Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə120/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   116   117   118   119   120   121   122   123   ...   130

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Mahmizər MEHDİBƏYOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
Afaq10@mail.ru
 
 
MƏHƏMMƏDƏLİ MƏHZUNUN LİRİKASI 
 
Açar  sözlər:  lirik  əsər,  Cənubi  Azərbaycan,  ədəbi  yaradıcılıq,  ədəbi  irs, 
təsirlilik, poetik xüsusiyyət, ictimai motivlər 
Key  words:  lyrical  works,  South  Azerbaijan,  literary  activity,  heritage, 
expressiveness, poetic peculiarities, social motives 
Ключевые слова: лирические произведения, Южный Азербайджан, ли-
тературное  творчество, наследие, выразительность, поэтические  особенности, 
общественные мотивы
 
 
Sənət  aləminə  Rza  xan  diktaturasının  təqibli-yasaqlı  illərində 
gələn Məhəmmədəli Məhzunun yaradıcılığı XX  əsrin 40-cı illərindən 
sonra  yeni  məzmun  və  məna  kəsb  etməyə  başladı.  Onun  döyüşkən 
qəzəlləri ilə uzun əsrlik formalaşma və tərəqqi  yolu keçmiş qəzəl ka-
şanəsinə yeni ab-hava gəldi .  
Həyata XX əsrin özü ilə birgə qədəm qoyan Məhəmmədəli ata-
sını çox erkən itirmiş, böyük qardaşının himayəsi altında yaşamış, ağır 
iqtisadi həyat şəraiti onu dəmirçilik və fotoqraflıq sənətini öyrənməyə 
məcbur etmişdir. 
Uşaqlıq  və  gənclik  illərini  Şimali  Azərbaycanda  –  Gədəbəydə 
keçirən  Məhəmmədəli  Məhzun  1938-ci  ildə  ailəsi  ilə  birgə  Sovet 
vətəndaşlığı  olmadığı  üçün  SSRİ-dən  İrana  köçməyə  məcbur  edilir. 
İranda  onun  özü  və  ailəsi  təqiblərlə  üzləşir  və  o,  şah  xəfiyyələrinin 
fəallaşdığı  bir  mühitdə  yaşamağa  məcbur  olur.  Qəlbində  poeziyaya, 
xüsusilə,  Füzuli  sənətinə  sönməz  bir  atəş  alovlanan  Məhəmmədəli 
Məhzun  poetik  əsərləri  ilə  bu  qənaətə  gəlir  ki,  yarın  vəfasızlığından, 
cövri-cəfasından gileylənmək özü də dövr və zamanın əzab və işgən-
cələrindən  şikayətlənmək  kimi  bir  şeydir.  O,  şeirlərinin  birində  o 
yazır: 


 
Qızarmış lalətək bağrım sənin daği-fərağından, 
Gəzər Məcnun olan könlüm , gecə -gündüz sorağında (1, 10). 
 
Güney  Azərbaycanda  hər  günü,  ayı  qaynar  hadisələrlə  zəngin 
olan  XX  əsrin  40-cı  illərinin  birinci  beşilliyi  Məhzun  yaradıcılığına 
döyüş  və  səfərbərlik  ruhu  bəxş  etdi.  M.Məhzun  1942-ci  ilin  yan-
varından  “Vətən  yolunda”  adlı  qızıl  əsgər  qəzetinin  nəzdində  təşkil 
edilən  “Şairlər  məclisi”nin  fəal  iştirakçılarından  olmuşdur.  “O  za-
manadək  adətən  pərakəndə  halda,  həm  də  başlıca  olaraq  epiqonçu 
Şərq  ədəbiyyatının  təsiri  altında  yazıb-yaradan  şairlərin  mütəşəkkil-
ləşməsində  və  onların  yaradıcılıqlarına  müasir  tələblər  mövqeyindən 
istiqamət verilməsində bu məclisin tarixi rolu olmuşdur” (2). 
O  zamanlar özünün müasir ruhlu qəzəlləri ilə  şöhrət  tapan Mə-
həmmədəli  Məhzunun  “Qəzəllər”  adlı  ilk  kitabı  məhz  “Şairlər  məc-
lisi”nin nəşri kimi işıq üzü görmüşdür. 
Milli  Hökumət  dövründə  “Şairlər  məclisi”nin  təsiri  ilə  yaranan 
və  təkcə  Təbrizdə  yaşayan  qələm  sahiblərinin  deyil,  digər  şəhərlərdə 
olan  ədəbi  qüvvələri  öz  ətrafında  birləşdirən  “Şairlər  və  yazıçılar 
cəmiyyəti”nin  tərkibində  də  M.Məhzunun  geniş  fəaliyyəti  olmuşdur. 
Həmin  illərdə  Ə.Fitrət,  M.Etimad,  M.Çavuşi,  İ.Zakir  kimi  şairlərlə 
yanaşı, M.Məhzunun da səsi eşidilməkdə idi. 
Məhzun,  əsasən  qəzəl  və  məhəbbət  şairidir.  Lakin  xalqın  ağ 
günlərə çıxdığı vaxtlarda o, ictimai mövzulara daha çox üstünlük verir 
və  xalqın  azadlıqla  dolu  olan  əhvali-ruhiyyəsini  tərənnüm  edərək 
şeirlərindən birində yazırdı: 
 
Qurtarıb fəsli-xəzan, gəlmiş bahar əyyamımız, 
Badeyi-məşrutədən ləbriz olubdur canımız. 
Huri-hürriyyət tapıb, çatdı zamandan dadımız, 
Vaxt gəlib çatmış, oyan, ey kamran oğlanları (2). 
 
M.Məhzunun şəxsi və ədəbi taleyi elə gətirmişdir ki, onun vətən 
üçün kədərləndiyi və göz yaşları axıtdığı günlər vüsal anlarından qat-
qat çox olmuşdur. 
Onun  mübariz ruhlu şeirləri qurtuluş  uğrunda döyüşə  gedən fə-
dailərin  “cərgələrinə  qoşuldu”.  M.Məhzun  qələminin  məhsulu  olan 
“Qoy vətən gülzarə dönsün, barı dolsun bağımız”, kimi misralar oxu-
nan nəğmələrin nəqəratına çevrildi. 
Güney Azərbaycan, yəni Vətən azadlığa qovuşduqdan sonra 21 


Azər 1945-ci ildə M. Məhzun yaradıcılığı yeni ahəng və məzmun kəsb 
etməyə  başladı.  Bir  zamanlar  gözəllərin  vəfasızlığından  söz  açan, 
giley  dolu  misralar  indi  cananın  sədaqətindən  bəhs  edən  misralarla 
əvəzlənməyə başladı. Təbii ki, şairin nikbin misraları  yalnız nazlı ni-
garın  vəslindən  nəşət  etmirdi  və  bu  misralar  vətənin  ağ  günlərə  qo-
vuşmaq bəxtəvərliyindən doğan fərəh idi:  
 
Bəsdir Məhzun, gəl vəfalı məhliqalardan danış,  
Dərdinə dərman olar ancaq bu cür dərman ilə (3, 50). 
 
Məhəmmədəli Məhzunun həmin illərdə yazdığı bir çox qəzəllə-
rinin  ədəbi  həyatda  canlanma  yaratması  heç  də  gözlənilməz  hadisə 
deyildi. Şair həmin qəzəllərin bir çoxunu musiqiyə, ictimai motivlərə 
həsr etmişdir. Burada ümdə cəhət müəllifin həyata məhz yeni mühitin 
doğurduğu  əhvali-ruhiyyə  ilə  yanaşmasındadır.  Bu  dövr  elə  bir  dövr 
idi ki, kəndli öz torpağını əkib-becərir, fəhlə istehsal etdiyi məhsulun 
əsl  sahibinə  çevrilirdi.  Bütün  bunlarla  yanaşı,  musiqinin  cəmiyyət 
həyatında  oynadığı  rolu  da  şairin  yüksək  qiymətləndirməsi  oxucunu 
razı salır. Şeirlərinin birində o yazır:  
 
Tapıldı dərdinə dərman cahanda, ey Məhzun, 
Sənin də dərdinin axır davası musiqidir (4, 20). 
 
Ümumgüney poeziyasına xas olan bir motivin M.Məhzunun ya-
radıcılığında  qirmızı  xətt  kimi  ötüb  keçdiyini  müşahidə  etmək  çətin 
deyil. Bu motivin araşdırılması şairin poetik aləmi ilə daha yaxından 
tanış olmaq üçün də gərəklidir. Bu motiv isə 1946-cı ilin məlum ha-
disələrindən  sonra  doğma  ata-baba  torpağından  didərgin  salınaraq 
düşdüyü qürbət diyarda vətənə bəslənən ikili münasibət məsələsi idi. 
Bunları  bir-birindən fərqləndirməkdə şair  alqışa layiq  müdriklik  gös-
tərmişdi.  Bu  baxışın  –  motivin  bir  qütbündə  vətəni  göz  bəbəyi  hesab 
edən “aşağı təbəqəyə” mənsub safniyyətli adamlar, o biri qütbündə isə 
vətən  torpağında  yaranan  ədalətsiz  mühitdən  faydalanmağa  can  atan 
nankorlar, ölkədə hökm sürən qəddar siyasi rejim dayanırdı. Şairin bu 
vəziyyətə  münasibəti,  doğma  torpağa  bəslədiyi  övlad  məhəbbəti 
“Təbriz”  adlı  şeirində  özünün  paklığı  və  səmimiyyəti  ilə  əksini  tap-
mışdır: 
 
Halal südündədir bədəndə qanım, 
Əvvəli varlığım, biləyim, canım. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə