QəRBİ kaspi universiteti SƏRBƏst iŞ FƏNN: TƏŞKİlati davraniş



Yüklə 132,38 Kb.
səhifə3/5
tarix30.09.2023
ölçüsü132,38 Kb.
#125087
1   2   3   4   5
Təşkilatı davranış

Bixeviorist yanaşmanın kökləri tarixin dərinliklərinə, İvan Pavlov və Con B.Uotsonun əsərlərinə gedib çatır. Bixeviorizmin pionerləri və onların sələfləri olan psixoloqlar əlçatmaz ağlın deyil, müşahidə edilən davranış formalarının öyrənilməsinin vacibliyini qeyd edirdilər. Onlar, «stimul-reaksiya» (S-R) prin sipinə əsaslanan, insan davranışının izahı üçün dəqiq müəyyən-ləşdirilmiş klassik eksperimentlərdən istifadə edirdilər.
Müasir bixeviorizm öz başlanğıcını B.F.Skinnerin əsərlərindən götürür. O hesab edirdi ki, erkən bixevioristlər daha mürəkkəb operant formalarını deyil, davranışın cavab formalarını (stimullardan irəli gələn davranış formalarını) izah etməyə köməklik göstərmişdirlər. Başqa sözlə desək, S-R yanaşması fiziki refleksləri izah etməyə köməklik edir. Məsələn, əgər insanı sancaqla iynələsən (S), o dik atılar (R), yaxud əgər onu diz qap-ğından azca aşağı astaca olaraq vursan (S), o ayağını uzadar (R). Beləliklə, dəqiq müəyyənləşdirilmiş şərtlər üzrə keçirilmiş sı-naqların köməyi ilə, Skinner aşkar etmişdir ki, nəticələr, davranışın əksər formalarını onu yaradan stimuldan daha yaxşı izah edə bilərlər. İstənilən nəticəni əldə etmək üçün orqanizm ətraf mühitlə təmasda olmaq məcburiyyətindədir. Operant şərtlənmə zamanı əvvəlki stimul müəyyən davranışı doğurmur; o, həmin davranışı «daxil etmək» üçün bir siqnaldır. Skinnerə görə, davranış onun öz nəticələrinin funksiyasıdır.
Burada qeyd etmək vacibdir ki, bixevioristik yanaşma mühit haqqında təsəvvürlərə əsaslanır. Alim iddia edir ki, düşüncə, gözləntilər və qavrama kimi koqnitiv proseslər mövcud ola bilər, lakin onlar, davranışa nəzarət və onun haqqında qabaqcadan xəbər vermək, eləcə də onu idarə etmək üçün vacib deyillər. Lakin bəzi bixeviorist alimlər düşünürlər ki, bu cür yanaşma çərçivəsində koqnitiv dəyərlərə də yer vardır. Belə ki, son illərdə sosial öyrənmə (social learning) yanaşması yaranmışdır ki, burada həm koqnitiv, həm də bixevioristik yanaşma anlayışlarından istifadə edilir.
Koqnitiv yanaşmanı - mentalistlikdə, bixevioristik yanaşmanı isə determinizmdə günahlandırırdılar. Sosial öyrənmə yanaşması koqnitiv psixologiya və bixeviorizmin nailiyyətlərini izah etməyə çalışır.
Qeyd etmək lazımdır ki, sosial öyrənmə yanaşması bixevioristikdir. Ona əsasən, davranış təhlil edilə bilər. Buna baxma yaraq, sərt və ya radikal bixeviorizmdən fərqli olaraq, sosial öyrənmə yanaşması iddia edir ki, insanlar şüurludur və onların davranışları məqsədyönlüdür. Həmçinin, bu yanaşma çərçivəsində ehtimal edilir ki, dəstəkləyən amillərin mövcudluğu üçün, insanlar ətraf mühiti dərk edir, onu dəyişdirir və qururlar. Eləcə də qeyd edilir ki, öyrənmə zamanı qaydaların və simvolik proseslərin əhəmiyyəti boyükdür. Məşhur amerikan alimi Albert Banduranın əsəri bu yanaşmanı daha yaxşı təsvir edir.
Bandura izah edir ki, «əsasən, məhz öz fəaliyyətləri nəticəsində, insanlar ətraf mühitdə elə şərait yaradırlar ki, o, cavab olaraq, insanların davranışına təsir edir. Davranışdan irəli gələn təcrübə, həmçinin qismən də olsa, insanın kim olacağını və nə edə biləcəyini müəyyən edir; bu da öz növbəsində, onun sonrakı davranışına təsir edir».

Təşkilati davranış - elmin yeni və inkişafda olan bir sahəsidir. O, qanuni şəkildə, eklektik formada insan davranışına artıq mövcud yanaşmaların ən yaxşısını götürə bilər. Ənənəvi olaraq, təşkilati davranış haqqında yazan müəlliflərin əksəriyyəti humanist koqnitiv yanaşmanı qəbul edirdilər. Lakin son bir neçə ildə təşkilati davranışa həsr edilən nəzəri və eksperimental tədqiqatlarda bixevioristik modellərdən daha çox istifadə olunur.


Bu nəzəri yanaşmaların təqdim olunması səbəbi ümumilikdə insan davranışı adlanan mürəkkəb fenomenin qiymətləndirilməsi ilə bağlı deyil, həmin proseslərin daha yaxşı dərk edilməsi ilə əlaqəlidir. Təşkilatda insan davranışının dərk edilməsi - təşkilati davranışın konseptual modeli qarşısında duran olduqca vacib bir məqsəddir. Dərketmədən əlavə, iki arzuolunan məqsəd də vardır: proqnozlaşdırma və nəzarət. Təşkilati davranış sahəsi insan resursları üzrə müasir menecerlər üçün bazis rolunu oynayır. Beləliklə, təşkilati davranış konseptual modelinin məqsədi
- insan resursları davranışının əvvəlcədən proqnozlaşdırılması və idarə edilməsidir.
Təşkilati davranışın dərk edilməsi üçün ən vacib olanı koqnitiv yanaşmadır. Bixevioristik yanaşma da fənnin dərk edil məsinə yardım edə bilər, lakin ehtimal etmək olar ki, bu yanaşmanın qabaqcadan xəbərvermə və nəzarət üçün “hazırladığı” töhfə daha vacibdir. Məsələn, Eduard Torndayk tərəfindən aşkar edilən klassik səmərə qanununa əsaslanan bixevioristik yanaşmaya görə, pozitiv və dəstəkləyici nəticələri ortaya qoyan təşkilati davranışın özünü biruzə vermək sürəti daha sonra güclənəcək, neqativ nəticə və ya cəza gətirən təşkilati davranış isə, getdikcə zəifləyəcək və ona daha nadir hallarda rast gəlinəcəkdir. Beləliklə, təşkilati davranışı ətraf mühitin situasion amillərinin idarə edilməsi əsasında, qabaqcadan görmək və ona nəzarət etmək olar.
Əgər təşkilati davranışın konseptual modelinin köməyi ilə hər üç məqsədə, yəni anlama, qabaqcadan görmə və nəzarətə nail olmaq tələb edilirsə, bu halda həm koqnitiv, həm də bixevioristik yanşma həyati vacib əhəmiyyət kəsb edir. Bundan əlavə, koqnitiv istiqamətlənmiş daxili səbəb amilləri və bixevioristik şəkildə istiqamətlənmiş xarici mühit amilləri də mühümdür. Başqa sözlə desək, həm koqnitiv, həm də bixevioristik konsepsiyaları özündə birləşdirən sosial təlim yanaşması təşkilati davranış üçün yararlı konseptual model ola bilər ki, o da dərketmə, proqnozlaşdırma və nəzarətə köməklik edə bilər.
Təşkilati davranışda menecerlər vacib rol oynayırlar. Bildiyimiz kimi, menecerlər - təşkilatın qarşısında duran məqsədlərə digər insanların vasitəsilə nail olan insanlardır. Menecerlər qərar qəbul edir, resursları cəmləyir, başqalarının fəaliyyətini koordinasiya edir və onu təşkilatın məqsədlərinə çatmaqdan ötrü yönəldir. Eyni zamanda, təşkilatı ümumi məqsədlərə nail olmaq üçün nisbətən daimi əsaslarla fəaliyyət göstərən iki və ya daha çox insanın koordinasiya olunan ittifaqı kimi başa düşmək olar.

  1. əsrin əvvəllərində fransız sənayeçisi Q.Fayol yazırdı ki, bütün menecerlər beş əsas idarəçilik funksiyasını yerinə yetirirlər. Onlar planlaşdırır, təşkil, rəhbərlik, koordinasiya və nəzarət edirlər. Hal-hazırda bu funksiyalar əsasən planlaşdırma, işin təşkili, motivasiya və nəzarətdən ibarətdir.

1960-cı illərin sonunda Q.Mintsberq, menecerlərin işini dərindən tədqiq edərək, belə nəticəyə gəlmişdi ki, onlar bir-biri ilə sıx əlaqədə olan bir sıra rolları “ifa edirlər”. Menecerlər şərti olaraq üç qrupa bölünürlər.

Yüklə 132,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə