QəRBİ kaspi universiteti SƏRBƏst iŞ FƏNN: TƏŞKİlati davraniş



Yüklə 132,38 Kb.
səhifə4/5
tarix30.09.2023
ölçüsü132,38 Kb.
#125087
1   2   3   4   5
Təşkilatı davranış

Birinci qrupa, təşkilatda fərdlərarası münasibətlərin və işçilərin qarşılıqlı əlaqələrinin həyata keçirilməsi ilə əlaqədar olan rollar daxildir (tabeçilikdə olanların fəaliyyətinin motivasi-yası, koordinasiyası, səlahiyyətlərinin ötürülməsi, formal nümayəndəlik: mərasimlərdə, təltiflərdə iştiraketmə, və s.).
İkinci qrupu lazımi informasiyanın toplanması, emalı və ötürülməsi ilə bağlı məlumatlandırma təşkil edir.
Üçüncü qrupa isə bilavasitə idarəetmə qərarlarının qəbulu ilə əlaqədar olan rollar daxildir. Bir qayda olaraq, menecerlər yeni layihələrin və qərarların təşəbbüskarları kimi çıxış edir və onlar gözlənilməz dəyişikliklər və ya böhran yarandıqda, qərarların dəqiqləşdirilməsinə, resurslardan istifadəyə görə məsuliyyət daşıyırlar. Menecerlər danışıqlarda iştirak edirllər və qəbul olunan qərarlara və onların yerinə yetirilməsinə görə də cavab-dehdirlər.
Menecerlərin işini xarakterizə etmək üçün onların, öz vəzifə borclarını yerinə yetirməkdən ötrü malik olduqları peşəkarlıq keyfiyyətlərini araşdırmaq lazımdır. R.Kats bu peşəkarlıq keyfiyyətlərinin üç növünü ayırır: texniki ustalıq, ünsiyyət ustalığı, konseptual ustalıq.
Beləliklə, menecerlərin yerinə yetirdikləri funksiyaların, onların təşkilatda rolunun və işi uğurla yerinə yetirmək üçün lazım olan ustalığının təhlili, bu mütəxəssislərin bilavasitə insanlarla işləmək, onların hərəkətlərinin səbəblərini müəyyən etmək, gələcəkdə davranışlarını və onun sosial-iqtisadi nəticələrini proqnozlaşdırmaq baxımından olduqca vacibdir.
Təşkilatda işçilərin davranışını təhlil etmək və proqnozlaşdırmaq bacarığı, menecerlərin səmərəli işi üçün ən vacib keyfiyyətdir. Son zamanlarda həmin sahədəki biliklərin əhəmiyyəti daha da artıb ki, bunun da bir sıra səbəbləri vardır. Müəssisələrin sərt rəqabət şəraitində davam gətirmək, istehsalın sabit inkişaf perspektivlərini təmin etmək cəhdləri, onları yeni texnika və texnologiya, innovasiya proseslərinin tətbiqi haqqında düşünməyə məcbur edir ki, bu da insanlarla işi daim təkmil-ləşdirməyin vacibliyini şərtləndirir. Yeni əmək motivasiyası və əxlaqının formalaşması, yeniliklərlə bağlı riskin sahibkarla bölüşməyə hazırolma, daim dəyişən istehsal şəraitinə uyğunlaşmaq üçün kadrların perspektiv inkişafı məsələləri getdikcə daha böyük diqqət tələb edir. Təbiidir ki, insanların işini yeni əsaslarla qurmaq üçün peşəkar intuisiyaya malik olan və müxtəlif şəraitlərdə insanların davranış formalarını yaxşı bilən, hazırlıqlı mütəxəssislərə ehtiyac vardır.



Yüklə 132,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə