirmişdir:  

«Onda   gördüm  bir   böyük 

dolu qəflətən düşüb həmən ağacın təpəsindən…» 

(27)

Yer zərfliklərinin bir qismi xəbərdən əvvələ gətirilmişdir:



Çay götürüb q o y u r l a r         Bəylər çay götürüb q a b a q l a r ı 

n a


q a b a q l a r ı n a.   (7)

         q o y u r l a r  (12)

Sabah g ö r ə r s ə n  b i r  a y r ı         Sabah b i r  a y r ı  a d a m ı n  

q a p ı s ı n a d a m ı n   q a p ı s ı n d a.  (12)         d a    g ö r ə r s ə 

n.  (18)

Sonuncu cümlədən göründüyü kimi, belə halda təyinlər də 

zərfliklə birlikdə öz yerini dəyişməli olmuşdur.

Aşağıdakı cümlədə yer zərfliyi təyini söz birləşməsi ilə ifadə 

olunmuş mübtədanın komponentləri arasından çıxarılmışdır:

90



Bilirəm, m ə n i m  o  d ü n y a d a        Bilirəm, o  d ü n y a d a  m ə n 

i m   y e r i m

y e r i m  cəhənnəmdir.   (48)                 cəhənnəmdir.   (61)

Zaman zərflikləri başqa ikinci dərəcəli üzvlərdən əvvələ keçiril-

mişdir:

Yüzbaşını çağırıb axşam



      Axş amdan  yüzbaşını çağırıb

hökm edirdim.  (5)

       tapşırırdım.  (9)

Göndərim h ə m i ş ə l i y ə       H ə m i ş ə l i k göndərim kəndə. 

kəndə.  (15)                                         (9)

Tərzi-hərəkət zərfliyi xəbərin əvvəlinə gətirilmişdir:

Gedərik b i r  y e r d ə  ziyarətə. (18)        B i r  y e r d ə gedərik 

ziyarətə.  (26)

...yoxsa q a l m ı ş a m  d u s t a q

          ...yoxsa d u s t a q  k i m 

i                                                                                                k i m i  

dörd divarın arasında. (18)               q a l m ı ş a m  dörd  divarın 

arasında

           (26)

Bəzi kəmiyyət zərfliklərinin də yeri dəqiqləşdirilmişdir:

…b i r  a z ürəyim yüngülləşir. (26)    Ürəyim b i r  a z  yüngülləşir. 

(18) 

 

Doğrudur, 



başqa, özgə, qeyri, savayı, əlavə

 və s. qoşmaların işti-

rakı ilə formalaşan xüsusiləşmiş üzvlər cümlənin əvvəlində, orta-

sında gələ bildiyi kimi, sonunda da işlənə bilir, lakin aşağıdakı 

cümlədə   xüsusiləşmiş   üzvün   işlənməsində   rus   dili   sintaksisinə 

yaxınlıq hiss olunur: … 

amma özü mənim iki min manatdan artıq  

peşkəşimi yeyib, çörəyimdən əlavə

. (34) Ona görə də müəllif, 

doğru   olaraq,   bu   cümləni   belə   səlisləşdirmişdir:   …

özü   mənim 

çörəyimdən əlavə, iki min manatdan artıq peşkəşimi yeyib.

 (48) 

Ədib inqilabdan əvvəlki vəziyyəti təsvir edərək yazırdı: «O 



vaxtın xalqı türk dilində məktub yazmağı bacarmazdılar. Danışıq 

91



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə