Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   2   3   4   5   6   7   8   9   ...   16

17 

Beləcə,  ilgilənmək  üçün  rus  anayasası,  rus  nihilizmi,  rus 

anarxizmi,  rus  komunizmi,  rus  leninizmi  varkən,  turk  anaya-

sası,  türk  toplumu,  türk  ulusalçılığı,  kamalizmilə  ilgilənmək 

nəyə gərək?!... 

İstanbulda  çıxan  qəzetləri  oxumağı  belə  Rusiya  yurdse-

vərliyinə  dönüklük  kimi  anlayan  bir  adamın  Rusiya  impe-

rializminə  qarşı  görülən  yağıca  olayları  necə  qarşılayacağını 

gözə almaq çətin deyil! 

«Sizmidiniz  savaş  çağında  Rusiya  sınırlarını  vicdanla 

qorumayanlar?!...  Sizmisiniz  rusofilləri  Qafqaz  birliyi  dışında 

sayanlar?...  Onda  görürsünüz  sonunu!  Türklərin  ermənilərə 

etdiyini Rusiyada da sizə edəcəklərini gözləyin!». 

Xondkaryan  bizi  də,  qulcasına  dediyi  bu  qorxu  qarşısında 

yolunu çaşacaq adamlardan sayırsa, yanılır.  

Biz,  bağımsızlıq  savaşçıları  davamızı  yüzilin  ən  güclü 

bağımsızlıq,  özgürlük  çağırışına  dayayırıq.  Rusiya  imperializ-

minin  tutma,  ələkeçirmə  ilə  qurulan  sınırlarını  qorumaq  bizim 

üçün bir ideya ola bilməzdi. Bizi bu ideyaya dönüklükdə suçla-

yacaq  Rusiya  imperatorluğu  tarixə  keçsə  də,  xondkaryanların 

bu utanmaz davadan dönməzliyi qul ruhlu olduqlarını göstərən 

nə parlaq bir tutalqadır!  

Bax, «papadan artıq katolik» buna deyərlər!  

 

Bizim  öz  sınırları  içində  qalan  rus  ulusuna  qarşı  heç  bir 



pisliyimiz  yoxdur,  tərsinə,  ona  bu  yöndə  türlü  yaxşılıqlar  dilə-

yirik.  Ancaq  bizi  yaşamımızı  istədiyimiz  biçimdə  qurmağa, 

uyqar  yaşamımıza  istədiyimiz  yönü  verməyə  qoymamaqla  öz 

boyunbağısına  taxaraq  çalıb-çapan  hər  hansı  rus  im-

perializminə  bütün  varlığımızla  yağıyıq.  Biz,  bunu  bu  impe-

rializmin  keçmişinə,  indisinə  olduğu  kimi,  gələcəyinə  də 

deməkdən az da olsa çəkinmirik.  

Dünyanın  toplumsal  düşüncəsindən  başqa,  tarixin  də 




18 

Avstriya  İmperatorluğuna  «dönük»  çıxıb  Rusiyaya  sığınan 

çexoslovakiyalıları  suçlamadığı  kimi,  bizi  də  suçlamayacağını 

bilirik! 

Panturanizm  sorununa  gəlincə,  olanaqdan  yararlanaraq 

uydurmaçıların  aldatmaq  istədiyi  adamlara  biryolluq  anladaq: 

slavyan  uluslarında  olduğu  kimi,  türk  uluslarında  da,  birlik 

ideologiyası  doğmuş,  bu  doğuş  bir  ara  romantik  bir  dönəm 

yaşayaraq,  ona  kimi  islam  dini  düşünüşü  alışqanlığında  olan 

siyasi  türk-tatar  düşüncəsini  daha  çağdaş,  yeniliksevərliklə 

etkiləmişdir. 

Ancaq  panslavizmdən  daha  az  gerçək  koşulu,  gücü  olan 

panturanizm,  panslavizmin  erdiyi  sonuca  daha  az  bir  arada 

gəlmiş, bu gün ən qatı panturançılar belə, təkcə kültür birliyini 

bacardıqca qorumaqla yetinmişlər. 

Ayaz  İsaki  bəyin  türk  birliyinə,  bu  birliyə  qarşı  Türkiyə 

Cümhuriyyətinin  görəvlərindən  danışan  yazısından  yağıtək 

yararlanan  erməni  rusçuları  o  yazı  ilə  bağlı  yenə  Ankarada 

çıxan «İnqilab» qəzetində yazılan acıqlı yazıları da görməlidir-

lər,  görmədiklərini  də  düşünmürük.  Ötədən  bəri  türkçü  olaraq 

yazan  yazarların  qatılımı  ilə  çıxsa  da,  bu  qəzetdə  alverçi 

Xondkaryanın dediyi Əli Heydər Əmir bəyə baxmayaraq, Ayaz 

bəyin  Türkiyə  Cümhuriyyətindən  başqa  türk  ölkələrinin 

çıxarlarını qorumaq istəklərinə qarşı güclü baxışlar vardır.  



«Türk ulusalçılığı» da bu baxışlara uyğun yeniləşir. O, irq 

sistemindən aydın ulusalçılığa keçir. Bu ulusal sistemin başda, 

tanınmış  tarixçi  Xəlil  bəy  Mükrimin  olmaqla  yolçuları  türk 

anlayışının  ulus  yox,  irqi  göstərdiyini  deyən  «anadoluçular» 

adlı  okul  da  yaratmışdılar.  «Anadoluçular»  tək  bir  türk 

ulusunun yox, ayrı-ayrı türk uluslarının olduğunu deyirlər. 

Onlar bu düşüncələrini gəlişdirərək Türkiyəni Anadolu ad-

landırmağı  da  irəli  sürdulər.  Onlara  görə  «anadolu»  sözü 


19 

türklərin ulusal kimliyinə «türk»

1

 sözündən daha uyğundur. Bu 

yenitürkçü  ideologiyanın  təkcə  elmi  olmadığını  da  deməliyik. 

[Yatıq yazı ilə verilən parça 1978-ci ildə Ankarada yayımlanan 

«Milli təsanüd» kitabında buraxıldığından, 2009-cu ildə Bakıda 

çap  olunmuş  «Milli  birlik»  kitabında  da  olmamışdır.  Onu  rus 

dilindən  çevirib  yerinə  qoyduq.  Bu  parça  professor  Vilayət 

Quliyevin 2011-ci ildə çap etdirdiyi «İz naslediya politiçeskoy 

emiqrasii  Azerbaydcana  v  Polşe  (30-ye  qodı  XX  veka)» 

toplusunda da vardır].  

Tonca belə kəskin olmamaqla yanaşı türk ulusalçılığını irq 

quraması sistemindən ulus quraması sisteminə keçirən Türkiyə 

ideoloqlarının  uğuru  tək  quramaçılıq  alanında  qalmamışdır. 

Türkiyə  Cümhuriyyətinin  yeni  yaşam  dayaqları  qurulurkən 

izlənən politika çağdaş demokratiyası ilə indiki ulus anlayışına 

bütünlüklə  uyğundur.  Dünənki  panturanizm  düşüncəsilə 

bugunkü  türkizm  arasında  çex  ideoloqlarından  Palatskinin 

anladığı  panslavizmlə  Qavliçikin  anladığı  panslavizm  arasında 

olduğu kimi böyük bir ayrılıq vardır.  

Palatski  böyük  qardaş  Rusiyanın  yönətimi  altında  böyük 

slavyan  imperatorluğu  düşünür,  çexlərin  qurtuluşunu  ancaq 

Rusiyadan  gözləyirdi.  Qavliçikin  bu  yüksəkdən  uçan 

düşüncədən  ayrı  yaratdığı  ideologiya  slavyanlığa  bağlı  qal-

maqla,  bir  gerçəkliktək,  çexlərin  öz  güclərilə  qurtulacaqları 

ideyasını ortaya qoydu. Bax, bugunkü Çexoslovakiya Respub-

likası bu gerçəkçi ideologiyanın yaratdığıdır. 

Slavyan  birliyi  düşüncəsi  Çexoslovakiya  dövlətinin  qurul-

masını  əngəlləmədiyi  kimi,  türk  birliyi  də  Azərbaycanın  Qaf-

qaz  Konfederasiyasına  girməsinə  əngəl  olamaz!  Palatski  kimi 

                                                           

1

M.Ə.Rəsulzadənin  «Promethee»  jurnalının  18  may  1928-ci  il  sayındakı 



«Le jaractere essentlel du nationalisme de la Turqule» yazısına bax. 


Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə