Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

Yeni   tikilmiş   evlərin   su   xətlərinə   qoşulması   üçün   onların   ərizəsi   əsasında     müvafiq   su   idarəsi 

tərəfindən   texniki   şərt   hazırlanır.   Göstərilən   texniki   şərtin   hazırlanmasının   haqqı   borunun 

diametirindən   asılı   olaraq   fərqlənir   (D=15mm-73.4AZN,   D=50mm-914AZN).   Sayğacın 

quraşdırılması ilə əlaqədar diqər xərclər su təchizatı müəssəsinin hesabına həyata keçirilir.  



14. Bələdiyyələr  və onların vəzifələri

1. Bələdiyyə nədir?

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. 

Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, yerli əhəmiyyətli məsələləri müstəqil surətdə 

həll   edir.   Bələdiyyələr   bərabərlik   əsasında   qurulur   və   fəaliyyət   göstərirlər.  Azərbaycan 

Respublikasında   yerli   özünüidarə   vətəndaşların   fəaliyyətinin   təşkilinin   elə   bir   sistemidir   ki,   bu 

sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək 

hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə 

yetirmək imkanı verir.



2. Bələdiyyələr hansı səlahiyyətlərə malikdirlər?

Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: bələdiyyə  üzvlərinin səlahiyyətlərinin 

tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə 

xitam   verilməsi;   bələdiyyənin   reqlamentinin   təsdiq   edilməsi;     bələdiyyənin   sədrinin   və   onun 

müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi; yerli vergilərin və ödənişlərin müəyyən 

edilməsi;   yerli   büdcənin   və   onun   icrası   haqqında   hesabatların   təsdiq   edilməsi;   bələdiyyə 

mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; yerli sosial müdafiə və sosial 

inkişaf proqramlarının qəbul və icra edilməsi; yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra 

edilməsi; yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər . 

Bu   səlahiyyətlərin   həyata   keçirilməsi   üçün   bələdiyyə   üzrə   müvafiq   zəruri   maliyyə   vəsaiti   də 

ayrılmalıdır.   Belə   səlahiyyətlərin   həyata   keçirilməsinə   müvafiq   olaraq   qanunvericilik   və   icra 

hakimiyyətləri nəzarət edirlər.

3. Bələdiyyələr hansı dövlət qurumunun tabeçiliyindədirlər?

Bələdiyyə - özünüidarəetmə formasında fəaliyyət göstərən qeyri hökümət qurumu olduğu üçün bir 

başa olaraq heç bir dövlət qurumuna tabe deyil.  Bələdiyyələrin    fəaliyyətinin  təşkil edilməsinə 

kömək   etmək,   metodoloji     yardım   göstərilməsi   və   fəaliyyətinə   inzibati   nəzarətin   keçirilməsi 

məqsədilə Ədliyyə Nazirliyinin nəzdində bələdiyyələrlə  iş  üzrə  Mərkəz  yaradılmışdır.

4. Bələdiyyənin və bələdiyyə üzvlərinin hərəkətlərindən hara şıkayət etmək olar?

Bələdiyyələrin,   bələdiyyə   orqanlarının   və   onların   vəzifəli   şəxslərinin   qərar   və   hərəkətlərindən 

(hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada 

şikayət verilə bilər.



5. Bələdiyyənin büdcəsi necə formalaşır?

Bələdiyyənin   büdcəsi   yerli   vergilər   və   ödənişlər,   icra   hakimiyyətləri   tərəfindən   bələdiyyəyə 

verilmiş   əlavə   səlahiyyətlərin   həyata   keçirilməsi   üçün   bələdiyyə   üzrə   ayrılmış   müvafiq   zəruri 

maliyyə   vəsaiti,   bələdiyyə   əmlakının   özəlləşdirilməsindən,   bələdiyyə   əmlakının   icarəyə 

verilməsindən, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirməsindən, yerli lotereyalardan, 

bələdiyyə   mülkiyyətində   olan   torpaqlarda,   binalarda   və   digər   obyektlərdə   yerləşdirilən   küçə 

reklamlarına görə daxil olan ödənişlər, bələdiyyə müəssisə, idarə və təşkilatlarının mənfəətindən 

tutulan vergi, dotasiyalar, subvensiyalar, transfert, ödənişləri, qanuna və bələdiyyələrin qərarlarına 

müvafiq   fəaliyyəti   nəticəsində   yaranan   başqa   vəsait   təşkil   edir.   Həmçinin   yerli   büdcələrin 

32



xərclərinin öz gəlirləri ilə təmin olmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan 

dotasiya ilə örtülə bilər.



6. Bələdiyyə torpaqların ayrılması zamanı hansı istiqamətverici sənədlərini əsas tutmalıdır? 

Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya 

fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi 

barədə,  habelə  hüquqi və  fiziki  şəxslərin mülkiyyətinə  (icarəsinə)  verilməsi  məqsədilə  hərracın 

(müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma 

məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq 

qəbul edilir.

7. Bələdiyyənin hərrac və ya müsabiqə predmeti olan torpaqları hərraca və ya müsabiqəyə 

çıxarılanadək hansı orqanlarla razılaşdırılmalıdır?

DT və XK-nin rayon(şəhər) şöbələri və qeyri kənd təsərrüfatı üçün torpaq ayrılmasında həmçinin 

yerli icra hakimiyyətlərinin memarlıq və tikinti şöbələri ilə hərraca və ya müsabiqəyə çıxarılacaq 

torpaq sahələri razılaşdırılmalıdır.



8.   Bələdiyyələrin   torpaq   hərracları   və   ya   müsabiqələrinin   predmeti   olacaq   torpaqlarını 

mülkiyyətə kimlər əldə edə bilərlər? 

Azərbaycan   Respublikasının   vətəndaşları   fərdi   yaşayış   evinin   tikintisi   üçün   torpağın   ayrılması 

istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq 

hərracları və ya müsabiqələri vasitəsilə əldə edə bilərlər. 



9.Torpaq müsabiqəsinin qalibi kim ola bilər?

Torpaq sahəsi mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və 

ya icarə obyektinə ən yüksək alqı-satqı qiyməti və ya icarə haqqı təklif edən şəxs müsabiqənin 

qalibi hesab olunur.



10.   Bələdiyyələr   tərəfindən   hansı   şəxslərə   xərracdan   kənar   torpaq   sahəsi   satıla   bilər?  

Bələdiyyə ərazisində daimi yaşamaqla ən azı 5 il yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan 

Respublikasının vətəndaşlarına, yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata 

və   ya   istefaya   buraxılmış   hərbi   qulluqçulara   və   Azərbaycan   Respublikasının   ərazi   bütövlüyü 

uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış  evinin 

tikintisi üçün torpağın ayrılması müvafiq bələdiyyənin qərarı ilə bilavasitə həyata keçiriləcək.



11. Bələdiyyənin qərarı ilə bilavasitə torpaq hansı qiymətə satıla bilər? 

Fərdi   yaşayış   evinin   tikintisi   üçün   bələdiyyənin   bilavasitə   qərarı   ilə   ayrılan   torpağın   hər   0,01 

hektarının qiyməti  şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya  müvafiq kadastr 

qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan 

torpağın   hər   0,01   hektarına   görə   ödənilən   qiymətdən   az   ola   bilməz.

 

12. Bələdiyyələrin qərarı ilə hansı şəxslərə pulsuz torpaq sahələri verilir? 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və 

həlak olanların ailəsinə, ehtiyata, və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin 

tikintisi üçün müvafiq bələdiyyənin qərarı ilə torpaq sahəsi bir dəfə pulsuz verilir.

13.   Bələdiyyə   ehtiyat   fondunun   kənd   təsərrüfatına   yararlı   torpaqları   mülkiyyətə   satıla 

bilərmi? 

Bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün 

hüquqi və fiziki şəxslərə yalnız icarəyə verilə bilər. 

14. Bələdiyyə ehtiyat fondunun torpaqları hansı növbəliliklə icarə verilə bilər? 

33



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə