Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə122/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   118   119   120   121   122   123   124   125   ...   130

Махмизар Мехтибекова 
 
ЛИРИКА МУХАММЕДАЛИ МАХЗУНА 
 
Резюме 
 
Статья  посвящена  комплексному  исследованию  специфических  осо-
бенностей  лирики  Мухаммедали  Махзуна.  Творчество  выдающегося 
представителя поэзии Южного Азербайджана Мухаммедали Махзуна состоит, 
в  основном,  из  лирических  стихотворений  и  газелей.  Мухаммедали  Махзун 
посвятил  множество  стихотворений  и  газелей  общественным  мотивам.  Он 
создал  такие  поэтические  образцы,  как  “Sevgilim”  (“Любимая”),  “Canım” 
(“Душа  моя”),  “Nigarım”  (“Моя  Нигяр”),  “Yurdum”  (“Родина”),  “Səadətim” 
(“Счастье моё”), “Ömür növrağım” (“Цель моей жизни”), посвященные Родине 
и  другим  волнующим  его  темам.  Лирические  произведения  Мухаммедали 
Махзуна характеризуются богатством поэтико-стилистических особенностей и 
выразительностью эмоционально-экспрессивных средств. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Sədrəddin HÜSEYN 
Qafqaz Universiteti 
sedreddinhuseyn@yahoo.com.tr
 
 
ƏBULHƏSƏN RACİNİN POETİK DÜNYASI 
 
Açar sözlər: epiqonçuluq, sinəzən, mərsiyəxan, poetizmlər, ictimai motivlər 
Key  words: 
feeble  imitation, elegy
 
,  person  reciting  elegy,  poetism,  social 
motives
 
Ключевые  слова:  имитатор,  элегия,  элегист,  поэтизм,  социальные 
мотивы
 
 
Ə.Racinin  mərsiyəxanlar  içərisində  xüsusi  yeri  var.  Amma  o 
eyni zamanda gözəl lirik şairdir. Ə.Raci kimilərə hər nə qədər epiqon-
çu deyilsə də, onlar klassikləri, xüsusən də Füzulini  “təqlid” eləsələr 
də əsərlərini incələdikcə başqa mənzərənin şahidi oluruq. Əlbəttə, hər 
qələm əhli özündən əvvəlkilərdən nə isə öyrənir, “Yar ətəyin tifl ikən 
tutmuş olur” (1, 36), bir müddət hansısa ustadın yolu ilə gedir, ancaq 
sonralar özləri də ustalaşır, ədəbiyyatda öz sözünü deyir, bu dəfə “pir 
vəqtində onun da  əlindən bir növcavan tutur” (1,  36).  Racinin də  ya-
radıcılığı klassiklərdən,  dini mənbələrdən, şifahi xalq  ədəbiyyatından 
bəhrələnir, öz dövrünün oğlu olduğu üçün o dövrdə zühur edir, şeiri-
mizə yeni rənglər qatır və gələcək şeirimiz üçün nərdivanın yeni pillə-
lərini  qururdular.  Bu  şairlər,  xüsusən  də  mərsiyə  ədəbiyyatı  ilə  bağlı 
M.F.Axundovla  başlayıb  “Əkinçi”də  davam  edən  diskussiyalar  uzun 
müddət  ədəbi  ictimai  fikri  məşğul  etdi.  Tənqid  edənlər  kimi  “Əgər 
türkcə mərsiyə olmasa, türk şeir və nəzmi də bu dərəcədə ümumiləş-
məyəcək və Azərbaycan xalqı ehtimal ki, bir çox zaman daha doğma 
ədəbiyyat  üzü  görməyəcəkdi”  (2)  kimi  fikirdə  olanlar  da  vardı. 
Fikirlər nə qədər müxtəlif olsa da, sadəcə bir ədəbi fakt kimi götürsək, 
bu  şairlərin  ədəbi  dilimizin  və  şeirimizin  inkişafında  rolu  və xidməti 
danılmazdır. Onların əsərlərində siyasi, fəlsəfi, ictimai, dini və s. mə-
sələlər də mühüm yer tutur. Burada isə sadəcə Racinin poetik dünya-
sından, sənətkarlıq məsələlərindən danışacağıq. 


Ə.Racinin  sənətkarlığı  haqda  danışmazdan  əvvəl  onun  şeir  və 
sənət haqqında fikirlərinə nəzər salmaq lazımdır. Ə.Raci alim, ədəbiy-
yatşünas deyil. Bu baxımdan onda sistemli şəkildə fəlsəfi və ya estetik 
görüşlər aramaq doğru olmazdı. Bununla belə, yeri gəldıkcə bəzi sənət 
məsələlərinə öz münasibətini bildirmişdir. Ə.Raci şeirə çox incə məsə-
lə kimi baxır, yüksək sənətin yüksək elmlə, savadla ola biləcəyi fikrin-
dədir. Bunun üçün elmlərin əsas qaynağı kimi Quranı ələ alır. Hər şeyi 
dərkin  yolunun  burdan  keçdiyini  bildirir.  Bunsuz  haqqı  dərk  etmək 
mümkün olmadığı kimi, onu da anlamaq çətin olacaqdır. 
 
Qəşr ilə annamaz bu sözün, Raci, məğzini, 
Dərrakə yox bu şəhrdə ləbbü ləbbadə (1, 20). 
 
Anlamaq  üçün  “rümuzi-eşqi  dərk  etmək”  (1,  75)  lazımdır.  Rü-
muzi-eşqi dərk etmək üçün eşqə düşmək lazımdır. Çünki “bu” eşq ilə 
“Hüsnün mətalibin kəşf etmək” (1, 17) olur. “Kəşfi-raz etməyə zəbanı 
olmasa  da,  yarə  dərdini  yenə  də  rəmz  ilə  bildirir”  (1,  20).  O,  dərk 
olunmayacağından, ustadı Füzuli kimi şeirlərinin təhrif olunacağından 
qorxur: 
 
Bir hərfin bu şeirlərin salsa nəzərdən, 
Raci, görüm ol katibin əli qələm olsun (1, 7). 
 
Şair  “hər  “əlif-bey”  oxuyan”ın  üzündən  “rümuzi-eşqin  dillərə 
düşməyini” istəmir, “tiflin, dərsin, məktəbin, elmin” (1, 37) olmasına 
etiraz edir. Bu eşqin nə olduğunu anlatmaq üçün Həllac Mənsuru yada 
salır: 
 
Şərabi-eşqdən bir cürə içdi, ey zahid. 
Dedi məstanə-məstanə “ənəlhəq”, dar başində (1, 33). 
 
Şairə  görə,  bunları  anlamaq  üçün  kitaba  üz  tutmaq  lazımdır. 
Kitab  deyəndə  şair  Quranı,  kainat  kitabını,  (yaradılan  nə  varsa)  onun 
içində də “xalü xətti” nəzərdə tutur. Bu kitaba “gözünə qara su gələnə 
qədər” (1, 66) baxacaq. 
 
Dur eylə sureyi-ixlası həzərxan, Raci, 
Müdərris ol ruxi-ümmülkitabə baxmaqdan (1, 66). 
 
Müdərris  olmaq-mədrəsə  təhsili  görmək  və  ümmülkitabə  bax-


maq.  Ə.Racinin  aləmində  insanın  qayəsi  və  vəzifəsi  budur.  Allahın 
“ikra”-oxu  (3,  96-cı  Alak  surəsi)  əmrinə  əməl  etməsidir.  O  zaman 
“xalü xəttin” də sirrinı anlamaq olar. 
 
Nəzər et, səfheyi-ruyində xalü xəttə, əy zahid,  
Rümuzi-eşqi dərk eylə bu Qurani mütərcimlə (1, 75). 
 
Bütün  bunlardan  sonra,  “əfvaci-süturə  hökmrəvan  olan,  qələmi 
nur saçan nəzmi ilə şair əzmi-Füzulini ehya edəcəkdir” (1, 16). “Məni-
nəfs  olan”  şair  “namü  nişanı  çıxsın”  deyə  həm  də  “simü  zəri  tərk 
eyləyib,  əşari-qəzəli  cəm  eləməyi”  (1,  35),  “fünuni-şeirdə  həddə,  kə-
malə  yetdiyindən,  indi  kitab  vəqti”  olduğundan  “vəsfi-nigari  cəm 
eləməyi” (1, 28) lazım bilir. 
Şeir dünyasında özünü təsdiqləyən, öz səsi, öz sözü, öz yeri olan 
şair “fünuni-şeirdə vahidliyini” bilir. Buna görə də, məsələyə çox həs-
sas, duyğu və düşüncə ilə yanaşır. Ənəniyyətindən, qürurundan, boş-
boğazlıqdan qorxur: 
 
Raci, fünuni-şeirdə gərçi vahidsən
Dəm vurma çox ki, baisi-lafi-gəzaf olur (1, 17). 
 
“Xeyli nazik məsələdür, bunda diqqət yaxşıdır”. – deyir (1, 42) 
O,  “yarın  təsvirini  cana  nəqş  edən”  (1,  44)  sənətkardır.  Bunun  üçün 
şairə “dimağ” gərəkdir. 
 
Cana, şəbi-hicranun təqriri dimağ istər
Bu barədə söz çoxdur bir miri çirağ istər (1, 53). 
 
İki  dildə  əsərlər  yazan  Raci  türki  dilini  üstün  tutur.  Bu  “türki 
qəzəlində rümuzi-eşqə  bələd olmaq” mümkündür (1, 18). Klassik ədə-
biyyatımızda  vulqarizmlər  adətən  başqa  dildən  alınan  sözlərlə  ifadə 
edilmişdir.  Öz  dilimizdə  ədəbsiz  söz  işlətmək  ədəbdənkənar  hesab 
olunmuşdur.  Mənasını  açmağı  ədəbdənkənar  hesab  etdiyimiz  “Dədə 
Qorqud”dakı  “qavat”  sözü  də  başqa  dildə-ərəbcədir.  Bu  Q.Zakirdə  də 
belədir,  digərlərində  də.  Ə.Raci  də  yalvaranda  türkü-türkanə  yalvarır, 
söyəndə başqa dildə “səgsifət” deyir.  
Şair  forma  baxımından  da  dolğun  sənətkardır.  Klassik  ədəbiy-
yatın qəzəl, qəsidə, rübai, mütəfərriqə, mürəbbe, hekayət, növhə və si-
nəzən formalarında gözəl əsərlər yazmışdır. Daha çox qəzələ üstünlük 
versə də,”əşari-qəzəl cəm elə”sə də, mərsiyəni də unutmur və 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə