Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

 
 
 
286) Sidik axarının bədxassəli şişlərinin I mərhələsi aşağıdaki hansı simvollarla 
göstərilə bilər? 
 
A) T2 N1 M0 
B) T1 N0 M0 
C) Tis N0 M0 
D) T1 N1 M0 
E) Ta N0 M0 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 181 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 424 стр  
 
287) Sidik axarının bədxassəli şişlərinin II mərhələsi aşağıdaki hansı simvollarla 
göstərilə bilər? 
 
A) Ta N0 M0  
B) T2 N0 M0 
C) T2 N1 M0 
D) Tis N0 M0 
E) T1 N1 M0 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 181 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 424 стр  
 
288) Sidik axarının bədxassəli şişlərinin III mərhələsi aşağıdaki hansı 
simvollarla göstərilə bilər? 
A) T3 N1 M0 
B) T1 N1 M0 
C) T2 N2 M0 
D) T3 N0 M0 
E) T2 N1 M0 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 181 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 424 стр  
 
289) Kişilərdə cinsiyyət üzvünün bədxassəli şişləri arasında histoloji quruluşuna 
görə ən çox təsadüf edilən şişlər hansıdır? 
 
A) Keçid hüceyrəli karsinoma 
B) Yastı hüceyrəli karsinoma 
C) Sarkoma 
D) Adenokarsinoma 
E) Düzgün cavab yoxdur 
 


 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 690 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 452 стр  
 
290) Sidik kisəsinin bədxassəli şişlərinə hansı yaşda daha çox rast gəlinir? 
 
A) 20-40 
B) Yaşın əhəmiyyəti yoxdur 
C) 80 – dən yuxarı 
D) 60-80 
E) 40-60 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 200 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 425 cтр 
 
291) Sidik kisəsinin qeyri-invaziv bədxassəli şişlərində əsas müalicə metodu 
hansıdır? 
 
A) İmmunoterapiya 
B) Sidik kisəsinin rezeksiyası 
C) Transuretral rezeksiyal 
D) Radikal sistektomiya 
E) Şüa müalicəsi 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 256 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 430 стр  
 
292) Sidik kisəsinin bədxassəli şişləri arasında histoloji quruluşuna görə ən çox 
təsadüf edilən şişlər hansıdır? 
 
A) Keçid hüceyrəli epitel karsinoma 
B) Sarkoma 
C) Limfoma 
D) Adenokarsinoma 
E) Yastı hüceyrəli epitel karsinoma 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 208 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 426 cтр 
 
293) Sidik kisəsinin qeyri-invaziv bədxassəli şişlərində residiv və 
proqresivləşməyi göstərən risk amili olmayan aşağıdakilardan hansıdır? 
 
A) Xəstənin yaşı 
B) Şişin 1-dən çox olması 
C) Şişin ölçüsü 
D) Şişin mərhələsi 
E) Karsinoma in situnun varlığı 


 
 
 
Ədəbiyyat: Урология, под редакцией Н.А. Лопаткина, Москва, 2009, 828 стр 
 
294) Sidik kisəsinin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) T1 simvolu nəyi göstərir?   
A) Şiş subepitelial birləşdirici toxumaya yayılır 
B) Karsinoma in situ 
C) Şiş paravezikal toxumaya inkişaf edir 
D) Şiş əzələ toxumasına yayılır 
E) Şiş ətraf orqanlara inkişaf edir 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 214 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 426 стр  
 
295) Sidik kisəsinin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) T2 simvolu nəyi göstərir?   
A) Şiş ətraf orqanlara inkişaf edir 
B) Şiş əzələ toxumasına yayılır 
C) Karsinoma in situ 
D) Şiş subepitelial birləşdirici toxumaya yayılır 
E) Şiş paravezikal toxumaya inkişaf edir 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 214 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 426 стр  
 
296) Sidik kisəsinin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) T2b simvolu nəyi göstərir?   
A) Şiş səthi əzələ qatına inkişaf edir 
B) Şiş prostat vəzisinə inkişaf edir 
C) Şiş uşağlıg boununa inkişaf edir  
D) Şiş dərin əzələ qatına inkişaf edir  
E) Şiş qarının ön divarına inkişaf edir 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 214 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 426 стр  
 
297) Sidik kisəsinin invaziv bədxassəli şişlərində əsas müalicə metodu hansıdır? 
 
A) İmmunoterapiya 
B) Kimyaterapiya 
C) Şüa müalicəsi 
D) Transuretral rezeksiya 
E) Radikal sistektomiya 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 430 стр  
 


 
 
298) Sidik kisəsinin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) T3b simvolu nəyi göstərir?   
A) Şiş makroskopik olaraq paravezikal toxumaya inkişaf edir  
B) Şiş mikroskopik olaraq paravezikal toxumaya inkişaf edir  
C) Şiş əzələ qatına inkişaf edir  
D) Şiş prostat vəzini inkişaf edir 
E) Şiş qarının ön divarına inkişaf edir 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 214 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 426 стр 
 
299) Radikal sistektomiya üçün əks göstəriş nədir? 
A) T1 G3 
B) Karsinoma in situ 
C) Adjuvan immunoterapiyaya rezistan şiş 
D) Yanaşı gedən ciddi xəstəliklər 
E) T2 N0-x M0 
 
Ədəbiyyat: Урология, под редакцией Н.А. Лопаткина, Москва, 2009, 835 стр 
 
300) Sidik kisəsinin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) N1 simvolu nəyi göstərir?   
 
A) Ölçüləri 2 sm-ə qədər bir regionar limfa düyünündə metastaz 
B) Ölçüləri 5 sm-dən böyük limfa düyünündə metastaz 
C) Regionar limfa düyünləri dəğərləndirilə bilmir 
D) Ölçüləri 2-5 sm olan bir regionar limfa düyünündə və ya 5 sm-dən kiçik birdən 
çox limfa düyünündə metastaz 
E) Regionar limfa düyünlərində metastaz yoxdur 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 214 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 427 стр  
 
301) Sidik kisəsinin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) N3 simvolu nəyi göstərir?   
 
A) Ölçüləri 2-5 sm olan bir regionar limfa düyünündə və ya 5 sm-dən kiçik birdən 
çox limfa düyünündə metastaz 
B) Ölçüləri 5 sm-dən böyük limfa düyünündə metastaz  
C) Regionar limfa düyünləri dəğərləndirilə bilmir 
D) Regionar limfa düyünlərində metastaz yoxdur 
E) Ölçüləri 2 sm-ə qədər bir regionar limfa düyünündə metastaz 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 214 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 427 стр  
 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə