Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə24/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   20   21   22   23   24   25   26   27   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
23 
İkincisi,  Azərbaycanla  bağlı  hədis  və  rəvayətlərdə 
indiki  Cənubi  Azərbaycana  aid  olan  məntəqələrin  adı  Şi-
mali  Azərbaycana  nisbətən  daha  çox  rastımıza  çıxır.  İstər 
Savalan  dağı  barədə  İslam  Peyğəmbərindən  (s)  rəvayət 
edilən  hədis
1
  qəbilindən  olan  rəvayətlərin  mətnində,  istərsə 
də  ümumilikdə  hədis  sənədlərində  və  rical  külliyyatlarında 
adını oxuduğumuz ravilərin nəsəbində Cənubi Azərbaycana 
aid  coğrafi  məntəqələrin  adı  Şimali  Azərbaycana  nisbətən 
çoxdur.  Bu  da  Cənubi  Azərbaycanın  xilafət  mərkəzinə  nis-
bətən  daha  yaxında,  Şimali  Azərbaycanın  isə  əksinə,  daha 
ucqarda yerləşməsi ilə əlaqədardır. 
Bəzi  hədislərdə  isə  Azərbaycandan  danışılarkən  şi-
mal və cənub bölgüsü aparılmadığı üçün bunlardan hansının 
nəzərdə tutulduğunu ayırd  etmək çətinlik törədir.  Bu məqa-
lədə əsasən hədislərdəki Şimali Azərbaycanla bağlı məqam-
ları  işıqlandırmağı  qarşımıza  məqsəd  qoymuşuq.  Bununla 
yanaşı,  ümumilikdə  Azərbaycandan  bəhs edən  və  şimal-cə-
nub aidliyi dəqiq bilinməyən hədisləri də diqqətdən kənarda 
qoymamaq qərarına gəldik. 
Hədis və rəvayətlərdə Azərbaycanla bağlı məqamları 
araşdırarkən əsasən, dörd istiqamətdə məlumatlar qarşımıza 
çıxır: 
a.
 
Qurani-Kərimdə  Azərbaycanla  bağlılığı  ehtimal 
edilən  “Əshabür-Rəss”  haqqındakı  ayələrin  təfsirin-
də buyurulmuş hədislər; 
b.
 
“Nəhcül-bəlağə”də Azərbaycanla bağlı məqam; 
c.
 
İmam Mehdinin (ə) zühur əlamətlərinə aidliyi eh-
timal edilən bəzi hədislər; 
                                                 
1
 bax: Biharül-ənvar. 
35
-cü cild, səh. 122.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə