Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə32/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   28   29   30   31   32   33   34   35   ...   243

Ağa, nə buyurursan? (22)

          Ağa, nə d e y i r s ə 

n? (32)

X e y r, ölmüyüb. (39)



          Yox, ölmüyübdür. (56)

Cavad  bəzi  nökərlər  kimi fağır və küt  deyil.  O  görür  ki, 

ağası   Nəcəf   bəy   getdikcə   müflisləşir.   Hadisələrin   gedişindən 

məlum   olur   ki,   o,   əlaltdan   özünə   sərmayə   toplayır   və   axırda 

nökər Cavad, doğrudan da, ağa Cavada çevrilir. Cavad ağasının 

gələcək   dilənçi   vəziyyətini   görərkən   ona   «nə   buyurursunuz?» 

deyə müraciət etməsi kinayə və gizli istehza ifadə etmiş olardı. 

Cavadda   isə   ağasına   qarşı   belə   bir   münasibət   yoxdur,   hətta 

əsərin sonunda aydın olur ki,  Nəcəf bəyin əlindən tutan yeganə 

adam   Cavaddır.   Ona   görə   də   Cavadın   sonrakı   nəşrdə   təshih 

olunmuş   cavabı   daha   təbii  olub,   onun  dirçəlməkdə  olduğunu, 

hadisələrin gedişindən yaxşı baş açdığını aydın göstərir.

Əsərin   ilk   nəşrindəki   bir   sıra   sözlər   məna   və   üslubi 

cəhətdən   düzgün   işlənmədiyi   üçün   sonrakı   nəşrdə   müvafiq 

sözlərlə əvəz edilmişdir. Məlumdur ki,  insana 

 sualı verməzlər, 



itin əli, çiyinə çuval salmaq, ildırım çaxmasının bərki-boşu, şeirin 

göyçəyi, insanın bir giləsi olmaz, arvada 

kişi

 deyilməz və s. Ona 



görə də:  

Avçısan, hər nəsən…

  (31),  

…itin əlindən alıb

 

yeyəsən 


(35), 

Çiynində bir çuval

 (27), 

Atamın, anamın bir giləsiyəm mən 



(14), 

İldırım bərk şaxıyır

 (44), 

Çox göyçək şerdir



 (8), 

A kişi, sən 

nə   deyirsən

  (22)   –   cümlələri   ikinci   nəşrdə   aşağıdakı   kimi 

dəyişdirilmişdir: 

Avçısan, hər kəssən… 

(44),

 …itin ağzından alıb 



yeyəsən

  (50),  

Çiynində   bir   xurcun

  (39),  

Atamın,   anamın   bir 

dənəsiyəm   mən

  (21),  

İldırım  iki   dəfə   şaxıyır

  (61),  

Çox  gözəl 

şerdir

 (13), 


Rəhmətliyin qızı, sən nə deyirsən… 

(33)


34

Ədib   bəzi   alınma   sözləri   ümumişlək   formaları   ilə   əvəz 

etmiş,  

Ətraf bəyləri filcümlə yığılıb

  (5),  

Halpürsanlıqdan sonra 

dedi

  (41),  



Hanı   o   övrət   kimi   qaçıb   gizlənən   tülkü?  

(23)   – 

cümlələrindəki  

filcümlə   yığılıb,   halpürsanlıqdan,   övrət  

sözlərini 

34

   



  1965-

 

 



 

 

 



Ясярин

ъи илдян щазыр олан биринъи щиссясини 

 

 

 



   

.

ихтисарла вердийимиз цчцн мисаллары да азалтмышыг



96


cəm   olub,   əhvalpürsanlıqdan,   arvad  

sözləri   ilə   dəyişmişdir. 

Ə.Haqverdiyev 

aşna, biabruçılıq

 kimi sözləri 

dost, rüsvalıq

 sözləri 

ilə   əvəz   edərkən   məna   incəliyinə   fikir   vermişdir.   Ədib   hiss 

etmişdir   ki,  

aşna


  sözünün   mənasında   məcazilik   var   və   həqiqi 

dost     anlayışını   ifadə   edə   bilmir,     eləcə   də   yoxsul   kəndli 

İmamverdinin qızı biabır deyil, rüsvay edilmişdir və s.

Əvəzetmələrin bir qismi sırf üslubi xarakter daşıyır. Burada 

məna   incəliyindən   əlavə,   cümlənin   ahəngdarlığı,   rəvan   və 

oxunaqlı olması da nəzərə alınmışdır:

Heç getməyə k ö n l ü m yoxdur.(5)         Heç getməyə m e y l i m 

yoxdur.(9)

Hanı murovluq v ə q t i? (6)               Hanı murovluq z a m a n ı? 

(10)


A n c a q budur üç gündür…               A m m a budur üç gündür… 

(39)


Xeyir olsun, n ə q l  e l ə 

             Xeyir olsun, s ö y l ə görüm

görüm. (18)

              (27) və s.

Əvəzetmələrin   başqa   bir   qrupu   yersiz   təkrarları   aradan 

qardırmaq məqsədi daşıyır:

Mənim dediyim sözləri atama

     …dediyim sözləri atama y e 

t i r ə r s i n i z.(45)

d e y ə r s i n i z.  (32)

F ə q i r, dünyadan kam almamış

              Y a z ı q, dünyadan 

kam almamış

f ə q i r! (33)

              f ə q i r! (46)

Çox  pis  g ə z i r  və pis  adamlar

               Çox  pis  d o l a n ı r 

və  pis  adamlar

ilə  g ə z i r.  (9)

              ilə  g ə z i r.  (14)

Göründüyü kimi, müəllifin bu əməliyyatı bütün misallarda 

əsərin xeyrinə deyildir. İkinci, üçüncü cümlələr əvvəlki nəşrdə 

daha qüvvətlidir. Çünki həmin cümlələrdə  

fəqir


  və  

gəzir


  sözləri 

təkrar deyil, təkrir mahiyyəti daşıyır.

97



Əvəzetmələr   içərisində   əsərin   ilk   nəşrindəki   səhvlərin 

düzəlişi də müəyyən yer tutur. Birinci nəşrin əvvəllərində dəllək 

İmamverdidən söhbət getdiyi halda, 40-cı səhifədə dəllək Nəbi 

ortalığa çıxır; murovluq dövrü «nəçəlnik dövrü» adlandırılmış və s. 

Bunların təshihindən əlavə, müəllif münasib bilmədiyi bəzi adları, 

rəqəmləri də dəyişmişdir.

35

Pyesdə o dövrün (20-ci illərin) orfoqrafiyasını əks etdirən 



reqressiv düzəlişlərə də təsadüf olunur. Belə ki bir neçə cümlədə 

mən


  sözü  

bən, min


  sözü  

bin, kimi

  sözü  

kibi, belə  

sözü  

boylə 


şəklində   təshih   edilmiş,   ilk   nəşrdə   əksərən  

x

  ilə   yazılan  



çox, 

oxumaq, oxşamaq, çoxdan, yoxsa

  kimi sözlərdə  

x   


hərfi  

q  


ilə 

əvəz olunmuşdur. Bunları müəllif düzəlişləri hesab etmək olmaz.

Ədib   cümlələrin   bir   qismində   fikri   qüvvətli   və   daha 

emosional ifadə etmək üçün leksik vahidləri frazeoloji vahidlərlə 

əvəz etmişdir:

Təvəqqe eliyirəm ki, x a t i r c əm    Təvəqqe eliyirəm, z ə h m ə t  ç 

ə k i b

gedib evində oturasan. (21)           gedib evində oturasan. (31)



İndi mən  n ə  e l i y i m?  (37)

          İndi mən n ə  ç a r ə  q ı 

l ı m? (54)

Ə.Haqverdiyev   bizim   frazeoloji   vahidlər   adlandırdığımız 

sabit   birləşmələrə   də   diqqət   yetirmiş,   onların   bəzilərini 

ümumişlək sinonimləri ilə əvəz etmişdir:

         Di yaxşı, i z a l ə  o l, çəkil     Di yaxşı,  r ə d d   o l, çəkil başımdan! 

(17)


         başımdan! (11)                           

Ədib pyesin üzərində yenidən işləyərkən mətndə, xüsusilə 

remarkalarda müəyyən dəyişikliklər etmiş, ibtidai, uzun, qeyri-

səlis cümlələri qısaltmağa, səlisləşdirməyə çalışmışdır. Cümlələrin 

35

 

 



 

  « .


 

Ятрафлы мялумат цчцн Я Щагвердийевин драматурэийа 

»  

 

 



дили адлы намизядлик диссерта

  (


,   . .

 

.



сийамыза Бакы В И Ленин ад  

, 1966) 


 

.

АПИ



бахмаг олар

98



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə