Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   ...   8   9   10   11   12   13   14   15   16

49 

ideyasının gəlişməsinin ən üstün anı olduğunu demişdik.  



Bu  çağda  keçmiĢ  Rusiya  Ġmperiyasındakı  müsəlman-

lardan  daha  çox  türklərin  özünü  anladıqları  doğrudur. 

Buna,  bizə  qarşı  çıxanların  sevə-sevə  dediyi  kimi,  türk 

yayıcıları  yox,  tutucu  ağalıqla  sağ  partiyaların  tutumundan 

başqa rus toplumunun liberal kəsiminin başında duranların bal-

kanlara  gedən  tibb  bacılarına  verdiyi  «yaralı  bir  slavyan 

döyüĢçüsü  olduqca,  türk  əskərinin  yarasını  sarıma»  kimi 

«slavyanofil göstərişlər» nədən olmuşdu. 

Bax,  bu  yanaşma  doğal  olaraq  keçmiş  Rusiya  İmperiya-

sının  türk  ellərində  ulusal  oyanışa  nədən  olub  «Qızıl  ay»a 

yardımlar  topladır,  türk  oxuyanlarının  qarşı  çıxışlarına,  yeni-

yetmələrin  savaşan  türk  ordusuna  könüllü  getmələrinə  nədən 

olurdu. 

Bu  durum,  bu  ovqat  Türkiyə  ilə  Rusiyanın  qarşı-qarşıya 

olduğu dünya savaşı çağında da dəyişməz qalmışdı. 

 

*** 

Savaşların  deyilən  çağı  türk  ellərinin  özünüanlama 

gerçəklərilə  doludur.  Türk  uluslarının  bütün  görkəmli  adam-

larının  qatıldığı,  bütün  türk  aydınları  içində  geniş  yayılmış 

ulusal  türk  ideyasının  sevilən  «Türk  yurdu»  curnalı  bu  çağda 

yayımlanmışdır.  Bir  ara  doğrudan  da  yeni  ideyanın  alovlanan 

ocağı  olub,  yeniyetmələrin  ürəyində  türkçülüyün  «qutsal 

alovunu»  yandıran  «Türk  ocaqları»  topluluğu  da  bu  çağda 

yaradıldı. Bu savaş  günlərində türklərin ulusalçı şairi Mehmet 

Emin bəyin kitabı da çox böyük uğurla yayımlandı.  

Bundan  başqa  türkçülüyün  ayrı-ayrı  konularını  gəlişdirən 

bir sıra  publisistik  əsərlər  çap olundu:  Yaqub  Qədrinin,  Orxan 

Seyfinin  hekayələri,  tanınmış  türk  yazıçısı  Xalidə  Ədibin 



50 

romanları  «qurtulmuş  Turan»ın  ideal  tiplərini,  obrazlarını 

verirdi. Xalidə xanımın «Yeni Turan» romanı bunlardandır.  

Yeni  ideya  axını  təkcə  şairlərlə  yazıçıları  yox,  tanınmış 

araşdırmaçı  alimlərimizi  də  özünə  çəkdi.  Türkologiyada 

tezliklə bütün Avropada tanınan Mehmet Fuad Köprülzadə irəli 

çıxdı.  

Ziya  Göyalp  bəyə  gəlincə  isə  onun  təkcə  yeni  ideologi-

yanın  publisisti,  ədəbi  yayıcısı  kimi  qalmayıb,  yaratdığı  yeni 

sosioloci  okulla  bütün  axının  ortasında  işıq  saçan  ulduza 

çevrilməsi önəmlidir. 

O,  İstanbul  Universitetinin  kafedrasında  Dürkheym 

[Fransız  sosioloqu]  ideyalarından  dərs  deməkdən  başqa, 

Türkiyədə birinci olaraq yeni türkçülük elmini poetik çəkə, fəl-

səfi  düşünə,  elmi  açıqlamağa  çalışan  toplumsal-siyasi  ideo-

logiya  yarada  bildi.  Onun  bu  yönlü  əsərləri  oxuyan  yeni-

yetmələrin  düşüncəsində,  ovqatında  silinməz  izlər  buraxdı. 

Ziya  bəy  bir  ara,  doğrudan  da,  Türkiyə  toplumunun  düşünən 

bölümünün düşüncəsinin ağası olmuşdu. 

O, sonralar özünün bütün toplumsal-siyasi sistemini ölüm-

qabağı  yazdığı,  yuxarıda  adı  keçən  «Türkçülüyün  əsasları» 

kitabında verdi.  

«Türkçülüyün  əsasları»ında  ulusun  toplumsal-siyasi,  ədə-

bi-estetik,  kültürəl-dini  yaşamının  bütün  sorularına  cavab 

verilmişdir.  Aydın  sistemləşdirilmiş  bu  cavablar  ulusal-kültürəl, 

gəlişən demokratik düşüncəyə bütünlüklə uyğundur. 

O  çağda  bu  ideyalar  bu  ya  başqa  biçimdə  Rusiya  türklə-

rinin toplumsal-ədəbi çevrələrində də gəlişirdi. 



Toplumsal  ideologiyanın  bütün  sistemi  o  çağa  kimi 

«müsəlman»  adlandırılan  türk  basınındakı  «müsəlman» 

anlayıĢını 

da 

«türk»ə  dəyiĢməklə  islamçılığın  din 


51 

sistemindən türkçülüyün ulusal sisteminə keçirdi. 

1915-ci  ildə,  savaş  çağında  yayımlanan  «Açıq  söz»

1

  ordu 


senzurasının  törətdiyi  çətinliklərə  baxmayaraq,  Rusiya  mü-

səlmanlarını türk adlandırıb, bəlli bir türkçü, ulusal-demokratik 

ideologiya yaymağa çalışırdı.  

Tezliklə  bu  ideologiya  ilə  o  çağa  kimi  gizli  işləyən  «Mü-



savat»  partiyası  ortaya  çıxıb  Rusiyanın  ulusal-topraq  böl-

gələrinə bölünməsi sorununu gündəliyə çıxarır, özəlliklə də 

Azərbaycanın  bağımsızlığına  çalıĢır,  onun  ideoloqları  bu 

amacı Rusiya sınırlarındakı başqa türk elləri üçün də istəyir. Bu 

baxış  1917-ci  ilin  mayında  Moskvada  toplanan  «Rusiya 

Müsəlmanları Qurultayı»nda uğurla alqılanır. 

Türkçülük  ideologiyası  o  çağda  Qazan,  başqa  deyimlə, 

Volqaboyu  tatarları  içində  də  yayılır,  ulusal  ideyaya  şeirlər 

yazan şairlər, eləcə də Zəki Vələdi Toqan kimi tarixçilər ortaya 

çıxıb,  yanılmıramsa,  1913-cü  ildə  [Vikipedi  Özgür  Ansik-

lopedidə 1911-ci il] özünün «Türklərin tarixi»ni çap etdirir. 

 

*** 

Panislamizmdən  qurtulan  türk  toplumsal-siyasi  düşüncəsi 

indi çatdığı gerçək ulusal ideyaya o anda çatmadı. 

Bu,  psixoloci  baxımdan  aydındır.  Elliklə  savaş,  qorxu 

çağında belə böyük islam birliyi çağırışından üz döndərən ulu-

salçılar  onun  yerinə  düşüncələri  onuntək  etkiləyəcək  çağırış 

qoymalı idilər. Bu, ancaq ulusal birlik ola bilərdi. «Din birliyi 

çağı  keçdi,  indi  tarixi  uluslar  irəli  aparır.  Yaşasın,  Dunaydan 

Altayadək  türk  uluslarının  birliyi!»…Özü  də  tarix  almanların 

birləşməsini  bilirdi,  Avstriya-Macarıstan,  Osmanlı  İmperiyası, 

                                                           

1

«Açıq söz» Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə yayımlanırdı. 




Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə