Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 
 
 
A) Heç bir cavab düzgün deyil 
B) Sol ağciyərdə 
C) Olunmur 
D) Bütün cavablar doğrudur 
E) Sağ ağciyərdə 
 
Ədəbiyyat: Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
388) Pnevmonektomiya karinanın rezksiyası ilə müşayət olunursa əməliyyat 
həcmi necə adlanır? 
 
A) Kombinəolunmuş 
B) Genişləndirilmiş 
C) Palliativ 
D) Kombinəolunmuş və genişləndirilmiş 
E) Standart 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
389) Baş bronxun şişlə zədələnməsində standart radikal əməliyyat hansıdır? 
 
A) Genışlənmiş bilobektomiya 
B) Pnevmonektomiya 
C) Lobektomiya qonşu payın rezeksiyası ilə və genışlənmiş bilobektomiya 
D) Bilobektomiya 
E) Lobektomiya qonşu payın rezeksiyası ilə 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
390) Aşağıda sadalananlardan hansı xoşxassəli şişlər qığırdaq toxumasından 
inkişaf edir? 
 
A) Xondroma 
B) Nevrinoma 
C) Qamartoma 
D) Hemangioma 
E) Osteoma 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
391) Leyomiomalar qida borusunun hansı toxumasından inkişaf edir? 


 
 
 
A) Lifli birləşdirici toxumadan 
B) Mezenximal təbiətli toxumadan 
C) Saya əzələ toxumasından 
D) Damar mənşəli toxumadan 
E) Piy toxumasından 
 
Ədəbiyyat: Справочник по онкологии  Москва . Каппа 1996 г., 624 стр 
 
392) Ağ ciyərlər bütövlükdə necə paydan ibarətdir?  
 
A) 6 
B) 4 
C) 5 
D) 3 
E) 2 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
393) Ağ ciyər xərçəngində şişin ölçüsü 3 sm-dən böyük və seqmentar atelektaz 
qeydə alınmışdır. TNM-ə görə şiş hansı T-ni təsnif edir? 
 
A) T2 
B) T1 
C) T0 
D) T4 
E) T3 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
394) Ağ ciyər xərçəngi zamanı şişin ölçüsü 3 sm-ə qədərdir və regionar limfa 
düyünlərinin metastazla zədələnməsi haqda məlumat yoxdur. TNM sisteminə 
uyğun həmin şiş necə təsnif olunur? 
 
A) T1NxM0-kimi 
B) TXNXM1-kimi 
C) T2N1M0-kimi 
D) T3N2M0-kimi 
E) T2NXM1-kimi 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
395) Qida borusu xərçənginin yayılmış formalarında aşağıda göstərilənlərdən 
hansı cərrahi əməliyyat aparıla bilər? 
 
A) Lyuis rezeksiyası 


 
 
B) Braun anastamozu 
C) Ezafaqoyeyuna anastamoz 
D) Qastrostoma 
E) Qarlok 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 
 
396) TNM təsnifatında T1 ağciyər xərçəngi üçün nəyi ifadə edir ? 
 
A) Şişin diametri 3 sm-dən kiçikdir 
B) Traxeyaya keçir 
C) 5 sm-dən kiçikdir 
D) 3 sm-dən böyükdür 
E) Visseral plevraya siraət edir 
 
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И.Чиссов «Клиническая 
онкопульмонология»,М.2000г., 600с 
 
397)  Qida borusu döş şöbəsinin cərrahi müalicəsində hansı taktika daha müasir 
hesab olunur? 
A) Qida borusunun subtotal rezeksiyası birmomentli ezofaqoplastika (Lyuis) 
B) Qida borusu şişinin stendləşdirilməsi 
C) Qida borusu şişinin endoskopik lazer destruksiyası 
D) Qida borusunun Qarlok tiplinrezeksiyası 
E) Qida borusunun ikimomentli rezeksiyası 
 
Ədəbiyyat: М.И. Давыдов, И.С. Стилиди. «Рак пищвода» Москва. 2007. 159c 
 
398) Qida borusu xərçəngində I mərhələ üçün sadalananların hansı doğrudur? 
 
A) Qida borusu xərçəngində şişin ölçüləri 5 sm-dən böyükdür,əzələ qişasının bütün 
qalınlığını zədələmişdir limfa düyünlərinə metastazlar var 
B) Selikli və selikaltı qişanı zədələyir, limfa düyünlərinə metastaz yoxdur 
C) Şişin ölçüləri 3-5 sm-dir, əzələ qişasına keçir, amma qişanı tam zədələmir,limfa 
düyünlərində ya metastaz yoxdur, ya da tək-tək metastazlar var 
D) Sadalanan bütün cavablar I mərhələ üçün doğrudur 
E) Şiş ətraf toxumalara və orqanlara keçmişdir və ya limfa düyünlərində hərəkətsiz 
metastazlar, ya da uzaq orqanlara  metastazlar vardır 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
399) Aşağıdakılardan hansı qida borusu xərçəngi üçün proqnostik olaraq daha 
ağır  mərhələdir? 
 
A) T3N2M0 
B) T2N0M0 


 
 
C) T2N1M1 
D) T3N1M0 
E) T4N3M0 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
400) Qida borusu xərçəngində  T1N0M0  hansı mərhələyə uyğundur? 
 
A) II mərhələ 
B) II və III mərhələ 
C) I mərhələ 
D) III mərhələ 
E) IV mərhələ 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
401) Qida borusunda şiş əzələ qişasına keçir regional limfa düyünlərində tək-tək 
metastazlar var. TNM təsnifatına görə mərhələni göstərin 
 
A) T1N0M0 
B) T3N1M1 
C) T2N1M0 
D) T4N0M0 
E) T3N1M1 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov Onkologiya Bakı-“Təbib” 1995, 460 səh 
 
402) Qida borusu xərçəngində istənilən-T istənilən N istənilən və M1 varsa, bu 
hansı mərhələni göstərir? 
 
A) II mərhələ 
B) I mərhələ 
C) Heç biri 
D) III mərhələ 
E) IV mərhələ 
 
Ədəbiyyat: Ə.T.Əmiraslanov “Onkologiya” Bakı-“Təbib” 1995, 460 səh 
 
403) Hansı müayinə üsulu ağciyər xərçənginin diaqnostikası üçün xarakterik 
deyil? 
 
A) Histeroskopiya 
B) Traxeoskopiya 
C) Torakoskopiya 
D) Mediastinioskopiya 
E) Bronxoskopiya 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə