Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
 
E) Şişin diafraqma üstü aşağı boş venaya yayılmasını 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 418 стр 
 
270) Böyrəklərin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 2002) 
T2 simvolu nəyi göstərir?   
 
A) Şişin ölçüləri ≤ 7 sm, böyrəklə məhdudlaşmış olmasını 
B) Şişin  böyrək kapsulasından kənara çıxmasını 
C) Şişin diafraqma üstü aşağı boş venaya yayılmasını 
D) Şişin ölçüləri > 7 sm, böyrəklə məhdudlaşmış olmasını 
E) Şişin iri damarlara, böyrəküstü vəzilərə, böyrəkətrafı piy toxumasına inkişaf edir, 
böyrək kapsulasının daxilində olmasını 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 418 стр 
 
271) Böyrəklərin bədxassəli şişlərinin I mərhələsi aşağıdaki hansı simvollarla 
göstərilə bilər? 
A) T1 N0 M0 
B) T2 N1 M0  
C) T2 N0 M0 
D) T1 N1 M0  
E) T1 N2 M0 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 30 cтр 
 
272) Böyrəklərin bədxassəli şişlərinin II mərhələsi aşağıdakı hansı simvollarla 
göstərilə bilər? 
A) T1 N1 M1 
B) T1 N0 M0 
C) T2 N0 M0 
D) T2 N1 M0  
E) T1 N2 M0  
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 30 cтр 
 
273) Böyrək ləyəninin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) N1 simvolu nəyi göstərir?   
A) Regionar limfa düyünləri dəyərləndirilə bilmir 
B) Ölçüləri 5 sm-dən böyük limfa düyünündə metastaz 
C) Ölçüləri 2-5 sm olan bir regionar limfa düyünündə və ya 5 sm-dən kiçik birdən 
çox limfa düyünündə metastaz 
D) Ölçüləri 2 sm-ə qədər bir regionar limfa düyünündə metastaz 
E) Regionar limfa düyünlərində metastaz yoxdur 


 
 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 180 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 424 стр  
 
274) Böyrəklərin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 2002) 
N1 simvolu nəyi göstərir?   
A) Bir regionar limfa düyününə metastaz 
B) Regionar limfa düyünlərinə metastaz yoxdur 
C) Birdən çox regionar limfa düyününə metastaz  
D) Regionar limfa düyünləri dəğərləndirilə bilmir 
E) Bütün cavablar doğrudur 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 29 cтр 
 
275) Urakusun bədxassəli şişləri arasında histoloji quruluşuna görə ən çox 
təsadüf edilən şişlər hansıdır? 
A) Keçid hüceyrəli epitel karsinoması  
B) Sarkoma 
C) Epitel mənşəli olmayan karsinomalar 
D) Yastı hüceyrəli epitel karsinoması 
E) Adenokarsinoma 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 409 стр 
 
276) Böyrək ləyəninin bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) N3 simvolu nəyi göstərir?   
 
A) Regionar limfa düyünlərində metastaz yoxdur 
B) Ölçüləri 5 sm-dən böyük limfa düyünündə metastaz 
C) Ölçüləri 2-5 sm olan bir regionar limfa düyünündə və ya 5 sm-dən kiçik birdən 
çox limfa düyünündə metastaz 
D) Ölçüləri 2 sm-ə qədər bir regionar limfa düyünündə metastaz 
E) Regionar limfa düyünləri dəğərləndirilə bilmir 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 180 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 424 стр  
 
277) Böyrəklərin bədxassəli şişləri daha çox hara   metastaz verir? 
 
A) Böyrəküstü vəzlərə 
B) Sümüklərə 
C) Ağciyərlərə 
D) Baş beyinə 
E) Qaraciyərə 


 
 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 607стр 
 
278) Böyrəklərin bədxassəli şişlərində əsas radikal müalicə üsulu hansıdır? 
 
A) Şüa müalicəsi 
B) Kimyaterapiya 
C) İmmunoterapiya 
D) Cərrahi müalicə 
E) Bütün cavablar düzdür 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 421 стр  
 
279) Böyrək ləyəninin bədxassəli şişlərinə hansı yaşlarda daha çox rast gəlinir? 
 
A) 40-60 
B) 80 – dən yuxarı 
C) Yaşın əhəmiyyəti yoxdur 
D) 60-80 
E) 20-40 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 177 cтр 
 
280) Böyrək ləyəninin bədxassəli şilərində ən çox rast gələn simptom hansıdır? 
 
A) Ağrı 
B) Ağrılı hematuriya 
C) Anemiya 
D) Əllənən törəmə 
E) Düzgün cavab yoxdur 
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 424 стр  
 
281) Böyrək ləyəninin  bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) T1 simvolu nəyi göstərir?   
A) Karsinoma in situ 
B) Şiş əzələ toxumasını aşaraq parapelvik toxumaya və ya böyrək toxumasına inkişaf 
edir 
C) Şiş ətraf orqanlara və ya böyrəyi aşaraq paranefrik toxumaya inkişaf edir 
D) Şiş subepitelial birləşdirici toxumaya yayılır 
E) Şiş əzələ toxumasına yayılır 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 179 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 424 стр  


 
 
 
282) Böyrək ləyəni bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 2002) 
T2 simvolu nəyi göstərir?   
A) Şiş ətraf orqanlara və ya böyrəyi aşaraq paranefrik toxumaya inkişaf edir 
B) Şiş subepitelial birləşdirici toxumaya yayılır 
C) Şiş əzələ toxumasını aşaraq parapelvik toxumaya və ya böyrək toxumasına inkişaf 
edir 
D) Şiş əzələ toxumasına yayılır 
E) Karsinoma in situ 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 179 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 424 стр  
 
283) Kişilərdə cinsiyyət üzvünün şiş önü xəstəliklərinə aşağıda göstərilənlərdən 
hansı aiddir? 
 
A) Sistit, leykoplakiya 
B) Uretrit, eritroplaziya 
C) Eritroplaziya, leykoplakiya 
D) Prostat vəzin adenoması 
E) Düzgün cavab yoxdur   
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 452 стр  
 
284) Sidik axarının bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) N2 simvolu nəyi göstərir?   
 
A) Ölçüləri 5 sm-dən böyük limfa düyünündə metastaz 
B) Regionar limfa düyünlərində metastaz yoxdur 
C) Ölçüləri 2 sm-ə qədər bir regionar limfa düyünündə metastaz 
D) Ölçüləri 2-5 sm olan bir regionar limfa düyünündə və ya 5 sm-dən kiçik birdən 
çox limfa düyünündə metastaz 
E) Regionar limfa düyünləri dəğərləndirilə bilmir 
 
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б.П. Матвеева, Москва, 
2003, 180 cтр,Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 424 стр  
 
285) Cinsiyyət üzvünün bədxassəli şişlərində beynalxalq təsnifata əsasən (TNM, 
2002) Tis simvolu nəyi göstərir?   
A) Preinvaziv karsinoma 
B) Şiş sidik kanalına və ya prostat vəzisinə inkişaf edir 
C) Şiş subepitelial birləşdirici toxumaya yayılır 
D) Şiş ətraf toxumalara inkişaf edir 
E) Düzgün cavab yoxdur   
 
Ədəbiyyat: Oнкология, под редакцией И.В. Поддубной, Москва, 2009, 452 стр 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə