Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 il müddətinə sosial yardım almaq
hüququnu itirir;
•
Yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş
yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı (1006 AZN) ödədikdə və yaxud
alqı-satqı etdikdə;
•
Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün
verilmiş nəqliyyat vasitələri istisna olunmaqla)
•
Ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəliyi olduqda;
•
Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən
təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun
təkrar müraciəti əsasında 1 aydan sonra baxıla bilər).
Qeyd:
Sosial yardımın təyin edilməsindən imtina edildiyi barədə komissiyanın qərarı çıxarıldığı
vaxtdan 3 gündən gec olmayaraq sosial yardım verilməsindən imtina edilməsinin səbəbləri
göstərilməklə ailəni təmsil edən şəxsə bildiriş verilir
7.Sosial yardım necə ödənilir?
Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə ödəniş müəssisələri (bank və ya
rabitə şöbəsi) vasitəsilə ödənilir.
11. Elektrik enerji təhçizatı sahəsində yaranan suallar
1. Enerji haqqının məbləği nəqədərdir?
Tariflər 1 kVt/saat üçün (ƏDV ilə) - 6,0 qəpik
2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında enerji haqqının ödənilməsində fərq varmı?
Xeyr, enerji haqqının ödənilməsində bütün istehlakçılar qrupları üçün eyni tarifdir.
3.Enerji haqqı hara və hansı formada ödənilməlidir?
Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş
sənədlərinə əsasən aparılır. Enerji haqqı üzrə ödəmələr vətəndaş tərəfindən şəxsən olaraq aidiyyatı
üzrə poçt bölmələrinə və ya müvafiq banklara ödənilməlidir. İstehlakçı hesablaşma dövründə
işlətdiyi elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim
edildikdən sonra bir ay müddətində ödəməlidir.
4.Sayğac nasaz olduğu halda hesablama necə aparılır?
İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik
enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot
pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır.
Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu
müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən
bərpa olunmalıdır.
5.Ödəniş gecikdirilməsinə görə sanksiyalar?
Hər hansı bir səbəbdən, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş
sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində
dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan
günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Elektrik
enerjisinə görə enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən
ödəmə bir ay müddətinı aparılmalıdır.
6.Enerji təhcizatı hansı hallarda dayandırıla bilər?
Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra
28
bilər: istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının
səbəbi və müddəti göstərilməklə) olduqda; sayğacla müəyyənləşən hesab təqdim edildikdən sonra
bir ay müddətində ödənilmədikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş
verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq
müqavilə bağlanmadıqda;. məhkəmənin qərarı ilə. İstehlakçıya elektrik enerjisinin verilməsinin
dayandırılması yalnız fərdi qaydada həyata keçirilir.
7.Yaşayış evinin sayğaclaşdırılması üçün nə etməli və proseduru?
Sayğaclaşdırılma “Bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Vətəndaş yerli enerji təhcizat
müəssəsinə standart formada tərtib olunmuş ərizə təqdim edir. Ərizə ilə birlikdə həmçinin şəxsiyyət
vəsiqəsinin surəti, mülkiyyət hüququn təsdiq edən sənədin (çıxarış, şəhədətnamə(kupça)), torpaq
sahəsinin ayrılması barədə sərəncamın (qərarın) və ya torpaq sahəsində evin tikilməsinə icazə
verilməsi barədə sərəncamın(qərarın) surəti təqdim edilir. Daxil olan sənədlər əsasında texniki şöbə
tərəfindən hazırlanan texniki şərt əsasında müvafiq bölmə tərəfindən sayğac quraşdırılır və abunə
kodu tərtib edilərək məlumat bazasına daxil edilir. Fiziki şəxslər üçün sayğaclaşdırma enerji
təhcizat müəssəsinin hesabına aparılır.
8.Nöqsan aşkar edildikdə və ya sayğac xarab olduqda vətəndaş nə etməli?
Hesablaşma uçot cihazında nöqsan əşkar edildikdə vətəndaş nöqsanun aradan qaldırılması üçün
enerji təhcizatı müəssəsinə ərizə ilə müraciət etməlidir. İstehlakçı, o cümlədən məişət abonenti
yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı,
lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir.
9.Sayğac yaşayış binasının girişində quraşdırıldığı halda onun korlanmasına göra vətəndaş
məsiliyyət daşıyırmı?
Xeyr, yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış sayğacların baxış
şüşəsinin sındırılması və ya diqər mexaniki zədələr görə abonent cavabdehlik daşımır.
10.Sayğaca müdaxilə aşkar edildiyi halda aktlaşdırma proseduru necə həyata keçirilir?
Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə,
enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir
və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi,
məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı
imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və
aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina
etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
11.Abunəçi kodunun digər şəxsin adına keçirilməsi proseduru və müddəti?
Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi
onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll
edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud
mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə
enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi
bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik
enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan
hesablaşma kitabçasını verir (özünəxidmət üsulu).
12. Qaz təhçizatı sahəsində yaranan suallar
1. Qaz pulunun məbləği nəqədərdir?
Təbii qazın pərakəndə satış tarifi 1000 m
3
üçün (ƏDV ilə) - 100,0 manat(1 m
3
-10qəpik).
2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında qaz pulunun ödənilməsində fərq varmı?
29