Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

29
Rusiyanın Zaqafqaziyada geosiyasi maraqlarının və prioritetlərinin təkamülü
Rusiya imperiyasında erməni etnosunun sosial-hüquqi 
at  ri  butu  olan  erməni-qriqorian məzhəbinə aid mərasimlər və 
at  ri but lar  pravoslav  mərasimlərinə  və atributlarına bən zə-
di yin  dən bu məzhəb siyasi-dövlət isteblişmentinin dünyəvi 
nü  ma  yən də ləri tərəfi ndən yanlış olaraq kilsə qaydaları ba-
xı mın dan  pra vos lav lı ğa yaxın hesab edilirdi. Bunun bir sə-
bə bi o dövrdə  pra vos lav  ilahiyyatının inkişaf etməməsi idi. 
İla hiy yat  ehkamçılığı  mə sə ləsinin dərinliyinə dalmadan bir-
cə mə qamı qeyd edək ki, er məni apostol kilsəsi Qədim şərq 
pra vos lav  kilsələri qrupuna aid 
dir, IV Ümumdünya kil 
sə 
məc li sin də  iştirak etməmiş  və onun qərarlarını  qəbul et mə-
miş dir, ona görə  də öz ehkamlarında yal nız ilk üç Ümum-
dün ya  kilsə  məclisinin qərarlarına  əsas la nır və «Təcəssüm 
et miş Söz Tanrısının vahid təbiəti»nə (mia fi  zit çiliyə) eti qad 
edən  İsgəndəriyyəli Müqəddəs  Kirilin  Xal ki dondan  qa baq kı 
xristologiyasını  rəhbər tutur. Erməni-qri qo rian  təlimi Müq. 
Üç Üqnumu inkar etməsi ilə pravoslav eh 
kam 
çı lı ğın dan 
fərqlənir, bu isə onun tərəfdarlarını yəhudi dininin mən sub la rı 
və «jidçilər»in müxtəlif saxta xristian sektalarının – du xo bor-
la rın, molokanların və digərlərinin ardıcılları ilə ya xın laş dırır. 
Ona görə də müasir xristian (həm katolik, həm də  pra vo slav 
və  hətta protestant) ilahiyyatı nöqteyi-nəzərindən  qri qo rian 
ermənilər sözün tam mənasında xristian sayıla bilməzlər, 
lakin Qafqazdakı rus hərbi-inzibati hakimiyyət orqanları bu 
məz hə bin ehkam xüsusiyyətlərinə xüsusi diqqət yetirmir, onun 
ar dıcıllarını Cənubi Qafqaz regionunda öz hərbi-siyasi plan la-
rı nın və iddialarının həyata keçirilməsi işində müttəfi q  hesab 
edir di lər. Mahiyyət etibarı ilə biz inamla söyləyə bilərik ki, ar-
tıq XIX əsrin ikinci rübündə «erməni məsələsi» Rusiyanın Za-
qaf qa zi yadakı geosiyasətinin özəyinə çevrilmiş  və iki əsrdən 


30
Oleq Kuznetsov
bir qədər az müddətdə, XXI əsrin əvvəllərinədək bu cür özək 
olaraq qalmışdır. 
Rusiyanın Mərkəzi Qafqaz ərazisini İrandan və Osmanlı 
im periyasından qoparması və bir neçə onillik ərzində burada 
möh kəm lənməsi Rusiya dövlətinin qriqorian ermənilər ba-
rə sin də  fəal köçürmə siyasəti ilə müşayiət olunmuşdur. Er-
mə ni lər  İrandan və Osmanlı imperiyasından məqsədyönlü 
şə  kil  də  çı xa rı la raq,  Rusiyaya  birləşdirilmiş Zaqafqaziya tor-
paq  la rın da  yer ləş dirilirdi.  İranla bağlanmış Türkmənçay sülh 
mü qa vi lə sin də və Osmanlı imperiyası ilə bağlanmış  Ad ria no-
pol  sülh  mü qa vi lə sin də bu barədə xüsusi maddələr nəzərdə 
tu tulurdu.  Er mə ni lə 
rin Zaqafqaziyaya köçürülməsi kütləvi 
xarakter daşı yır dı: tam rəsmi Rusiya məlumatlarına görə, 
təkcə 1829-cu ilin payızında – 1830-cu ilin yazında Osmanlı 
im periyasından 15000 erməni ailə si  köçürülmüşdü ki, bu da 
90 mindən 100 mi nə dək erməni de mək idi. Həm də bunlar 
yalnız  Ərzurum və Qars pa 
şa lıq la rın dan  gətirilənlər idi
12

Rusiya Zaqafqaziyasına təqribən elə bu qə dər erməni iki il 
əv vəl  İrandan, daha 30 minə  qədər erməni isə Trabzondan 
köçürülmüşdü. Faktiki olaraq, üç ildən bir qədər az müd dətdə 
Cənubi Qafqazın erməni əhalisi milyonun üçdə bi ri qədər art-
mışdı. Eyni vaxtda bu qədər erməninin  Rusiya  ha ki miy yəti 
tə rəfi ndən sanksiya verilmiş, təşkil edilmiş  və  ma liy yə ləş di-
ril  miş kütləvi köçünü bütünlüklə Rusiyanın Cənubi  Qaf qaz da 
geo siyasətinin təzahürü hesab etmək olar. 
Bu müddəa ilə biz qriqorian ermənilərin qədimdən Za-
qaf qa zi ya  ərazisində yaşaması faktını  şübhə altına almağa 
ça lış  mı rıq. Lakin 1820–1830-cu illərin hüdudunda İrandan 
12
  Утверждение  русского  владычества  на  Кавказе…  Т. 4 (ч. 2). 
Səh. 453-454.


31
Rusiyanın Zaqafqaziyada geosiyasi maraqlarının və prioritetlərinin təkamülü
və  Os man lı imperiyasından ermənilərin bu qədər kütləvi 
surətdə  kö çü rül mə si Rusiyaya yeni birləşdirilmiş torpaqlarda 
bu xalqın  nü ma yən də lərinin  ərazicə yerləşməsi strukturunu 
kökündən də yiş dir miş dir. O vaxtadək Zaqafqaziyanın feodal 
döv lət-ərazi  qu rum larında qriqorian ermənilər dağınıq halda 
yer ləşmiş, heç yer də (hətta  İrəvan xanlığında) etnik çoxluq 
təş kil  etməmişlər, an caq 1830-cu ildə  Şərqi Anadoludan kö-
çü rül dükdən son ra Cə nu bi  Qafqazın ayrı-ayrı yerlərində yığ-
cam şəkildə məs kun la şa raq, etnik çoxluq təşkil etmişlər. Bu-
na misal kimi Osmanlı  im pe riyasından çıxmış ermənilərin 
rus Qaf qaz administrasiyası tə rə fi ndən Gümrü və Lori va di si 
ət rafl  arında məskunlaşmasının təş kil  edilməsini
13
 gös tər mək 
olar. Son ralar bu ərazi müasir Er mə ni stan  milli  döv lət çi li yi-
nin özə yini  təşkil etmişdir. 
Görə bilərik ki, Rusiyanın Cənubi  Qafqazda  geo si ya sə-
tinin hə ya ta  keçirilməsi üçün başlıca milli-dini vasitə mü səl-
man azər bay can lılar deyil, hətta Rusiyaya və onun geosiyasi 
maraqlarına sə daqətini döyüş meydanlarında  əldə silah də-
fə lərlə sübut etmiş xris tian gürcülər deyil, məhz qriqorian 
er mə nilər – dini-kilsə  mə ra simlərinin və atributlarının ox-
şar lı ğından savayı, Rusiya qar şı sında heç bir xüsusi xidmət 
gös tər məmiş ermənilər oldular. Bu nun nəyə görə baş verdiyi 
tədqiqatımızın mövzusu ilə bağlı mə sə lə deyildir. Odur ki, bu 
vəziyyətin yaranması səbəblərini nə zər dən keçirmədən yalnız 
məsələnin mövcudluğu faktını qeyd et məklə kifayətlənirik. 
Bütün XIX əsr  ərzində  və XX əsrin  əvvəllərində Ru si-
ya nın Cənubi Qafqaz regionunda geosiyasətinin  prio ri tet-
lə rini  «erməni vektoru» müəyyən etmişdir. O dövrün bü tün 
Rusiya–Türkiyə müharibələrində rus qoşunlarının Za qaf qa-
13
 Yenə orada.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə