Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları


) Divararalığının hansı şişləri maliğnizasiyaya uğramağa meyillidir?



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

 
 
 
336) Divararalığının hansı şişləri maliğnizasiyaya uğramağa meyillidir? 
 
A) Bronxial kistalar 
B) Nevrinomalar 
C) Fibromalar 
D) Lipomalar 
E) Teratomalar 
 
Ədəbiyyat: Б.Е.Петерсон. Онкология : Москва Медицина 1980. 447стр. 
 
337) Ağciyər xərçəngində hansı triada əsas klinik simptomları təşkil edir? 
 
A) Təngnəfəslik, döş qəfəsində ağrı, boyunda şişkinlik 
B) Öskürək, əzələ zəifliyi, oynaqlarda ağrı 
C) Öskürək, temperatur, əzələ zəifliyi 
D) Qanhayxırma, vezikulyar tənəffüs, halsızlıq 
E) Öskürək, qanhayxırma, təngnəfəslik 
 
Ədəbiyyat: Рак легкого. Под редакцией Б.Е.Петерсон. M. 1971 г.387 стр. 
 
338) Hansı formalı mərkəzi ağciyər xərçəngi daha tez bronx stenozuna səbəb 
olur ? 
 
A) Peribronxial düyünlü 
B) Hamısı eyni tezlikdə bronx stenozuna səbəb olur 
C) Peribronxial şaxəli 
D) Peribronxial düyünlü və peribronxial şaxəli 
E) Endobronxial 
 
Ədəbiyyat: Рак легкого. Под редакцией Б.Е.Петерсон. M. 1971 г.387 стр. 
 
339) Ağciyər şişlərində qanhayxırma nəyi göstərir ? 
 
A) Şişin reqressiyasını 
B) Şişin iltihablaşmasını 
C) Şişin böyüməsini 
D) Heç birini 
E) Şişin destruksiyasını 
 
Ədəbiyyat: Рак легкого. Под редакцией Б.Е.Петерсон. M. 1971 г.387 стр. 
 
340) Atipik forma sayılmayan ağciyər xərçəngini göstərin? 
 
A) Mediastinal formalı ağciyər xərçəngi 
B) Penkost 


 
 
C) Qaraciyər formalı ağciyər xərçəngi 
D) Beyin formalı ağciyər xərçəngi 
E) Sümük formalı ağciyər xərçəngi 
 
Ədəbiyyat: Рак легкого. Под редакцией Б.Е.Петерсон. M. 1971 г.387 стр. 
 
341) Ağciyərin uzaq orqan metastazlarından hansına daha çox rast gəlinir ? 
 
A) Böyrəküstü vəzi 
B) Dəri 
C) Böyrək 
D) Qaraciyər 
E) Qalxanvari vəzi 
 
Ədəbiyyat: Рак легкого. Под редакцией Б.Е.Петерсон. M. 1971 г.387 стр. 
 
342) Ağciyər xərçəngində ağrı sindromu nəyi göstərir ? 
 
A) Şişin metastatik xarakterdə olmasını 
B) Şişin destruksiyasını 
C) Şişin böyük ölçüdə olmasını 
D) Prosesin inoperabel olmasını 
E) Şiş prosesinə sinir kötükləri və plevranın qoşulduğunu 
 
Ədəbiyyat: Ш.Х.Ганцев  Онкология . Москва. Медицина. 2004 г.487 стр. 
 
343) Ağciyər xərçənginin yerli yayılmasına dəlalət edən əsas simptom hansıdır ? 
 
A) Başgicəllənmə 
B) Zəiflik 
C) Arıqlama 
D) Hipertermiya (temperatur febriliteti) 
E) Səsin batması 
 
Ədəbiyyat: Ш.Х.Ганцев  Онкология . Москва. Медицина. 2004 г.487 стр. 
 
344) Ağciyər xərçənginin baş beyin  metastazlarının əsas simptomu hansıdır? 
 
A) Zəiflik 
B) Arıqlama 
C) Hipertermiya (temperatur febriliteti) 
D) Səsin batması 
E) Başgicəllənmə, ataksiya 
 
Ədəbiyyat: Ш.Х.Ганцев  Онкология . Москва. Медицина. 2004 г.487 стр. 
 


 
 
345) Hansı ağciyər xərçəngi mərkəzi şişlərə aid edilir? 
 
A) Peribronxial düyünlü ağciyər xərçəngi 
B) Miliar karsinamatoz 
C) Subplevral ağciyər xərçəngi 
D) Pankost xərçəngi 
E) Mediastinal ağciyər xərçəngi 
 
Ədəbiyyat: В.П.Харченко, И.В.Кузьмин. «Рак легкого» М.1994, 480с. 
 
346) Hansı ağciyər xərçəngi periferik şişlərə aid edilir 
 
A) Peribronxial düynlü ağciyər xərçəngi 
B) Mediastinal ağciyər xərçəngi 
C) Miliar karsinamatoz 
D) Ağciyərin polipəbənzər xərçəngi 
E) Ağciyərin kavernoz xərçəngi 
 
Ədəbiyyat: В.П.Харченко, И.В.Кузьмин. «Рак легкого» М.1994, 480с. 
 
347) Ağ ciyərin Penkost sindiromu ilə müşaiyət olunan periferik xərçəngində ilk 
rast gəlinən simptomlar hansılardır? 
 
A) Horner sindromu 
B) Qanhayxırma 
C) Davamlı öskürək 
D) Əzələ atrofiyası 
E) Çiyin, kürək və döş divarında ağrılar 
 
Ədəbiyyat: В.П.Харченко, И.В.Кузьмин. «Рак легкого» М.1994, 480с. 
 
348) Penkost xərçəngində şiş hansı (neçənci) seqmentdə yerləşir? 
 
A) 4-cü 
B) 5-ci 
C) 1-ci və ya 1+2- ci  
D) 3-cü 
E) 9- cu 
 
Ədəbiyyat: Ш.Х.Ганцев  Онкология . Москва. Медицина. 2004 г.487 стр. 
 
349) Ağciyər xərçəngi olan xəstədə davamlı hıçqırma varsa bu nəyin 
göstəricisidir? 
 
A) Şişin qayıdan qırtlaq sinirinə sirayət etməsinin 
B) Şişin ulduzvari qanqliona sirayət etməsinin 


 
 
C) Şişin diafraqmal sinirə sirayət etməsinin 
D) Şişin enən aortaya sirayət etməsinin 
E) Şişin qabırğaarası sinirlərə sirayət etməsinin  
 
Ədəbiyyat: Ш.Х.Ганцев  Онкология . Москва. Медицина. 2004 г.487 стр. 
 
350) Ağ ciyər xərçəngi olan xəstədə öskürək zamanı nekrotik kütlə xaric olur. 
Bunun səbəbi nədir? 
 
A) Şişin metastatik karakterdə olması  
B) Şişin endobronxial yerləşməsini 
C) Şişin iltihablaşması 
D) Şişin böyük ölçüdə olması 
E) Destruksiyaya uğramış şişin bronxa drenə olunması 
 
Ədəbiyyat: Ш.Х.Ганцев  Онкология . Москва. Медицина. 2004 г.487 стр. 
 
351) Periferik ağ ciyər xərçəngində çox rast gəlinən simptom hansıdır? 
 
A) Zəiflik və arıqlama 
B) Qanhayxırma və temperatur 
C) Öskürək və temperatur 
D) Oynaqlarda ağrı və əzələ zəifliyi 
E) Döş qəfəsində ağrı, tənginəfəslik 
 
Ədəbiyyat: Справочник по онкологии.Под редакцией акад. Н.Н.Трапезникова и 
профессора И.В. Поддубной. Москва. КАППА. 1996. 624стр 
 
352) Ağciyər xərçəngi olan xəstədə döş qəfəsində ağrının səbəbi  nədir? 
 
A) Şışın böyük ölçüdə olması 
B) Şışdə dağılma boşluğunun olması 
C) Şışın bronxa drenə olması 
D) Şişin visseral plevraya və döş divarına nüfüz  etməsi 
E) Şışın perifokal iltihabı 
 
Ədəbiyyat: Справочник по онкологии.Под редакцией акад. Н.Н.Трапезникова и 
профессора И.В. Поддубной. Москва. КАППА. 1996. 624стр 
 
353) Transtorakal punksiyadan sonra ən çox hansı ağırlaşma ortaya çıxır? 
 
A) Hava emboliyası 
B) İmplantasiyon  metastaz vermə 
C) Qanhayxırma 
D) Hematoraks 
E) Pnevmotoraks 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə