Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 
 
302) Sidik kanalının bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) T1 simvolu nəyi göstərir?   
 
A) Şiş subepitelial birləşdirici toxumaya yayılır 
B) Karsinoma in situ 
C) Şiş ətraf orqanlara inkişaf edir 
D) Şiş corpus spongiosuma inkişaf edir  
E) Şiş corpus cavernosuma inkişaf edir  
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 418 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 432 стр  
 
303) Sidik kisəsinin bədxassəli şilərində ən çox rast gələn simptom hansıdır? 
A) Əllənən törəmə 
B) Hematuriya 
C) Anemiya 
D) Ağrı 
E) Sümük ağrıları 
 
Ədəbiyyat: Урология, под редакцией Н.А. Лопаткина, Москва, 2009, 822 стр 
 
304) Sidik kisəsinin bədxassəli şişlərinin diaqnostikasında əsas amil hansıdır? 
 
A) Ekskretor uroqrafiya 
B) Sidiyin ümumi analizi  
C) Ultrasəs müayinəsi 
D) Sistoskopiya və biopsiya 
E) Kompüter tomoqrafiya 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 227 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 428 стр  
 
305) Sidik kisəsinin invaziv şişlərinin klinik əlamətləri hansılardır? 
 
A) Osteoporoz 
B) Anemiya 
C) Ginekomastiya 
D) Sidiyin qeyri-iradi xaric olunması 
E) Erektil disfunksiya 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 607стр 
 
306) Prostat vəzisi xərçənginin T1 mərhələsində müalicə üsulu olamayanı 
aşağıdakilardan hansıdır? 
 


 
 
A) Hormonoterapiya 
B) Radikal prostatektomiya  
C) Dinamiki müşahidə 
D) Kimyaterapiya 
E) Şüa müalicəsi  
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 483 cтр 
 
307) Prostat vəzisinin bədxassəli şişlərinin diaqnostikasında istifadə olunmayan 
amillər hansıdır? 
A) Sərbəst PSA-nin ümumi PSA-nə nisbəti 
B) PSA-nın illik artma sürəti 
C) PSA-nin ümumi prostat vəzisi həcminə nisbəti 
D) PSA-nin prostat vəzisinin keçid zonasının həcminə nisbəti  
E) Bütün cavablar düzdür 
 
Ədəbiyyat: Урология, под редакцией Н.А. Лопаткина, Москва, 2009, 892 стр 
 
308) Prostat vəzisinin biopsiyasına göstəriş olanı aşağıdakılardan hansıdır? 
A) Perirektal müayinədə prostat vəzisinin sərt olması 
B) Şüa müalicəsindən sonra rezidiv şüphəsi olan xəstələr 
C) Bütün cavablar doğrudur 
D) PSA-nin yüksək olması 
E) Transrektal ultrasəs müayinəsində hipoekogen sahələrin olması 
 
Ədəbiyyat: Урология, под редакцией Н.А. Лопаткина, Москва, 2009, 893 стр 
 
309) Testosteron hormonu hansı orqanda sintez edilir? 
 
A) Beyində 
B) Xayada 
C) Qara ciyərdə 
D) Prostat vəzisində 
E) Ağciyərlərdə 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 549 стр 
 
310) Prostat vəzisi bədxassəli şişlərinin diaqnostikasında istifadə olunan 
onkomarker(lər) hansıdır? 
 
A) Bütün cavablar düzdür 
B) CA-153 
C) CA-125 
D) CEA 


 
 
E) PSA 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 438 стр  
 
311) Aşağıda göstərilənlərdən hansı prostat vəzisi biopsiyasının fəsadı deyil? 
 
A) Hematuriya 
B) Düzgün cavab yoxdur 
C) Bağırsaq keçməməzliyi 
D) Rektal qanama 
E) Kəskin sidik ləngiməsi 
 
Ədəbiyyat: Урология, под редакцией Н.А. Лопаткина, Москва, 2009, 894 стр 
 
312) Radikal prostatektomiya əməliyyatının ən çox təsadüf olunan fəsadı nədir? 
A) Sidiyin qeyri-iradi xaric edilməsi 
B) Vezikouretral anastomozun darlığı 
C) Tromboemboliya 
D) Miokard infarktı 
E) Erektil disfunksiya 
 
Ədəbiyyat: Урология, под редакцией Н.А. Лопаткина, Москва, 2009, 897 стр 
 
313) Radikal prostatektomiyadan sonra aparılan adjuvan müalicəyə göstəriş 
aşağıdakilardan hansıdır? 
 
A) Yüksək risk qrupuna aid xəstələr 
B) Toxum kisəciklərinə invaziya 
C) Limfa düyünlərinə metastaz 
D) Cərrahi kəsik kənarının müsbət olması 
E) Bütün cavablar düzdür 
 
Ədəbiyyat: Урология, под редакцией Н.А. Лопаткина, Москва, 2009, 902 стр 
 
314) Sidik kisəsinin bədxassəli şişlərinin inkişafında əsas amillər hansıdır? 
 
A) Bütün cavablar düzdür 
B) Anilin boyaları  
C) Ətraf mühitin kanserogen amilləri (tüstü, siqaret çəkmə) 
D) Sitotaksik dərmanlar 
E) Sidik kisəsinin xroniki iltihabi prosesləri və anilin boyaları 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 201 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 425 cтр 
 
315) Wilms şişi hansı orqandan inkişaf edir? 
 


 
 
A) Qara ciyərdən 
B) Ağ ciyərdən 
C) Mədədən 
D) Böyrəkdən 
E) Xayadan 
 
Ədəbiyyat: Урология, под редакцией Н.А. Лопаткина, Москва, 2009, 810 стр 
 
316) Histoloji quruluşundan asılı olmayaraq IA və IB ( T1N0M0,T2N0M0) 
mərhələli ağ ciyər xərçəngində əsas müalicə üsulu hansıdır? 
 
A) Kimyaterapiya 
B) Şüa terapiyası+ cərrahi 
C) Şüa terapiyası 
D) Kimyaterapiya+ cərrahi 
E) Cərrahi 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с. 
 
317) IV mərhələli ağciyər xərçəngində əsas müalicə üsulu hansıdır? 
 
A) Ancaq şüa terapiyası 
B) Ancaq kimyaterapiya 
C) Cərrahi müalicə ilə kombinə edilmiş əməliyyatönü və sonra şüa +əməliyatsonrası 
kimyaterapiya müalicə üsulları 
D) Cərrahi müalicə ilə kombinə edilmiş əməliyatsonrası şüa terapiyası 
E) Radikal cərrahi müalicə 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с. 
 
318) Ağciyərin xoşxassəli şişlərinin əsas müalicə üsulu hansıdır? 
 
A) Cərrahi müalicə ilə kombinə edilmiş əməliyatsonrası şüa terapiyası 
B) Radikal proqramlı kimyaterapiya ilə kombinə olunmuş şüa terapiyası+ 
kimyaterapiya 
C) Ancaq cərrahi müalicə 
D) Ancaq şüa terapiyası 
E) Ancaq kimyaterapiya 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с. 
 
319) Ağciyərin periferik lokalizasiyalı xoş xassəli şişlərinin əsas cərrahi 
əməliyyat həcmi hansıdır? 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə