Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə12/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   8   9   10   11   12   13   14   15   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
24 
sonra da oğlanı oyatmağa gedirdi; səhər mehini şirin yuxuda 
duymağa vərdiş eləmişdi. Lakin bu gecə qitədən əsən sərin 
külək, nədənsə, onu həmişəkindən tez oyatdı. Hələ çox 
erkən olduğunu qoca dərhal ənkərdi və qərara aldı ki, 
yerindən durmasın, indicə gördüyü yuxuya davam eləsin. 
Dənizdən ucalan qayaların ağ zirvələrinə, Kanar adalarının 
limanlarına tamaşa etmək istəyirdi. 
Artıq çoxdandı ki, yuxusunda nə fırtına, nə qadın, nə iri 
balıq, nə vuruş, nə güləş, nə mərcləşmə, nə də arvadını 
görürdü. İndi onun yuxusuna yalnız uzaq ölkələrin sahilləri, 
bir də oralarda gəzişən şirlər girirdi. Şirlər dumanlı 
toranlıqda pişik balalarıtək bir-biriylə oynaşırdılar. Qoca bu 
şirləri çox sevirdi, lap oğlanı sevdiyi qədər sevirdi. İntəhası 
oğlan heç vaxt yuxusuna girməzdi. 
Qoca qəfildən ayılıb yerindən dikəldi, açıq qapıdan 
bayıra, göy üzündəki ayparaya baxdı və sonra balış əvəzinə 
başının altına qoyduğu şalvarını götürüb əyninə geydi. 
Komadan çıxıb əsnəyə-əsnəyə oğlanı oyatmağa getdi. 
Obaşdanın sübh soyuğundan bərk titrədirdi, amma bilirdi ki, 


www.vivo-book.com 
25 
bir az qızışandan sonra üşütmə keçib-gedəcək; hamısı 
qayıqda oturub avar çəkməyə bənd idi. 
O, qapını aralayıb asta, yumşaq addımlarla otağa girdi. 
Oğlan qabaq tərəfdə, taxtın üstündə yatmışdı. İçəri solğun ay 
işığı düşmüşdü və bu işıq qocanın oğlanı görməsi üçün 
kifayət elədi: o, uşağın qıçından yapışıb ta ayılana qədər 
buraxmadı. Oğlan yerinin içində dikəlib gözlərini açdı, bir 
qədər çaşqın halda qocaya baxdı. Qoca isə başını tərpədib 
işarə verdi ki, vaxtdır. Oğlan əlini uzadıb böyürdəki kətilin 
üstündən şalvarını götürdü, qalxıb çarpayıda oturdu və 
şalvarını geyinməyə başladı.
Qocanın arxasınca qapıdan çıxanda o hələ də 
yuxuluydu. Qoca qolunu oğlanın boynuna saldı: 
– Bağışla...
– Que va! – oğlan cavab verdi. – Neyləməli, biz 
kişilərin taleyi belədir.
Onlar daş döşənmiş yolla üzüaşağı, qocanın komasına 
tərəf gedirdilər. Bayır adamla doluydu. Balıqçılar bellərində 
avadanlıq, çiyinlərində dorağacı, əllərində müxtəlif şeylər 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə