6
2012-CĠ ĠL ÇAPINA ÖN SÖZ
Qafqaz Bağımsızlıq Komitəsi Azərbaycan Cümhuriyyəti-
nin qurucusu, ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadənin
«Panturanizmdən. Qafqaz sorunu ilə bağlı» kitabını 1930-cu
ildə Parisdə yayımlamışdır. Kitabda Məhəmməd Əmin
Rəsulzadənin erməni «yandaş ideoloq»larından Xondkaryana
cavab kimi yazdığı «Rusiyanın qulluğunda», Rusiya Keçid
Ağalığının başçısı Aleksandr Kerenskiyə yazılmış «Nə
peyindir, nə də material» yazıları, eləcə də 1930-cu ilin
aprelində Qafqaz, Ukrayna, Türküstanın siyasi sığınmaçıları
qarşısında edilmiş «Panturanizm. Qafqaz sorunu» adlı çıxışı
toplanmışdır.
Məhəmməd Əmin Rəsulzadə «Panturanizm. Qafqaz soru-
nu» kitabında türkün içgüdüsü – özünüqoruma instinkti olan,
gerçək tarixi Oğuz xanın Gündoğandan Günbatana-dək bütün
ölkələri tutub xanlar xanı – dünya xanı olduğu çağdan başlayan
türkçülüyün XIX-cu yüzilin sonu, XX yüzilin başındakı yeni
dirçəlişindən yaşadıqları çağa kimi gəlişimini ən üst düzəydə
araşdıraraq, onun yüksək uyqarlıq dəyərlərindən yaranmış
ulusal ideologiya olduğunu göstərmişdir: «Doğudakı ulusal
axınlardan biri olan panturanizm Batıdakı, çox ara geriçi olay
sayılıb, şovinizm deyilən nasionalizmdən bir az ayrıdır.
Şovinizm saldırıcı axın olub, ulusal oluşmuş hansısa böyük
kapitalist dövlətinin ağalığını daha çox gücləndirmək,
topraqlarını genişləndirmək istəklərinə dayanır. Avropa
nasionalizmi siyasi saldırıcı, sosial tutucu ideologiyadır. Do-
ğudakı ulusalçılıq isə siyasi qurucu, sosial yenilikçi olaydır».
Türklərə yağı kəsilən rus strateqlərilə «yandaş ideoloqlar»ı
7
isə türkçülük ideologiyasına pan damğası vurub çağın siyasi
düşüncəsinə panturanizm adı ilə saldırıcı ideologiya kimi
yeritməyə çalışırdılar. Məhəmməd Əmin Rəsulzadənin
«Panturanizm. Qafqaz sorunu» kitabında onların bu siyasətinin
yanlışlığı göstərilmişdir: «Biz gerçəklərə dayanaraq indiki
durumunda türkçülüyün Qafqaza heç bir qorxu törətmə-
diyini, tərsinə, rus imperalizminə qarşı yönələn ideya kimi
onunla bir olduğunu gördük».
Türkçülük çağdaş Azərbaycan Respublikasında azərbay-
cançılıq ideologiyasının içindədir.
Türkçülüklə yanaşı qafqazçılıq da türk bilginlərinin
yaradıb gəlişdirdiyi ideyadır. Məhəmməd Əmin Rəsulzadə
Parisdəki çıxışında Qafqaz ellərini Qafqaz Konfederasiyasında
birləşdirməklə çar Rusiyasından elliklə qurtulmağa çalışıldığını
yetkin
siyasətçitək
göstərir: «Bu ideya Gürcüstanla
Azərbaycanın yuxarıda deyilən ordu-savunma anlaşması ilə bir
az gerçəkləşdi. Çıxışımın sürəsi onu bütünlüklə uyğulaya
bilməməyimizin çoxlu nədənlərindən danışmağa qoymur.
Təkcə bunu deyirik: bu ideyanı gerçəkləşdirməyə qoymayan
nədənlərdən biri indi də Xondkaryan ağa ilə K-
0
-nun dililə
Qafqaz ellərinin birləşməsini pozmağa çalışılan qarayaxma,
boşboğazlıq idi».
Qafqazçılıq ideyası ən azı rusların Azərbaycana, Qafqaza
quldur basqınlarının başladığı IX yüzildən başlayır. Qaynaqlar
Şirvan şahı Ağsartanın gürcülərin də yardımı ilə Azərbaycanın
Sarı adasının yaxınlığında rus quldurlarının 72 gəmisini
batırdığını bildirir.
Qafqazçılıq ideyası Azərbaycan şairi Nizami Gəncəvinin
«İskəndərnamə» poemasında yüksək düzəydədir. Nizami
Gəncəvi böyük türkçü, islamçı, azərbaycançı, qafqazçı ide-
8
oloqdur.
Məhəmməd Əmin Rəsulzadə 1934-cü il noyabrın 5-də,
Parisdə Əlimərdan bəy Topçubaşovun qəbri üstündə danışar-
kən Azərbaycan ideoloqlarının Qafqaz Konfederasiyası ide-
yasına necə içdən, dönməz bağlı olduğunu aşağıdakı sözlərlə
bildirmişdir: «O, İstanbulda, Mudros anlaşması günlərində,
Azərbaycan Elçiliyinin başçılığında ikən, yayımladığı, özü
kiçik, anlamı böyük kitabında Qafqaz sorunundan danışmış,
qafqazlılar üçün konfederasiyadan başqa çıxış yolu olmadığını
uzaqgörənliklə göstərmişdir».
«Panturanizm. Qafqaz sorunu» kitabında rusların XIX-cu
yüzilin başlarında Qacarlar, eləcə də Osmanlı dövlətlərindən
köçürüb Qafqaza gətirdiyi ermənilərin yüz il sonra da Rusiya
imperializminin əlaltısı olduğu incəliklə göstərilir: «Qafqaz
keçmişdə qonşu ellərin çatışma yeri olmuşdur. Birgəyaşayışın
son dönəmində bu bölgənin çəkdikləri də bir sıra Qafqaz
ellərinin separat davranıĢlarının təkcə onlara yox, bütün
uluslara ağrı-acı gətirdiyini aydın göstərdi».
Qafqaz birliyinə dönük çıxan ermənilər dağılmış Rusiya
İmperiyasının hansı biçimdə olur-olsun dirçəldilməsinə çalışır-
dılar. Onlar Qafqaz Konfederasiyasına dönük çıxmasaydılar,
rus-sovet-erməni-mason
bolşefaşizmi
Qafqazı
tutamaz,
ellərimiz özgür, demokratik, uyqar çağa qovuşardı.
Bolşevik güclərinə qarşı Gəncə ayaqlanmasının başçıların-
dan biri polkovnik Jahangir Kazım Bəy 1935-ci ildə «Şimali
Kafkasiya – Severniy Kafkaz» curnalının 18-ci nömrəsindəki
yazısını bu sözlərlə bitirirdi: «Qafqaz Konfederasiyası
Anlaşması bağlanıb, işləsəydi, Qafqaza istənilən özgürlüyü gə-
tirərdi». [İz naslediya politiçeskoy emiqrasii Azerbaydcana v
Polşe (30-ye qodı XX veka). Bakı, 2011, s.295].
Dostları ilə paylaş: |