Qrup: 2004b tələbə: Əzimova Firuzə



Yüklə 110,38 Kb.
səhifə2/2
tarix13.05.2022
ölçüsü110,38 Kb.
#86920
1   2
sərbəst

-pedaqoji  fəaliyyətin  tələblərini  müəllim  və  şagirdlər  aydın  dırk  etməli  və  ona  əməl 
etməlidirlər. 
        -hər bir pedaqoji fəaliyyət müəyyən vaxtda və şəraitdə həyata keçirilməlidir. 
        -pedaqoji fəaliyyət müəllim və şagirdsiz təşkil oluna bilməz. 
        -pedaqoji fəliyyət hər bir şagirdin fərdi imkanları əsasında qurlmalıdır. 
        -paedaqoji fəaliyyətəd iki tərəf iştirak edir.Müəllim və şagirdlər.Bunlar fəaliyyət zamanı 
bir-  birilə  ünsiyyətdə  olurlar.Yəni,bunların  əməkdaşlığı  əsasında  təlim  təşkil  olunur.Bunlar 
pedaqoji fəaliyyətin əsas komponentləridirlər.Bunlarsız heç bir fəaliyyət təşkil oluna bilməz. 
         -qabaqcadan gərək pedaqoji fəaliyyətin məqsəd və vəzifələri müəllimlər tərəfindən ayrıd 
edilsin.Məqsəd aydın olmada heç bir iş uğurlu alınmaz çünki,o iş kor-koranə hesab edilər.Bu 
məqsədlər  şagirdlərə  əsasən  həyata  keçirilir.Çünki,müəllim  vasitələrindən  istifadə  edərək 
məqsədi tətbiq edir
         Hər  bir  müəllim  öz  üzərində  çalışmalı,texnikanın  yenilikləri  ilə  tanış  olmalı  və  bu 
yeniliyi öz işinə gətirməyi bacarmalıdır.Müəllimin vəzifəsi gələcəyə şəxsiyyət yetişdirməkdən 
ibarətdir.Gərək  müəllim  də  öz  pedaqoji  fəaliyyətini  buna  uyğun  qursun  və  tələb  olunanları 
həyata keçirmək üçün dərsi şagirdlərin imkanları əsasında təşkil etsin.  
         4.Bildiyimiz  kimi  pedaqoji  fəaliyyət  həm  psixiloji,həm  sosial,həmdə  sosial-psixoloji 
amilərlə şərtlənir. 
Psixiloji  amil  dedikdə-yəni  müəllimin  imkanları,psixi  inkişafın  xüsusiyyətləri  və  s.  başa 
düşülür. 


Sosial  amil-yəni,müəllimin  cəmiyyətdəki  yeri  və  bir  müəllim  kimi  onun  qarşısında  duran 
vəzifələr başa düşülür. 
     Sosial-psixoloji amillərə isə-müəllimin rol gözləmələri,ustanovkaları aid edilir.      

Pedaqoji fəaliyyət fəaliyyətin bir sahəsi olub , talim , təhsil , tarbiyə , ünsiyyat proseslərini özündə birləşdirir . Faaliy yət dedikdə , müəyyən tələbatın ödənilməsinə yönəldilmiş məq sədə çatmaq üçün insanın icra etdiyi işlərin vəhdət halında bir ləşmiş məcmusu başa düşülür . Fəaliyyət məqsədyönlü və şüur lu şəkildə həyata keçililir Müəllim pedaqoji fəaliyyət zamanı qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir sıra plamlı , dü şünülmüş , qarşılıqlı əlaqədə olan işləri yerinə yetirir . Pedaqoji fəaliyyət həm mütəxəssis pedaqoqlar tərəfindən , həm də valideynlər , ictimai təşkilatlar , sosial işçilar , amak va digar qruplar tərəfindən həyata keçirilir . Birinci halda bu peşə faaliyyəti , ikinci halda qeyri - peşəkar - ümumpedaqoji fəaliyyət kimi səciyyələnir . Peşəkar pedaqoji fəaliyyət təhsil ( tərbiyə ) müəssisələrində həyata keçirilir . Hər cür fəaliyyətin , o cümlə dan pedaqoji fəaliyyətin səmərəsi üçün onun struktur ünsürlə rini düzgün həyata keçirmək lazımdır . Pedaqoji fəaliyyətin quruluşuna faaliyyətin məqsədi , məzmunu , təşkili ( vasitə , metod va formaları ) , nəticələri , tahlili onun sahələrini və və qiymətləndirilməsi daxildir . Pedaqoji fəaliyyət məqsəddən başlamış nəticə və onun qiymətləndirilməsinə qədər bütün əməliyyatları özündə əks etdirir . 1 ) Fəaliyyətin maqsad komponenti - görülən işin məqsədini ( son nəticəsini ) müəyyənləşdirməklə bağlıdır ( nəyə nail olmalı ? ) . Pedaqoji fəaliyyətin səmərəsi məqsədin düzgün qoyuluşundan başlayır . Çünki hər bir fəaliyyət məqəsdyönlüdür : məqsədsiz fəa liyyət yoxdur . Düzgün məqsəd səmərəli nəticəyə , yanlış məqsəd isə səhv nəticəyə gətirib çıxarır . Buna görə də hər bir işdən qa baq məqsədi düzgün müəyyənləşdirmək vacibdir . 2 ) Faaliyyətin məzmun komponenti - görüləcək işin məz mununu müəyyənləşdirməklə bağlıdır ( nə öyrədiləcək , hası ba carıq və keyfiyyətlər aşılanacaq ? ) . Görüləcək işlər məqsəd ba xımından müəyyənləşdirilir , konkretlaşdirilir , yani ümuni maq sad konkret vəzifələr şəklində ifadə olunur və planlaşdırılır . Planda müxtəlif iş sahələri ( tadbirlar ) tutulur . nazar nazərdə tutu 3 ) Faaliyyətin təşkili komponenti fəaliyyətin icrasını , onun vasitə , metod va formalarını , işturakçıları və onların iş sahələrini , qarşılıqlı əlaqələrini müəyyənləşdirməyi , işin təşkili və idarə olunmasını nazarda tutur ( işi necə , hansı vasita , metod və formalarda icra etmək lazımdır ? ) 4 ) Fəaliyyətin nətica komponenti - maqsədin əldə edilmə sinin göstəricisidir ( iş necə nəticə verdi , maqsəd yerinə yetiril dimi ? ) 5 ) Faaliyyətin tahlil va qiymətləndirma komponenti - naticələrin qoxlanılması , qiymətləndirilməsi və təhlili , habela fəaliyyətin səmərəsini müəyyənləşdirməyi nəzərdə tutur . Pedaqoji fəaliyyətin komponentlari bir - birilə sıx bağlıdır : har sonrakı komponent özündən əvvəlkinə əsaslanır , eləcə də avvəlki komponent özündən sonrakını müəyyənləşdirir . Məq səd və məzmun dəyişdikdə digər komponentlər də dəyişir . Əgər bu komponentlərdən hər hansı biri düzgün həyata keçirilməzsə , gözlənilən nəticə alınmayacaqdır . Pedaqoji fəaliyyət müəyyən mərhələlərlə həyata keçirilir : təhlil - məqsəd qoyuluşu - planlaşdırma - icra - nozarət -natica- tahlil və qiymətləndirmə Pedaqoji fəaliyyətin icrasında pedaqoji tahlil çox mühüm yer tutur ; fəaliyyət bütövlükdə təhlillə müşayiət olunur . Vaxtında və lazımi səviyyədə aparılmayan təhlil fəaliyyətin sonrakı mərhələlərində yanlış hərəkət etməyə , vəziyyəti düzgün qiymətləndirməməyə , əsassız qarar va ya proqram qabul etmaya gətirib çıxara bilər . Bunu nəzərə alaraq müəllim təhlil qabiliyyətinə yiyələnməlidir : pedaqoji fakt va hadisələri ətraflı araş dırmalı , səbəb - nəticə asılılıqlarına diqqət yetirməli və vəziyyəti düzgün qiymətləndirilməlidir . Bunun üçün analitik təfəkkürə yiyələnmək vacibdir . Təcrübə göstərir ki , düzgün , düşünülm səriştəli pedaqoji təhlili yaranmış vəziyyəti düzgün qiymətləndirməyə , düzgün diaqnoz va proqnozlaşdırmaya , görüləcək işin məqsədini və çıxış yollarını düzgün müəyyənləşdirməyə imkan verir . bovimin Pedaqoji diaqnostika məqsəd baxımından mövcud imkanları dəyərləndirməyə , məqsədin reallaşdırılmasına kömək və ya mane olacaq amilləri müəyyənləşdirməyə yönələn idarəetmə funksiyasıdır . Onun son məqsədi pedaqoji fəaliyyəti düzgün proqnozlaşdırmaqdan ibarətdir . Pedaqoji proqnozlaşdırma - pedaqoji hadisə və proseslərin inkişaf dinamikasını nəzərə al maqla gələcəkdə gözlənilən mümkün nəticələri qabaqcadan görmək , təsəvvür etmək deməkdir . O , pedaqoji fəaliyyətin necə səmərə verəcəyini və real nəticələrini gözləmədən onu planlaş dırmağa və həyata keçirməyə imkan verir . Müəyyən pedaqoji sahə ilə bağlı vəziyyəti öyrəndikdən sonra real vəziyyətdən çıxış edərək qarşıdakı məqsədi düzgün müəyyənləşdirmək lazımdır . Məqsədqoyuluşu pedaqoji prosesi idarə etməyin ikinci mərhələsidir . Pedaqoji fəaliyyətin məqsədini müəyyən edərkən onun diferensiasiyasını nəzərə almaq , müəyyən məntiqi əsasdan çıxış etmək lazımdır . Məqsədlər müxtəlif əsaslara görə təsnif edilir : a ) funksiyalarına görə : təhsil , tərbiya , sosial məqsədlər və s; b ) miqyasına görə : ümumi və konkret məqsədlər ; c ) əhəmiyyət lilik dərəcəsinə görə : asas və əlavə maqsadlar ; d ) müddətinə gö rə : yaxın , orta və uzaq məqsədlər ( Makarenkonun pesrpektiv xətlər sistemi ) . Tərbiyə işində göstərilən məqsədlərdən yerinə görə is tifadə edilir . Məqsədin qoyuluşu zamanı bəzi şərtləri gözləmək lazımdır : məqsəd aydın , dəqiq və real olmalıdır . Məqsəd aydın lığı nəticənin və onun həlli vasitələrinin aydınlığı deməkdir . Aydın dərk olunan məqsəd məqsədgüdməni asanlaşdırır . Məq sədgüdmə qarşıdakı fəaliyyəti layihələşdirmə , planlaşdırma üçün bütün vasitə və qüvvələrin səfərbər edilməsinə və işin düz gün təşkil edilib həyata keçirilməsinə imkan yaradır . Pedaqoji fəaliyyətin planlaşdırılması məqsədə çatmağın vasitə , forma və yollarını , müddətlərini , məsul şəxsləri müəy yənləşdirməyə kömək edir . O , fəaliyyətin təşkilini asanlaşdırır . Pedaqoji fəaliyyətin taşkili mərhalasi planın həyata keçi rilmasi ilə bağlıdır . Onun səmərəsi üçün müəyyən şərtlər göz lənilməlidir . İş üçün əlverişli şəraitin yaradılması , iştirakçılar arasında qarşılıqlı əlaqənin təşkil edilməsi ; işin gedişinə nəzarət və lazım gələrsə korreksiya işi aparılması , fəaliyyətin stimul laşdırılması , operativ əks əlaqənin yaradılması , fəaliyyətin tən zimlənməsi və s . belə şərtlərdəndir . Fəaliyyətin təşkilinin va sitə , forma və metodlanı işin məqsədi , məzmunu və xarakterinə əsasən müəyyənləşdirilir . Müəllimin pedaqoji fəaliyyətində işin təşkili digər pro seslərlə nəzarət , tənzimləmə və hesabaalma ( uçot ) ilə müşa yiət olunur . Bunlar həm də fəaliyyətin nəticələrinin öyrənilmə sinə və qiymətləndirilməsinə kömək edir . Qiymatlandirma pe daqoji fəaliyyətin necə nəticələnməsini , onun səmərəli olub olmadığını , şagirdlərin tərbiyə ( təhsil ) səviyyələrində hansı dəyişikliklərin baş verdiyini müəyyənləşdirməyə xidmət edir . Qiymətləndirmənin düzgün və obyektiv olması üçün ayrı - ayrı sahələr üzrə ( təlim , tarbiyə , əmək və s . ) konkret göstəricilər , meyarlar müəyyən edilməli və onların əsasında nəticələr qiymətləndirilməlidir . Pedaqoji fəaliyyət planında nəzərdə tutulan işin yerinə ye tirilməsindən sonra növbəti mərhələyə - yekun mərhələsinə ke çilir . Yekun marhalasi görülən işlərin hesaba alınması ( uçotu ) , tahlili və qiymətləndirilməsi ilə bağlıdır . Bu zaman alınan na ticə ( nəticələr ) qarşıya qoyulmuş məqsədlə tutuşdurulur , qar şıya çıxan çətinliklər , onların səbəbləri araşdırılır , şagirdlərin təlim - tərbiyəsi sahəsindəki dəyişikliklər - yeni keyfiyyətlər üzə çıxarılır . Fəaliyyət nəticələrinin təhlili yeni diaqnostika ilə bağ lidir : nəticə və onun əldə edilməsində yol verilmiş səhvlər , onların səbəbləri və profilaktikası imkanları araşdırılır . Göstərilən mərhələlərin düzgün planlaşdırılıb həyata keçi rilmasi pedaqoji fəaliyyətin səmərəsini təmin edən vacib şərt dir . Hər bir müəllim öz fəaliyyətini ciddi planlaşdırıb düzgün hoyata keçirilməyə , nəticələri təhlil edib qiymətləndirməyə ça hşmalıdır . Müəllimin pedaqoji fəaliyyətini düzgün qurmaq üçün onun xüsusiyyətlərini nəzərə almaq lazımdır . Bu xüsusiyyət lərə daxildir : a ) Müəllimlik şərəfli işdir , çünki müəllim öz həyatını xal qın gələcəyinə həsr edir ; xalqa verilmiş hayat isə xoşbəxtlikdir ; b ) Müəllimlik məsuliyyətli işdir ; çünki müəllim ən qiy mətli kapital olan insanla işləyir ; bu işdə isə səhvə yol vermək olmaz ; c ) Müəllimlik çətin və mürəkkəb işdir ; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəbdir , zəngin və incə dir . Hər bir uşaq təkrarolunmazdır , özünəməxsus xüsusiyyətləri olan fardiyyətdir , fərqli daxili aləmi olan bir dünyadır . Müəllim öz yetirmələrini yaxşı öyrənməli , yaxşı psixoloq olmalı , qəlb lari " oxumağı " bacarmalıdır ; Pedaqoji fəaliyyətin çətinliyi həm də ondadır ki , müəlli min tərbiyə etdiyi insan dəyişkəndir , bu gün zəif oxuyan , in tizamsızlıq edən sabah düzələ bilər və ya əksinə . Müəllim öz yetirmələrinin inkişafını izləməli , təhlil etməli , onları düzgün istiqamətləndirməlidir ; ç ) Müəllimlik yaradıcı işdir : çünki müəllim hazır göstə rişlərlə işləyə bilməz . Hər bir konkret halda qarşıya çıxan ma sələlərə müstəqil və yaradıcı yanaşmaq , qeyri - standart qərarlar qəbul etmək lazım gəlir . Bunun üçün müəllimdən müstəqil dü şünmə , yaradıcı təfəkkür tələb olunur . Görkəmli rus pedaqoqu va psixoloqu P.P.Blonskinin tabi rincə desək , həqiqi müəllim ensiklopedik lüğət yox , Sokrat ol malıdır . Müasir dövrdə sadəcə bilikli müəllim olmaq azdır ; məktəbə yaradıcı , tədqiqatçı müəllim lazımdır.
Yüklə 110,38 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə