Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğində.



18. Yaşa görə əmək pensiyası nə vaxt təyin edilir?

Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun 

yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.

19. Əlilliyə görə əmək pensiyası nə vaxt təyin edilir?

Əlilliyə   görə   əmək   pensiyası,   buna   hüququ   olan   şəxsin   müraciəti   əsasında   əlilliyin  və   ya   18 

yaşınadək   sağlamlıq   imkanları   məhdudluğunun  müəyyən   olunduğu   gündən  

müvafiq   icra 

hakimiyyəti orqanının

 müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü 

üçün müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin edilir.

20. Ailə başçısını itirməyə görə əmək pensiyası nə vaxt təyin edilir?

Ailə   başçısını   itirməyə   görə   əmək   pensiyası,   buna   hüququ   olan   şəxsin   müraciəti   əsasında   ailə 

başçısını  itirməyə   görə  əmək  pensiyası   hüququnun  yarandığı   gündən  müəyyən   edilmiş   pensiya 

yaşına çatmış şəxslərə ömürlük təyin edilir.



21. Əmək pensiyasının bir növündən başqa növünə keçmə mümkündürmü?

Bəli mümkündür, belə ki,  əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə 

əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə 

keçmə   hüququ   vardır.   Əmək   pensiyasının   bir   növündən   başqa   bir   növünə   keçirilmə   ərizəçi 

tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə pensiyanın 

başqa növünə keçirilir.



22. Əmək pensiyaçısı vəfat etdikdə alınmamış əmək pensiyası kimə ödənilir?

Əmək   pensiyaçısı   vəfat   etdikdə,   onun   ailəsinə  pensiyaçının   vəfatı   tarixinə   yaşa   görə   əmək 

pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

23. Əmək pensiyaçısı vəfat etdikdə onu ailə üzvləri  dəfn etmədikdə,dəfn müavinatı o halda 

kimlərə ödənilməlidir?

Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət məhs 

onu dəfn edən şəxslərə ödənilir.

24. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına Azərbaycanda təyin edilmiş əmək pensiyası 

ödənilirmi?

Bəli   ödənilir,   belə   ki,  Azərbaycan   Respublikasının   vətəndaşlığını   saxlamış   şəxslərin   xaricdə 

olduqları müddətdə onlara Azərbaycan Respublikasında təyin edilmiş əmək pensiyası arzularına 

əsasən Azərbaycan Respublikasının banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesabına 

yaşadıqları digər dövlətlərə köçürülür.

25.   Xaricdə   yaşayan   və   Azərbaycan   vətəndaşlığından   çıxan   şəxslərin   Azərbaycanda   təyin 

edilmiş əmək pensiyası ödənilirmi?

Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız 

əmək zədəsi və ya  peşə xəstəliyi  nəticəsində  təyin  edilmiş  pensiyalar ödənilir. Bu pensiyaların 

başqa   dövlətlərə   köçürülməsi   qaydası   Azərbaycan   Respublikasının   qanunvericiliyi   ilə   müəyyən 

edilir.

26. Etibarnamə üzrə əmək pensiyası ödənilə bilərmi?

Bəli, əmək pensiyası etibarnamə üzrə də ödənilə bilər.



9. Sosial müavinatlar

1. Sosial müavinatlar nə deməkdir?

24



Sosial müavinətlər ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya 

birdəfəlik ödənilən pul vəsaitidir



2. Sosial müavinat hansı müddətə təyin edilir?

Sosial müavinat aşağıdakı müddətlərə təyin edilir:

dövlət qulluqçularına ömürlük, yaşa görə müavinət - ömürlük;



əlilliyə görə müavinət-əlillik müddətinə;

sağlamlıq   imkanları   məhdud   18   yaşınadək   uşaqlara   müavinət   -   18   yaşınadək   uşaqların 



müvafiq   icra   hakimiyyəti   orqanı   tərəfindən   müəyyən   edilmiş   sağlamlıq   imkanlarının 

məhdudluğu müddətinə;

ailə başçısını itirməyə görə müavinət:



vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, 

lakin 23 yaşdan çox olmamaqla);

vəfat   etmiş   şəxsin   18   yaşına   çatanadək   sağlamlıq   imkanlarının   məhdudluğu   müəyyən 



olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;

vəfat   etmiş   şəxsin   8   yaşınadək   uşaqlarına   baxan   və   işləməyən   (yaşından   və   əmək 



qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 

8 yaşınadək.

müvafiq   icra   hakimiyyəti   orqanı   tərəfindən   müəyyən   edilmiş   bəzi   kateqoriya   şəxslərə 



kommunal,   nəqliyyat   və   digər   xidmətlərə   görə   müavinət   -   onu   almaq   hüququ   olan   şəxs 

qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;

3   yaşınadək   uşağa   qulluğa   görə   müavinət   -   müvafiq   icra   hakimiyyəti   orqanı   tərəfindən 



müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə;

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 



yaşınadək   (ümumtəhsil   müəssisələrində   əyani   təhsil   alanlar   üçün   18   yaşınadək)   uşaqlarına 

müavinət:

uşağın 16 yaşı tamam olan ayın sonunadək;



ümumtəhsil məktəblərində əyani təhsil alanlara - 18 yaşı tamam olan ayın sonunadək (təhsil 

müddətindən çox olmamaqla).

valideynlərini   itirmiş   və   valideyn   himayəsindən   məhrum   olmuş   uşaqların   qəyyumlarına 



(himayəçilərinə)   müavinət   -   müvafiq   icra   hakimiyyəti   orqanı   tərəfindən   qəyyumluq 

(himayəçilik) müəyyən edildiyi müddətə;

1 yaşınadək uşağı olan aztəminatlı  ailələrə  müavinət - uşağın bir yaşı  tamam  olan ayın 



sonunadək.

3.Birdəfəlik müavinat növləri hansılardır?

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət 



edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının 

məhdudluğu müddətinə təyin edilir.

Uşağın   anadan   olmasına   görə   və   dəfn   üçün   birdəfəlik   müavinətlər   müraciət   etmə 



müddətindən asılı olmayaraq təyin edilir.

4. Uşağın anadan olmasına görə verilən müavinat hansı müddətə qədər ödənilir?

Yalnız bir dəfə uşaq anadan olanda ödənilir



5. Uşağın anadan olmasına görə birdəfəlik müavinat aldıqda hansı sənədlər tələb olunur?

Aşağıda göstərilən sənədlər tələb olunur:

Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti;



Uşağın doğum şəhadətnaməsinin surəti

Nikah şəhadətnaməsinin surəti;



Yaşayış yerindən ailə tərkibinə dair arayış. 



Qeyd: Arayışda valideynlərin işləyib işləməməsi göstərilməlidir;

25



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə