Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə128/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   122   123   124   125   126   127   128   129   130

ərsəyə  gəlmişdir.  Ümumiyyətlə,  bu  kitab  iki  hissədə  nəzərdə  tutul-
muşdur. Birinci hissə «Azərbaycanda poeziya və ədəbi həyat» adlanır. 
İkinci hissə isə nəsrə həsr ediləcək. 
Kitabın əsasını təşkil edən birinci və ikinci fəsildə ədəbiyyat ma-
terialı nəzəri baxımdan təhlil edilir, Azərbaycan ədəbiyyatının həyatla 
bağlılığından, yaradıcılıq metodlarından bəhs olunur. 
250 səhifədən ibarət olan birinci kitab üç fəslə bölünmüşdür.  
Girişdə (1, 9-18) Azərbaycan ədəbiyyatının tarixi, keçdiyi uzun 
yolun  xüsusiyyətləri,  habelə  Azərbaycanın  coğrafi  mövqeyi,  əhalisi 
haqqında məlumat verilir, ədəbi əsərlərin Azərbaycan türkcəsilə yana-
şı  ərəb,  fars  və  rus  dillərində  də  yazıldığı  qeyd  edilir.  Oğuznamələr, 
«Kitabi-Dədə  Qorqud»  və  «Koroğlu»  dastanlarının,  ümumiyyətlə, 
xalq  ədəbiyyatının  yazılı  ədəbiyyatın  qaynağı  olması,  eyni  zamanda 
ərəb-islam  və  farsdilli  şeirin  bu  ədəbiyyata  təsiri  də  göstərilir.  Artıq 
XII əsrdə Nizami və Xaqani kimi böyük şair və mütəfəkkirləri təmsil 
edən  Azərbaycan  ədəbi  məktəbinin  yaranması,  daha  sonra  isə  Azər-
baycan  türkcəsində  ədəbi  yaradıcılıq  öz  axarına  düşmüşdür.  Kitabda 
ərəb-islam  təsirinin  Azərbaycan  ədəbiyyatında  təzahürünə  də  yer 
verilmişdir. 
Birinci  fəsil  «Azərbaycan  ədəbiyyatı  və  həyat  həqiqəti»  (1,  21-
94)  adlanır.  Fəsildə  orta  əsrlər  Azərbaycanında  ədəbi  və  mədəni  hə-
yatın səciyyələri, ictimai, siyasi dairələrin və sarayın poeziya və sənət 
aləminə  bağlılığı,  hökmdar  şairlərdən  bəhs  edilir.  Nizami  Gəncəvi, 
habelə,  Şirvanşahlar  sarayında  yaşayıb-yaratmış  Fələki  Şirvani,  Əbu-
lüla  Gəncəvi,  Xaqani  Şirvanidən,  Məhsəti  Gəncəvidən  bəhs  edilir. 
Əmir  Teymurun  futuhatlarından  sonra  şeirdə  simvollardan,  təsəvvüf 
rəmzləri  və  mifik  obrazlardan  istifadənin  güclənməsi  onun  zülmünə 
qarşı fikirlərin ifadə vasitəsi olmuşdur. 
Nəsiminin  poeziyası  bu  dövrün  mürəkkəblikləri  ilə  bağlanır. 
Səfəvilər  dövrünün  ədəbi  həyatı  Şah  İsmayıl  Xətainin  poetik  yaradı-
cılığında əks olunmuşdur. 
Məşhur  lirik  şair  Füzuli  Osmanlı  Sultan  Səlim  dövrünün  şəx-
siyyəti olaraq «Şikayətnamə», satira və tənqid donunda biçilmiş əsər-
lər  yaratmışdır.  Füzuli  qəzəl  şeir  məktəbinin  yaradıcısı  kimi  tanın-
mışdır. 
Füzuli  qəzəl  janrının  davamçılarından  biri  də  Saib  Təbrizi  ol-
muşdur. Azərbaycan ədəbiyyatının həyatla, xalqla bağlılığını göstərən 
ədəbi janr qoşma və bayatıdır ki, birincinin təsiri ilə Vaqifin yaradıcı-
lığı formalaşmışdır. 
XVIII-XIX  əsrlərdə  Azərbaycanın  siyasi  həyatında  baş  verən 


dəyişikliklər – Rusiya və İran arasındakı münasibətlərin Azərbaycanın 
iki yerə bölünməsinə səbəb olması ədəbi əsərlərə də öz təsirini göstər-
mişdir. A.Bakıxanov, M.F.Axundovun əsərləri bu dövrün məhsuludur. 
Eyni zamanda maarifçilik ideyalarının, təmsil və dram janrlarının ədə-
biyyata  gətirilməsi  dövrün  ədib  və  şairlərinin  yaradıcılığını  səciyyə-
ləndirir  (Zərdabi,  Haqverdiyev  və  b.).  S.Ə.Şirvani  öz  yaradıcılığında 
klassik qəzələ daha çox yer verir.  
Azərbaycanda  siyasi-ictimai  həyat  XX  əsrin  əvvəllərində  səna-
yenin  inkişafı  nəticəsində  fəallaşır  və  cəmiyyətin  həyatında  oyanma 
müşahidə edilir. Bu durum M.Ə.Sabir, C.Məmmədquluzadə, Y.V.Çə-
mənzəminlinin əsərlərində özünü göstərir. 
Rusiyada  «Oktyabr  inqilabı»  çevrilişinin  Azərbaycanda  yarat-
dığı nəticələr yaradıcı ziyalılar və düşüncə sahibləri üçün faciə törətdi 
ki, bu da romantik təfəkkürə meyli artırdı. A.Səhhət, M.Hadi, H.Cavi-
din əsərlərində bu meyil müşahidə olunur. S.Vurğun, S.Rüstəm poezi-
yası həyat reallıqlarını əks etdirirdi. 
«Azərbaycan şeiri: istiqamətləri və ünsürləri» adlı ikinci fəsildə 
Azərbaycan şeirindəki iki yaradıcılıq istiqaməti – humanist romantizm 
və realizm istiqamətləri araşdırılıb. 
Humanist romantik istiqamətin XII əsrdən şeirdə mövcudluğun-
dan  bəhs  edilir,  çünki  şeirdə  insanın  duyğuları,  arzu  və  istəkləri  tə-
rənnüm  edilir.  Bunun  ən  görkəmli  nümayəndəsi  Nizami  Gəncəvidir. 
Azəri  romantik  şeirinin  iki  özünəməxsus  cəhəti  olmuşdur:  birincisi, 
xalqın xarakterinin bədii əsərə gətirilməsi, ikincisi romantik istiqamə-
tin realist səciyyəsi. Belə ki, dövrün şairləri romantizmə məxsus fikir, 
sevgi,  amal,  arzu  və  kədərini  gerçəklik  prizmasında  tərənnüm  edir-
dilər. Nizamidə olduğu kimi Füzuli və Vaqif poeziyasında bu xüsusiy-
yətlər daha çox gerçəkləşir. Füzulidə kədər motivi üstünlük təşkil edir. 
Azərbaycan  poeziyasında  Şərq  ədəbi  ənənələrinin  təsiri  də  mü-
şahidə edilir. Nizami üzri məhəbbət lirikasının mövzusunu qələmə al-
mış,  bu  sevgidə  qadının  təsiredici  və  tərbiyələndirici  rolunu  göstər-
mişdir. 
Şeirdə insan və təbiət harmoniyasının gözəl nümunəsi olan Xə-
tainin  «Dəhnamə»si  Azərbaycan  ədəbiyyatının  uğurlarından  hesab 
edilməlidir.  Ümumiyyətlə,  romantik  istiqamətin  realist  səciyyəsi  ədə-
biyyatın  bütün  dövrlərində  müşahidə  edilir.  Nümunələr  Nəsimi, 
S.Ə.Şirvani, Vaqif, Rəsul Rzanın yaradıcılığından gətirilir. 
Şeirdə  realizmdən  bəhs  edildikdə  onun  iki  növü  göstərilir:  tən-
qidi  realizm  və  sosialist  realizmi.  Tənqidi  realizmin  nümayəndələ-
rindən  Vaqif,  Qasım  bəy  Zakir  və  Sabirin  şeirlərindən  misallar  gös-


tərilir. 20-ci illərdən sonra təşəkkül tapmış sosrealizm insanların arzu-
ladığı bir cəmiyyətin prinsiplərinə əsaslandığı üçün yaradıcı sənətkar-
lar da bunu təqdir edirdilər. Lakin həmin cəmiyyətin süqutu metodun 
ömrünün başa vurulması ilə nəticələndi. 
Sovet  rejimində  yaşayan  Azərbaycan  cəmiyyətinin  istedadlı  sə-
nətkarları  olmuşdur.  Sosialist  realizmi  metodunda  yazan  həmin  şair-
lərin əsərləri sənətkarlıq baxımından dəyərli hesab edilməlidir. Bu sı-
rada C.Cabbarlı («Məhkum Şərqə»), S.Vurğun («Muğan»,  «Zəncinin 
arzuları»),  S.Rüstəm  («Ərəb  dostlarıma»),  R.Rza,  M.Dilbazi  və  baş-
qalarının əsərlərindən nümunələr verilir. 
Fəslin  «Sənətkarlıq  məsələləri» bölməsində  (1,  153-200) poetik 
janrların  özəllikləri  göstərilir,  klassik  ərəb  qəsidəsində  baş  vermiş 
struktur dəyişikliklərin Azərbaycan qəsidəsində  də baş verdiyi nəzərə 
çatdırılır.  Eyni  zamanda  islam  mədəniyyətindən  təsirlənən  bu  ölkədə 
Avropa və Rusiyadan gəlmə təsirlərin də yer aldığı qeyd edilir. Müx-
təlif geosiyasi qüvvələrin və təcavüzlərin hücumuna məruz qalmasına 
baxmayaraq  Azərbaycan  şeirində  insan,  onun  duyğuları  və  fikirləri 
həmişə  öndə  olmuşdur.  Nizami  Gəncəvidən  başlamış  dövrümüzə  qə-
dər Azərbaycan ədəbiyyatında bunu müşahidə etmək çətin deyildir. 
Azərbaycan şairinin tərənnüm etdiyi bəşəri duyğular geniş, dərin 
və xeyirxahdır. Poeziyada müsbət amalları nəzərdə tutan sevgi motivi 
bütün şairlərin yaradıcılığında geniş və ya epizodik olsa da, əks olun-
muşdur. Məhəbbət fəlsəfəsinin təsəvvüf biçimi, onun çoxmənalı rəmz-
lərindən istifadə etməkdən, Tanrıya müqəddəs eşqdən tutmuş yurd və 
Vətən sevgisinə qədər bütün mövzuları poeziyada özünə yer almışdır. 
Bu  bölmədə  Füzuli  eşqindən,  Nəsiminin  insan  sevgisindən,  Vaqifin 
məhəbbət şeirlərindən nümunələr verilmişdir. 
Sənətkarlıq məsələləri – dil və üslub, onların imkanları, özəllik-
ləri S.Vurğun və R.Rzanın şeirləri əsasında şərh edilir. 
Kitabın  sonuncu  üçüncü  fəsli  «Azərbaycan  şairləri»  (1,  203-
238) adlanır. Burada VIII əsrdən başlayaraq XX əsrin yarısına qədərki 
dövrdə  yaşayıb-yaratmış  40 tanınmış Azərbaycan şairi haqqında qısa 
bioqrafik məlumat və mühüm əsərlərinin adı təqdim edilir. 
Kitab ərəb ölkələrində Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi 
haqqında ərəb dilində yazılmış ilk əsər olaraq ərəb oxucularını ədəbiy-
yatımızla tanış etməkdə əhəmiyyətli rol oynayacaq. 
 
 
 
 
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə