Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix08.09.2018
ölçüsü0,51 Mb.
#66987
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

Mübahisə   olduqda,   ər-arvadın   ümumi   əmlakının   bölünməsi,   eləcə   də   bu   əmlakda   ər-arvadın 

paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi 

əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, 

digəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə 

pul və ya başqa kompensasiya verilə bilər.  

Məhkəmə   ər-arvadın   ailə   münasibətlərinə   xitam   verildiyi   və   ayrı   yaşadığı     dövrdə   hər   birinin 

qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 

 

10. Ər-arvadın ümumi əmlakın bölünməsi zamanı paylar necə müəyyən edilir?



     Ər-arvad   arasındakı   müqavilədə   başqa   hal   nəzərdə   tutulmayıbsa,   onların   ümumi   əmlakın 

bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 

Ayrı-ayrı   hallarda   məhkəmə   yetkinlik   yaşına   çatmayan   uşaqların   mənafeyini   və   (və   ya)   ərin 

(arvadın)   diqqətəlayiq   mənafeyini,   o   cümlədən   ər-arvaddan   biri   üzrsüz   səbəbdən   gəlir   əldə 

etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərdə alıb 

onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

10.   Ümumi  birgə   əmlakın   bölünməsinə   dair   hansı   müddətdə   məhkəməyə  müraciət   etmək 

olar?

Nikah pozulduğu vaxtdan  3 il  müddətində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblə 

iddia qaldırmaq olar. 

11. Nikahın pozulması dövlət qeydiyyatına necə alınır? 

Məhkəmə qaydasında nikahın pozulmasını VVAQ orqanında qeydə alınmalıdır. Bunun uçün ər və 

arvad hər ikisi, həm də onlardan biri ərizə ilə qətnamənin çıxarıldığı yer üzrə müraciət edə bilər.

Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamə verilir.

Ər-arvaqddan   yalnız   birinin   ərizəsi   əsasında   nikahın   pozulması   qeydə   alındıqda   nikah   xətam 

olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya 

bilər. 

Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.



7. Əmək hüququ

1. Bir iş ili üçün əmək məzuniyyətinə görə əmək haqqı necə hesablanır?

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim 

ayının  əmək  haqqının   cəmlənmiş   məbləğini   12-yə   bölməklə  orta   aylıq   əmək   haqqının   məbləği 

tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir 

günlük  əmək  haqqının   məbləği   müəyyən  edilir.   Bu üsul  ilə  alınmış  bir  günlük  əmək  haqqının 

məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 



2. Hamiləliyə və doğuşa görə neçə gün məzuniyyət verilir?

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan 

əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. 

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim 

günü müddətində verilir.

Kənd təsərrüfatı  istehsalında çalışan qadınlara  hamiləliyə  və doğuşa görə məzuniyyət  aşağıdakı 

müddətlərdə verilir:

20



normal   doğuşda  140  təqvim  günü  (doğuşdan əvvəl   70 təqvim  günü və  doğuşdan  sonra  70 

təqvim günü);

doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 



təqvim günü);

iki   və   daha   çox   uşaq   doğulduqda   180   təqvim   günü   (doğuşdan   əvvəl   70   təqvim   günü   və 



doğuşdan sonra 110 təqvim günü).

3. Əmək məzuniyyətindən istifadə başqa vaxta keçirilə bilərmi?

Bəli başqa vaxta keçirilmə mümkündür. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və 

işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək 

məzuniyyətinin   başqa   vaxta   keçirilməsi   dedikdə,   cari   ildə   məzuniyyətinin   verilmə   növbəsində 

nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim 

ilinə keçirilməsi başa düşülür. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti  başqa 

vaxta keçirilə bilər:

əmək qabiliyyəti müvəqqəti itirildikdə;



əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;

işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;



İşçiyə   əmək   məzuniyyətinin   müəyyən   edilmiş   növbədə   nəzərdə   tutulan   vaxtda   verilməsinin 

istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və 

işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Tərəflərin qarşılıqlı razılığı ilə əmək 

məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.



4. Qanunsuz olaraq işdən azad edildikdə nə etmək olar?

İddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların bərpasını tələb etmək lazımdır. Bu zaman 

iddia tələbi aşağıdakı kimi qoyulmalıdır “İşə bərpa və məcburi iş buraxma müddəti üçün əmək 

haqqının ödənilməsinə dair”. İşin hallarından asılı olaraq iddia tələbinin həcmi artırılıb azaldıla 

bilər. 

Həmçinin nəzərə alamaq lazımdır ki, əksər əmək mübahisələri üzrə 1 aylıq müddət tətbiq edilir. 



Yəni hüququnuzun poulduğunu aşkar etdiyiniz gündən məhkəməyə 1 təqvim ayı ərzində müraciət 

edə bilərsiz ( hüququn pozulmasının aşkar edildiyi gün dedikdə işçiyə müvafiq əmrin, sərəncamın, 

qərarın,   əmək   kitabçasının,   haqq-hesab   sənədlərinin   kitabçasının,   vərəqəsinin,   çekinin   verildiyi, 

həmçinin   əmək   müqaviləsinin   şərtlərinin   işəgötürən   tərəfindən   müvafiq   qaydada 

sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülməlidir).

5. Işdən çıxarkən işçiyə istifadə etmədiyi məzuniyyət üçün məzuniyyət haqqı ödənilirmi?

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan 

günədək hər hansı şərt və ya  məhdudiyyət  qoyulmadan istifadə etmədiyi  bütün iş illərinin əsas 

məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən təhsil və 

yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

8. Əmək pensiyası 

1. Yaşa görə əmək pensiyasına çıxdıqda sığorta stajı neçə il olmalıdır?

Azı 12 il sığorta stajı olmalıdır



2.  Kişilər   və  qadınlar    12  il   sığorta  stajları   olduqda  hansı   yaş  həddində  yaşa  görə   əmək 

pensiyasına çıxa bilərlər?

62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun 

qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə 

əmək pensiyası hüququ vardır.

i

21



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə