Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə15/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   11   12   13   14   15   16   17   18   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
14 
mayan  bütpərəstlər  belə  öz  dinlərini  sərbəst  bir  şəkildə 
yaşama hüququna sahib idilər.  
Mənbələrdə  qeyd  olunur  ki,  Ərəbistanın  cənubunda 
yerləşən  Nəcran  bölgəsində  yaşayan  xristianlar  Həzrət 
Məhəmmədin  (s)  peyğəmbər  olub-olmadığını  öyrənmək 
üçün  Mədinəyə  altmış  nəfərdən  ibarət  bir  nümayəndə  he-
yəti  göndərmişdi.  İbadət  vaxtları  gəlib  çatanda  xristianlar 
Məscidi-nəbəvidə (Peyğəmbər məscidi) öz ibadətlərini icra 
etmək  istəmişdilər.  Səhabələrdən  bəziləri  buna  mane  ol-
maq  istəmiş,  lakin  Peyğəmbərimiz  (s)  buna  qarşı  çıxaraq 
onların ibadət etmələrinə icazə vermişdi.
 4
  
Peyğəmbərimizin  (s)  həyatından  bəhs  edən  mənbə-
lərdə  nəql  olunan  aşağıdakı  tarixi  fakt  da  İslamın  başqa 
dinlərə qarşı olan dözümlülüyünü əks etdirir: 
Peyğəmbər  (s)  səhabələri  ilə  oturarkən  bir  cənazə 
qafiləsi  onlara  yaxınlaşdı.  Cənazə  onların  yanından  keçər-
kən  Peyğəmbər  (s)  ehtiram  əlaməti  olaraq  ayağa  qalxdı. 
Yanındakılar  “Ey  Allahın  elçisi,  axı  bu  yəhudi  cə-
nazəsidir!”,  -  dedilər.  O  da  “Məgər  o  insan  deyilmi?! 
(؟  ًاسفن  تسيلأ -hərfi  mənası  o  da  bir “nəfs”  deyilmi?)”,  -  de-
di.
5
 Maraqlıdır  ki,  Peyğəmbər  (s)  hədisdə  “insan”  kəlməsi 
yerinə  “nəfs”  sözündən  istifadə  etmişdir.  Burada  sanki  in-
cə  bir  məqam  vardır.  İslam  fəlsəfi  ənənəsində  “nəfs” 
məfhumu  “ruh”  mənasında  işlədilmiş  və  “orqanik  cismin 
ilk mükəmməlliyi” şəklində tərif edilmişdir. Bitki, heyvan 
və  insan  kimi  canlılar  nəfsə  malik  varlıqlar  hesab 
olunmuşdur. Yəni canlı olmaq nəfsə malik olmaqdır. Sanki 
Peyğəmbər  (s)  “O,  nəfs  deyilmi”,  -  deyərək,  sadəcə  insan 
                                                 
4
İbn  Hişam.  Əs-Siratun-nəbəviyyə.  Qahirə,  1955,  I/573-575;  İbn  Səd.  Təbəqat. 
Beyrut, 1957, I/357.
 
5
  Buxari. Cənaiz, 49; Müslim. Cənaiz, 78, 1596-cı hədis
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə