Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə334/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   330   331   332   333   334   335   336   337   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
293 
çətinliklərlə  qarşılaşdıqlarında  onlardan  dua  etmələrini  istəyir. 
Romanda uşağı olmayan gənc arvadının xəstəliyinə çarə axtaran Əli 
xan Şirvanşirin əmisi Əsəd əd-Dövlətin hərəkəti bu xalqın Əhli-beyt 
sevgisinin önəmli göstəricilərindəndir: 
“Kərbəla  dərvişlərinin  duası  və  tilsimi,  Məşhəd  ərənlərinin 
ovsunları ... onu sevindirə bilməmişdi”. 
İmam Hüseyn (ə) və Kərbəla haqqında daha geniş məlumat 
verəcəyik.  Ancaq  yeri  gəlmişkən  burada  qısaca  İmam  Rza  (ə)  və 
Məşhəddən bəhs etmək istəyirik.  
Azərbaycan xalqı üçün müqəddəs sayılan məkanlardan biri də 
Məşhəd şəhərindəki İmam Rza (ə) türbəsidir. İki bacısına qucaq açaraq 
sahib çıxan bu xalqın qəlbində imamın xüsusi yeri vardır. 
Əhli-beyt  imamlarının  səkkizincisi  olan  İmam  Rza  (ə), 
yeddinci İmam Musa Kazımın (ə) oğludur və 765 (və ya 770)-ci ildə 
Mədinədə dünyaya gəlmişdir.  
Xəlifə Məmun qardaşı Əminin ölümündən sonra hakimiyyəti 
tamamilə  ələ  keçirdi  və  nəzarət  altında  saxlaya  bilmək  üçün  İmam 
Rzanı  (ə)  Mərv  şəhərinə  gətirtdi.  818-ci  ildə  Bağdadda  baş  verən 
üsyanın qarşısını almaq üçün yola çıxdı və İmam Rzanı (ə)  da özü ilə 
götürdü.  Tus  şəhərinin  (indiki  Məşhəd)  Nuqan  qəsəbəsində  onu 
zəhərlətdi və şəhid etdi.
2
  
Həmin  qəsəbədə  dəfn  olunan  İmam  Rzanın  (ə)  vəfatından 
sonra bura Əhli-beyt dostlarının ziyarətgahına çevrildi. 
İmam  Rzanın  (ə)  burada  dəfn  edilməsindən  sonra  Məşhəd 
şəhəri, eyni zamanda elm mərkəzi halına gəldi. İslam elmlərinin hər 
sahəsindən  elm  adamları  buraya  toplanır,  həm  yerli  xalqa,  həm  də 
imamı  ziyarətə  gələnlərə  dini  təbliğ  edirdilər.  Romanda  adı  tez-tez 
                                                 
2
 Təbəri. Dəlailul-İmamə.  səh. 174, 175, 208; Təbərsi. Ela–mul-vərə. səh. 313-314.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə