3. Hansı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında
müvəqqəti yaşamaq üçün icazə verilə bilər?
•
həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq (ana, ata, bacı, qardaş,
oğul, qız, ər, arvad); münasibətlərində olduqda
•
həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olduqda;
•
həmin şəxslər ölkə iqtisadiyyatına 500.000 manat məbləğində investisiya qoyduqda;
•
həmin şəxslər Azərbaycan Respublikasının banklarına 50.000 manat məbləğində pul vəsaiti
qoyduqda;
•
həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;
•
həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;
•
həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə
yüksək səviyyəli mütəxəssis olduqda.
4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti
yaşamaq üçün icazənin verilməsi ilə əlaqədar hansı sənədlər tələb olunur?
•
müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə ərizə-anket – 1 ədəd;
•
əcnəbinin ölkə ərazisinə daxil olduğu pasportunun və ya onu əvəz edən sənədinin,
vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti;
•
müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notarial və
ya ona bərabər tutulan qaydada təsdiq
edən sənəd;
•
əcnəbinin sağlamlığı haqqında tibbi arayış;
•
əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində olmasına və ya
yaşamasına hüquq verən müvafiq sənədin surəti;
•
3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda);
•
14-17 yaşında olan uşaqların notarial qaydada təsdiq olunmuş yazılı razılığı;
•
yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət
qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə
və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulmuş başqa sənədin) notarial qaydada təsdiq olunmuş surəti;
•
vətəndaşa yaşayış sahəsi verən şəxsin Dövlət Miqrasiya Xidməti rəisinin adına notarial
qaydada təsdiq edilmiş ərizəsi;
•
vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş
surəti.
5. Hansı hallarda miqrant statusu almaq mümkündür və bunun üçün hansı sənədlər təqdim
olunmalıdır?
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin yeddinci hissəsinə
əsasən, ölkə ərazisində azı 2 (iki) il müvəqqəti icazə əsasında yaşadıqdan sonra “İmmiqrasiya
haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinə uyğun olaraq
daimi yaşamaq hüququ (immiqrant statusu) almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə
bilərlər.
Əcnəbilər vəsatətlərində Azərbaycan Respublikasına immiqrasiyasını əsaslandırmalıdırlar.
“İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi ölkənin ali təhsil
müəssisələrində əyani təhsil alan və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə şamil
olunmur.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əyani təhsil alan əcnəbi tələbələrə ölkə
ərazisində müvəqqəti yaşama icazəsi hər tədris ili üçün verilir.
38
“Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, haqqı ödənilən əmək
fəaliyyətini həyata keçirmək üçün əcnəbiyə verilən fərdi icazənin müddəti 1 ilədəkdir və bu müddət
4 dəfə uzadıla bilər.
6. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq
hüququnun (immiqrant statusu) verilməsi ilə əlaqədar tələb olunan sənədlər hansılardır?
Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan 18 yaşına çatmış
fəaliyyət qabiliyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında
daimi yaşamaq (immiqrant statusu almaq) üçün Dövlət Miqrasiya Xidmətinə vəsatət verə bilərlər.
Azərbaycan Respublikasının “İmmiqrasiya haqqında” Qanununun 4-cü maddəsinin birinci hissəsinə
əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin
müddətinin bitməsinə azı 3 ay qalmış daimi yaşama hüququnun (immiqrant statusu) əldə olunması
ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
İmmiqrasiya haqqında vəsatətə notarial və ya ona bərabər tutulan qaydada təsdiq edilən aşağıdakı
sənədlər əlavə olunur:
•
doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan sənəd;
•
ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və olduğu yer
göstərilməklə) arayış, nikah haqqında şəhadətnamənin surəti, əcnəbilər və vətəndaşlığı olmayan
şəxslərlə immiqrasiya edən 14 yaşından 18 yaşınadək olan uşaqların immiqrasiya haqqında
yazılı razılığı;
•
immiqrasiya edən şəxslərin sağlamlığı haqqında arayış;
•
Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayan
şəxs ölkədə qaldığı vaxtda təminatı öz üzərinə götürdüyü hallar istisna olmaqla, əcnəbilərin və
ya vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən
vəsaitin olması barədə sənəd;
•
əcnəbilərin vətəndaşlığını, vətəndaşlığı olmayan şəxslərin isə vətəndaşsızlığını təsdiq edən
sənəd;
•
əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin peşə ixtisasını təsdiq edən sənəd;
•
3x4 sm ölçüdə fotoşəkil - 4 ədəd (qırmızı fonda);
•
yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına
alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə
müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd)
surəti;
•
vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (Dövlət Miqrasiya Xidmətinin rəisinin adına);
•
vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin surəti.
•
Qeyd: İmmiqrant statusu almaq istəyən şəxslər sağlamlıq haqqında arayışı aşağıda göstərilən
tibb mərkəzlərindən əldə edə bilərlər:
a) HİV virusları (QİÇS Əleyhinə Mübarizə Mərkəzi);
b) Hepatit B və C virusları (M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası);
c) RW (Respublika Dəri-Zöhrəvi Dispanseri);
d) Vərərmin açıq formaları (Ağciyər Xəstəlikləri İnstitutunun 4 saylı Vərəm Əleyhinə
Dispanseri);
e) Psixi xəstəliklər (1 saylı Ruhi Əsəb Dispanseri).
7. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə əlaqədar hansı sənədlər tələb olunur?
39