Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

Xeyr, qaz  haqqının ödənilməsində   bütün istehlakçılar qrupları üçün eyni tarifdir.

3. Qaz pulu hara və hansı formada ödənilməlidir?

Qaz   paylayıcısı   istehlakçıya   verdiyi   qazın   dəyərini   yalnız   sayğacın   göstəricilərinə   əsasən   tam 

hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı 

şəxsən ödəmələri adiyytı üzrə poçt bölmələrinə və ya  müvafiq banklara ödəməlidir. 



4. Qaz təchizatı hansı hallarda dayandırıla bilər?

Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı 

müraciəti  (qaz   təchizatının   dayandırılmasının   səbəbi  və   müddəti   göstərilməklə)  olduqda;   təmir-

profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı 

alındıqda; istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi 

dövlət   standartlarının   tələblərinə   cavab   vermədikdə;   paylayıcının   istehlakçıya   verdiyi   qazın 

sayğacla   müəyyənləşdirilən   hesabı   istehlakçıya   paylayıcı   tərəfindən   təqdim   edildikdən 

(göndərildikdən)   sonra  bir   ay  müddətində   tam   ödənilmədikdə;   paylayıcı   ilə   müvafiq   müqavilə 

bağlanmadıqda; məhkəmənin qərarı ilə.

5.Sayğac quraşdırılmıyan evlərdə hesablama necə aparılır?

Əgər   abonentin   mənzilində   sayğaclaşma   aparılmayıbsa   bu   zaman   vətəndaş   sərf   etdiyi   mavi 

yanacağın dəyərini metodiki hesablama əsasında ödəməlidir. Yəni, abonentin evində İnventarizasia 

aparılır və istifadə edilən cihazlar mövsümi tarif əsasında sərfiyyat üzrə ödəniş edilir.



6.Yaşayış evinin qazlaşdırılması proseduru?

Qazlaşdırılma prosesi “Bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Vətəndaş “Azərqaz” İB yerli 

qaz istismar sahəsinin (bundan sonra QİS) texniki şöbəsinə standart formada tərtib olunmuş və 

müvafiq  qaydada  doldurulmuş  istifadə  edilən  qaz cihazlarının  növünü və saylarını  göstərməklə 

ərizə   təqdim   edir.   Ərizə   ilə   birlikdə   həmçinin   şəxsiyyət   vəsiqəsinin   surəti,   mülkiyyət   hüququn 

təsdiq edən sənədin (çıxarış, şəhədətnamə(kupça)), torpaq sahəsinin ayrılması barədə sərəncamın 

(qərarın) və ya torpaq sahəsində evin tikilməsinə icazə verilməsi barədə sərəncamın(qərarın) surəti 

təqdim edilir. Həmçinin  QİS tərəfindən  texniki  baxış keçirilidikdən sonra tələb olunan vəsaitin 

ödənilməsi barədə qəbz əlavə olunur.Sonunda sayğac quraşdırılandan sonra istismara qəbul aktı 

tərtib olunur və vətəndaşa abunəçi kodu barəsində rəsmi məlumat verilir.



7. Qazlaşdırmanın qiyməti?

Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi 

qaz paylayıcısı hesabına həyata keçirilir. Vətəndaşın xərclərinə aid olan layihə-smeta sənədlərinin 

hazırlanması üçün nəzərdə tutulan 62.81AZN (“Azərqaz” İB-nin hesabına ödənilir) və tikinti daxili 

xətlərin çəkilməsi haqqıdır. Həmin xətlərin çəkilməsi işlərinin dəyəri sifarişçi ilə tikinti təşkilatı 

arasında   bağlanan   müqavilə   ilə   tənzimlənir.   Vətəndaş   tikinti-quraşdırma   işlərinin   aparılması 

lisenziyası   olan   başqa   tikinti   təşkilatı   ilə   müqavilə   bağlaya   bilər   və   müqavilədən   asılı   olaraq 

ödəmələr etməlidir.



8. Sayğacın işləmədiyi abonent tərəfindən aşkar olunarsa nə etməli?

Vətəndaş nöqsan aşkar etdiyi zaman dərhal yerlı Qaz İstismar Sahəsinin qaynar xəttinə (104) zəng 

etməli və ya QİS-nin yerli dispetçer xidmətinə yazılı müraciət etməlidir. 

9.   İdarə   Nümayəndəsi   tərəfindən   abonentin   qaz   sayğacında   nöqsan   aşkar   edildiyi   zaman 

hansı tədbirlər görülməlidir?

Nümayəndə   abonentin   qaz   sayğacında   nöqsan   aşkar   edərsə   bu   zaman   vətəndaşa   və   öz   idarə 

rəhbərliyinə   yazılı   şəkildə   müraciət   olunmalıdır.   Müraciət   olunduqdan   sonra   isə   QİS-nin 

nümayəndələri   abonentlə   bilrikdə   nöqsan   aktı   tərtib   edərək   vətəndaşın   son   aylarda   (mövsümü 

30



ödənişlər nəzərə alınmaqla) ödənişləri əsasında ortaq aylıq ödəniş tərtib olunur ki, abonent yeni 

sayğac quraşdırılana qədər həmin ödənişi ödəməlidir.  



10. Sayğaca müdaxilə aşkar edildiyi halda aktlaşdırma proseduru necə həyata keçirilir?

Abonet tərəfindən  qazdan istifadədə  pozuntuya  yol  verildiyi  aşkar edildikdə,  QİS  nümayəndəsi 

onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini abonentə verir. Akt 

QİS   nümayəndəsi,   abonent   və   iki   nəfər   hal   şahidi   tərəfindən   imzalanmalıdır.   Abonent   aktı 

imzalamaqdan   imtina   etdikdə   bu   barədə   aktda   müvafiq   qeyd   aparılır.   Abonentin   izahatları   və 

mülahizələr akta əlavə olunur.



13. Su təhçizatı sahəsində yaranan suallar

1. Su təhcizatı üzrə fərdi istifadəçilər tərəfindən ödənilən məbləğ nə qədərdir?

Bakı,   Sumqayıt,   Gəncə,   Mingəçevir   Əli-Bayramlı,   Xırdalan   şəhərləri   və   Abşeron   rayonu   üzrə 

tariflər 1 m

3

 üçün ƏDV ilə   30 qəpik, digər regionlar üzrə tariflər 1 m



3

 üçün ƏDV ilə  25qəpik.  

2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında su təhcizatı  ödənilməsində fərq varmı?

Bəli var, fərdi istifadəçilərdən fərqli olaraq digər sahələrdə istifadəyə görə 1 m



3

 üçün ƏDV ilə 70 

qəpik ödənilməlidir, sudan xammal kimi istifadə olunduğu halda isə 1 m



3

 üçün ƏDV ilə 12,0 manat 

ödənilməlidir.



3. Su təhcizatı üzrə ödəmələr hara və hansı formada ödənilməlidir?

Su təhcizatı üzrə ödəmələ vətəndaş tərəfindən sayğacın göstəricilərinə uyğun olaraq aidiyyatı üzrə 

müvafiq banklara ödənilməlidir.  

4. Sayğac quraşdırılmıyan evlərdə hesablama necə aparılır?

Sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması  5 m

3

 müəyyən edilir. Beləlik 



lə,  Bakı, Sumqayıt, Gəncə, Mingəçevir Əli-Bayramlı, Xırdalan şəhərləri və Abşeron rayonu 

üzrə adambaşına  150 qəpik( (5x30)digər regionlar üzrə  70 (5x14) aylıq su sərfiyatı kimi sayılır.

5. Ödəniş hansı müddətdə edilməlidi və gecikdirilməsinə görə sanksiyalar?

Sudan   istifadəyə   görə   hesablaşmalar   su   təchizatı   müəssisəsi   tərəfindən   hər   ay   istehlakçıya 

göndərdiyi məlumat (hesab) əsasında aparılır. Ödəmələr vətəndaş tərəfindən şəxsən olaraq aidiyyatı 

üzrə   poçt   bölmələrinə   və   ya     müvafiq   banklara   ödənilməlidir.  Abonent     hesablaşma   dövründə 

istifadə etdiyi suyun haqqını su idarəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay 

müddətində ödəməlidir.



6. Su təhcizatı hansı hallarda dayandırıla bilər?

Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: istehlakçının 

müvafiq   yazılı   müraciəti   (su   təchizatının   dayandırılmasının   səbəbi   və   müddəti   göstərilməklə) 

olduqda; tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutumlarının təmizlənməsinə 

ehtiyac   yarandıqda;   su   götürülən   yerlərdə   səth   sularının   bulanıqlıq   dərəcəsi   artdıqda   və   ya   su 

hövzəsində  fövqəladə  ekoloji  böhran   vəziyyəti  yarandıqda;   istehlakçının   paylayıcı   su  kəmərləri 

şəbəkəsi,   su   tutarları   (su   anbarları),   qoşulmalar,   siyirtmələr,   kranlar   müvafiq   icra   hakimiyyəti 

orqanının   müəyyən   etdiyi   dövlət   standartlarının   tələblərinə   cavab   vermədikdə;   su   təchizatı 

müəssisəsinin   istehlakçıya   verdiyi   suyun   hesabı   istehlakçıya   su   təchizatı   müəssisəsi   tərəfindən 

təqdim   edildikdən   (göndərildikdən)   sonra   bir   ay   müddətində   tam   məbləğdə   ödənilmədikdə;   su 

təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məişət (təsərrüfat) - içməli su ehtiyacları 

üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; 

məhkəmənin qərarı ilə.

7. Yaşayış evinin sayğaclaşdırılması proseduru və qiyməti?

31



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə