Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə33/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   29   30   31   32   33   34   35   36   ...   243

əvəz   olunması   başqa   müxtəlif   səbəblərlə   də   əlaqədardır. 

Məsələn,   epizodik   hadisəni   əsas   hadisə   ilə   daha   möhkəm 

bağlamaq, komizmi gücləndirmək üçün Səlim bəyin dilində xalq 

mahnısının misraları aşağıdakı şəkildə dəyişdirilmişdir:

     Uca barıdan aşaram,                               Uca barıdan aşaram,

     Yanıma kəniz qoşaram.

               Yanıma kəniz qoşaram.

    N a b a t ı  mənə versələr,

H ə m z ə n i  bana versələr,

H a c ı Ə l i  q ı z ı n   b o ş a r a m  .(13)       C i b i n i n  p u l u n  u  d 

a r a m.(21)

                      

Həmzə   bəy   qumar   oyununda   uduzduğu   üçün   tez-tez 

bəylərin, xüsusilə də Səlim bəyin gülüş hədəfinə çevrilir. Müəllif 

yuxarıdakı   vasitədən   də   həmin   məqsəd   üçün   istifadə   etmiş, 

dialoqlar və hadisələr arasındakı əlaqəni gücləndirə bilmişdir.

İlk   nəşrdə   bəzən   remarka   hadisələrin   gedişinə   uyğun 

gəlmir. Məsələn, aşağıdakı cümlələrə diqqət yetirək:

S o n a  x a n ı m. 

Cavad, Nəcəfi bir buraya çağır, deginən 

adam gəlib, səni görmək istəyir. (Cavad gedir, Pəri xanım durub 

o biri otağa keçir) Sən hara gedirsən, ay Pəri?

P ə r i   x a n ı m.  

Kişi gəlir, deyirəm keçim o biri otağa

(20)


Göründüyü kimi, belə çıxır ki, guya Pəri xanım o biri otağa 

keçdikdən sonra Sona xanımla danışır, onun sualına cavab verir. 

Bu məntiqsizliyi aradan qaldırmaq üçün ikinci nəşrdə remarka 

belə düzəldilmişdir:

 Cavad gedir, Pəri qalxır. 

(29)


Yaxud   başqa  bir  misal:  

«Nəcəf bəy gedir qapıya tərəf». 

(37) Bu o deməkdir ki,  Nəcəf bəy hələ səhnədə olmalıdır. Lakin 

hadisələrdən  məlum  olur  ki, onun  səhnədə  qalmasına  ehtiyac 

yoxdur, çıxmalıdır. Deməli, müəllif bu cümləni bəyin səhnəni tərk 

etməli  olduğunu  göstərmək  üçün  işlətmişdir,  lakin  fikir   düzgün 

ifadə   olunmamışdır.   Ona   görə   də   sonrakı   nəşrdə   cümlə 

düzəldilmişdir: 

«Nəcəf bəy çıxır»

. (53)


Bəzən   remarkada   çətin   anlaşılan   cümlələr   bütövlükdə 

dəyişdirilmiş, sadələşdirilmişdir:

Əfradi-əhli məclis.  (2)

İştirak edənlər.  (3)

99



Əvəzetmələrin   bir   qismindən   hiss   olunur   ki,   müəllifin 

məqsədi fikri aydın, yığcam və səlis ifadə etməkdir. Hətta belə 

hallarda bəzən mürəkkəb cümlə sadə cümlə şəklinə salınmışdır:

Bu halda təpənin dalında gəzən Bu   halda   təpənin   dalından 

gələn

uşaqların səsi gəlir, qarmon



uşaqların   oxumaq 

səsləri gəlir. 

çalıb hamısı bir yerdə

              (42)

oxuyur.  (20)

Aşağıdakı   cümlənin   sadələşdirilməsi   isə,   şübhəsiz,   onun 

Hind-Avropa   dillərinin   cümlə   quruluşuna   uyğun   gəlməsi   ilə 

bağlıdır:

Neçün götürürsən o zülmü ki,

Nə üçün biz övrət taifəsinə

biz övrət taifəsinə eliyirlər?(16)      olan zülmü götürürsən? (23)

Bəzi   cümlələrin   başqası   ilə   əvəz   olunması,   dəyişdirilməsi 

sosialist   inqilabının   Haqverdiyevin   dünyagörüşünə   təsiri   ilə 

bağlıdır.   Məsələn,   kəndli   İmamverdinin   bəy   qarşısında   mütiliyi 

ədibin özünə də xoş gəlməmiş, əsərin yeni nəşrində İmamverdini 

nisbətən   mübariz   kəndli   surəti   kimi   nümayiş   etdirməyə 

çalışmışdır:

İ m a m v e r d i. Bəy, hərçənd mənim                  İ m a m v e r d i. 

Bəy, namus bir 

sənin evində qeyzlənməyim

                  bəyzadələrdə deyil, kasıb-

kusubun 


dürüst deyil, amma mən öz

                  da özünə görə 

namusu var və

abrumun qədr və qiymətini bilən

                   namusum da məni 

qeyzlənməyə

adamam. Mən  qızımın 

vadar   eliyir.   Mən   öz 

abrumın qədr             müttəhimliyini heç vədə qəbul   eləmərəm. (24)

qiymətini bilirəm və qızımın

 

rüsvaylığını heç vədə qəbul etmərəm (35)



100


ƏLAVƏLƏR

Pyesin 1926-cı il nəşrində mətnə əlavə edilmiş şəkilçilər, 

sözlər, ifadələr  fikrin  dəqiqləşməsinə,  konkretləşməsinə,   qeyri-

müəyyənliyin   aradan   qalxmasına,   ifadəliliyə   və   emosionallığa, 

surətlər arasında münasibətlərin daha da aydınlaşmasına səbəb 

olmuşdur. Mətnə yeni şəkilçilərin əlavə edilməsi həm qrammatik, 

həm də üslubi mahiyyət daşıyır. Görünür, şəkilçilərin məna və 

qrammatik xüsusiyyətləri barədə ədibin təsəvvürü genişləndikcə, 

onlardan daha səmərəli istifadə etməyə çalışmışdır.

Ədib kəmiyyət şəkilçisinə daha çox diqqət yetirmiş,  

-lar, 

-lər


 şəkilçisinə həm qanunauyğun uzlaşmaya əməl edilməsi, həm 

də üslubi vəziyyətlə əlaqədar – ümumiləşdirmə çaları yaratmaq 

baxımından   müraciət   etmişdir.   Məlumdur   ki,     mübtəda   insan 

məfhumu   bildirdikdə   uzlaşma   əksərən   tam   olur.   Müəllif,   bəzi 

cümlələrdə   xəbərə  

-lar,   -lər

  şəkilçisini   artırarkən   bu   cəhəti 

nəzərə almışdır:

…cəmi şəhərin uşaqları da

…cəmi


 

şəhərin 


uşaqları da

b i l i r. (6)

b i l i r l ə r.  (11)

Bəzən bu məqamda ədib həmin şəkilçidən düzgün istifadə 

edə   bilməmişdir.   İsimlər   konkret   kəmiyyət   bildirən   sözlə 

təyinləndikdə -

lar,-lər

 şəkilçisinə ehtiyac olmadığı halda, 

«Gözüyün 

iki deşiyindən gəlsin»

  cümləsi  

«Gözüyün iki deşiklərindən gəlsin» 

şəklində dəyişdirilmişdir.

Ədib III növ təyini söz birləşmələrinin tərəflərini də kəmiy-

yətcə uyğunlaşdırmağa çalışmışdır:

…yer-göy onların dudi-a h ı n d a n    …yer-göy onların dudi-a h l a r ı 

n d a n

lərzəyə gələcək.  (36)



            lərzəyə gələcək.  (52)

Mənim balalarımın göz y a ş ı n ı

            Mənim balalarımın göz 

y a ş l a r ı n ı

101



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə