Onlardan biri boşanmağa razı deyilsə, məhkəmə ər-arvadın barışması üçün 3 ay vaxt təyin edə bilər.
3 aydan sonra barışıq olmadıqda nikah pozulur.
Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında) 15 manatdır.
5. Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaqlar kiminlə qalır?
Ər-arvad yetkinlik yaşına çatamyan uşaqların kiminlə qaqldığını razılaşdırıb bu barədə məhkəməyə
saziş təqdim edə bilərlər.
Belə razılıq yoxdursa, və ya saziş uşaqların və ya tərəflərdən birinin marağını pozursa, məhkəmə
boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını
uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına,
valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın
yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla müəyyən edir.
Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı
məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi sağlamlığına zərər
yetirməyən digər valideynə mane olmamalıdır. Əks halda uşaqlardan ayrı yaşayan valideyn uşaqla
ünsiyyətdə olmaq hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Ayrı yaşayan
valideynin uşaqla görüşmə qaydası və vaxtı məhkəmə qaydasında müəyyən edilir.
6. Aliment necə ödənilir?
Aliment ödənilməsi barədə valideynlər öz aralarında razılıq əldə edib bu barədə saziş bağlaya
bilərlər. Belə saziş olmadıqda aliment məhkəmə qaydasında tutulur.
Alimentin ödənilməsi barədə saziş
Bu saziş alimenti ödəməli olan şəxslə alimenti alan şəxs arasında yazılı formada bağlanır və
notariat qaydasında təsdiq olunur. Notariat qaydasında təsdiq edilmiş saziş icra vərəqəsi qüvvəsinə
malik olur. Sazişdə alimentin miqdarı, ödənilmə qaydası və şərtləri əksini tapmalıdır. Saziş
tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər- yazılı şəkildə notariat
qaydasında təsdiq edilməklə. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada
imtina etmək və onun şərtlərini birtərəfli qaydada dəyişdirmək olmaz. Tərəflərin maddi və ailə
vəziyyətində əsaslı dəyişiklik olduqda və sazişin dəyişdirilməsi və ya pozulması barədə razılıq əldə
edilmədikdə bu barədə məhkəmə qarşısında iddia qaldırmaq olar.
7. Məhkəmə qaydasında aliment tutulmasının qaydaları nədir?
Aliment almaq hüququ olan şəxs (ər ya arvad) nikahın pozulduğu vaxtdan asılı olmayaraq istənilən
müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət edə bilər.
Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün
məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin qarşı tərəfin aliment ödəməkdən boyun
qaçırmasını müəyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər.
Məhkəmə tərəfindən hər ay tutulan alimentin miqdarı aşağıdakı kimidir:
•
1 uşağa görə - qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi
•
2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi
•
3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq
olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
18
Şəxsin işlədiyi təşkilatın müdiriyyəti icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və başqa
gəlirlərindən aliment tutmağa və əmək haqqı (başqa gəlir) verilən gündən ən geci 3 gün müddətində
aliment alan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.
Aliment verən şəxs işdən çıxdıqda müəssisənin müdiriyyəti onun işdən çıxması haqqında, habelə
məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında qətnamənin icra olunduğu yerdə məhkəmə
icraçısına və aliment alan şəxsə 3 gün müddətində məlumat verməlidir.
Aliment verən şəxs iş yaşayış yerinin dəyişməsi haqqında, həmçinin əlavə qazancı (əvəzçiliklə
işlərinə görə və s.) haqqında məhkəmə icraçısına məlumat verməlidir.
Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:
•
uşaq yetkinlik yaşına çatdıqda,
•
uşaq övladlığa götürüldükdə,
•
aliment ödəyən və ya aliment alan şəxs öldükdə.
8. Birgə ümumi əmlak dedikdə nə başa düşülür?
Ər-arvad arasında onların ümumi birgə əmlakı bölünə bilər. Nikah müddətində ər- arvadın əldə
etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə
daxildir:
•
Onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri
gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcədə xüsusi təyinatı olmayan digər pul ödəmələri
(şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin
itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
•
Ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və ya daşınmaz əşyalar, qiymətli
kağızlar, kredit idarələrinə və ya s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər,
kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin
kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın
qazandığı hər hansı sair əmlak.
Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü
səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Bu
norma hər şeydən əvvəl işləməyən qadınların qanuni hüquqlarının müdafiəsi məqsədlərinə xidmət
edir. Belə ki, bu halda arvadın ev işlərinin görməsi işləyən ərin əməyinə bərabər tutulur.
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya
vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca
mülkiyyətindədir (ər-arvadın hər birinin ayrıca əmlakıdır).
Zinət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları (geyim,və s.) nikah zamanı ər-arvadın ümumi
vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan əşyalar (geyim, paltar,
ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və
əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş
əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
9. Ər-arvadın ümumi əmlakı necə bölünür?
Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə
notariat qaydasında təsdiq edilə bilər.
19