Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə18/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   14   15   16   17   18   19   20   21   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
17 
Azərbaycan  xalqının  Əhli-beytə  ehtiramının  təza-
hürlərindən  biri  də,  seyid  ocaqlarına  göstərilən  hörmətdir. 
“Seyid” kəlməsi tarixən Əhli-beyt nəslinə mənsub insanlar 
üçün  istifadə  olunmuşdur.  Hazırda  Azərbaycanın  bütün 
bölgələrində  bu  ocaqlara  rast  gəlmək  mümkündür.  Daşı-
dıqları  mənəvi  funksiya  ilə  yanaşı,  seyid  ocaqları  ölkə-
mizdə,  eyni  zamanda  İslam  dininin  müxtəlif  məzhəblərinə 
mənsub  insanları  birləşdirən  bir  funksiyaya  da  malik 
olmuşdur.  Bu  fikri  konkret  faktlarla  əsaslandırmaq  müm-
kündür.  Məsələn,  Qarabağ  bölgəsində  bir  çox  seyid  ocağı 
vardır.  Bunların  içərisində  Seyid  Yusif,  Seyid  Lazım, 
Seyid  Əşrəf,  Seyid  Bəhram  ocaqları  şiə  məzhəbinə,  Hacı 
Qaraman  və  Mir  Sədi  ocaqları  isə  əhli-sünnəyə  mənsub-
dur.  Lakin  məzhəb  fərqinə  baxmayaraq,  bu  ocaqların  ha-
mısı  məzhəbindən  asılı  olmayaraq  bölgədə  və  hətta  bölgə 
xaricində yaşayan bir çox insan tərəfindən mənəvi mərkəz-
lər  olaraq  qəbul  edilmişdir.  Azərbaycanın  digər  bölgələ-
rində də bunu müşahidə etmək mümkündür. Eyni halı ziya-
rətgahlarda  da  izləmək  mümkündür.  Bütün  bunlar  Əhli -
beyt  ənənəsinin  ölkəmizdəki  bütün  müsəlmanları  birləş-
dirən dəyər olduğunu göstərir.  
Azərbaycanda  tolerant  mühitin  formalaşmasında 
rolu  olan  başqa  bir  məktəb  birbaşa  Əhli-beytdən  bəhrə-
lənən  təsəvvüf-irfan  ənənəsidir.  Sevgi  və  xoşgörü  prinsi-
pini  önə  çəkən  bu  ənənədə  Əhli-beytin  xüsusi  yeri  vardır. 
Təsəvvüf  təriqətlərinin  hamısında  Həzrət  Peyğəmbərə  (s) 
qədər  gedib  çıxan  bir  silsilə  mövcuddur.  Təriqətlərdə  iki 
əsas silsilə vardır. Əksər təsəvvüf təriqətləri öz silsilələrini 
Həzrət  Əli  (ə)  vasitəsi  ilə  Peyğəmbərimizə  (s)  bağlayırlar. 
Bu  silsiləyə  “ələvi  silsilə”  deyilir.  Xüsusilə,  Nəqşibəndi 
təriqətində  qəbul  olunan  silsilə  isə  Həzrət  Əbu  Bəkr  vasi-



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə