Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə26/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   22   23   24   25   26   27   28   29   ...   243

«Əkinçi», «Kəşkül», «Ziyayi-Qafqaziyyə» qəzetlərinin dili haqqın-

da bəlkə də ilk dəfə məlumat verir, bu qəzetlərin dilini obyektiv 

şəkildə təhlil etməyə çalışır və göstərir ki, onların dil sahəsində 

xidmətləri   ilə   bərabər,   müəyyən   qüsurları   da   olmuşdur. 

Ə.Haqverdiyev   «Əkinçi»   qəzetinin   qüsurlarını   əsasən   onun 

qrammatik quruluşunda görürdü: «Əkinçi» qəzetinin iki dili var 

idi:  Zərdabinin   dili   və  mühərrirlərinin  dili.   Həsənbəyin  işlətdiyi 

cümlələrin çoxusu rus cümlələrindən çöndərmə idi, müxbir  və 

mühərrirləri isə fars cümlələri və fars dili işlədirdilər».

Ədibin fikrincə, o biri qəzetlərin dili daha çox nöqsanlı idi, 

çünki   bu  qəzetlər   Azərbaycan   dili   əvəzinə   ərəb,   fars   dillərinin 

leksik və qrammatik vasitələrindən daha çox istifadə edirdilər, 

hətta «Cəlal əfəndinin «Kəşkül»ünü… lüğətsiz oxumaq çətin idi».

Ə.Haqverdiyev ədəbiyyatın, mətbuatın inkişafını iki dövrə 

bölür,   1905-ci   il   inqilabından   sonra   mədəniyyətin   müxtəlif 

sahələrində ciddi bir yüksəliş əmələ gəldiyini göstərirdi: «1905-ci 

il inqilabından sonra Azərbaycanda ədəbiyyat yolunda böyük bir 

hərəkat   əmələ   gəldi:   mətbəələr   quruldu,   qəzetlər   intişara 

başladı, ədiblərin fəaliyyətləri yüksəldi, maarif cəmiyyətləri, dram 

dərnəkləri təşkil olundu, ədəbiyyat kitablarının sayı gün-gündən 

artmağa   başladı».   Ədib,   türk-osmanlı   ziyalılarının   ədəbi   dil 

sahəsində çirkin siyasət yeritdiklərini xatırlayaraq qeyd edir ki, 

Azərbaycan mədəniyyətinin, ədəbiyyatının,  dilinin  inkişafı üçün 

az-çox imkan yarandığı bir zamanda onun başının üstünü yeni 

bir təhlükə aldı: hələ vaxtilə Sultan Əbdül Həmid zamanında Tür-

kiyə hökumətinin təhriki ilə türk ədibləri Azərbaycanda türkləş-

dirmə siyasəti yeritməyə çalışır, Azərbaycanı öz təsiri altına al-

maq istəyirdilər; Azərbaycanda 1905-ci il inqilabının təsiri ilə yeni 

ədəbi və mədəni yüksəliş yarandıqda «…osmanlı ədəbiyyatının 

ağalıq xülyası cünbüşə gəldi. Bu əsası icra etmək üçün bir neçə 

nəfər   İstanbuldan   ezam   olundu:   Əlibəy   Hüseynzadə,   Əhməd 

Kamal, Səbribəyzadə, Xalid Ziya və s. Birinci Əlibəy Hüseynzadə 

«Füyuzat»ı   nəşrə   başladı   və   türk   –   Azərbaycan   dilini 

osmanlılaşdırmağa   qədəm   qoydu…   Əlibəydən   sonra   Əhməd 

Kamal «Yeni Füyuzat» jurnalının başında əyləşib Əlibəy yolu ilə 

getdi. 1910-cu illərdə Səbribəyzadə «Şəlalə» jurnalı ilə meydana 

atıldı. Bu adam ondan qabaq gələnlər kimi işlədiyindən əlavə, ən 

76



mürtəce, qaranlıq sevən, tərəqqi düşməni, qadınlar təsəttürü yo-

lunda canından-başından keçən bir şəxs idi».

Belə bir dövrdə, Ə.Haqverdiyevin dediyi kimi, «Molla Nəs-

rəddin»   jurnalının   «amansız   mübarizəsi»   başlayır. 

Ə.Haqverdiyevin   özü   də   daxil   olmaqla,   demokratik   cəbhənin 

görkəmli   nümayəndələri   –   C.Məmmədquluzadə,   M.Ə.Sabir, 

Ə.Qəmküsar   və   başqaları   «Molla   Nəsrəddin»in   ətrafında 

toplaşaraq, milli  dili xəlqi zəmindən  ayırmağa çalışan mürtəce 

qəzet   və   jurnalların   qarışıq   dilinə   qarşı   möhkəm   mübarizə 

cəbhəsi yaradırlar.

77



ƏDƏBİ DİLİN TƏMİZLİYİ VƏ İNKİŞAFI UĞRUNDA 

MÜBARİZƏ

Dövri mətbuatın hücumunu təsvir edən ədib göstərir ki, bu 

hücumun müqabilində «Molla Nəsrəddin»in amansız mübarizəsi 

nəticə verə bilmədi və yazıçı gənclərin çoxunu Əlibəy öz nüfuzu 

altına   çəkdi».   Bu  fikir   bir   qədər   kəskin  söylənmişdir.   Müəllifin 

belə bir fikir söyləməsinin o dövrdə səbəbi çox idi. 20-ci illərdə 

yeniliklə köhnə cəmiyyətin tör-töküntüləri arasında mübarizə o 

qədər   güclü,   o   qədər   mürəkkəb   idi   ki,   belə   bir   şəraitdə 

cəmiyyətin   əsrlərlə   yaratdıqlarını   bəzən   obyektiv   şəkildə 

qiymətləndirmək   mümkün   olmurdu.   Ümumən   elmi   inkişafın 

səviyyəsi də buna mane olurdu. «Axır zamanlarda ədəbi türk dili 

məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azər-

baycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu?» - sualı təkcə 

ədibi deyil, o dövrdə bu sahə ilə məşğul olan bütün şəxsləri ma-

raqlandırırdı. Şübhəsiz, bir çox başqaları kimi, Ə.Haqverdiyev də 

«ədəbi dilin yoxluğu»  qənaətinə gələrkən bu anlayışı son dərəcə 

məhdud başa düşmüş, ədəbi dil anlayışını bir yazıçının üslubu, 

bir mətbuatın dildən istifadə istiqaməti ilə eyniləşdirmişdir. Hətta 

indi də ədəbi dilə bu cür baxış bəzən özünü göstərir və məsələn, 

Mirzə   Cəlil   kimi   xalq   dilinin   ölməz   müdafiəçisi   bədii   dilinin 

sintaksisinə   görə   təqsirləndirilir,   yazılarının   sintaktik   quruluşca 

ədəbi   dilə   uyğun   gəlmədiyi   iddia   edilir.  Əgər   Ə.Haqverdiyev, 

yuxarıdakı   qeydlərinə   əsasən,   mətbuat   dili   ilə   ədəbi   dili 

eyniləşdirmişsə, belələri bədii dil ilə ədəbi dil arasına bərabərlik 

işarəsi qoymuş olur. Bədii dil, hər şeydən əvvəl, bədii dildir və bu-

rada bütün sintaktik vasitələr – birləşmələr, söz sırası, cümlənin 

intonasiya və quruluş xüsusiyyətləri bədiilik vasitəsi kimi çıxış edir. 

«Ədəbi   dil»   geniş   anlayışdır,   onun   özünəməxsus   normaları, 

qanunları vardır. Ona görə də ədəbi dil ilə bədii dili, mətbuat dilini 

eyniləşdirmək olmaz.

Ə.Haqverdiyevin söylədiyi fikirlər ömrü boyu dil məsələləri 

ilə böyük ehtirasla maraqlanmış həssas ədibin o dövrün qızğın 

müzakirələrindən   aldığı   təəssüratın   nəticəsidir.   Ömrünün 

sonlarında   –   1933-cü   ildə   Ali   Pedaqoji   İnstitutda   keçirilən   dil 

78



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə