QəRBİ kaspi universiteti SƏRBƏst iŞ FƏNN: TƏŞKİlati davraniş



Yüklə 132,38 Kb.
səhifə2/5
tarix30.09.2023
ölçüsü132,38 Kb.
#125087
1   2   3   4   5
Təşkilatı davranış

Təşkilati davranış - elmin nisbətən gənc sahəsidir. Bu sahə 50 il əvvəl ABŞ-da yaranmışdır. Praktiki tədqiqatların ayrıca bir fənni kimi, təşkilati davranış, 1959-cu ildə R.Qordon və D.Hauell tərəfindən dərc edilən hesabatdan başlayır. Onların gəldiyi nəticəyə görə, psixologiya, bir akademik fənn kimi rəhbər işçilərin tələbatını ödəyə bilmir. R.Qordon və D.Hauell nəzə-ri nəticələri təcrübədə tətbiq edərkən, bir sıra çətinliklərlə qarşılaşmışdılar. Ona görə də ayrı-ayrı insanların və qrupların təş-kilatlarda davranışları sahəsində tədqiqatlar, qiymətləndirmə, proqnozlaşdırma, məsləhət təcrübələrinə əsaslanan yeni bir yanaşma tələb olunurdu.
Təşkilati davranış öz-özlüyündə çox mürəkkəb fəndir, belə ki, o, digər fənlərin də (təşkilatçılığın nəzəriyyəsi, ümumi və sosial psixologiya, menecment, heyətin idarə edilməsi, sosiologiya, psixologiya) prinsip və metodlarına istinad edir.
Təşkilati davranışın mahiyyəti, ətraf mühitin təsirini nəzərə almaqla, təşkilatın fərdi davranışını və fəaliyyətini anlamaq, qabaqcadan proqnozlaşdırmaq və təkmilləşdirmək məqsədilə, fərdlərin, qrupların, təşkilatların davranışının sistematik şəkildə elmi təhlilə cəlb olunmasından ibarətdir.
Bu fənnin qarşısında dörd vəzifə durur:
-təsvir (əməklə bağlı müxtəlif situasiyalarda insanların davranışının sistematik təsviri);
-dərketmə (müəyyən şəraitdə fərdlərin etdiyi hərəkətlərin izahı);
-proqnozlaşdırma (vəziyyəti qabaqcadan görmək qabiliyyəti və menecerin peşəkar biliyi, habelə intuisiyası əsasında onun inkişaf etdirilməsi);
-müəyyən hadisə və proseslərin idarə edilməsi (iş prosesində insanların davranışının idarəedilməsi bacarığına yiyələnmə və onların fəaliyyətinin səmərəliliyinin artırılması yollarının axtarılması).
Beləliklə, demək olar ki, təşkilati davranış - insanın əmək fəaliyyətinin səmərəliliyinin artırılması üçün əldə edilən biliklə-rin praktiki istifadəsi məqsədilə, təşkilatlarda insanların (fərdlərin və qrupların) davranışını öyrənən bir elmdir.

Hal-hazırda, əvvəlki texnoloji imkanlar özlərini doğrultmur. Yuxarıda qeyd edildiyi kimi, bu fənnin qarşısında dörd vəzifə vardır: təsviretmə; dərketmə; proqnozlaşdırma; müəyyən hadisə və proseslərin idarə edilməsi. Belə bir ehtimal var ki, bu yanaşma üsulu tətbiq edilərkən işçilərə daimi psixoloji təzyiq göstəriləcək, onların hüquq və azadlıqları pozulacaqdır. Lakin, eyni zamanda, rəhbər işçilərin özləri də daim ictimai nəzarət altında olurlar, təşkilati davranışın mahiyyəti isə - təşkilat və onun işçiləri arasında qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsidir.


Təşkilatlar müxtəlif qüvvələrin qarşılıqlı əlaqəsi prosesində formalaşırlar. Bu qüvvələri ayrı-ayrı bloklar şəklində təqdim etmək olar (şəkil 1).

Şəkil 1
Fəaliyyətin son nəticələri, adətən, üç əsas meyara müvafiq olaraq təyin edilir: müəssisənin fəaliyyət göstəriciləri, işçilərin məmnunluq dərəcəsi və fərdi yüksəlmə, inkişaf.
Təşkilati davranış sisteminin təməlini onun fəlsəfəsi təşkil edir. Bu fəlsəfə iki mənbəyə əsaslanır: faktiki şərait və dəyər şərtləri.
Menecerlər təşkilati davranış sistemi ilə əlaqədar onun daha üç əsas elementinin - şəxsi baxış, missiya və məqsədlərin daxil edilməsinə görə məsuliyyət daşıyırlar. Fəlsəfi dəyərlər, şəxsi baxış, missiya və məqsədlər artan konkretlik iyerarxiyasını təşkil edirlər. Mədəniyyət formal təşkilatı əks edir. Buraya onun siyasəti, strukturu, prosedurları, xarici sosial və mədəni mühiti də daxildir. Qeyri-formal təşkilatı da nəzərə almaq lazımdır. Formal və qeyri-formal təşkilatlar, kompaniyanın müxtəlif elementlərini səmərəli, effektiv komanda şəklində birləşdirən bir «yapışqan» hesab edilə bilər.
İdarəetmə fəaliyyəti bunu nəzərdə tutur ki, menecerlər, müəyyən rəhbərlik üslubunu əsas tutaraq, yüksəkkeyfiyyətli əmək fəaliyyətinə nail olmaqdan ötrü, özlərinin kommunikativ bacarıqlarından və qrup dinamika biliklərindən istifadə edirlər. Bu məsələnin müvəffəqiyyətli həlli, təşkilatın məqsədlərinə çatmaq üçün, işçiləri lazımi dərəcədə motivasiya etməyə imkan verir.
Səmərəli təşkilati davranış sistemi əməkdaşların yüksək səviyyəli motivasiyasına imkan verir ki, bu da eyni zamanda, həm qarşıya qoyulan məqsədlərə çatmağa, həm də hər bir fərdin öz əməyindən razı qalmasına imkan yaradır.
Təşkilati davranış modelləri - hər bir kompaniyanın menecerlərinin hərəkətlərini müəyyən edən, rəhbərliyin təfəkküründə dominant olan inanc sistemidir. TD-nin ilk modelləri Duqlas Mak Qreqor və Aleksandr Maslov tərəfindən işlənib hazırlanmışdır. Əsas modellər aşağıdakı şəkildə göstərilib.
Təqdim edilmiş modellər son 100 il ərzində idarəetməyə praktiki yanaşmaların təkamül sırasını yaradır. Aydındır ki, model statik ola bilməz. O, zamanın tələbinə uyğun olaraq, dəyişməlidir. Model seçimi həm daxili amillərdən (fəlsəfə, baxış, məqsəd və missiya), həm də xarici mühit amillərinin təsirindən asılıdır. Modelin səmərəliliyi əksər hallarda konkret vəziyyətlə bağlıdır.
Təşkilati davranış öz-özlüyündə çoxsaylı ideya və yanaşmaları cəmləşdirən çox mürəkkəb sahə olsa da, onun ümumi modelinin yaradılması üçün, koqnitiv və bixevioristik yanaşmalardan, eləcə də sosial təlimə (social learning) əsaslanan nəzəri elementlərdən istifadə etmək olar.

Şəkil 2.
Koqnitiv yanaşma insan davranışının pozitiv və könüllü aspektlərini vurğulayaraq, gözləmələr, tələbat və mükafatlandırma kimi anlayışlardan istifadə edir. Koqnitiv yanaşmanın əsas elementi olan idrak (cognition) - müəyyən məlumatın qavranması aktıdır. Bu yanaşma çərçivəsində idrak aktları davranışı öncəliyir və insanın təfəkkür tərzi, onun ətraf mühiti qavraması, problemlərin həlli və informasiyanın dərk edilməsi prosesinə bir töhfə funksiyasını yerinə yetirir.
Nəzəri koqnitiv yanaşmanı nümayiş etdirmək üçün Eduard Tolmenin klassik əsərindən istifadə etmək olar. Tolmen deyirdi ki, davranış təhlilin bir elementi ola bilər, lakin o başa düşürdü ki, davranış məqsədə doğru istiqamətlənib, yəni hər hansı bir məqsədə nail olmağa yönəldilib. Laboratoriya şəraitində təcrübələr aparan Tolmen belə bir nəticəyə gəlmişdir ki, heyvanlar hadisələri müəyyən ardıcıllıqda gözləməyə vərdiş edirlər. Məsələn, müəyyən siqnala cavab olaraq, heyvanlar özlərini elə aparırlar ki, sanki onlar yemək gözləyirlər.

Tolmen bunun nəticəsi olaraq ehtimal etmişdir ki, öyrədilmə prosesi elə bir gözləmədir (expectancy) ki, onun sonunda müvafiq hadisə baş verir. Belə koqnitiv gözləmə konsepsiyasına əsasən, heyvan məqsəd haqqında düşünür, onu tanıyır, bilir və dərk edir. Beləliklə, Tolmen və koqnitiv yanaşma tərəfdarı olan digər alimlər hesab edirlər ki, davranış belə idrak aktları ilə daha yaxşı izah edilir.


Müasir psixoloqlar xüsusi olaraq qeyd edirlər ki, koqnitiv konsepsiyalar beyində baş verənlər haqqında açıqlamalardan ibarət deyil; onlar yalnız davranışı təsvir etmək üçün istifadə edilən terminlərdir. Başqa sözlə desək, koqnitiv və bixeviorist nəzəriyyələr, ilk baxışdan göründüyü və bəzən təqdim olunduğu kimi, bir-biri ilə bir o qədər də ziddiyyət təşkil etmirlər.
Həm nəzəri inkişafda, həm də eksperimental tədqiqatlardakı uğurlar nəticəsində psixologiyada, bəzilərinin «koqnitiv partlayış» adlandırdıqları bir hadisə baş vermişdir. Təşkilati davranışa tətbiq edildikdə, koqnitiv yanaşma, ənənəvi olaraq, təhlilin qavrama, şəxsiyyət və münasibətlər, motivasiya və məqsədyönlülük kimi sahələrində üstünlük təşkil edir.

Yüklə 132,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə