Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə17/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   13   14   15   16   17   18   19   20   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
16 
insanlığın  quldarlıq  qurluşunda  yaşadığı,  qara  dərililərin 
ağ  dərililər  tərəfindən  insan  kimi  qəbul  edilmədiyi  bir 
dövrdə  deyilib,  o  zaman  bunların  nə  qədər  dəyərli  olduğu 
aydın olar. 
Digər  Əhli-beyt  imamları  da  yaşadıqları  dövrlərdə 
insanlara qarşı xoşrəftar olmuş və öz tərəftarlarına da belə 
olmağı  tövsiyə  etmişlər.  Əhli-beyt  ənənəsində  insanlara 
qarşı  təbəssüm  etmək  belə  savab  sayılmışdır.  İmam  Sadi-
qin (ə) “Kim ki, qardaşına təbəssüm edərsə, onun üçün bir 
yaxşılıq  (savab)  vardır”
  8
 ifadəsi  bunun  ən  gözəl  nümu-
nəsidir. 
Məhz  Əhli-beytin  insanlara  qarşı  bu  xoş  münasi-
bətinin  bir  təzahürü  olaraq  tarix  boyunca  əzilən,  məzlum 
kütlələr  Peyğəmbər  (s)  ailəsinin  sevgisi  ətrafında  birləş-
miş,  bu  məhəbbətinin  yayıldığı  bölgələrdə  dinlərarası  və 
məzhəblərarası  münasibətlərdə  tolerant  mühit  hakim  ol-
muşdur. Bu bölgələrdən biri də Azərbaycandır.  
Azərbaycan  əhalisi  məzhəbindən  asılı  olmayaraq 
tarix  boyunca  Əhli-beytə  qarşı  sevgi  bəsləmiş,  təqibə  mə-
ruz  qalmış  bu  mübarək  ailənin  nümayəndələrinə  öz  ağu-
şunu  açaraq  onları  düşmənlərdən  qorumuşdur.  Bu  gün 
ölkəmizdə  başda  imam  övladları  olmaqla,  Əhli-beyt  nəs-
linə  mənsub  çox  sayda  ziyarətgahın  mövcudluğu  bu  fikrin 
doğruluğunu  təsdiqləyir.  Üstəlik  Əhli-beyt  mənsublarının 
Azərbaycana  pənah  gətirməsi  həm  sünni,  həm  də  şiə 
xanədanlıqları  tərəfindən  idarə  olunan  dövrlərə  təsadüf 
etmişdir.  Demək  ki,  Əhli-beyt  məzhəbindən  asılı  olma-
yaraq  bütün  Azərbaycan  müsəlmanlarını  birləşdirən  bir 
dəyər olmuşdur. 
                                                 
8
 Küleyni. Əl-Kafi. c.2, səh. 206.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə