Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə118/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   114   115   116   117   118   119   120   121   ...   130

yaşamış inqilablar beşiyi qoca Təbrizin tarixini vərəqləməklə başlayır və ağır 
illərin hadisələrini ardıcıl olaraq sıralayır.  
Nəhayət,  şair  qoca  Təbrizin  səmasında  1946-cı  ildə  parlayan  azadlıq 
günəşini,  xoşbəxt,  firavan  insanlarını,  tükənmək  bilməyən  gözəlliklərini, 
yamyaşıl bağlarını, cənnət məkanlarını təsvir edir, ancaq bu parlaq günəşin 
qüruba endiyi məqamları da unutmur:  
 
Miladdan yeddi əsr əvvəldən  
Yeddi əsir keçənə qədər, 
Yad ellərin, xain əllərin  
İşğal vəsvəsəsinə, 
Qara illərin sel və zəlzələsinə  
Giriftar idi.  
Ürəklərə qəm doldu  
Təbriz, bir kor kənd oldu... (8, 139). 
 
Nəhayət, əsərin sonuna doğru şair böyük ruh və inadkarlıqla oxucunu 
inqilabi  mübarizələrin  əhəmiyyətinə  inandırmağa  çalışır,  Təbrizin  1979-cu 
ildə  baş  vermiş  növbəti  inqilabda  –  29  Bəhməndə  nisbi  azadlığa  çıxdığını 
nəzmə çəkir. 
Əsər son dərəcə düşündürücü notlarla köklənib və oxucu poema 
ilə  tanışlıqdan  sonra  Təbrizin  hansı  əzab-əziyyətlərə  sinə  gərdiyini 
asanlıqla  dərk  edir.  “Təbriz”  poeması  H.Nitqinin  müasirlərinə  tutarlı 
bir  ismarıcıdır.  Şair  bəlalı  yurdunun  və  xalqının  əsrlər  boyu  başına 
gətirilmiş faciələrdən və buraxılan səhvlərdən nəticə çıxarmağı, örnək 
götürməyi  tövsiyə  edir.  Çünki  “İnsan  üçün  böyük  dərslərdən  biri  də 
tariхdir.  Aç  qabağına  tariхin  səhifələrini  və  əgər  gördün  ki,  bir  vaхt 
İnsanlar bir para işlərdə səhv еdiblər, dəхi sən həmin səhvi еtmə” (9, 
288).  
XX əsrin 40-cı illərində Güney Azərbaycanda baş verən ictimai-siyasi 
canlanma dövrün ədəbi hərəkatının güclənməsinə təkan oldu. Həmin illərdə 
Cənubda ədəbi hərəkatın ümumi cəhətləri, mahiyyət və xüsusiyyətləri geniş 
tədqiq  olunmuş  və  bu,  sonrakı  mərhələlər  üçün  bir  növ,  aparıcılıq  rolunu 
oynamışdır. Tədricən formalaşan və inkişaf edən ədəbi hərəkat ciddi maraq 
doğurmuşdur.  Bu  maraq  ədəbiyyat  tənqidçilərini  də  qələmə  sarılaraq  o 
dövrün ədəbiyyatını təhlil və tədqiq etməyə ruhlandırmış və onlar təxminən 
60 illik ədəbi hərəkatın elmi-nəzəri və ədəbi tədqiqi ilə məşğul olmuşlar. 
Çağdaş  dövr  Güney  şairlərindən  Sönməzin  “Babam  özü 
gələcək”,  “Böyük  dərd”,  “Ağır  illər”,  Şəhriyarın  “Stalinqrad  qəhrə-
manları”, “Gecənin əfsanəsi”, Biriyanın “Ərk qalası” və “Azərbaycan 
əsgəri”,  Haşım  Tərlanın  “21  Azər  və  Pişəvəri”,  “Araz  gülür”,  Sə-
həndin  “Araz”,  “Xatirə”,  Hilal  Nasirinin  “Qəhrəmanlar”,  Mənuçöhr 


Əzizi Harayın “Yandırılan sazlar”, “Tarçı Şulan”, Qaflantının “Bizim 
kəndin  bir  illik  tarixi”,  Həmid  Nitqinin  “Təbriz”,  “Günəş”,  “Dastan 
ölməz” və s. kimi poemalarında tarixilik prinsipləri gözlənilmişdir.  
Tarixilik və müasirliyin ədəbi xassə kimi səciyyələndirildiyini, həyatın 
ağır  sınaq  və  çətinliklərinin  tarixi  perspektivdə  dərk  edildiyini  Səhəndin 
(1926-1979)  “Araz”,  “Xatirə”,  “Fərhad”,  “Sazımın  sözü”  poemalarında  da 
izləyirik.  Bu  poemalardakı  bədii  dilin  təmizliyi  və  səlisliyi,  ifadələrin 
rəvanlığı,  tarixi  faktların  bədii  təcəssümü  böyük  maraq  doğurur.  “Sazımın 
sözü”  poemasını  Azərbaycan  folklorunun  klassik  nümunələrindən  olan 
“Kitabi-Dədə  Qorqud”  dastanlarının  boyları  əsasında  yazan  şairin  qüdrəti 
ondadır  ki, o, sadəcə boyların məzmunlarını şeir ilə nəql etməmiş, süjet və 
kompozisiya  baxımından  da  təkrarçılığa  yol  verməmiş,  oğuzların  tarixən 
keçdiyi inkişaf yolunu orijinal təhkiyə ilə qələmə almışdır. 
Şəhriyar,  Səhənd,  Sönməz,  Sahir  və  b.  sadiq  qaldıqları  tarixilik-
ənənəçilik  və  çağdaşlıq  prinsipləri  Güney  ədəbiyyatında  yeni  canlanmanın 
yaranmasına  güclü  təkan  olmuşdur. 
Sönməz  “Böyük  dərd”  poemasında 
yazırdı: “İranda inqilabdan sonra zahirdə cinayətkar Savak təşkilatının 
şöbələrinin birindən ələ düşmüş bir siyahının əsasında hazırlanmış bir 
kitab  nəşr  olundu.  8000  cinayətkar  Savak  üzvləri!  Kitabda  çoxlu 
Savak  adamlarının  adı,  familiyası,  rəmzi  nömrəsi,  ləqəbi  yazılmaqla 
bərabər,  bir  çox  adamların  da  təkcə  adları  yazılmışdır.  Bu  adamların 
çoxu Savak tərəfindən təqib, həbs, işgəncə və bir neçəsi də edam olun-
muşdur.  İnqilabın  məsul  adamları  tərəfindən  kitabın  xaləti  nəfiy 
olarkən bu günə kimi siyahının haqqında bir aydın və qəti nəzər bura-
xılmamışdır.  Kitabda  adı  yazılan  adamların  özlərinə  yox,  ancaq 
onların  işlədiyi  yerlərdə  qurulan  “Təfsiyyə  Komitələri”  tərəfindən 
soruşulanda,  o  komitənin  ünvanına  lazımi  cavablar  verilir  və 
adamların əlinə heç nə verilmir 
(10, 
157). 
“Böyük dərd” poemasının preambulasını olduğu kimi verməkdə 
məqsədimiz Güney şairlərinin necə ağır bir şəraitdə yazıb-yaratdığına, 
taleyin  gözlənilməzliklərinə  qalib  gələn  insan  ruhunun  nələrə  qadir 
olduğuna  diqqəti  yönəltməkdir.  Sanki  bu  əsər  taleyə,  qəzavü-qədərə, 
dərdə  meydan oxuyan  insan  ruhunun  yenilməzliyinə  şairin  heyranlığı 
nəticəsində yaranıb. “Böyük dərd” adlandırdığı bu poemada insanların 
gündəlik  və  mənəvi  həyatını  cəhənnəmə  döndərən  diktatura  rejimin-
dən,  mənsub  olduqları  xalqı  məhv  edən  hadisələrdən,  bu  hadisələrin 
verdiyi  dərdin  əlində  gündə  min  dəfə  ölüb-dirildiyindən  söhbət  açır. 
Şair  oxucuya  sətiraltı  mənada  çatdırır  ki,  islah  olunmuş  insan  fiziki 
əziyyət  çəksə  də,  istismara  qarşı  çıxır  və  ruhən,  mənən  əzilməməyə 
çalışır:  
 


Cahanda ruhuyla insan diridir! 
Ruh onun izzəti şərafətidir. 
İnsanın kimliyi tək adı deyil, 
Onun mənliyidir, heysiyyətidir
 
(10

162). 
 
Haşım  Tərlanın  (1923-2014)  yaradıcılığını  izlədikdə  1945-46-cı 
illərdə  baş  verən  hadisələrin,  geniş  vüsət  alan  xalq  hərəkatının  şairə  yeni 
ilham  qaynağı  olduğunu  görür  və  “21  Azər  və  Pişəvəri”,  eləcə  də  “Araz 
gülür”  poemalarının  həmin  hadisənin  güclü  təsirilə  qələmə  alındığını 
anlayırıq.  “21  Azər  və  Pişəvəri”  poemasında  şair  yaşadığı  illərin  inqilabi 
mübarizə  ruhunu,  məğlubiyyətin  ağrı-acılarını  aydın  ifadə  etmiş,  ictimai-
siyasi  motivləri  daha  çox  qabartmışdır.  O,  Milli  Hökumətin  qurucusu,  xalq 
qəhrəmanı S.C.Pişəvərinin qaranlıqlara, zülm və əsarətə qarşı üsyan etdiyini, 
fironluğa  düşmən  kəsildiyini,  apardığı  mübarizənin  gücündən  şahların  belə 
qorxub  əl-ayağa  düşdüyünü  obrazlı  şəkildə  canlandıraraq,  tarixilik  və 
müasirlik müstəvisindən təqdim edir: 
 
İnsan var ki, ömür deyə günün saydı, 
İnsan da var, döyüşlərə səngər oldu. 
Bu insana döyüş yolu olmasaydı, 
Deyərdi ki, ömrüm-günüm hədər oldu (11, 16).
 
 
Güney  şairləri  içərisində  öz  dəsti-xəttilə  seçilən,  vətənsevər,  milli 
təəssübkeş, zorakılığa qarşı mübarizə amalı və duyğuları ilə yaşayıb yaradan 
Mənuçöhr  Əzizi  Haray  (1937)  “Yandırılan  sazlar”  və  “Tarçı  Şulan” 
mənzumələrində Azərbaycan milli mədəniyyətinin, xalqın zəngin keçmişinin 
düşmənlərini,  İİR  dövlətinin  daşürəkli  məmurlarını  bütün  xalqa,  dünyaya 
tanıdır,  Azərbaycan  türklərinə  qarşı  yeridilən  anti-insani,  zorakı  assimil-
yasiya  siyasətini  lənətləyir.  Onun  hər  iki  poemasını  oxuduqda  “Haray” 
təxəllüsü  ilə  Tarçı  Şulanın  harayı,  fəryadı,  eləcə  də  “Yandırılan  sazlar”ın 
ərşə  dirənən  ahları  arasında  qəribə  bir  bağlılıq  görünür.  Mənuçöhr  Əzizi 
sanki  Tarçı  Şulanın-Azərbaycan  musiqisinin  və  qədim  musiqi  alətlərimizin 
bu  fədaisinin  yaşadığı  ağrıları  yaşayıb,  yanğısını  duyub,  göz  yaşlarının 
acısını dadıb. Həyatı, canı qədər sevdiyi tarını əlindən alıb sındıran – hakim 
rejimin  hissiz-duyğusuz,  qəlbinə  daş  bağlamış  cəllad  məmurunun  həmin 
tarla onun başına vura-vura öldürdüyü qoca sənətkarla birlikdə ölüb-dirilib. 
Belə  ki,  İran  İslam  İnqilabının  qələbəsindən  sonra,  1980-81-ci  illərdə  dini 
əsaslar  üzərində  qurulmuş  yeni  dövlətin  ilk  illərində  tar  və  saz  kimi  Azər-
baycan  türklərinə  məxsus  bütün  qədim  milli  musiqi  alətləri  İranda  “Şeytan 
işidir”  bəhanəsi  ilə  yasaqlanır.  Şəriətə  görə,  musiqi  insanı  nəşələndirərək 
cilvələndirir və onda eyşi-nuş halları yaradır ki, bu üzdən də haram buyrul-
muşdur. Bu qadağanı heç cür “anlayamayan” Marağanın məşhur tar ustadı, 
muğamların istedadlı ifaçısı Şulan heç bir qadağaya məhəl qoymadan tarını 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə