Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə16/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   12   13   14   15   16   17   18   19   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
15 
olmağın  deyil,  istər  bitki,  istər  heyvan  və  istərsə  də  insan 
olsun,  hər  canlı  varlığın  ehtirama  layiq  olduğunu  vurğu -
lamaq istəmişdir. 
Həzrət Məhəmməd (s) digər bir hədisdə belə buyur-
muşdur: “Sizə möminin niyə bu adla adlandırılmasının sə-
bəbini deyimmi? (Ona görə ona bu ad verilib ki) İnsanların 
canları  və  malları  onun  zəmanəti  altındadır  (ərəb  dilində 
mömin  sözü  ilə  amanda,  zəmanətdə  olma  mənasına  gələn 
“əmn”  kəlməsi  eyni  kökdən  törəyib).  Müsəlman  isə  əlin-
dən və dilindən insanların zərər görmədiyi şəxsdir. Bəs si-
zə mühacirin kim olduğunu deyimmi? O (mühacir), pislik-
lərdən və Allahın haram qıldığı şeylərdən uzaqlaşandır”
 6
 
 
Peyğəmbərimizin (s) Əhli-beytinin həyatı da başqa-
larına qarşı mülayim davranma nümunələri ilə doludur. Bu 
kontekstdə  Həzrət  Əlinin  (ə)  Malik  Əştərə  etdiyi  tövsiyə 
çox  mənalıdır.  İmam  Əli  (ə)  Misirə  vali  kimi  göndərdiyi 
Malikə  idarə  etdiyi  insanlarla  necə  rəftar  etdiyinə  dair 
uzun bir məktub göndərmişdir. Bu məktubun bir bölümün-
də  belə  deyilir:  “Xalqla  mərhəmətlə  rəftar  etməyi  özünə 
adət  elə.  Onları  sevməyi,  onlara  lütf  etməyi  öz  xarakterin 
halına  gətir.  Onların  yeməklərini,  içməklərini  qənimət 
bilən yırtıcı heyvan olma. Çünki onlar (insanlar) iki qisim -
dir:  Bir  qismi  sənin  din  qardaşın,  o  biri  qismi  yaradılış 
yoldaşındır. Onlar səhv və xəta edə bilərlər; bilərəkdən, ya 
da  səhvən  əllərindən  bəzi  şeylər  çıxa  bilər.  Öz  əməllərini 
Allahın  bağışlamasını  necə  arzu  edib  istəyirsənsə,  sən  də 
onları  bağışla,  xətalarından  keç”.
  7
 Bu  sözlər  bəlkə  XXI 
əsrdə yaşayan insanlar üçün adi görünə bilər. Lakin nəzərə 
alsaq ki, bunlar təqribən min beş yüz il bundan qabaq, hələ 
                                                 
6
 Şeyx Səduq. Sifatuş-şiə. Tehran, tarixsiz, səh. 31.
 
7
 Nəhcül-bəlağə (Abduh şərhi ilə birlikdə), Beyrut, tarixsiz, səh. 84.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə