27
də Türküstanın Rusiyaya heç bir qatışacağı yoxdur.
Biz, bu ulusların doğal hüquqlarını almaq istəklərinə,
bağımsızlığa, ulusal topraqlarında ağalığa çatmalarına nə üçün
Rusiyanı parçalamaq aktı kimi baxıldığını anlaya bilmirik!
Bu axmaqlığı ancaq rus ulusunun keçmiş Rusiya İmperi-
yasındakı rus olmayan uluslara bir sıra ağalıq hüquqlarının
olmasını düşünən adamlar deyə bilər.
Tarixin dağıntıları içindən romanovlar ailəsinin imperiya-
sını diriltmək istəyənlər də olmaqla, kimsəyə düşüncəsini söy-
ləmək yasaq deyildir. Qoy istəsinlər, bu onların huququdur.
Ancaq yaxşı olardı onlar bu arada vicdanlarını itirməsinlər.
Kamalizmdən, onun saldırıcı planlarından danışırlar. Biz
isə işdə nə görürük? Kamalizm «Misaq-i Milli» [Ulusal An-
laşma] sınırlarından qıraqda qalan bütün Osmanlı topraq-
larından kəsinliklə, ünlə əl çəkdi, bu tarixi gerçəkliyə uydu.
Ona yapışdırılmağa çalışılan «panturanizm» planları «pan-
rusistlər»in dəyirmanına su tökmək istəyənlərin çox bic taktiki
gedişindən başqa bir şey deyildir.
Varlığı ilə Sovet Ġttifaqında türk ellərinin ulusal, doğal
axınlarını yaxĢı yöndə etkiləyən çağdaĢ, gerçəkçi «türkizm»
sözsüz, «panrusizm»in yağısıdır.
Panslavizmin Avstriya-Macarıstan İmperiyasında oynadığı
rolu ola bilsin «türkizm» də Rusiya İmperiyasının yeni biçimi
olan Sovet İttifaqında oynasın. Axı, təkcə Avstriya-Macarıstan
İmperiyasının dağılması ilə «slavyanofilçiliyin» keçmiş
romantiklərinin çoxdankı istəkləri gerçəkləşmədi.
Panturanizm özünün romantik biçimində panslavizmdən
daha gücsüzdür. Bu, Kerenski kimi ağalara yaxşı bəllidir.
Ancaq onların anlamı bizə aydın olan taktikaları vardır:
28
Qafqazın türk olmayan uluslarını qorxuzmaq, rus ulusunda
şovinist ruh oyatmaq!
Biz - «Prometey» etdiyi kimi - Kerenski kimi ağalara onlar
rus ulusunda şovinizmi dəstəkləməklə, ancaq keçmiş Rusiya
İmperiyasının indi özgürlüyünü əldə etməyə çalışan uluslarının
yox, dünən Rusiyadan ayrılmışları, eləcə də imperializmin
saldırıları altında sürəkli qalmış ölkələrin də quraşdırılacaq
Rusiyaya qorxu ilə baxacağı, onlardan heç kimin «nə rus
uyqarlığına peyin, nə də rus dövlətinə material olmaq
istəməyəcəyi»ni qazanacaqlarını deyirik.
29
PANTURANĠZM. QAFQAZ SORUNU
1
I
Böyük dövlətçilərin boĢboğazlığı
Rus basınının bir-birinə yağı olan iki düşərgəsi son çağlar-
da Rusiyaya qorxu olub, «Turan topraqları»nı, başqa sözlə,
Sovet İttifaqının türklər yaşayan, siyasi yönətimcə özəl ulusal
quruluşlara ayrılmış bölgələrini ondan qoparmağa çalışan
panturançılıq axınından əlbirliyilə çox danışmağa başlamışdır.
Sovet reciminin başdan-ayağa çürüdüyü, komunist parti-
yasının aşındığı çağda Rusiyanın ən böyük gerçəklərindən biri
uklonizmdir.
Uklonizm Rusiyanın özündə sosial-sinfi özəllikli olsa da,
Sovet İttifaqının rus olmayan ucqarlarında bəlli nədənlərlə
ulusal-siyasi özəllik qazandığından, burada Sovet komunist
diktaturasına qarşı çıxanların sosial kimliyi ulusla bütövləşir.
Sinfi, eləcə də ulusal uklonçuluqla savaşan bolşeviklər
boşboğazlıq etmədən keçinəmirlər. Onlar köylü axınının
ideoloqları ilə geniş demokratik yenidənqurmaların dönməz-
lərini çox ara iri topraq mükiyətçiliyində, monarxiyanın dir-
çəldilməsində suçlayıb, əkinçiləri yenidənquranların öc alacağı
ilə qorxuzurlar.
Onlar ulusal axınların öncüllərini «Rus ulusu üzərində
diktatura»
2
qurmaq istəyən «şovinist»lər kimi göstərdiyindən,
1
Paris, mart 1930-cu il.
2
Deyim Kerenskinin yazısının başlığından alınmışdır.
30
adlarının çəkilməsi belə rus ulusunun ulusalçı kəsimlərində
çaxnaşma burulğanı yaradır, Sovet Ağalığını istəməsələr də,
Rusiyanın bütövlüyünü, onu böyük kapitalist dövlətlərin
«Gürcüstanda menĢeviklərin, Azərbaycanda müsavatçıla-
rın, Ukraynada petlyurovçuların, Turküstanda basmaçıla-
rın, eləcə də baĢqa seperatçı axınlarını ustalıqla
dəstəkləyib» «öldürmə»sindən qoruyan tək gerçək güc kimi
görürlər.
Moskva qəzetləri son dönəmdə belə uklonlardan birini Ta-
tarıstan Respublikasının komunistləri içində tapmışlar. Bol-
şeviklərin dediyinə görə, Tatarıstanın uklonçu komunistləri
Sovet İttifaqının bütün türk ellərini birləşdirəcək «Turan
dövləti» yaratmağa girişiblər. Panturançı komunistlər guya
panturançı istəklərinə görə dış güclərlə, basmaçılarla, eləcə də
Türküstandakı Ənvər paşanın axını ilə ilişkisi olan, 1923-cü
ildə partiyadan qovulmuş tatar komunisti Sultan Qaliyevin
1
göstərdiyi yolla getmişlər.
Sovet basınının gerçək özəlliyi olan boşboğazlıq indi rus
sığınmaçı basınında geniş hay-küy yaratmışdır. Sovet
publisistlərinin Moskvada «sultanqaliyevçilik»dən yaratdıqları
quramanı Parisdə əlbirliyilə «kerenskiçilər» sürdürdülər. Öncə
Xondkaryan ağa, ardınca Kerenski özü bu olaydan yararlanaraq
olduqca biryönlü yazılarında rus demokratiyasının gözünü,
istəyi Rusiyanı bölüb «Rus ulusu üzərində diktatura
qurmaq» olan «panturanizm»in yaxınlaĢan qor-xusuna
yönəltməyə çalışdılar.
1
Sultan Qaliyev ixtisasca öyrədəndir. 1923-cü ildə onu Sovet Ağalığına
qarşı gizli işləməkdə, ulusalçılıq uklonunda suçlayıb güllələnmə verdilər.
Sonralar partiya qurultayı devrimə etdiklərini gözə alıb bağışladı, ancaq
partiyadan çıxardı.
Dostları ilə paylaş: |