Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə19/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   15   16   17   18   19   20   21   22   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
18 
təsilə  Peyğəmbərə  (s)  çatır.  Bu  silsilə  isə  “siddiqi  silsilə” 
adlanır.  Maraqlıdır  ki,  hər iki  silsilə  imam  Cəfəri-Sadiqdə 
(ə)  birləşir.  Məhz  bu  səbəbdən  ona  “məcməul-bəhreyn  və 
mültəqan-nəhreyn  (iki  dənizin  birləşdiyi,  iki  çayın  qovuş-
duğu məqam)” deyilmişdir.  
Əhli-beyt  sevgisini  önə  çəkən  irfan  ənənəsi  Azər-
baycanda  köklü  tarixə  malikdir.  Əbun-Nəcib  Əbdülqadir 
Sührəverdi (v. 1168), Əbu Həfs Sührəvərdi, İbrahim Zahid 
Gilani (v. 1282), Ömər Xəlvəti (v. 1350), Seyid Yəhya əş-
Şirvani  əl-Bakuvi  (v.  1464),  İbrahim  Gülşəni  (v.  1534), 
Şeyx  İsmayıl  Şirvani-Kürdəmiri  (v.  1848),  Seyid  Həmzə 
Nigari  (v.  1866)  kimi  təsəvvüf  ənənəsində  böyük  əhəmiy-
yətə  malik  Azərbaycanlı  irfan  böyüklərinin  İslam  dünya-
sında  irfan  ənənəsinin  genişlənməsində  xüsusi  xidmətləri 
olmuşdur.  Bu  ənənənin  mənsubları  da  Əhli-beyt  sevgisini 
önə  çəkmiş,  Əhli-beyt  ənənəsindəki  birləşdirici  dəyərləri 
insanlara  təbliğ  etmişlər.  İslam  dünyasının  hər  tərəfində 
çox  sayda  tərəftarlara  sahib  olan  Xəlvətiyyə  təriqətinin 
ikinci  piri  Seyid  Yəhya  Bakuvinin  farsca  qələmə  aldığı 
“Mənaqibi Əmirəlmöminin Əli” (Həzrət Əlinin (ə) mənqi-
bələri)  adlı  əsəri  təsəvvüfdəki  Əhli-beyt  sevgisinin  bir 
nümunəsidir.  Seyid  Yəhya  əsərin  bir  bölümündə  Həzrət 
Əlini (ə) belə tərənnüm edir: 
 
Bu qul, Nəbidən sоnrа mürşid Əlini tаpdım, 
Əhməd şəhər idi, Əlini qаpısı оlаrаq gördüm. 
Həm nəbi, həm vəli, iki аləmin bütün zərrələri, 
Bахdıqdа yəqin оlаrаq Əlini gördüm 
 
Vəlayət nöqtəsində bil ki, ilk əvvəl o vardı,  
Həm hikmət nöqtəsində sonuncusu da, bil ki, Əlidir. 
Peyğəmbərdən sonra rəhbər Heydərdən başqasını axtarma, 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə