Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   2   3   4   5   6   7   8   9   ...   16

13 

Doğu  ilə  Batı  yeni  tarixlərini  bir  çağda,  din  ağalığı 

özülündə  başladılar,  ancaq  bir  ayrılıqla:  ikinci  bu  ağalığı  biri-

ncidən tez aradan qaldırdı.  

Pankatolisizm 

yenidənqurmalar, 

devrimlərlə 

içdən, 


panislamizm isə dışdan, savaşlar,  ayaqlanmalar, ulusların met-

ropoliyadan – Türkiyədən yavaş-yavaş qopmaları, sononcunun 

gerçəkdə  ulus-dövlətə  çevrilməsilə  dağılır.  Ancaq  bu  tarixi 

gerçəkliyin  önündə  ideya  axınları,  düşüncə  savaşları,  ulusal 

yüksəlişin ideoloji yollarının axtarılması gəlirdi.  

Kitabın  yazarı  da  bizi  bu  ideya  savaşının  bütün  gedişilə 

tanışdırıb, tarixin necə yenidən yarandığını, müsəlman, xristian 

ulusları arasındakı hansı ideya oxşarlığının olduğunu göstərir. 

Panturanizm,  pantürkizm,  türkizm  müsəlman  ortamına 

keçirilmiş panalmanizm, panslavizm, nasionalizmdir.  

Bu  axınları  araşdıran  yazar  bütün  «pan»ları  atıb,  təkcə 

gerçək,  sağlam  bir  ideya  axınını:  türkizmi  –  özülü  bir-birilə 

ancaq uyqar ilişkilərlə bağlı türk dövlətləri olan, tarixin gedişi, 

xristian  uluslarının  ulusal  yüksəlişinə  bütünlüklə  uyğun 

türkizmi saxlayır.  

Müsəlman  dünyasının  bu  böyük  dirçəlişi,  onun  dünya 

sivilizasiyasına qovuşması özlərinə sol deyən rus sığınmaçı ba-

sınının  bir  çoxunun  dayanıqlığını  pozur.  Məhəmməd  Əmin 

Rəsulzadənin  kitabı  bu  böyük  uyqarlıq  sorununu  «dayaqların 

qurucuları» baxımından yozan çevrələrin saldırılarına cavabdır.  

İmperializmin  bütün  biçimləri  tarixi  korluq  xəstəliyinə 

tutulmuşdu.  Tarix  indi  də  bu  yolla,  özü  də  onlara  qarşı  gedir: 

olanlar  olacaqdır!  Köklü  demokratiyanın  borcu  bunu,  tarixin 

gedişini  düzgün  görmək,  onunla  uzlaşmaq,  onu  gərəkən 

toplumsal ilişkilərə yönəltməyə çalışmaqdır. 



14 

Ulusların  yaşamı  eşitlik,  barış,  dincliklə  qurulmalıdır. 

Qarşılıqlı  çatışma,  bir-birini  qırmaq,  yenmək,  zülm  yox,  qar-

şılıqlı  sayğı,  qarşısındakını  dəyərləndirmə,  könüllü  anlaşma, 

kültür yarışı – budur tarixin buyuruğu! 

SSRİ-nin müsəlman ulusları yüzillik yuxudan oyanaraq iti 

addımlarla bütün dünya axınına can atır, uyqar uluslar ailəsinə 

qoşulurlar.  Dünya  demokratiyası,  eləcə  də  qonşu  xristian 

ulusları  onları  ürəkdən  qarşılayıb  XOŞ  GƏLMİSİNİZ!  – 

deməlidirlər. 

 

 NUH CORDANĠYA  



Paris, sentyabr 1930-cu il 

 

 

 



 

 

 



 


15 

 

RUSĠYANIN QULLUĞUNDA

1*

 

 

Bu  yazı  Kerenskinin  «Dni»  qəzetinin 



59-cu  sayında    Xondkaryanın  çap  etdir-

diyi  «Türkiyənin  qulluğunda»  adlı  ya-

zısına  cavab  olaraq  «Odlu  yurd»

2

  cur-



nalının 10-cu sayında yayımlanmışdır. 

 

Qafqazlı  curnalistlərdən  biri  rus  imperializmini  tutan 



erməni siyasilərinə çox yerində olan ad vermişdir – rus impe-

rializminin  könüllüləri!  Belələrinə  bizcə,  eyni  haqq,  eyni 

uğurla «Rusiyanın qulları» da demək olar. 

Bu  qulluğun  parlaq  örnəyini  erməni  curnalistlərindən  A. 

Xondkaryan  vermişdir.  Ukraynalı  «Trizub»un  incə  deyimincə 

«gerçək rus»  olan bu erməni keçmiş Rusiya Keçid Ağalığının 

başçısı  Kerenskinin  yayımladığı,  həftəlik  «Dni»  qəzetində 

«Türkiyənin qulluğunda» adlı bir yazı yazmışdır. 

Yazı Rusiyada yaşayan əzilən ellərin elçilərinin Jenevrədə 

toplanacaq qurultayından üncə verilən bildirişlə bağlı yazılmış-

dır. 

Parisdə  yayımlanan  «Prometey»  curnalında birləşmiş, Ru-



siyadan  qurtulmaq  istəyən  ulusların  bu  «separatçı»  çalışması 

ruslardan  da  çox  rus  olan  xondkaryanların  kişiliyinə 

toxunmuşdur.  

Bir  baxın!  Bu  dözüləcək  şeydirmi?!...Olurmu,  Ukrayna, 

Qafqaz, Türküstan, Kuban, Krım, Qazan kimi ölkələr çıxıb Ru-

siyanın  əlində  qalmaq  istəmədiklərini  bütün  dünyaya  bil-

                                                           

1

«Odlu Yurd» Məhəmməd Əmin Rəsulzadənin redaktorluğunda İstanbulda 



yayımlanan, Azərbaycan Ulusal Axınının çıxarlarını qoruyan jurnaldır.

 

 




16 

dirsinlər, bağımsızlıq istəsinlər?!... 

Bağımsızlıq!  Necə  qul  ruhlu  olsalar,  içlərindən  «uluslar 

türməsində» qalmağı özlərinə bunca borc bilsələr də, xondkar-

yanlar  bu  çağırışa  arxadan  vurmanın  zərərini  biləcək 

gözüaçıqdırlar.  Bunu  edəməzlər,  onda  çağın  ən  uyğun,  ən 

yüksək  ideyasına  qarşı  çıxmış  olurlar.  Bununla  birlikdə,  belə 

bir  çıxış  özünə  nə  də  olsa,  sosialist  görüntüsü  verən  Kerenski 

qəzetinin  sosialist  boyasına  da  uymaz!  Sonra  bağımsızlığa 

arxadan  saldırmaq  Xondkaryanın  olduğu ulusal dəstədə  elə  də 

xoş  görünməz,  orada  sözdə  də  olsa,  Ermənistanın 

bağımsızlığından danışılır. 

Bax, bu kimi düşüncələr bizdə Xondkaryan bu gedişlə ger-

çəkdən  qaçaraq  Rusiyadakı  «separatizmin»  içdən  olmadığını 

göstərməyə çalışır, düşüncəsini yaradır. Bu istəklə də o, bir çox 

erməni  boşboğazlarının  ötədən  bəri  evirib-çevirməyə  alışqan 

olduqları  «panturanizm»  konusunu  yaxalayıb  yaraq  arxadaş-

larından Zarevand adlı birinin yaxında çap olunacaq  «Türkiyə 

və panturanizm» adlı əsərindən yararlanır. 

O,  bu  əsərdən  aldığı  bir  sıra  parçalarla  «Prometey»də 

birləşən türk-tatar separatçılarının istəklərinin bağımsızlıq yox, 

Rusiyadan  ayrılıb  Türkiyəyə  qovuşmaq  olduğunu  göstərməyə 

çalışır. 

Bu  davasını  yeritmək  üçün  Xondkaryan  huyundakı  qul 

ruhu  ilə  iyrənc  bir  yol  qullanır:  demə,  qazanlı  bir  «tatar» 

curnalistinin  «ədəbi  duyğularını  türkcə  ədəbiyat,  basın  oxu-

maqla gəlişdirməsi» böyük suç imiş… Elə ha!  

Xondkaryanlarca, dünyada yalnız bir ilham qaynağı, yalnız 

bir duyğu örnəyi vardır: Rusiya!  

Demə,  «Türkiyədə  anayasa  bildirişinin  bütün  türk-tatar 

ölkələrində  sevinclə,  istəklə  qarşılanması  yenə  belə  bağışlan-

mayacaq bir suç» imiş!  




Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə