Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə13/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   9   10   11   12   13   14   15   16   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
26 
qaranlıqda hərəsi öz qayığına tərəf gedirdi. Hamısının da 
ayaqları yalındı.
Onlar komaya gəlib çatanda oğlan içəri keçib dünən 
qoyduğu şeyləri – içərisində tilov ipi olan zənbili, dəstəli 
nizəni və qarmağı götürdü, qoca da köhnə, yamaqlı yelkən 
sarınmış dorağacını çiyninə aldı.
– Qəhvə içməyə meylin var? – oğlan soruşdu.
– Əvvəl avadanlığı aparıb qayığa qoyaq, qəhvəni sonra 
içərik, – qoca cavab verdi.
Şeyləri aparıb qayığa yerləşdirəndən sonra qəsəbəyə 
qayıtdılar, sübh erkəndən açılan və balıqçılara xidmət 
göstərən aşxanaya gəlib konserv bankasında adama bir qab 
qəhvə içdilər.
Necə oldu, yaxşı yata bildinmi? – oğlan qocadan 
xəbər aldı; yuxudan ayılmış kimi görünsə də, di gəl, onun 
gözlərindən hələ də yuxu tökülür, özü də tez-tez əsnəyirdi.
– Çox yaxşı yatmışam, Manolin, – qoca cavab verdi. – 
Mənə elə gəlir ki, bu gün bəxtim gətirəcək. 
– Mənə də elə gəlir, – oğlan ayağa durdu. – İndi isə 
gedim bizim sardinalarımızı gətirim. Hələ sənin tələ 


www.vivo-book.com 
27 
yemlərini də götürməliyəm. Mən işləyən qayıqda bütün 
işləri sahibkar özü görür; kömək edəndə acığı tutur.
– Balıqçıların çoxu elədir, mənimlə özünə baxma. Hələ 
sən beş yaşında ikən icazə verirdim ki, avadanlığı daşıyasan.
– Bilirəm, – oğlan dedi. – Gözlə, bu saat gəlirəm. Mən 
qayıdanacan sən bir az da qəhvə iç. Burda bizə nisyə 
verirlər. 
Oğlan yalın ayaqlarını şappıldada-şappıldada tələ yemi 
götürməkçün buzxanaya qaçdı. 
Qocanın bütün gün ərzində dilinə heç nə 
dəyməyəcəkdi; bu qəhvə onun həm səhər yeməyi, həm 
naharı, həm də, kim bilir, bəlkə şam yeməyi idi, buna görə 
də qəhvəni ləzzət ala-ala, aramla içirdi. Axır vaxtlar yeməyə 
o qədər də meyl göstərmirdi. Yemək prosesi çoxdan 
zəhləsini tökmüşdü, odur ki, dənizə gedəndə heç vaxt özüylə 
səhər yeməyi götürmürdü. Sərin qalsın deyə qayığın burun 
tərəfində həmişə bir şüşə su saxlayırdı, vəssalam – 
axşamacan ona lazım olan tək bu idi. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə