Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   2   3   4   5   6   7   8   9   ...   16

20 

bir  idealist  bəlkə  də  günün  birində  Çexoslovakiya  da  olmaqla 

bütün  slavyan  dövlətlərinin  bir  siyasi  birlik  yaradacaqlarını 

düşünməkdədir.  Ancaq  belə  bir  düşüncənin  olması  sözsüz, 

Çexoslovakiya Respublikasının bir gerçək olduğunu danamaz! 

Türk  birliyi  üçün  də  belədir.  Ulus  birliyindən  dolayı  biri-

birinə yaxın kültürlü türk ellərindəki ortaq dəyərləri qorumaqla 

yanaşı,  ayrı-ayrı  türk  elərinin  bir  dövlət,  respublika  kimi 

bağımsızlıq qazanmaq yolundakı axınlarını quşqu altına alanlar 

ancaq rus imperializminin könüllüləri, ya da qulları ola bilərlər. 

Azərbaycanın  bağımsızlıq  savaşçılarının  türk  birliyi 

düşüncəsindən böyük ilham aldığını danmamaqla yanaşı, siya-



sətdə gerçəkçilik yanlısı olan Azərbaycan ulusalçıları üçün 

bu  düĢüncənin  tək  kültür  alanında  olacağı  aydındır.  Buna 

görə  də  biz  bağımsız  Qafqaz  Konfedarasiyası  ideyasını  çağın 

ən aktual tezisi kimi savunuruq. 

Qafqaz  Konfedarasiyasını  yaratmaq  üçün  çalışan  qurum-

ların  ancaq  Rusiya  imperializminə  qarşı  güclərdən  yaranması 

ilə  bağlı  düşüncəmizi  Türkiyə  ilə  birləşmək  amacı  daşıdığını 

demək  üçün  ancaq  Xondkaryantək  Rusiya  düşkünü,  ya  da 

Türkiyə yağısı olmaq gərəkir! 

«Rusofilliyini»  –  rus  imperializminin  yandaşı  olduğunu 

deyən  Xondkaryan  bu  «presticin»  bağımsızlığa  toxunmadığını 

dava  edib,  gülünc  olmaq  qorxusu  göstərmədən  «rus  tutması 

Polşaya bağımsızlıq verdi», – deyir. Polşa bağımsızlığının  rus  

yağıçılığı  üzərində qurulduğunu bilməyən, uluslararası axınlar 

tarixini  az-çox  bilən  tək  bir  aydının  bulunamayacağını 

söyləmək gərəkdir!... 

Hə,  Xondkaryan  ağa!  Panturanizmin  dünənki  romantik 

öncüllərinə  Qafqaz  Konfederasiyasının  türk  düşüncəsinə  əngəl 

olmadığını  söylədiyiniz  kimi,  sizə  də  russevərliyin  Qafqaz 

bağımsızlığına  uyğun  olmadığını  söyləməliyik.  Sizin  bir  «suç» 



21 

kimi göstərdiyiniz türk dostluğu isə buna kəsinliklə bənzəməz!  

Rus  imperializmilə  savaşırkən  siz  də  anlayın:  qafqazlılar 

üçün «rusofillik» çox da yaxşı bir dəstək olmasa gərək!  

Rusiyanın öz ulusal sınırı içində qalmasını ürəkdən istəyən 

qonşu  dövlətlərə  –  Türkiyə  ilə  İrana  qafqazlıların  göstərəcəyi 

yaxınlıq duyğusunun anlamı bütünlüklə başqadır, yaxşılığadır.  

Xondkaryanların  istədiyi  kimi,  Türkiyə  yağıçılığı  üzərində 

qurulan  Qafqaz  birliyinin  bugünkü  Sovetlər  İttifaqında  olan 

Güney  Qafqaz  Federasiyasından  başqa  bir  anlamı  olamaz!  Bu 

anlayış  Xondkaryan  düşüncəsindəki  bir  çox  erməni  siyasilərini 

güvənləndirib, onun rus ağalarını şad edərsə də, başqa uluslardan 

olan qafqazlı siyasi qurumları, elə erməni ulusunun yaşam gəlir-

çıxarlarını  içdən  anlayan  ağlı  başında  olanları  sevindirəcəyini 

düşünmürük.  

Dediyimiz kimi, indi ancaq kültür alanına çəkilərək  yerini 

bütünlüklə  türk  ulusları  gerçəyinə  verən  siyasi  panturanizm 

uydurması üzərində rusçuluq gedişi adına alver yapan «gerçək 

rus»  erməniləri  nədənsə  «Daşnaksütyun»  basınının  ortaya 

atdığı,  yeni  çıxan  «panarianizm»dən  heç  də  danışmırlar. 

«Daşnaksütyun»  partiyasının  düşüncələrinin  yetkili  yayımı 

olan «Droşak»ın «arian ocağı»,  «arian özəyi»nin qurulması ilə 

bağlı  bəlli  önərisini  A.  Xondkaryan,  sözsüz,  görmüşdür. 

«Droşak»a  görə  bu  «ocaq»la  «özək»də:  «seçkin  farslar,  igid 

kürdlər, qoçaq bəluclar, cəngəlli giləklərlə gözüaçıq ermənilər, 

əfqanlar,  hindlilər  –  hind-ari  soyundan  bütün  uluslar 

toplanmalı,  birləşməlidirlər!»...  Bu  birliyin  amacı  nədir? 

«Arian  uluslarının  qaniçən  yağıları  turanlılara  qarşı  ariyan 

uluslarından qurulmuş bir birlik yaratmaq!».  

Belə  birlik,  Yegikyanın,  sözsüz,  İranı  sevdiyi  üçün  yox, 

aldadıcı  bir  gediş  qullanmaq  üçün  bildirdiyi  düşüncəsincə: 

«İranın bu birlikdəki rolu Prussiyanın Almaniya birliyində oy-




22 

nadığı roldur». 



(Bu  yöndəki  baxıĢımız  yazarlarımızdan  M.  B.  Məm-

mədzadə  bəyin  yazdığı  «Ermənilər  və  Ġran»  adlı  kitabda 

bütünlüklə açıqlanıb, yazılmıĢdır. Ġstanbul, 1927).  

«Daşnaksütyun»un taktikləri ariyan birliyindən danışarkən 

bu  böyük  plana  Rusiyanın  da  qatılmasından  heç  danışmırlar. 

Bu  dinməzlik  –  Xondkaryanın  bizə  uyğuladığı  yolla  – 

Ermənistanın  Rusiyadan  ayrıldıqdan  sonra  İranla  qovuşmasını 

göstərmirmi?  

Göstərməz: «droĢak»çıların da, xondkaryanların da iz-

lədikləri yanlıĢ yolda tutulduqları ortaq bir xəstəlik vardır 

– türk yağıçılığı, qonĢunun pisliyini istəmək.  

Arian  birliyindən  danışmaları  da  bu  xəstəliyin  uzunsürən 

görüntüsündən  başqa  bir  şey  deyildir.  İranlıları  öz  qonşuları, 

bir  sözlə  qafqazlı  azərbaycanlılara  qarşı  qaldırmaq  istəyilə 

uydurulan  bu  quramaya  özlərinin  də  yaxşı  dəyər  verdiklərini 

düşünmürük!...  

Bizcə, qonşu pisliyini istəməyin burada da tək etkili koşul 

olduğunu  göstərməyə  gərək  yoxdur.  Ancaq bu yolun erməni 



ulusuna çox baha oturduğu bütün dünyaya bəllidir. YanlıĢ 

yolun harasından dönülürsə, qazancdır!...  

Uluslarından  çox  öz  duyğuları,  çıxarları  üçün  çalışan  bir 

sıra  erməni  siyasətçiləri  ulusdaşlarını  birgə  yaşamalı  olduğu 

qonşularına qarşı çıxmazlara yönəltməkdən çəkinərlərsə, onlar 

üçün çox ağıllı, çox gərəkli bir işdə bulunmuş olarlar!... 

 

 

 

 

NƏ PEYĠNDĠR, NƏ DƏ MATERĠAL 



Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə