Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

85
Amerika prezidentləri
MİLLARD FİLLMOR
(MILLARD FILLMORE)
 (1850-1853)
Z. Teylor vəfat edən günün səhəri, 1850-ci il iyu-
nun 10-da vitse-prezident Millard Fillmor prezident 
səlahiyyətlərinin icrasına başladı. Sələfi ndən fərqli olaraq 
uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yol-
la çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri 
ilə  sıx  əməkdaşlıq edərək daxili və xarici siyasətdə  bəzi 


86
Amerika prezidentləri
uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə 
prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 
1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana 
bilməmişdir.
Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer 
ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq 
dövrü atasına məxsus fermada keçib. Təsərrüfat işlərində 
ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bi-
lib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə baş-
çısı övladlarına heç olmasa yaxşı  sənət öyrətməyi qərara 
alır. Bu məqsədlə 14 yaşlı Millard dərzi emalatxanasında 
şagird olur. Lakin az müddətdən sonra yenidən doğma fer-
maya qayıdaraq ağac emalı sexində fəhləlik edir. Yaxınlıqda 
açılan kitabxana onda bütün həyatı boyu saxladığı mütaliə 
həvəsi oyadır.
Çoxlu mütaliə etməsi 19 yaşında ikən ona məktəbdə 
təhsilini davam etdirmək imkanı verir. Elə bu məktəbdə də 
gələcək həyat yoldaşı, müəlliməsi Abigeyl Pauerslə tanış 
olur.
Buffaloda hüquq təhsili alaraq 1823-cü ildə  vəkil 
işləməyə başlayır. Növbəti il siyasətlə məşğul olaraq, Con 
Kuinsi Adamsın tərəfdarı kimi tanınır. 1829-31-ci illərdə 
Antimason «Müstəqil bənnalar partiyası»nı Nyu-York 
parlamentində Eri dairəsinin deputatı kimi təmsil edir. Bu 
ərəfədə artıq dörd nəfərdən ibarət ailəsi ilə birlikdə Buffa-
loya köçür.
Gələcək prezident qərbi Nyu-Yorkda viqlər partiya-
sının yerli şöbəsinin yaradıcılarından olaraq 1832-ci ildə 
konqresə seçilir. Nümayəndələr palatasının üzvü kimi 
əsasən H.Kleyin ideyalarının qızğın tərəfdarı olmuşdur.
1844-cü ildə vitse-prezidentliyə namizəd olmaq cəhdi 
viqlər tərəfi ndən dəstəklənmədiyi üçün həyata keçmir. 
Növbəti seçkilərdə, partiyanın Filadelfi yada keçirilən kon-
ventində, H.Kleyin köməkliyi sayəsində Fillmor, Z.Teylorla 


87
Amerika prezidentləri
yanaşı vitse-prezidentliyə namizəd göstərilir. O, Nyu-York 
ştatında Teylorun seçkiönü kampaniyasına rəhbərlik edir. 
Teylor və Fillmor bir-birlərini  şəxsən tanımırdılar və ilk 
dəfə yalnız uğurlu keçən seçkilərdən sonra görüşürlər. Qeyd 
edək ki, Fillmor, konqres üzvləri ilə məhrəm münasibətdə 
olmasına baxmayaraq, Teylor administrasiyası ona etinasız 
yanaşmışdı. Hətta doğma ştatı Nyu-Yorkda vəzifə bölgüsü 
aparılarkən belə onunla məsləhətləşməmişdilər. 
Fillmor prezident kimi 1850-ci ilin avqustunda Kon qresə 
göndərdiyi məktubunda quldarlıq məsələsində  Cənubla  Şi-
malı barışmağa çağırır. Sentyabrda isə quldarlıq problemi-
nin həllinə yönəlmiş  və «1850-ci il kompromisi» adlanan 
qanunlar toplusunu imzalayır. Bu qanunlarla o, sələfi  Tey-
lordan fərqli olaraq, «xalqın suverenliyi» prinsipini təsdiq 
edir. Bu prinsipə əsasən quldarlığın ləğvi və ya qəbulu ştatın 
müstəsna hüququ kimi göstərilir.
Barışdırıcı xarakter daşımasına baxmayaraq, qanun-
lar toplusu heç də birmənalı qarşılanmadı. Hətta Şimaldan 
olan viqlər belə burada Cənublu quldarlara böyük güzəştlər 
olduğunu bildirirdilər. Xüsusən  şimala qaçan qulların tu-
tularaq geriyə, öz sahiblərinə qaytarılmasını nəzərdə tutan 
maddə kəskin etiraz doğururdu.
1848-49-cu illərdə  bəzi Avropa dövlətlərini respubli-
ka üsul-idarəsinin yaranması ilə nəticələnən milli-demok-
ratik inqilablar bürümüşdü. Bir çox amerikalılar bunda 
ölkələrinin tarixi ilə paralellər görür və dövlətin bu hərəkata 
köməklik göstərməsini istəyirdilər. Fillmor administrasi-
yası bu çağırışlara reaksiya vermir və yalnız formal ola-
raq Köhnə Dünyada baş verən demokratik dəyişikliklərin 
tərəfdarı olduğunu bildirir.
Uzaq  Şərqə ticarət yolunun açılması  məqsədilə Fill-
mor, 1852-ci ildə Metyü Perinin komandanlığı altında Ya-
poniyaya dörd hərbi gəmi göndərir. Hərbi gücünə güvənən 
Periyə 1854-cü ildə Kanaqav prefekti ilə saziş imzalamaq 


88
Amerika prezidentləri
nəsib olur. Bu sazişə əsasən Yaponiya limanları ABŞ ticarət 
gəmilərinə açıq elan edilir.
Viqlər partiyasının 1852-ci ildə keçirilən konventində 
Fillmorun namizədliyi təsdiqini tapmır. Xüsusilə «Qaçqın 
qullar haqda Akt»ı imzalaması onu partiyanın şimal qana-
dının dəstəyindən məhrum etmişdi. Partiyanın namizədi isə 
ABŞ-Meksika müharibəsinin məşhur iştirakçılarından olan 
general Uinfi ld Skott olur. 
Fillmorun siyasi məyusluğuna onun şəxsi faciəsi də 
əlavə olur. 1853-cü ildə, yeni seçilmiş prezident Pirsin ina-
uqurasiya mərasimində Fillmorun xanımı Abigeyl bərk so-
yuqlayır və tezliklə dünyasını dəyişir. Buffaloya qayıtdıq-
dan bir il sonra yeganə qızı vəfat edir. Bu dərdləri qismən 
də olsa unutmaq məqsədilə o, Avropaya səfərə çıxır və hətta 
Roma Papasının qəbulunda olur. Səfərdən qayıtdıqdan 
sonra 1856-cı il prezident seçkilərində  iştirak edir, yalnız 
21 % səs toplaya bilir. Bu onun böyük siyasətdə son çıxı-
şı olur. Buffaloya qayıdaraq yerli siyasətdə aktiv fəaliyyət 
göstərməyə başlayır.
Millard Fillmor 1874-cü il martın 8-də beyninə qan sız-
ması nəticəsində vəfat etmişdir.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə