Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə103/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

ölkələr  (ABŞ,  Belçika,  Danimarka,  Almaniya,  Hollandiya,  Yeni 
Zelandiya, İsveç, Kanada, İngiltərə və s.) və daha çox turist qəbul edən 
ölkələr (Fransa, ABŞ, İspaniya, İtaliya, Macarıstan, Çin, İngiltərə, Polşa, 
Avstriya,  Meksika,  Çexiya  və  s.).  Beləliklə,  beynəlxalq  turizm 
əməliyyatlarının  inkişafının  əsasını  ölkələr  arasında  BİM,  sosial  və 
iqtisadi tərəqqi təşkil edir. Beynəbcalq turizm istirahətin geniş yayılmış 
növü olmaqla, dünya iqtisadiyyatınm aktiv inkişaf edən sferasıdır. 
Beynəlxalq  turizmi  hal-hazırda  aşağıdakı  kriteriyalar  üzrə 
təsnifləşdirirlər (şəkil 12.1). 
Beynəlxalq turizmin məqsəd funksiyalarının izahmı aşağıdakı kimi 
qeyd etmək olar: 
1.
 
Dərketmə  turizmi  -  təbiətlə  tanışlıq,  mədəni-tarixi,  təsərrüfat 
yerlərinə  səyahət,  etnik  və  mədəni  əyləncə  turizminə  ayrılır.  Bura 
həmçinin festival turizmi - milli və beynəlxalq  yarmarkalara, sərgilərə, 
idman yarışlarına, xüsusilə dünya olimpiadalarına səyahətlərin təşkili də 
aiddir. 
2.
 
Kurort  və  müalicəvi  turizm  -  istirahət  və  müalicə  məqsədilə 
özündə  iqlim-müalicəvi,  palçıqla  müalicə,  çimərlik,  gəzinti  və  s. 
birləşdirir. 
3.
 
İşgüzar və konqress-turizmə - işgüzar səfərlər, ticarət yarmarka, 
sərgi və biznes-seminarlarda iştirak aiddir. 
4.
 
İdman  turizmi  -  özündə  su,  piyada,  dağ  xizəyi,  velosiped, 
avtomobil, alpinizm və s. idman növlərini birləşdirir. 
5.
 
Şop-turlar (şopturizm) - ticarətlə bağlıdır. 
6.
 
Ekoloji  turizm  -  xüsusi  növ  turizm  olmaqla,  əsas  vəzifəsi  turist 
rayonlanmn  mədəniyyətinə  qayğı,  ətraf  mühitə  minimum  təsir  etməklə 
onun resurslarından istifadə etməkdir. 
340 


 


7.
 
Elmi  turizmin  məqsədi  beynəlxalq  elmi  konfrans,  simpozium, 
seminarların  keçirilməsi,  digər  turizm  növləri  ilə  birlikdə  onların 
təşkilidir. 
S.Tədris  turizminə  -  beynəlxalq  tələbə  mübadiləsi,  təhsil  turları, 
xarici  ölkələrin  universitet  və  kolleclərində  xarici  dillərin  öyrənilməsi 
daxildir. 
9.
 
Dini  turizm  -  xüsusi  müqəddəs  dini  yerlərə  və  mərkəzlərə 
(məsələn, Məkkə və s.) ziyarətlərin təşkil edilməsilə bağlıdır. 
10.
 
İşgüzar  turizm  -  işgüzar  danışıqların  keçirilməsi  üçün  təşkil 
edilir. 
11.
 
Etnik turizm - qohum, tanışlarla görüşlə bağlı təşkil olunur. 
Keçirilmə metoduna görə turizmi iki istiqamətə bölürlər: 
Təşkil olunmuş turizm - turist firmaları və ya həvəskar ictimai 
təşkilatlar tərəfindən həyata keçirilir. O, üç qrupa bölünür: 
-
 
planlı,  yəni  qəbul  edən  ölkə  ilə  əvvəlcədən  razılaşdırılmış  və 
işlənmiş marşrut üzrə təşkil olunur
-
 
sərbəst, yəni turist qrupları turist firmalarına və digər təşkilatlara 
müraciət etmədən sərbəst olaraq ölkəyə gəlməyi planlaşdırır. 
-
 
özbaşma  ~  verilən  ölkəyə  müəyyən  razılaşdırılmış  proqram 
olmadan gəlməyi nəzərdə tutur. 
İştirakçılarının sayma görə: fərdi və qrup (və ya kollektiv) turizmi 
fərqləndirirlər. 
Fərdi  turizm  -  əldə  edilən  tur  əsasında  bir  və  ya  bir  neçə  şəxsin 
sərbəst səyahətini nəzərdə tutur. 
Qrup və ya kollektiv turizm - hamı üçün eyni olan şərtlərdə, vahid 
marşrut üzrə əvvəlcədən qruplaşdırılmış şəxslərin birgə səyahətidir. 
342 


Beynəlxalq  qaydalara  əsasən,  kollektiv  turizmə  15  və  daha  artıq 
insanın birgə səyahəti aiddir. Belə turlann qiyməti fərdi turizmə nisbətən 
dəfələrlə azdır. 
Maliyyələşdirmənin növünə görə turizmi ailəvi, sosial və korporativ 
növlərə ayırırlar. 
Ailəvi  turizm  ~  turistlərin  öz  şəxsi  vəsaitləri  hesabma  maliy- 
yəşdirilir. 
Sosial  turizm  -  dövlət  bücəsindən  və  xüsusi  fondlar  hesabma 
maliyyələşdirilir. 
Korporativ  turizm  isə  -  xüsusi  firmalann  vəsaitləri  hesabına 
maliyyələşdirilir. 
Beynəlxalq turizmin idarə edilməsi sistemində onun ümumi şəkildə 
altı növünü fərqləndirirlər (şəkil 12.2) (insanları gəzintiyə motivləşdirən 
əsas səbəblərə görə). 
 
Şəkil 12.2. Beynəlxalq turizmin növləri 
İstirahət turizmi - orqanizmin psixi və fiziki bərpası məqsədilə qısa 
və daha uzunmüdətli istirahət məqsədi daşıyır. Bundan başqa, bu qrupa 
kurort turizmi də - orqanizmin müalicəsi və bərpası üçün təbii müalicə 
mənbələrindən,  dəniz  suyu  və  iqlimdən  istifadənin  nəzərdə  tutulması 
aiddir. 
Mədəniyyətin  öyrənilməsi  məqsədli  turizmi  -  digər,  yad 
mədəniyyətlərin öyrənilməsinə istiqamətlənir. O, iki istiqamətə: 
343 


dərketmə - ölkənin sosial-iqtisadi münasibətləri ilə maraqlanmağı, onun 
tarixi, mədəni və ya coğrafi yerlərinə səyahəti nəzərdə tutan gəzinti və 
zəwarlıq - xüsusi dini mahiyyət kəsb edən yerlərə getməyi nəzərdə tutan 
turizm növlərinə ayrılır. 
İctimai  turizm  -  qohum,  tanış,  dostları  görmək  məqsədilə  təşkil 
olunan səyahətlər (beynəlxalq anlayış kimi: 
visiting - 
frendsandrelatives - VER adlandırılır), bura həmçinin klub turizmi də 
aiddir.  Klub  turizmi  onunla  fərqlənir  ki,  səyahət  edən  şüurlu  surətdə 
qrupa  inteqrasiya  olunur.  Qrupda  birləşmə  daha  çox  əyləndirici  və  ya 
idman proqramları ilə maraqlanan şəxslərə aiddir. 
İdman  turizmi  -  idman  tədbirlərində  aktiv  iştirak  və  həmçinin 
idman yarışlannda sadəcə passiv iştirakı nəzərdə tutur. 
İqtisadi turizm - peşəkar və kommersiya maraqları olan insanların 
birjalarda, sərgi və yarmarkalarda iştirakı məqsədini daşıyır. 
Konqress  və  siyasi  turizm  -  diplomatik  turizmə,  konqreslərdə 
iştirak  və  həmçinin  siyasi  tədbir  və  hadisələrlə  bağlı  olan  turizm 
istiqamətlərinə ayrılır. 
Turizmin  formalarına  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  xarici 
kriteriyalara  görə  turizmin  formalannı  ayırmaq  üçün  çoxlu  sayda 
imkanlar  mövcuddur:  turistlərin  mənşəyinə,  təşkilati  formalarına, 
səyahətdə olma müddətinə, yaşa, nəqliyyat vasitələrinə, ilin dövrlərinə və 
ya mövsümə və s-ə görə. İlk baxışdan turizmin forma və növləri arasında 
elə  də  fərq  olmadığı  görünür.  Hər  iki  halda  səyahət  müəyyən  nöqteyi 
nəzərdən qruplaşdırılır. Əsas fərq ondadır ki, turizmin növlərini səyahət 
edənlərin  motivasiyası  üzrə,  daha  doğrusu  daxili  faktorlara,  turizmin 
formalarını isə xarici səbəb və təsirlərə görə ki, bu da menecment üçün 
şox vacibdir. Beynəlxalq turizmin formaları şəkil 12.3-də göstərilmişdir. 
Turistlərin  mənşəyinə  görə  turizmin  formalarını  müəyyən  edərkən, 
fərqləndirirlər  “mənşəy”  anlayışı  altında  insanlann  milliyyəti  və  ya 
anadan olduğu yer deyil. 
344 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə