Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   ...   23   24   25   26   27   28   29   30   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
95 
hidrotermal d
əyişmə  zonasında,  şimal-qərb istiqamətində 
uzanaraq 40-60
0
 
bucaq  altında  şimal-şərqə  yatan  laylar  şəklində 
alunitl
əşmiş  süxurlar  ayrılmışdır.  Alunitləşmə  əsasən iki zona 
boyu müşahidə edilir.  
Birinci zona- 
alt  tufogen  qatının  üst  hissəsində  yerləşir.  Onun 
eni 40-300 m. 
, uzunluğu 1,7 km. izlənilmişdir. Bu zona qərbdə, 
Seyf
əli kəndi tərəfdə  dördüncü dövr çöküntülərilə  örtülmüşdür. 
Bu  zonanın  ətraf  süxurları  üst  qatda  tuflar,  alt  qatda  isə 
andezitl
ərdir.  
İkinci  zona–  alt tufogen qatda yerləşmişdir.  Bu  zonanın  ətraf 
süxurları üst hissədə andezitlərdən ibarətdir. Bu zona transqressiv 
şəkildə üst təbaşir yaşlı çöküntülərlə örtüldüyündən parametrlərini 

əyyən etmək mümkün deyildir.  
Bu zonalar orta d
ərinliyi 150 m.-ə  qədər olan 4 quyu və  30-a 
q
ədər xəndəklə izlənilib. Təzahürün təxmini paramertləri belədir: 
qalınlığı  1,4-5,5  m,  uzunluğu  300-570 m, alunitin  orta  miqdarı 
23,88%; alunitin ümumi proqnoz resursları 13,4 mln. tondur.  
 
 
Alunit 
 
 
 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
96 
Daşkəsən dəmir filizi yatağı 
Daşkəsən dəmir  filizi  yatağı  böyük  ehtiyatlara  malik  olaraq 
Qoşqarçayın orta axının hər iki sahilində yerləşir. Yataq üst yura 
yaşlı  intruzivlərin  eyni  yaşlı  karbonatlı  tufogen  süxurlara 
göst
ərdiyi təmas metamorfizminin nəticəsində  əmələ  gəlmişdir. 
XIX 
əsrdə  yataq  «Simens»  firması  tərəfindən qismən istismar 
olunmuşdur.  XX  əsrdə  Sovet hakimiyyəti dövründə  yatağın 
ehtiyatları hesablanmış, Dövlət Ehtiyatlar Komissiyası tərəfindən 
t
əsdiq olunmuşdur.  
Daşkəsən  yatağının  ehtiyatları  əsasında  Daşkəsən filiz 
saflaşdırma  kombinatı  tikilmişdir.  Sovet  imperiyası  dövründə 
Daşkəsən dəmir  filizi  konsentratı  əsasında  Gürcüstanın  Rustavi 
şəhərində  metallurgiya  zavodu  tikilmişdir.  Bu kombinat 
Daşkəsəndən  daşınan  dəmir filizi və  Donbasdan  daşınan  daş 
kömür 
əsasında fəaliyyət göstərirdi.  
 
 
D
əmir filizi 
 
Şimali Daşkəsən kobalt yatağı 
 
Yataq  Daşkəsən dəmir  filizi  yatağından  şimalda,  Daşkəsən 
intruzivinin posmaqmatik prosesl
əri ilə  əlaqədar  olub,  şimal 
istiqam
ətli  qırılma  strukturlarında  intişar  tapmışdır.  Bu yataq 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
97 
1884-cü ild
ə  «Simens»  firması  tərəfindən  aşkar  olunmuş  və 
h
əmin firma tərəfindən  yataqdan  12  ton  kobalt  çıxarılaraq 
Almaniyaya  aparılmışdır.  Azərbaycanda Sovet hakimiyyəti 
qurulduqdan  sonra,  Şimali  Daşkəsən  kobalt  yatağında  yenidən 
k
əşfiyyat işlərinə başlanmışdır. Yataq bir neçə horizontda yeraltı 
dağ qazmaları ilə dəqiq öyrənilmiş və ehtiyatları Dövlət Ehtiyatlar 
komissiyasında  təsdiq  olunmuşdur.  Müharibə  illərində  (1941-
1945) v
ə  ondan  sonrakı  illərdə  yataqda  intensiv  istismar  işləri 
aparılmışdır. Bir zaman SSRİ-nin kobalta olan tədabatının 60%-ə 
q
ədəri bu yataq hesabına ödənilmişdir.  
Kobalt  filizini  saflaşdırmaq  üçün  yatağın  yanında 
filizsaflaşdırma  kombinatı  tikilmişdir.  Saflaşdırılmış  kobalt  filizi 
Rusiyaya  aparılırdı.  Yatağın  əsas  ehtiyatları  demək olar ki, 
tamamil
ə çıxarılıb aparılmışdır.  
 
Z
əylik alunit yatağı 
 
Daşkəsən  şəhəri ilə  Zəylik kəndi  arasında  yerləşir.  Alunit 
filizl
əşməsi kimmeric yaşlı  litoklastik  tufların  metasomatik 
d
əyişməsi nəticəsində əmələ gəlmişdir. Zəylik alunit yatağı hələ 
XIX 
əsrdən məlum idi.  Lakin onun hərtərəfli öyrənilməsi və 
ehtiyatlarının hesablanması həmin ehtiyatların Dövlət Ehtiyatları 
Komissiyası  tərəfindən qəbul  olunması,  Azərbaycanda Sovet 
Hakimiyy
əti qurulduqdan sonra yerinə yetirilmişdir. Zəylik alunit 
yatağı  bazasında  Gəncə  aliminium  oksidi  zavodu  inşa  olunub, 
f
əaliyyətə başlanmışdır.  
G
əncə aliminium zavodu işə düşənə kimi sulfat turşusu kükürd 
kolçedanından  alınırdı.  Gəncə  aliminum  zavodu  işə  düşdükdən 
sonra alunit filizind
ən aliminium oksidlə paralel sulfat turşusu da 
alınırdı.  Bu texnoloji sxemin çox böyük əhəmiyyəti  vardı.  Bir 
t
ərəfdən  texnoloji  proses  zamanı  alunitdən  ayrılan  kükürdün 
atmosfer
ə atılaraq ekologiyanın korlanmasının qarşısı alınır, digər 
t
ərəfdən sulfat turşusu istehsalı üçün kükürd kolçedanı istehsalına 
s
ərf olunan əlavə xərclərin qarşısı alındı.  


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
98 
G
əncə  aliminium oksidi zavodunda istehsal olunan sulfat 
turşusu  konteynerlərə  doldurularaq  SSRİ-nin müxtəlif sənaye 
şəhərlərinə göndərilirdi.  
 
 
Alunit 
 
Çovdar qızıl yatağı 
 
Çovdar  qızıl  yatağı  Daşkəsən  şəhərindən  şimal,  şimal-qərbdə, 
Xeyr
əçayın  sağ  sahilində, Çovdar kəndinin 1,5-2,0 km.  cənub-
q
ərbində  yerləşir.  1998-2001-ci illərdə  «Azərqızıl»  şirkətinin 
əməkdaşları  bu  kvarsitlərdən  sınaqlar  götürmüş  və  sınaqlarda 
qızılın yüksək miqdarı olduğunu aşkar etmişlər.  
2002-2004-cü ill
ərdə bu yataq buruq quyularının və yeraltı dağ 
qazma
larının  köməyilə  hüdurlandırılmış  və  C
2
 
v
ə  P
1
 
kateqoriyaları üzrə ehtiyatları hesablanmış və sənaye əhəmiyyətli 
yataq olduğu müəyyənləşdirilmişdir.  
Hal-
hazırda  yatağın  mənimsənilməsi  üçün  «Londeks»  şirkəti 
k
əşfiyyat işləri aparır.  
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə